Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3188/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinə qarşı “torpaq sahələrinin sərhədlərinin müəyyən edilərək naturada təhvil verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Binəqədi Rayonu, Biləcəri Bələdiyyəsinin 432 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı adına əlavə olunmuş eskiz üzrə Biləcəri Bələdiyyəsi hüdudları daxilində, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsinin və Binəqədi Rayonu, Biləcəri Bələdiyyəsinin 681 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə anası X6 adına əlavə olunmuş eskiz üzrə Biləcəri Bələdiyyəsi hüdudlarıdaxilində, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmış torpaq sahələrinin müəyyən olunaraq ölçülüb ona verilməsi vəzifəsinin Binəqədi rayon Biləcəri bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə iddia tələbi “Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli və xx.xx.2006-cı il tarixli qərarı ayrılmış torpaq sahələrinin sərhədlərinin müəyyən edilərək naturada təhvil verilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi Rayonu, Biləcəri Bələdiyyəsinin 432 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə iddiaçının, yəni, İddiaçı adına əlavə olunmuş eskiz üzrə Biləcəri Bələdiyyəsi hüdudları daxilində, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətinə və Binəqədi Rayonu, Biləcəri Bələdiyyəsinin 681 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə anasının, yəni, X6 adına əlavə olunmuş eskiz üzrə Biləcəri Bələdiyyəsi hüdudları daxilində, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaqa sahəsinin alğı- satqı yolu ilə mülkiyyətinə torpaq sahələri ayrılmışdır. İddiaçı anasının yeganə vərəsəsidir. İddiaçı Azərbaycanın Milli Qəhrəmanı, Yasamal Batalyonunun komandiri, Qarabağ Müharibəsi X1 qardaşıdır. İddiaçı və iddiaçının anasının adına ayrılmış torpaqa sahələlərindən uzun müddətdir ki istifadə edə bilməmişdirlər. Belə ki, onlara ayrılmış torpaq sahəsi Biləcəri bələdiyyəsi tərəfindən ayrılıb rəsmi olaraq sərəncamına verilməmişdir. Bununla bağlı Biləcəri Bələdiyyəsinə və aidiyyəti dövlət strukturlarına və qurumlarına müraciət etmişdir. Təssüflər olsun ki, cavabdeh tərəfindən bu tələbi icra olunmur. Binəqədi Rayonu, Biləcəri Bələdiyyəsinin 432 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə iddiaçının, yəni İddiaçı adına əlavə olunmuş eskiz üzrə Biləcəri Bələdiyyəsi hüdudları daxilində, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. -Binəqədi Rayonu, Biləcəri Bələdiyyəsinin 681 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə anası, yəni X6 adına əlavə olunmuş eskiz üzrə Biləcəri Bələdiyyəsi hüdudları daxilində, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaqa sahəsinin alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Təqdim edilmiş xəritəyə uyğun olaraq qeyd olunan ünvan ünvan 1n xx.xx.2022-ci il tarixli 2065 saylı arayışına əsasən, yəni X5, anası, yəni X6 yeganə vərəsəsidir. Təqdim olunmuş situasiya-yerquruluşu planına əsasən ona və X9 ayrılmış torpaq sahələrinin ərazi yerləşməsi və dönmə nöqtələri ilə ifadə olunan konfiqurasiyası, eləcə də, ölçüləri müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərb. Resp. Qanununun 4cü maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti vardır.
4. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 432 nömrəli qərarı ilə Biləcəri Bələdiyyəsi hüdudları daxilində 600,0 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ünvan 2 ünvanda yaşayan vətəndaş İddiaçı ayrılmışdır.
5. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 681 nömrəli qərarı ilə Biləcəri Bələdiyyəsi hüdudları daxilində 600,0 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ünvan 2 ünvanda yaşayan vətəndaş X10 ayrılmışdır.
6. İş materiallarına torpaqların alqı-satqısına dair aktlar, cizgi və qəbzlər əlavə edilmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, 1929-cu il təvəllüdlü və xx.xx.2007-ci il tarixdə vəfat etmiş ünvan 4 ünvanda qeydiyyatda olmuş X8 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrin dairəsi müəyyən edilib. Vərəsəsi: İddiaçıdur.
8. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfidən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin hasarlanmasına icazə verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2022-ci il tarixli, 6/İ- 1536/3-151 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinə baxılmışdır. Məsələ ilə əlaqədar bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surəti (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarış və torpaq sahəsinin plan və ölçüsü) Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciətə yenidən baxıla bilər.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirir ki, torpaq sahələrinin yeri ona məlumdur, lakin sərhədləri yerdə müəyyən edilərək ona təhvil verilməmişdir.
10. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı cavabdeh iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının torpaq sahəsinə cizginin verilməsinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
21. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 432 nömrəli qərarı ilə Biləcəri Bələdiyyəsi hüdudları daxilində 600,0 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ünvan 2 ünvanda yaşayan vətəndaş İddiaçı ayrılmışdır.
22. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 681 nömrəli qərarı ilə Biləcəri Bələdiyyəsi hüdudları daxilində 600,0 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ünvan 2 ünvanda yaşayan vətəndaş X10 ayrılmışdır.
23. X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
24. Məhkəmə hazırki iş üzrə araşdırmanı X16 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
25. Məhkəmə hesab edir ki, istifadəsində olan torpaq sahəsinin cizgisinin verilməsinə iddiaçının “qanuni gözləntisi” vardır. Cizginin verilməsindən imtina onun mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X16 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).
26. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
27. Məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaqların üç kateqoriyası müəyyən edilib: dövlət, bəldiyyə və xüsusi.
28. Torpaq sahəsinin "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə’’nin 2-ci bəndinin tələblərinə əsasən: 1.Yerquruluşu işləri-torpaq münasibətlərinin nizama salınması, torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi olmaqla, torpaqların elmipraktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanılması, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır.
3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.
4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması.
5. Ayrı-ayrı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin konkret torpaq sahələrində istehsal vasitələrindən (ilk növbədə torpaqdan) səmərəli istifadə edilməsini və ərazi təşkilini təmin etmək üçün aşağıdakı təsərrüfatdaxili yerquruluşu işləri aparılır: torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili.
6. Dövlət mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir.
7. Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər.
29. Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
30. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
31. Beləliklə məhkəmə qeyd edilən normaların təhlilinə əsasən qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir.
32. Cizgidən fərqli olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri).
33. Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilmədiyindən faktiki olaraq torpaqayırma prosesi tamamlanmamışdır və bu, yerquruluşu işlərinin aparılması kimi qiymətləndirilməməlidir.
34. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 432 nömrəli (Biləcəri Bələdiyyəsi hüdudları daxilində 600,0 kv.m torpaq sahəsi), Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 681 nömrəli qərarları ilə (Biləcəri Bələdiyyəsi hüdudları daxilində 600,0 kv.m torpaq sahəsi) alqı-satqı yolu ilə iddiaçıya və anasına ayrılmışdır. İddiaçı X8 vərəsəsi olduğundan ona ayrılmış topraq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsinə qanuni gözləntisi vardır.
35. Məhkəmə qeyd edir ki, iddiaçı faktiki olaraq torpaq sahələrinin yerləşdiyi yeri bilir və torpaqayırma qərarları qüvvədədir. Ancaq cavabdeh torpaq sahələrinin sərhədlərini müəyyən edərək ölçüb iddiaçıya yerində təhvil verməmişdir. İnzibati orqanın hərəkətsizliyi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur.
36. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 432 nömrəli qərarı ilə İddiaçı ayrılmış 600 kv.m. torpaq sahəsinin və Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 681 nömrəli qərarı ilə X10 ayrılmış 600 kv.m. torpaq sahəsinin sərhədlərini yerdə müəyyən edərək naturada təhvil verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva