Məhkəmə qərarları › İş №2-1(112)-3194/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3194/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3194/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi-X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 ay 15 gün iş stajının onun pensiya təyin edildiyi 10 noyabr 2009-cu il tarixdən 1 mart 2018-ci il tarixədək hesablanmış 32 il iş stajına əlavə olunmaqla pensiya almaq hüququ verən sosial sığorta stajına daxil edilməsi və pensiyanın ümumilikdə 88.2 faizlə hesablanması; pensiyanın 1 iyul 2017-ci il tarixdən başlayaraq indeksləşdirilməsi; 10 noyabr 2007-ci il tarixdən pensiya təyin edildiyi 10 noyabr 2009-cu il tarixədək aldığı və cavabdeh tərəfindən təminat xərcliyinə daxil edilməmiş dövlət sosial sığortasına cəlb olunmuş əlavə ödənişlərin onun cəmi pul təminatında nəzərə alınmaqla pensiyanın hesablanması və 22.10.2015-ci il tarixdən 14.09.2019-cu il tarixədək iş stajı zamanı toplanmış sığorta kapitalına əlavə edilməklə güzəştli şərtlərlə aldığı pensiyanın hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, bölgələrdə xidmət edib və Azərbaycan Respublikası Hərbi prokurorunun əmrinə əsasən şöbə prokuroru vəzifəsində, ədliyyə polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılmışdır. 2009-cu ildə pensiyaya çıxdıqda 32 il 8 ay 15 gün iş stajı hesablanmışdır. Hal-hazırda o, güzəştli şərtlərlə 1.523 manat pensiya alır. Hesab edir ki, onun göstərilən məbləğdən artıq məbləğdə pensiya almaq hüququ vardır. Buna görə də, o, pensiyanın yenidən hesablanması məqsədi ilə cavabdehə 24.08.2020-ci il tarixli ərizə ilə rəsmən müraciət etmişdir. Ərizədə qeyd etmişdir ki, “2006-cı il yanvarın 1-dən halhazıradək qüvvədə olan “X3” Qanunun 22.1-ci maddəsinə və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “X3" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarına və həmin qaydaların 1 və 2 nömrəli əlavələrinə əsasən pensiya stajı illər, aylar və günlərlə hesablanmalıdır. Lakin onun pensiya stajının 32 ili nəzərə alınsa da, 8 ay 15 gün stajı nəzərə alınmamışdır və hesablanmamışdır. Belə ki, 8 ay 15 gün stajı hesablansa idi ona 01 iyul 2017-ci il tarixədək 86 faizlə deyil, 88,2 faizlə (2,2 faiz 8 ay 15 günə görə) hesablanmalı idi. “X3" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən onun pensiyasına bu günədək indeksləşdirmə tətbiq edilməmişdir. Bundan başqa Qanunun 1.0.1.-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun tələblərinə əsasən onun digər gəlirlərindən (mükafatlar, məzuniyyət və xəstəlik pulu və sairə) Dövlət Sosial Fonduna pul tutulduğundan (3 faiz əmək haqqından tutulma və 22 faiz dövlət ödənişi) həmin digər gəlirlərə görə də pensiyaya əlavələr edilməlidir. 2015-ci ilin oktyabr ayının 22-dən 2019-cu ilin sentyabr ayının 14-dək Müdafiə Nazirliyinin 3-cü Təhqiqat bölməsində hüquqşünas-təhqiqatçı vəzifəsində işləmiş və bununla əlaqədar əmək haqqının 3 faizi, 22 faiz isə dövlət hesabına, cəmi 25 faiz DSMN-nə ödənilmişdir. Həmin ödəmələr də hesablanan pensiyanın üzərinə gəlməlidir. Cavabdeh orqan ona rəsmi imtina məktubu göndərmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Ona görə ki, mövcud qanunvericiliyə əsasən, bütün iş stajı pensiya təyin olunması məqsədi ilə nəzərə alınan sığorta stajına daxil edilməlidir. Cavabdeh isə, iş stajı ümumilikdə 32 il 8 ay 15 gün olduğuna baxmayaraq, stajı pensiya təyin olunduğu 2009-cu il tarixdən 2018-ci il tarixədək cəmi 32 il hesablamışdır, yəni pensiya illərlə, aylarla və günlərlə hesablanmalı olmasına baxmayaraq, 8 ay 15 gün iş stajı nəzərə almamışdır. Cavabdehin cavabından da məlum olur ki, həmin 8 ay 15 günü pensiya yenidən 2018-ci il tarixdə hesablananda pensiya stajına daxil etmişdir. Cavabdeh qanunsuz olaraq imtinasında yazmışdır ki, 2018ci il tarixədək iş stajı hesablandıqda yalnız illər iş stajı kimi qəbul olunurdu. Halbuki, “X3" Qanunun 22.1-ci maddəsində deyilir ki, pensiya stajı illərlə, aylar və günlərlə hesablanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndində deyilir ki, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.” Pensiya təyin edildiyi 2009-cu il tarixdən 2018-ci il tarixədək aldığı pensiya 20 il stajından sonrakı hər ilə 3 faizlə hesablandığından 8 ay 15 gün iş stajı 2.2 faizlə hesablanmalıdır. Bundan başqa, aldığı pensiya 2018-ci ildə yenidən hesablandıqdan sonra, hazırki vaxtadək aldığı pensiya indeksləşdirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasına” əsasən, 2018-ci il tarixdən əvvəl alınan pensiyalar azaldılmaqla yenidən hesablandıqdan sonra hər il pensiya məbləği indeksləşdirilməklə ödənilməlidir. Lakin pensiyası bu günədək cavabdeh tərəfindən indeksləşdirilməmişdir. Bundan başqa, pensiya təyin ediləndə nəzərə alınan təminat xərcliyi hesablandıqda cavabdeh sığorta haqları tutulan bəzi ödənişləri hesablamamışdır (mükafatlar, xəstəlik dövründə verilən müavinət, məzuniyyət pulunu və s.). Belə ki, sorğusu əsasında Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 12 fevral 2020-ci il tarixli HP-09/114/11 saylı arayış vermişdir. Həmin arayış 10.11.2007-ci il tarixdən 10.11.2009-cu il tarixədək ona verilmiş mükafatlar və digər ödənişlər haqqındadır və bunlar dövlət sosial sığortasına cəlb olunan ödənişlərdir. Arayışın özündə qeyd edilmişdir ki, arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilib. Cavabdehin cavabında isə deyilir ki, həmin arayış iddiaçı tərəfindən deyil, bir başa Respublika Hərbi Prokurorluğundan onların ünvanına göndərilməlidir və nəyə görəsə də pensiya təyin olunduqdan sonrakı artımlar haqda yazmışdır. Halbuki, sonrakı artımlar haqda yox, pensiya təyin ediləndə nəzərə alınan təminat xərclərinə daxil edilməmiş ödənişlərin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması haqda onlara müraciət etmişdir. Bundan başqa, pensiyaçı ola-ola, o, 22.10.2015-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 3-cü Təhqiqat bölməsinə hüquqşunas-təhqiqatçı vəzifəsinə qəbul edilmişdir və həmin bölmə ləğv edildiyi 14.09.2019-cu il tarixədək orada işləmişdir. Bu işdə aldığı əmək haqqından hər ay ümumilikdə 25 faiz məcburi sosial sığorta haqları tutulmuşdur. Bu məbləğləri nəzərə almaqla pensiyanın yenidən hesablanmasına cavabdeh imtina etmişdir və əsassız olaraq qeyd etmişdir ki, onun pensiyasi ya güzəştli şərtlərlə hesablandığı qaydada qalmalıdır, ya da ki axırıncı iş yeri üzrə tutulan sığorta ödənişləri də nəzərə alınmaqla güzəştli şərtlər tətbiq olunmamaqla ümumi qaydada yalnız sığorta kapitalı əsasında hesablana bilər. Hesab edir ki, cavabdehin bununla bağlı verdiyi imtinası da qanunsuzdur. Ən azından ona görə ki, axırıncı iş yerindən aldığı əmək haqqından hər ay məcburi sosial sığorta haqları kimi maaşının 25 faizi tutulurdu. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair yazılı etirazı məhkəməyə təqdim etmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1 -ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilən “məlumat vərəqi”nə əsasən 26 il 02 ay 16 gün iş stajına əsasən müvafiq təminat xərcliyinin 68 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin qurum tərəfindən 2012-ci ilin iyun ayında yenidən “məlumat vərəqi” İdarəyə daxil olmuş və iş stajı 32 il 08 ay 15 gün yenidən hesablanaraq sərəncam verilərək müvafiq təminat xərcliyinin 86 faizi məbləğində pensiya yenidən hesablanaraq, fərq məbləği 30 ay müddətinə ödənilmişdir. İddia ərizəsində 5 iddia tələbi var ki, hər birinə ayrılıqda aşağıdakı qaydada münasibət bildirilir: 08 ay 15 gün iş stajının ona pensiya təyin edildiyi 10.11.2009-cu il tarixdən 01.03.2018-ci il tarixədək hesablanmış 32 il stajına əlavə olunmaqla pensiya almaq hüququ verən sosial sığorta stajına daxil edilməsi ilə bağlı-iddiaçıya 10.11.2009-cu il tarixdən “məlumat vərəqi”nə əsasən əmək pensiyası təyin edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi iddiaçının hüquq qazandığı vaxt “X3” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin redaksiyasının tələbinə uyğun olaraq əmək pensiyası təyin edilmişdir. Pensiyanın ümumilikdə 88.2 faizlə hesablanması ilə bağlı-iddiaçıya 10.11.2009-cu il tarixdə “X3” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən müvafiq təminat xərcliyinin 86 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Pensiyanın 01.07.2017-ci il tarixdən başlayaraq indeksləşdirilməsi ilə bağlıiddiaçının iddia etdiyi indeksləşdirilməklə bağlı tələbinə “X3” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsində dəqiq və açıq şəkildə qeyd edilmiş, bu Qanunun həmin maddəsinə əsasən bu kateqoriyadan olan şəxslərə həmin artım qədər azaldılmaqla hesablama qaydası göstərilmişdir. “X3” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən - “Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır”. Cavabdeh tərəfindən təminat xərcliyinə daxil edilməmiş dövlət sosial sığortasına cəlb olunmuş əlavə ödənişlərin iddiaçının cəmi pul təminatında nəzərə alınmaqla pensiyanın hesablanması ilə bağlı-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Toplanmış sığorta kapitalının əlavə edilməklə güzəştli şərtlərlə aldığı pensiyanın hesablanması öhdəliyi qoyulması ilə bağlı-yuxarıda qeyd edilən maddələrdən göründüyü kimi hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafiq qurumlar tərəfindən tərtib edilmiş "‘Məlumat vərəqi”indəki təminat xərcliyinə əsasən təyin edilir. “X3” Azərbaycan Respublikası Qanununun 6.3 və 37.3.1 maddələrində qeyd edilən sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir. Eyni zamanda bildirilmişdir ki, Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, “X3” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ; “X3” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Qeyd olunanları nəzərə alaraq “X3” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ərazi üzrə DSMF-nun aidiyyəti rayon şöbəsinə müraciət etməlidir. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək iddianı müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi X4 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddia tələbinin əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1964-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı təqdim olunmuş iddiaçıya aid pensiya işində olan sənədlərin surətlərindən müəyyən olunur ki, Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən 12.03.2010-cu il tarixli məktubla İddiaçı barəsində tərtib edilərək, DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmiş, 10 mart 2010-cu il tarixli 60660 nömrəli “Məlumat vərəqəsi”ndə iş stajı və xidməti illəri 26 il, 02 ay, 16 gün kimi, o cümlədən təqvim xidmət illəri 21 il, 06 ay, 22 gün, güzəştli xidmət illəri 04 il, 07 ay, 24 gün kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla Xüsusi X6 Departamentinin 10/591-015396 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ərizəsinə əsasən xx xxxxx 1964-cü il təvəllüdlü İddiaçı 10/591 nömrəli 09.04.2010-cu il tarixli qərarla 10.11.2009-cu il tarixdən 1.013,74 manat ömürlük pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən İddiaçı barəsində tərtib edilərək, DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmiş, 21 iyun 2012-ci il tarixli 000005 nömrəli “Məlumat vərəqəsi”ndə iş stajı və xidməti illəri 32 il, 08 ay, 15 gün kimi, o cümlədən təqvim xidmət illəri 19 il, 02 ay, 15 gün, güzəştli xidmət illəri 13 il, 06 ay kimi, tərxis olunduğu tarix kimi isə 10.11.2009-cu il kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Təhqiqat Bölmə rəisinin 22.10.2015-ci il tarixli 136 №-li əmrindən çıxarışdan görünür ki, İddiaçı, 22.10.2015-ci il tarixdən bölmənin hüquqşunas təhqiqatçı vəzifəsinə 3 (üç) ay sınaq müddətinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-cü Təhqiqat Bölmə rəisinin 14.09.2019-cu il tarixli 200 №-li əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 15 avqust 2019-cu il tarixli 0117 nömrəli əmrinə əsasən 3-cü Təhqiqat bölməsi ləğv olunduğuna görə Hüquqşünas-təhqiqatçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəsissə ləğv edildikdə) əsasən 14.09.2019-cu il tarixdən xitam verilərək işdən azad edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 114-cü maddəsinin 2-ci bəndinə əsasən İddiaçı əvvəlcədən istifadə etmədiyi (15 gün) əsas məzuniyyətə görə 77ci maddənin 3-cü bəndinə uyğun olaraq pul əvəzi və son haq-hesab ödənilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş 12 fevral 2020ci il tarixli HP-09/114/11 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı 10.11.2007-ci il tarixdən 10.11.2009-cu il tarixədək 2007-ci ildə 2 rütbə 2 vəzifə maaşı həcmində, 2008-ci ildə 2 aylıq əmək haqqı həcmində (müalicə olunmaqla bağlı); 2 aylıq əmək haqqı həcmində (məzuniyyətə çıxarkən); 1 aylıq vəzifə maaşı həcmində; 2 rütbə 2 vəzifə maaşı həcmində, 2009-cu ildə 2 aylıq əmək haqqı həcmində (müalicə olunmaqla bağlı); 2 aylıq əmək haqqı həcmində (məzuniyyətə çıxarkən); 1 aylıq əmək haqqı həcmində mükafatlar verilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15.09.2020-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “X3” Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır, həmin Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına asasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə həmin qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. Göründüyü kimi, 2017-ci il 1 iyuladək qanunvericilikdə təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsi müəyyən edilərkən xidmət illərindəki ayların və günlərin hesablanması nəzərdə tutulmamışdır. Sözügedən maddənin tələblərinə əsasən iddiaçıya Mərkəzi Filial tərəfindən 10 noyabr 2009-cu il tarixində “polkovnik-leytenant” rütbəsi ilə “Respublika Hərbi Prokurorluğunda şöbə prokuroru” vəzifəsinə uyğun olaraq 32 il 8 ay 15 gün xidmət müddətinə görə təminat xərcliyininin 86 faizi 20 il xidmət müddətinə görə-50 faiz, 12 il xidmət müddətinə görə-36 faiz) miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək təminat xərcliyinin (1650,30) 86 faizi-1419,26 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 31 avqust 2018-ci il tarixli HP-09/82 nömrəli arayışına asasən vəzifə maaşı 1055,00 manat, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavə-535,05 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1788,05 manat təşkil etmişdir. “X3” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır. -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (12 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (12x2) təminat xərcliyinin 24 faizi; -natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,34 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 75.34 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyinin (1650.30 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyinin (1650,30 manat) ilə 01 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyinin (1788,05 manat) arasındakı fərq məbləğinin (137,75 manat) 75,35 faizi-103,78 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (1419,26 manat) üzərinə əlavə olunmaqla 1523,04 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı bildirilmişdir ki, “X3” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistiка Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezdenti) qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq “bu Qanunun 20-ci maddəsində (qulluq stajına görə əmək pensiyalarına əlavələr müəyyən edilmiş şəxslər) nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda (indeksləşdirildikdə) və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Əmək pensiyasına əlavələrin hesablanması ilə bağlı bildiririk ki, “X3” Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə görə hərbi qulluqçuların əmək pensiyasına əlavələr onların təminat xərcliyi əsas götürülməklə təyin edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pənsiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Bundan başqa qeyd edilmişdir ki, “X3” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası şəxsin ona pensiya təyin olunduqdan əvvəl aldığı və ya itirdiyi gəlirlərin kompensasiyası məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “X3" Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan səxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “X3" Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 23.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Əlavə olaraq bildirilmişdir ki, iddiaçıya “X3” Azərbaycan Respublikası Qanununun 9.5-ci və 20.14.1-ci maddələrinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Eyni zamanda bildirilmişdir ki, həmin Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, X3 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə -maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “X3” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Əlavə olaraq bildirilmişdir ki, sosial sığorta hesabındakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququu vardır. Bu zaman iddiaçı yuxarıda eyd olunan birinci kateqoriya şəxslərdən hesab ediləcəyinə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcək. Güzəştli şərtlərlə hərbi qulluqçu kimi iddiaçıya ödənilən yaşa görə əmək pensiyasından imtina etməklə yalnız sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon filialına (xidmət nümayəndəliyinə) müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş 01.10.2021-ci il tarixli H1-13/30-10274/167 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununa əsasən hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə ona iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilmişdir. Bundan başqa, il ərzində 4 dəfə bir aylıq əmək haqqı məbləğində pul mükafatı verilmişdir. Lakin “X3” Azərbaycan Respublikası Qanununun 1.0.5- ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğ daxil edildiyindən yuxanda qeyd olunan maddi yardım və mükafatlar təminat xərcliyinə daxil olunmamışdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “X3” Azərbaycan Respublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11 -ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 2017-ci il iyulun 1-dək qüvvədə olan "X3” Azərbaycan Respublikası Qanununun 20ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın: -1.1-ci bəndinə əsasən, bu qayda "X3” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək "X3” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2-cı bəndinə əsasən, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olar qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1 -ci və 20.14.4cü maddələrinə əsəsən hesablanmış (1 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək, hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilən “məlumat vərəqi”nə əsasən 26 il 02 ay 16 gün iş stajına əsasən müvafiq təminat xərcliyinin 68 faizi məbləğində əmək pensiyası təyin edilmiş, 2012-ci ilin iyun ayında yenidən “məlumat vərəqi” daxil olduqdan sonra iş stajı 32 il 08 ay 15 gün yenidən hesablanmaqla, müvafiq təminat xərcliyinin 86 faizi məbləğində pensiya yenidən hesablanaraq, fərq məbləği iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “X3” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara-Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti-orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “X3” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. İşin araşdırılan hallarından da göründüyü kimi, İddiaçı prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununa əsasən hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, həmçinin, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə ona iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, il ərzində 4 dəfə bir aylıq əmək haqqı məbləğində pul mükafatı onun təminat xərcliyinə daxil edilməmişdir. “X3” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxil olduqlarından və “X3” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq iddiaçının 22.10.2015-ci il tarixdən 14.09.2019-cu il tarixədək iş stajı zamanı toplanmış sığorta kapitalına əlavə edilməklə güzəştli şərtlərlə aldığı pensiyanın hesablanmasından imtina olunmuşdur. İddiaçının pensiyasının 01.07.2017-ci il tarixdən başlayaraq indeksləşdirilməsi ilə bağlı tələbinə gəldikdə isə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “X3” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən bu kateqoriyadan olan şəxslərə həmin artım qədər azaldılmaqla hesablama qaydası göstərilmişdir. “X3” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən - “Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır”. Beləliklə məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərər alaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiya məbləğinin yenidən hesablanması və fərq məbləğinin ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, hazırki iddia təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar