Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3185/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı X7 iştirakı ilə, iddiaçı X7 cavabdehlər Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinə və Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon Gigiyeva və Epidemiologiya Mərkəzi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “məzarın köçürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X12 cavabdehlər Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinə və Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısının məzarının köçürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bacısı- mərhum X8 05.06.2015-ci ildə onun maddi vəziyyəti yaxşı olmadığı üçün bir şəxs tərəfindən Zabrat-İ qəbristanlığının rus bölməsində dəfn olunmuşdur. Qəbrin köçürülməsi ilə bağlı tələbinin etirazla qarşılanmaması üçün 5 (beş) il gözləmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon Gigiyeva və Epidemiologiya Mərkəzi ona lazımi tibbi arayışı təqdim etmişdir. Həmin tibbi arayış əsasında Trest (Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti) ona razılıq vermişdir. Lakin Trest tərəfindən qəbrin dövlət hesabına köçürilməsinə köməklik göstərilməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21 dekabr 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə təqdim edilmiş və cavabdehlərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 04.05.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon Gigiyeva və Epidemiologiya Mərkəzi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon Gigiyeva və Epidemiologiya Mərkəzi tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti 30 mart 2021-ci il tarixli 20 №-li etirazını onunla əsaslandırmışdır ki, vətəndaş X7 müraciətlərini nəzərə alaraq mərhum bacısının məzarının köçürülməsi məsələsinə baxılmış, tərəflərindən məzarın köçürülməsi üçün 04 iyun 2020-ci il tarixli 51 saylı razılıq məktubu verilmişdir. Balanslarında olan Sabunçu rayonu, Zabrat 1 qəbirstanlığının müsəlman sektorunda mərhum bacısının qalıqlarının dəfn olunması üçün yer də ayrılmışdır. Vətəndaşın dəfələrlə müraciət etməsinə baxmayaraq, Balaxanı bələdiyyəsi məzarın köçürülməsi üçün məhkəmənin qərarını tələb etmişdir. Halbu ki, vətəndaşın öz istəyi ilə məzarın köçürülməsi məhkəməsiz də həyata keşirilə bilər. X4 müraciətlərində məzarın köçürülmə xərclərinin Trest tərəfindən ödənilməsini tələb etsə də, “Qəbiristanlıqların salınması və idarə olunması Qaydalan”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli 522 № li Qərarının 16.9 bəndinə əsasən vəfat etmiş şəxsin qeyriprosessual ekshumasiyası və başqa yerdə basdırılması sanitar-gigiyenik qaydaların tələbinə əməl etməklə, onun qohumlarının, qanuni nümayəndələrinin və ya dəfn ilə bağlı xərcləri çəkmiş şəxslərin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X12 iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı-X12 xx.xx.1976-cı ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 09449145 №li şəxsiyyət vəsiqəsinin surətindən və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ №-li 751370 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 17.11.1968-ci il təvəllüdlü X8 05.06.2015-ci ildə ölmüşdür bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 06-cı ayının 19-cu günündə 717 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Bahar Əhmədovaya ünvanladığı 29.01.2020-ci il tarixli Ə-51-121 nömrəli məktubunda qeyd olunmuşdur ki, sonuncunun rayon icra hakimiyyətinə daxil olmuş 23.01.2020-ci il 2020-ci il tarixli Ə-51-121 saylı ərizəsinə baxılmışdır. Ərizədə qeyd olunan məsələ ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tərəflərindən Sabunçu rayon Gigiyena və Epidemiologiya Mərkəzinə və Balaxaı bələdiyyəsinə məktub göndərilmişdir. Bakı şəhəri Sabunçu rayonu X6 Əhmədovaya ünvanladığı 20.02.2020-ci il tarixli 04 saylı məktubunda qeyd olunmuşdur ki, Zabrat İ qəbristanlığının rus sektorunda mərhum bacısının məzarının Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansında qalan Zabrat İ qəbristanlığının müsəlman sektoruna köçürülməsi məsələsinə məhkəmə qərarı əsasında baxıla bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon Gigiyeva və Epidemiologiya X1 ünvanladığı 03.06.2020-ci il tarixli 03/338 saylı məktubunda qeyd olunmuşdur ki, 05.06.2015-ci il tarixdə vəfat etmiş X11 yoluxucu xəstəliklərlə əlaqəsi olmadığı üçün, AZ-İ № 751370, 19 iyun 2015-ci il tarixli (akt qeydiyyat kitabında 2015-ci ilin iyun ayının 19 günündə 717 nömrəsi ilə qeyd edilmişdir) ölüm haqqında arayışa əsasən, meyit qalıqlarının Sabunçu rayonunun Zabrat-İ qəsəbəsi qəbristanlığının rus sektorundan çıxarılıb, həmin qəbristanlığın müsəlman sektorunda dəfn olunmasına etiraz etmirlər. Meyit qalıqlarının aparılması qapalı, hermetik qutuda olmalıdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin X10 ünvanladığı 25.11.2020-ci il tarixli Ə-41/5 saylı məktubunda qeyd olunmuşdur ki, müvafiq qanunvericiliyə uyğun olaraq Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin tabeliyində olan, Sabunçu rayonu ərazisində yerləşən Zabrat İ qəbiristanlığının rus bölməsi Balaxanı bələdiyyəsinə təhvil verilmişdir. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən zəruri olan sənədlər (rayon gigiyena və epidemiologiya mərkəzindən arayış, ölüm haqqında şəhadətnamə, qohumluq əlaqəsini təsdiq edən sənədlər, ərizə) təqdim olunmaqla Sabunçu rayonu ərazisində yerləşən Zabrat İ qəbristanlığının rus bölməsində dəfn edilmiş bacısının qəbrinin həmin qəbristanlığın müsəlman sektoruna köçürülməsinə etiraz etmədikləri və cənazənin qalıqlarının orada dəfn edilməsi üçün zəruri köməkliyin göstəriləcəyi bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin məhkəməyə ünvanladığı 29.12.2020ci il tarixli 108 saylı məktubda qeyd olunur ki, iddiaçı X7 müraciəti əsasında mərhum bacısının qəbrinin, Sabunçu rayonu Zabrat İ qəbirstanlığının rus sektorundan (hal hazırda Balaxanı bələdiyyəsinin balansındadır) Zabrat 1 qəbirstanlığının müsəlman sektoruna (hal hazırda Trestin balansındadır) köçürülməsi ilə bağlı, Sabunçu rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 03-338 saylı 03.06.2020-ci il tarixli arayışını əsas tutaraq, müsəlman sektoruna köçürülməsinə dair tərəflərindən 51 saylı 04.06.2020-ci il tarixli razılıq məktubu da verilmiş, dəfn üçün yer ayrılmış və dəfn üçün hər cür köməklik göstəriləcəkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli 522 saylı "Qəbiristanlıqların salınması və idarə olunması Qaydalarının təsdiq edilməsi barədə Qərarının 25-ci bəndinə əsasən Azərbaycan Respublikasının Fəxri xiyabanlarında, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlər, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimləri istisna olmaqla, ölmüş şəxsin qəbrinin köçürülməsi, qohumlarının müraciəti əsasında köçürülmə xərcləri köçürən tərəfindən həyata keçirilir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 04 iyun 2020-ci il taixli 51 №-li məktubunda qeyd olunmuşdur ki, Sabunçu rayonu Zabrat 1 (rus sektoru) qəbristanlığında dəfn olunmuş bacısı X5 cənazəsinin qalıqları sanitar qaydalara riayət etməklə sink tabutda Zabrat 1 (rus sektoru) qəbristanlığından çıxarıb, həmin qəbristanlığın müsəlman bölməsində dəfn olunmasına etiraz etmirlər. Əsas: Bakı şəhər Sabunçu rayon Gigiyena və Epidimiologiya Mərkəzinin 03-338 saylı, 03.06.2020-ci il tarixli arayışı. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mərhum bacısı X2 rayonu Balaxanı Bələdiyyəsinin balansında olan Zabrat İ qəbristanlığının rus sektorunda dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının 17.1-ci bndinə əsasən qəbiristanlıq ərazisindəki qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət və ənənələrinə uyğun olaraq, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri nəzərə alınmaqla, seksiyalara ayrılmalıdır və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə bu barədə məlumat yerləşdirilir. Həmin Qaydaların 16.9-cu bəndinə əsasən Bu Qaydaların 25.2.4-cü yarımbəndində nəzərdə tutulmuş halda ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası və başqa yerdə basdırılması bu Qaydaların tələblərinə riayət edilməklə, onun qohumlarının, qanuni nümayəndələrinin və ya dəfn ilə bağlı xərcləri çəkmiş şəxslərin vəsaitləri hesabına həyata keçirilir. Həmin Qaydaların 25.2.4-cü bəndinə əsasən ölmüş şəxslərin ekshumasiyası ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu ilə aparılır. Hazırda iddiaçı yuxarıda qeyd olunan Qaydaların tələblərinə uyğun olaraq Sabunçu rayonu Zabrat 1 (rus sektoru) qəbristanlığında dəfn olunmuş bacısı X5 cənazəsinin qalıqlarının Zabrat 1 (rus sektoru) qəbristanlığından çıxarılıb, həmin qəbristanlığın müsəlman bölməsində dəfn olunmasını tələb edri. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi inzibati orqan kimi cavabdehlər yuxarıda qeyd olunan məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə iddiaçının müraciətinə münasibət bildirməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin imtina məktublarında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 maddəsinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması qoyulmalıdır. İddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək, yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehlər Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinə və Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin üzərinə 05.06.2015-ci ildə ölmüş və Sabunçu rayonu Zabrat İ qəbirstanlığının rus sektorunda (hal hazırda Balaxanı bələdiyyəsinin balansındadır) dəfn olunmuş X5 cənazəsinin qalıqlarının qəbirstanlığın rus sektorundan azərbaycan sektoruna köçürülməsinə dair iddiaçı X7 müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdehlər Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinə və Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin üzərinə 05.06.2015-ci ildə ölmüş və Sabunçu rayonu Zabrat İ qəbirstanlığının rus sektorunda (hal hazırda Balaxanı bələdiyyəsinin balansındadır) dəfn olunmuş X5 cənazəsinin qalıqlarının qəbirstanlığın rus sektorundan azərbaycan sektoruna köçürülməsinə dair iddiaçı X7 müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3185/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3185/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver