Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3193/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx xxxxxx 2020-ci il tarixli, **********844400 saylı tələbinin icraya yönəldilməsi barədə qərarının; xx.xx.2016-cı il tarixli, **********631800 saylı qərarının; xx.xx.2019-cu il tarixli, **********314300 saylı qərarının; xx.xx.2016-cı il tarixli, **********045885 saylı qərarının; xx.xx.2019-cu il tarixli, **********558200 saylı qərarının və xx.xx.2019-cu il tarixli, **********865000 saylı qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü vergi ödəyicisi olmaqla vergi orqanında qeydiyyata alınmışdır. Fəaliyyəti su saflaşdırma filtrlərinin satışı olmuşdur. 26-xx xxxxx 2016-cı il tarixdə onun fəaliyyəti vergi orqanları tərəfindən yoxlanılmış və ümumilikdə 98928.81 manat məbləğində verginin dövlət büdcəsinə ödənilməsindən yayınması müəyyən edilmişdir. Həmin tarixdən o, fəaliyyətini dayandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(004)-182/2017 saylı hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə 20 faiz dövlət nəfinə ödənilməklə 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmlə mülki iddia təmin edilərək 98928.81 (doxsan səkkiz min doqquz yüz iyirmi səkkiz manat 81 qəpik) manat pul vəsaitinin ondan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi barədə hökm verilmişdir. O, 26-xx xxxxx 2016cı il tarixdən sahibkarlıq fəlaiyyəti ilə məşğul olmadığı halda (VÖEN bağlı olmuşdur), Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ona qarşı xx.xx.2016-cı il tarixli, **********631800 sylı, xx.xx.2019-cu il tarixli, **********314300 saylı, xx.xx.2016-cı il tarixli, **********045885 saylı; xx.xx.2019-cu il tarixli, **********558200 saylı və xx.xx.2019-cu il tarixli, **********865000 saylı qərarlarla vergi ödənilməsi barədə qərar verilmişdir. Qərarlar elektron qutuya və AZ1100 poçt ünvanına göndərilmişdir. O, 2014-cü il tarixdən, 26-xx xxxxx 2016-cı il tarixinə kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Sonra “VÖEN” bağlı olduğundan fəaliyyətini dayandırmışdır. Onun Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 1(004)-182/2017 saylı hökmü ilə dövlətə ödəməli olduğu vergidən yayınmasının olduğu müəyyən olunmuşdur. Qeyd edilən hökm icraya yöndəldikdən sonra, hökmlə təyin edilmiş məbləği bir dəfəyə ödəyə bilmədiyinə görə borcun hissə-hissə ödənilmsəi barədə məhkəməyə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 7(004)-20/2019 saylı qərarı ilə ərizəsi təmin edilərək, hökm ilə tutulan 98928.81 manat məbləğin, ayda 2000 (iki min) manat olmaqla hissə-hissə ödənilməsi qət olunaraq icra və probasiya şöbəsinə həvalə olunmuşdur. Bundan sonra, o, borcun böyük bir hissəsini ödəmişdir. Lakin, hökmə əsasın borc məbləği tam ödənilməmişdir. Yasamal Rayon Məhkəməsinin hökmü ilə müəyyən olunmuş məbləğ üzərinə Lokal Gəlirlər Baş İdarəsinin yenidən faiz və maliyyə sansksiyası əlavə etməklə ondan təkrarən vergi borcunun tələb etməsini qeyri-qanuni hesab edir. Çünki ondan tələb olunan faiz və maliyyə sanksiyaları istintaq və ya məhkəmə istintaqı zamanı tələb olunmalı idi. Ancaq vergi orqanı bunu etməmişdir. Onun ünvanına heç bir vergi qərarı göndərilməmişdir. Azərpoçta verilmiş vəkil sorğusuna cavab verilməkdən imtina olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən hesab edir ki, həmin qərarlar ləğv edilməlidir. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin hesablanması barədə” 21,12.2016-cı il tarixli **********631800 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********314300 nömrəli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********045885 nömrəli, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********558200 nömrəli və “Vergi ödəyicisinin aktivləri barədə məlumatların verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********865000 nömrəli və “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********844400 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3193/2021 nömrəli məktubu ilə məhkəmə sərəncamı (iddia ərizəsi əlavə edilməklə) icra olunması üçün cavabdehə göndərilmiş və iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur (daxil olub: № **********578300; xx.xx.2021-ci il). İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk növbədə qeyd etməyi zəruri hesab edirik ki, iddia tələbinin “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********844400 nömrəli, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********558200 nömrəli və “Vergi ödəyicisinin aktivləri barədə məlumatların verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********865000 nömrəli qərarların ləğv edilməsi hissələri üzrə İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, iddiaçı həmin hissələr üzrə inzibati orqan tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia ərizəsində əsaslandırmamışdır. İddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********045885 nömrəli qərarın ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. Bildirirlər ki, həmin qərar əsasında hesablanmış vergi məbləğləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü var. Belə ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********012855 nömrəli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2016-cı il tarixli **********015751 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2016-cı il tarixli **********045885 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) göndərilmişdir. Həmin materiallar əsasında başlanmış və baxılması üçün məhkəməyə göndərilmiş cinayəti işinin nəticəsi üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(004)-182/2017 nömrəli hökmü var (hökmün surəti əlavə olunur). Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən göründüyü kimi məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə İddiaçı xx.xx.2021-ci il tarixə 42 928,80 manat ödənilməmiş borcu var (şəxsi hesab vərəqəsi əlavə olunur). Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. İddia tələbinin “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********631800 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********314300 nömrəli qərarların ləğv edilməsinə dair hissəsi ilə əlaqədar bildirilir ki, həmin tələb üzrə qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Xüsusi olaraq qeyd edirlər ki, həmin qərarların “vergi ödəyicisinin şikayət etmək hüquqlarının xülasəsi” hissəsində, qərardan onun təqdim olunduğu vaxtdan İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətinə birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət etmək hüququnun olduğu vergi ödəyicisinə izah olunmuşdur. İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bildirirlər ki, “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********631800 nömrəli qərar üzrə 4 (dörd) ildən çox müddət müddət keçdikdən sonra məhkəməyə müraciət edildiyinə görə İnzibati-Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən həmin qərar üzrə müddətin bərpasına dair ərizə də verilə bilməz. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********314300 nömrəli qərar ilə əlaqədar isə bildiririk ki, həmin qərar elektron üsulla vergi ödəyicisinə göndərilmiş və xx.xx.2019-cu il tarixdə saat 12:23-də oxunmuşdur. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımı qaydada çatdırılmış sayılır. Məlum olduğu kimi Vergi Məcəlləsinin hazırda qüvvədə olan yuxarıda qeyd olunan normasının məzmununda vergi orqanı tərəfindən qəbul edilmiş qərarların elektron üsulla vergi ödəyicisinə göndərilməsinin mümkünlüyü və təqdim edilmiş sayılması qaydası birmənalı təsbit edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bundan əlavə, iddiaçı ilə vergi orqanı arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2014-cü il tarixli müqavilənin 2.1.1-ci bəndində tərəflər arasında yazışmaların elektron şəkildə həyata keçirilməsi, o cümlədən vergi orqanları tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, təlabnamələrin, xəbərdarlıqların, bildirişlərin və digər sənədlərin) elektron şəkildə göndərilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Həmin müqavilənin 4.1.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən elektron qaydada göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi, müqavilə ilə vergi ödəyicisi ona göndərilən elektron sənədin kağız sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul etmiş, elektron qutusuna daxil olmuş sənədlərin ona təqdim edilmiş sayılması və həmin sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq onun birbaşa vəzifəsi olduğu ilə razılaşmışdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirlər ki, iddiaçı “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********631800 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********314300 nömrəli qərarları xx.xx.2021-ci il tarixdə məhkəmə qaydasında mübahisələndirməklə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən mübahisələndirmə haqqında iddia onunla xarekterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə- iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Bundan əlavə, həmin qərarda göstərilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. İşdə olan Vergilər Nazirliyinin Bakı əhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış **********844400 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən İddiaçı tərəfindən 23.820,77 manat əsas, 29.851,64 manat faiz, 66.162,81 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 119.835.22 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, **********631800 nömrəli, xx.xx.2019-cu il tarixli, **********314300 nömrəli, xx.xx.2016-cı il tarixli, **********045885 nömrəli, xx.xx.2019-cu il tarixli, **********558200 nömrəli, xx.xx.2019-cu il tarixli, **********865000 nömrəli qərarlarının xx.xx.2020-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Vergilər Departamentinin **********631800 nömrəli, xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərarının surətindən görünür ki, may 2016 vergi dövrü üzrə, əlavə dəyər vergisi növündə, bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 8.298,90 manat məbləğində vergi hesablanmış, bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 179.407.38 manat təşkil etmişdir. İşdə olan Vergilər Nazirliyi Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********314300 nömrəli, xx xxxxxxx 2019cu il tarixli qərarına əsasən 2016-cı il hesabat dövrü üzrə, gəlir vergisi növündə, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 4.646.53 manat hesablanmışdır. İşdə olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********045885 nömrəli, xx.xx.2016-cı il tarixli qərarına əsasən Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatın Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilərək, cəmi 86393.4 manat vergi məsuliyyətinə cəlb edilmiş; Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisi İddiaçı maliyyə sanksiyası tətbiq edilərək 480 AZN məbləğində maliyyə sanskiyası hesablanmışdır. İşdə olan “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********558200 nömrəli qərarın surətindən görünür ki, həmin qərara əsasən İddiaçı tərəfindən 2016-cı il Gəlir vergisi hesabat (lar)ını və arayış(lar)ı əsas olmadan müəyyən edilən müddədə təqdim etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşdə olan “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********865000 nömrəli qərarın surətindən görünür ki, aktivlər barədə məlumat forması xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinə təqdim edilmiş (poçtla və ya elektron formada çatdırılmış) və məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Aktivlər barədə məlumat forması göstərilən müddət ərzində vergi orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.3-cü və 57.2-ci maddələrini əsas tutaraq, İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respubliaksı Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşdə olan “Vergi ödəyiciləri ilə yazışmalar barədə” hesabatın surətindən görünür ki, Vergilər Nazirliyi Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********314300 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarı cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə elektron üsulla göndərilmiş, iddiaçı tərəfindən həmin qərar xx.xx.2019-cu il tarixdə, saat 12:23-də oxunmuşdur. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-1823/2017 saylı, xx xxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Müşkürov X3 Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmaqla vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirmiş, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, su filtirlərinin satışı və texniki servis xidməti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 53.1, 72, 77.3, 78.1, 96, 98, 150,153, 159, 161, 177 və 180-ci maddələrinin tələblərini pozaraq qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə və təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə xeyli miqdar təşkil edən 989928.81 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cəza çəkməsinin əvvəli İddiaçı işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvədə minənədək dəyişdirilməməsi, mülki iddianın təmin edilməsi, 98.928,81 (doxsan səkkiz min doqquz yüz iyirmi səkkiz manat 81 qəpik) məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir. Beləliklə, məhkəmə ilk öncə iddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2016-cı il tarixli, **********045885 nömrəli qərarının ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin qərar əsasında hesablanmış vergi məbləğləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü var. Belə ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2016-cı il tarixli, **********012855 nömrəli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2016-cı il tarixli, **********015751 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2016-cı il tarixli, **********045885 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlər görülməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Deepartamentinə göndərilmişdir. Həmin materiallar əsasında başlanmış və baxılması üçün məhkəməyə göndərilmiş cinayət işinin nəticəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(004)-182/2017 nömrəli hökmü var. Həmin hökm ilə mülki iddia üzrə 98.928.81 manat məbləğində pulun İddiaçı tutulması qərara alınmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən müəyyən edilmişdir ki, məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə İddiaçı xx.xx.2021-ci il tarixə, 42.928.80 manat ödənilməmiş borcu vardır. Həmin qərar iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddətdə məhkəmə araşdırması zamanı mübahisələndirilməmişdir. Məhkəmə eləcə də, iddia tələbinin “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020ci il tarixli, **********844400 nömrəli, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********558200 nömrəli və “Vergi ödəyicisinin aktivləri barədə məlumatların verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********865000 nömrəli qərarların ləğv edilməsi hissəsləri üzrə qeyd edilən inzibati aktlarla onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamış, bundan əlavə həmin qərarlarla, eləcə də, iddia tələbinin predmeti olan digər “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli, **********631800 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********314300 nömrəli qərarların ləğv edilməsi bağlı məhkəmədə iddia qaldırmaq müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» xx xxxxxx 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı ən azı özünün etiraf etdiyi kimi qərarlardan həmin tarixlərdən xəbərdar olmuşdur. Lakin, bütün bunlara baxmayaraq iddiaçının məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan qərar ilə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3193/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3193/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver