Məhkəmə qərarları › İş №2-1(112)-3190/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3190/2020

10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3190/2020 10.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı cavabdeh - Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 8.N.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı N992-ci il 20 iyun tarixində Ağdam Hərbi komisarlığından həqiqi hərbi xidmətə cagrılmışdır. N saylı batalyonda təlim keçdikdən sonra N saylı Hərbi hissəyə təhvil verilmişdir. N992-ci il sentyabr ayından N994-cü ilin may ayına qədər Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N994-cu ildə Hərbi hissə döyüş bölgəsindən çıxarılaraq Sanqaçal qəsəbəsinə köçürüldü. N994-cu il N3 iyulda əməliyyat olunmaq üçün hərbi hissənin hospitalına yerləşdirilmişdir. xx xxxxxx N994-cü ildə hospitalda çıxıb hərbi hissəyə qayıtmışdır. xx xxxx N994-cü ildə əməliyyat olunduğuna görə epiqrisi əsasında N5 günlük evə məzuniyyətə buraxılmışdır. Məzuniyyətdə olarkən x xxxxxx N994 tarixində Ağdam Dördyol postunda saxlanaraq reyd şəraitində N saylı hərbi hissənin intizam batalyonuna gətirilmişdir. Orda hərbi xidmətini davam edib, N996-cı il noyabrın N5-də ordu sıralarından təxris olunmuşdur. N999-cu ilin may ayında hərbi prokurorluğa çağırılmışdır. Ona bildirildi ki, N994-cü ildə hərbi hissəni özbaşına tərk etdiyinə görə haqqında cinayət işi açılıb. Hərbi Prokurorluğun onun epikriz əsasında məzuniyyətə getməsindən və N saylı hərbi hissədə reyd zamanı saxlanılaraq hərbi xidmət keçməsindən xəbərsiz idi. İddiaçını bir neçə gün nəzarətxanada saxladılar və qardaşı XN verərək hərbi hospitalda olması barədə və N saylı hərbi hissədə xidmət keçməsi barədə sorğuya cavab gətirməsini tapşırdılar. Prokurorluqdan bildirdilər ki, həqiqətən də hospitalda əməliyyat olunması haqqında sorğuya cavab və N saylı hərbi hissədə xidmət keçməsi öz əksini taparsa, haqqında açılmış cinayət işi ləğv ediləcək. XN0 N saylı hərbi hissədən əmr və çıxarışları Prokurorluğa təqdim etdi. Həmin dövrdə hərbi hospital sorğuya cavab vermədiyi üçün ona aministiya tətbiq etdilər evə buraxıldı. Bu yaxınlarda əməliyyat olduğu 25N saylı hərbi hospitalda oldu və evə getmək haqqında bəraətverici olan epikrizi ona təqdim etdilər. O vaxt həmin epikrizi təqdim edə bilmədiyi üçün haqqında cinayət işi açılıb və amnistiya qərarı tətbiq olunmuşdur. Müharibə veteranı adı və vəsiqəsi almaq üçün bu günədək dəfələrlə cavabdeh Müdafiə Nazirliyinə müraciət etsə də haqqında aministiya qərarı tətbiq edildiyindən ona imtina etmişlər. Cavabdeh orqan iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair iddia ərizəsi təmin oluna bilməz. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissədə xidmət etməsi kifayət etmir, xidmətdə olduğu dövr ərzində özbaşına tərk etmə hadisəsinin olmaması da şərtdir. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 N-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Həmin qeydə əsasən, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı" adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.N997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: “... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” İPM-in N6.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-N9) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına hazırkı məhkəmə bildirişini aldıqdan sonra 2020-ci il 09 dekabr tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Həmçinin, tərəflərə bildirilmişdir ki, yazılı qaydada razılıqlarını bildirdikdə və ya təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının olması kimi qəbul edəcəkdir. Lakin tərəflər yazılı qaydada razılıqlarını məhkəməyə bildirməmiş və təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirməmişdirlər. Odur ki, məhkəmə Koronavirus infeksiyasına (COVİD-N9) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini və “Azərbaycan Respublikasında koronavirus (COVİD- N9) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Müdafiə Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Hərbi xidmət zamanı hərbi hissəni özbaşına tərk etdiyiniz üçün, Bakı Qarnizonu Hərbi Prokurorluğu tərəfindən barənizdə cinayət işi qaldırıldığından və sonradan Amnistiya qərarı tətbiq edilərək cinayət işinə xitam verildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 09.N995-ci il tarixli 2N6 N-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir.” İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli məktubunda göstərilmişdir: “Sizin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız xx.xx.20N8-ci il tarixli N/Ə-N04N6 N-li sorğunuza cavab olaraq bildiririk ki, N N-li hərbi hissə komandirinin xx xxxxxxxx N992-ci il tarixli N28 N-li əmrilə X5 (əsas: § 5, sıra 6. səh 4, əmrdə soyadı Əskərov və atasının adı Fəhrad yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N992-ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilmişdir. N N-li hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli N02 N-li əmrilə X5 (əsas: § 2, bənd b, sıra 40, səh N3, əmrdə soyadı Əskərov və atasının adı Fəhrad yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N992-ci il tarixdən tədris batalyonunun siyahısından çıxarılaraq N N-li hərbi hissəyə göndərilmişdir. Ş.Mirzəyev adına Ağdam tədris batalyonundan həqiqi hərbi xidmətini başa çatdırmaq üçün göndərilmiş X6 N N-li hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixil N60 N-li əmrilə (əsas: § N, sıra 40, səh 8N, əmrdə soyadı Əskərov yazılmışdır, hərbi rütbəsi göstərilməyib) hərbi hissənin ştatdan kənar siyahısına daxil edilərək sürücü elektrik vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün mühəndis-yol bölüyünün hərbi qulluqçusu, sıravi X6 N N-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 238 Ne-li əmrilə (əsas: § 8, sıra 3, səh 96, əmrdə soyadı Əskərov yazılmışdır, vəzifəsi göstərilməyib) hərbi hissənin ştat cədvəlindən kənar saxlanılmışdır. N N-li hərbi hissə komandirinin xx xxxxxxxx N994-cü il tarixli 248 N-li əmrilə X6 (əsas: § N7, sıra N, əmrdə soyadı Əskərov yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N-ci MAT-un şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təchizatla təmin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N-ci MAT-un nömrə hesablayıcısı, sıravi X6 N N-li hərbi hissə komandirinin xx xxxxxx N996-cı il tarixli 320 N-li əmrilə (əsas: § NN, sıra N2, səh 29, əmrdə soyadı Əskərov yazılmışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam RHK-nın sərəncamına göndərilmədir. Qeyd edirik ki, N N-li hərbi hissənin avqust-sentyabr N994-cü il və noyabr N996-cı il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, N N-li hərbi hissənin N992-N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Mərkəzi Arxivə daxil olmamışdır.” İş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin xx.xx.20N8-ci il tarixli 758 nömrəli Arayışnda göstərilmişdir: “Verilir N974-cü il təvəllüdlü İddiaçı Fəhrad oğluna ondan ötəri ki, o həqiqətən xx.xx.N992-ci ildən N992-ci ilin avqust ayına qədər N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. N992-ci ilin avqust ayından xx.xx.N996-cı ilə qədər N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası MN-nin N94 nömrəli xx.xx.N996-cı il tarixli əmrinə əsasən ehtiyata buraxılıb.” İş materiallarından görünür ki, Müdafiə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir: “N () №-li hərbi hissə komandirinin 3N 08.N992-ci il tarixli N02 N-li əmrilə (əsas: N3, sıra 40, əmrdə atasının adı Fəhrad yazılmışdır) tədris batalyonunda təlim almış İddiaçı Fəhrad oğlu xx.xx.N992-ci il tarixdən N N-İi hərbi hissəyə verildiyi üçün tədris batalyonun tərkibindən çıxarılmışdır. N () №-İi hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N28 №-İi əmrilə (əsas: səh 4. § 5, əmrdə atasının adı Fəhrad yazılmışdır) İddiaçı Fəhrad oğlu xx.xx.N992-ci il tarixdən tədris batalyonunun şəxsi heyətinin siyahısına daxil edilmişdir. N №-İi hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 248 №-İi əmrilə (əsas: §N7, sıra N) İddiaçı N MAT-ın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N974-cü il təvəllüdlü nömrə hesablayıcısı sıravi X6 N N-li hərbi hisə komandirinin xx.xx.N996-cı il tarixli 320 №-İi əmrilə (əsas: səh 24, § NN, əmrdə soyadı Əskərov yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üşün Ağdam RHK-nın sərəncamına göndərilmiş və N5.NN N996-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyi üçün həmin tarixə kimi məvacibi üç qat ödənilmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-İi hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır.” İş materiallarından görünür ki, Hərbi Prokurorluğun xx.xx.20N9-cu il tarixli məktubuna əsasən İddiaçı oglu barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və yaxud təqsirləndirici material yoxdur. İş materiallarından görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.20N8-ci il tarixli Arayışına əsasən İddiaçı təqsirləndirilməsinə dair Bakı hərbi məhkəməsinin icraatına hər hansı bir material daxil olmamış və məhkum olunmağınıza dair məhkəmənin arxivində məlumat qeydə alınmamışdır. İş materiallarından görünür ki, xx.xx.N994-cü il tarixli Çıxış epikrizinə əsasən İddiaçı, hərbi hissə 859, xx.xx.N994-cü il tarixindən xx.xx.N994-cü il tarixinədək sıxılmış sağtərəfləi çəpinə qasıq yırtığı diaqnozu ilə cərrahiyə şöbəsində olmuşdur. Kafi vəziyyətə hərbi hissəyə buraxılır. xx.xx.N994-cü ildə hissəyə gəlməli. N5 gün müddətinə hərbi vəzifələrini icra etməkdən azad olunur. İş materiallarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 məlumatına əsasən Əsgərov X4 Məcəlləsinin 243-cü maddəsi ilə (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə səbəbi ilə) xx.xx.N999-cu il tarixdə həbs edilmişdir. Hökm barədə məlumat qeyd edilməmişdir. İş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsi məhkəmənin sorğusuna cavab olaraq iddiaçının qeydiyyat kartasının təsdiq olunmuş surəti (hərbi xidmətə münasibətə dair məlumatlar qeyd olunmaqla) məhkəməyə təqddim edilmişdir. Göründüyü kimi, cavabdeh orqan öz imtinasını iddiaçının hərbi xidmət zamanı hərbi hissəni özbaşına tərk etməsi ilə əsaslandırsa da, iddiaçı barəsində Hərbi Prokurorluqda hər hansı bir cinayət işi və yaxud təqsirləndirici materialın olmaması və Hərbi Məhkəmənin icraatında hər hansı bir materialın daxil olmaması və məhkum olunmasına dair məhkəmənin arxivində məlumatın qeydə alınmaması, həmçinin iddiaçının xx.xx.N994-cü il tarixindən xx.xx.N994-cü il tarixinədək əməliyyat olunması və müalicə alması iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı barəsində cinayət işinin başlanılması iş materialları ilə öz təsdiqini tapsa da, cinayət işi ilə bağlı hər hansı qərarın qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən ziddiyyətli məqamlar cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı tam və hərtərəfli araşdırılmadan, iddiaçının müraciəti təmin edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünüX dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Beləliklə, iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciəti ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh inzibati orqan tərəfindən tam və hərtərəfli aparılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 22.N-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 28.N.N-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. Həmin Qanunun 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.N.N-ci və 28.N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Həmin Qanunun 45.N-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.N. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. Həmin Qanunun 47.N-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Həmin Qanunun 52.N-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun tam və hərtərəfli inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə müvafiq öhdəlik qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. İddiaçı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar