Məhkəmə qərarları › İş №2-1(112)-3195/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3195/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3195/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "qulluq stajına görə əlavənin ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə 2021-ci ilin may ayından etibarən hər ay ödənilməli olan pensiya məbləğinin üzərinə qulluq stajına görə ödənilməli olan 24 (iyirimi dörd) manatın hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarına ilə ona xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 6925,68 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Həmin qərar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7322/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Hazırda ona ödənilən pensiyanın ümumi məbləğindən qulluq stajına görə ödənilməli olan 24 manat ödənilmir. Bununla bağlı etdiyi müraciətə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və göstərilmişdir ki, məhkəmə qərarından sonra Mərkəzi Filialın üzərinə əmək pensiyasının yenidən hesablanması ilə bağlı hər hansı öhdəlik qoyulmamışdır. Qeyd olunan cavab məktubu əsassızdır. Belə ki, Dövlət Sosial Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin xx.xx.2018-ci il tarixli məktubunda onun pensiyasının ümumi məbləğində qulluq stajına görə 24 manatın hesablandığı qeyd olunmuşdur. Həmçinin 2021-ci ilin may ayına kimi olan müddətədək ona verilmiş pensiyanın ümumi məbləğində 24 manat hesablanaraq verilmişdir. Hazırda isə heç bir hüquqi əsas olmadan həmin 24 manat hesablanmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı 15 fevral 2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək 2021-ci ilin may ayından etibarən hər ay ödənilməli olan pensiya məbləğinin üzərinə qulluq stajına görə ödənilməli olan 24 manatın hesablanaraq ödənilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının cavab məktubunda 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənildiyi və əmək pensiyası ödənişinin bərpa edildiyi bildirilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində 2021-ci ilin may ayından etibarən hər ay ödənilməli olan pensiya məbləğinin üzərinə qulluq stajına görə ödənilməli olan 24 manatın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinin həmin dövrə aid redaksiyasına əsasən, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla. Belə olan halda, iddiaçı dövlət qulluqçusu kimi, əmək pensiyasının təyin edilməsi və əmək haqqında baş verən artımlarla əlaqədar yenidən hesablanması hüquququna malikdir. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının yuxarıda qeyd edilən pensiyası yenidən hesablanarkən, ildə 1 dəfə vəzifə maaşı həcmində verilən müavinət və hakimiyyəti səlahiyyətlərinin icrasına görə 15% əlavə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” xx.xx.2003-cü il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət verilir və bu müavinət dövlət qulluqçularına hər il işlədiyi mərkəzi icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı»nın və “Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» 20 iyun 2008-ci il 776 saylı Fərmanının 2-ci bəndinə əsasən, hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçularına vəzifə maaşının 15 faizi həcmində əlavə haqq ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı 24 fevral 2009-cu il tarixdən Fondun Nərimanov rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Aparılan araşdırma zamanı İddiaçı sabiq dövlət qulluqçusu kimi əmək pensiyası hüququnun olmadığı təqdirdə (dövlət qulluğu stajı 4 il 3 ay 1 gün (xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər)) ona sözügedən kateqoriya üzrə əmək pensiyasının təyin edilərək ödənildiyi aşkar olunmuşdur. Belə ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 880,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 88,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 827,14 manat olmaqla orta aylıq əmək haqqı 1795,14 manat təşkil etmişdir. İddiaçı sabiq dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası ödənişi 1 avqust 2021-ci il tarixdən dayandırılmış, xx.xx.2009-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə artıq ödənilmiş 6925,68 manat pul vəsaitinin büdcəyə qaytarılmasına dair 10 fevral 2022ci il tarixli **********7 nömrəli qərar qəbul edilmiş, aidiyyəti üzrə iddiaçının yaşadığı ünvana göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2-1(112)-7322/2022 nömrəli ilə Qərarı ilə İddiaçı artıq ödənilmiş vəsaitin geri qaytarılmasına dair qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bununla əlaqədar İddiaçı cari ilin may, iyun, avqust, sentyabr və oktyabr ayları üzrə ümumilikdə 3454,90 manat ödənilməli olan pensiya məbləği hesablanmış, həmin məbləğin 690,98 manat hissəsi 2021-ci ilin dekabr ayında iddiaçıya ödənilmiş, qalan 2763,92 manat hissəsinin isə cari ilin sentyabr və oktyabr aylarında hissə-hissə (hər ay 1381,96 manat) İddiaçı əmək pensiyasının (690,98 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. İddiaçı hər ay ödənilən 690,98 manat əmək pensiyası məbləğinin tərkibində 24 manat əlavə də əhatə edildiyindən İddiaçı "qulluq stajına görə ödənilməli olan məbləğin ödənilməsi"nə dair iddia tələbi əsassızdır. Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq 2-1(112)-13519/2022 nömrəli inzibati iş üzrə İddiaçı "qulluq stajına görə ödənilməli olan məbləğin ödənilməsi"nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X4 Naxçivani küçəsi 42 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə göndərilmiş pensiya işinə dair sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2009-cu il tarixli, 389 nömrəli qərarı ilə İddiaçı dövlət qulluqçusu kimi 3-cü dərəcə əlilliyə görə xx.xx.2009-cu il tarixdən pensiya təyin olunmuşdur. - Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun xx.xx.2015-ci il tarixli, xx/xx-1556 nömrəli İddiaçı ünvanlanmış məktubunda qeyd olunmuşdur ki, Fondun Bakı şəhər Narimanov rayon şöbəsinin məlumatına əsasən bildiririk ki, Sizə 2-ci qrup əlilliyə görə təyin olunmuş əmək pensiyanızın məbləği 7 il dövlət qulluğunda iş stajınız, 1222,60 manat orta aylıq dövlət məvacibiniz nəzərə alınmaqla qulluq əlavəsi ilə birlikdə hazırda 599,08 manat (530 manat vəzifə maaşı + 24 manat dövlət qulluğu stajına görə əlavə + 668,60 manat mükafat = 1222,60 x 49 faiz) təşkil edir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, xx/xx-2848 nömrəli məktubunda bildirilmişdir ki, Sizə pensiya hüququnuzun yarandığı xx.xx.2009-cu il tarixdən qüvvədə olan mövcud qanunvericiliyə uyğun dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək pensiyanızın məbləği 133.64 manat, Dövlət qulluğunda stajı - 07 il 07 ay, Vəzifə maaşı - 110.0 manat, Qulluq stajı - 24.0 manat, Mükafat - 138.76. Cəmi: 272.75 x 49% = 133.64 manat. xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək pensiyanızın məbləği 477.18 manat. Vəzifə maaşı - 420.0 manat, Qulluq stajı - 24.0 manat, Mükafat - 529.83 manat, Cəmi: 973.83 x 49% = 477.18 manat. xx.xx.2014-cü il tarixdən pensiyanızın məbləği 599.08 manat, Vəzifə maaşı - 530.0 manat, Mükafat - 668.60 manat, Qulluq stajı - 24 manat, Cəmi: 1222.60 x 49% = 599.08 manat. Məlumat üçün bildiririk ki, 1992-ci il, 1993-cü il, 1994-cü il, 1998-ci il və 1999-cu illərin təqdim olunmuş əmək haqqı cədvəlində olan mükafatları hal hazırdakı vəzifə maaşlarına uyğun olaraq 5 ili, yəni 60 ayı nəzərə almaqla hesablanmışdır. Analıq məzuniyyətdə olduğunuz 1995-ci il, 1996-cı il və 1997-ci illər pensiyanız hesablanan zaman dövlət qulluqçusu kimi iş stajı nəzərə alınmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********9 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2009-cu il tarixdə təyin olunmuş 714 manat 20 qəpik pensiya məbləği yenidən hesablanaraq yenidən hesablanmış pensiya məbləği 690 manat 98 qəpik, hazırkı pensiya məbləği 714 manat 20 qəpik, pensiyanın yenidən hesablanması zamanı əsas gptürülən dövlət məvacibinin tərkibi: vəzifə maaşı 880,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 88,00 manat, mükafatlar 5693,62 faiz miqdarında 827,14 manat, dövlət məvacibi cəmi 1795 manat 14 qəpik təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2-1(112)-7322/2022 nömrəli ilə Qərarı ilə İddiaçı iddiası təmin olunmuş, əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 10 fevral 2022-ci il tarixli **********7 saylı qərar ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının xx.xx.2022-ci il tarixli **********2 nömrəli məhkəmə qərarının icra edilməsi haqqında məktubda qeyd olunmuşdur ki, “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması haqqında" Qərarın ləğvi ilə əlaqədar məhkəmədə iddia qaldırmısınız. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2-1(112)-7322/2022 nömrəli ilə Qərarı ilə iddianız təmin edilib. Eyni zamanda sizə cari ilin may, iyun, avqust, sentyabr və oktyabr ayları üzrə ümumilikdə 3454,90 manat ödənilməli olan pensiya məbləği hesablanıb. Həmin məbləğin 690,98 manat hissəsi 2021-ci ilin dekabr ayında sizə ödənilib Qalan 2763,92 manat hissəsinin isə cari ilin sentyabr və oktyabr aylarında hissə-hissə (hər ay 1381,96 manat) pensiyanızın (690,98 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulub. Əlavə olaraq bildiririk ki, əmək pensiyanızın hesablanması ilə bağlı Mərkəzi Filial tərəfindən 28 dekabr 2021-ci il tarixli **********8 nömrəli məktubla sizə ətraflı məlumat verilib. Məlumat üçün bildiririk ki, 1 yanvar 2022-cı il tarixindən hesablanmaqla sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2-1(112)-7322/2022 nömrəli qərarı ilə tərəfimizdən sizə ünvanlanmış artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması haqqında xx.xx.2022-ci il tarixi **********7 nömrəli qərar ləğv edilib. Sözügedən məhkəmə qərarının icrası tərəfimizdən təmin edilərək xx.xx.2022-ci il tarixli qərar İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən icraya yönəldilməyib və bu barədə tərəfimizdən Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixli məktubla məlumat verilib. Əlavə olaraq bildiririk ki, qeyd olunan məhkəmə qərarında Mərkəzi Filialın üzərinə sizin əmək pensiyanızın yenidən hesablanması ilə bağlı hər hansı öhdəlik qoyulmayıb. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən pensiyanın tərkibində qulluq stajına görə əlavənin ödənilməsi ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, pensiya işinin surətindən müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərmanov rayon şöbəsinin xx.xx.2009-cu il tarixli, 389 nömrəli qərarı ilə xx.xx.2009-cu il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edilən zaman iddiaçının 07 il 01 ay 04 gün dövlət qulluğu müddəti nəzərə alınmaqla xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının artım faizi 49 faiz olmaqla pensiya hesablanmışdır. Daha sonra 1 mart 2018-ci il tarixindən pensiya məbləği artım faizi 23,61% olmaqla iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Hazırkı iddiasında iddiaçı ona pensiya təyin edilən zaman pensiyanın tərkibində qulluq stajına görə 24 manatın 2021-ci ilin may ayından etibarən hər ay üzrə ödənilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, 1 may 2020-ci il tarixli 76-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir: 1 ildən 5 ilədək – 21 manat miqdarında; 5 ildən 10 ilədək – 24 manat miqdarında; 10 ildən 15 ilədək – 27 manat miqdarında; 15 ildən 20 ilədək – 30 manat miqdarında; 20 ildən 25 ilədək – 39 manat miqdarında; 25 ildən 30 ilədək – 45 manat miqdarında; 30 ildən yuxarı – 60 manat miqdarında. 2020-ci il yanvarın 1-dən tətbiq edilən 1 may 2020-ci il tarixli 76-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Əsasnamənin 73-cü maddəsinə edilmiş dəyişikliyə əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində. Beləliklə, qanunvericilikdə edilmiş dəyişikliklə qulluq stajına görə əlavənin məbləğinin konkret olaraq 24 manatla məhdudlaşması aradan qalxmış, qulluq stajına əlavə vəzifə maaşının müəyyən faiz nisbətində müəyyən edilmişdir ki, bu dəyişikliyin hər dəfə vəzifə maaşı artdıqca qulluq stajına əlavənin də faiz nisbətində artımını mümkün edəcəyi nəzərə alındıqda bu halın pensiya təyin edilmiş şəxslərin hüquqi vəziyyətini ağırlaşdırmadığı, əksinə yaxşılaşdırdığı qənaətinə gəlməyə əsas verir. İşin hallarından görünür ki, iddiaçıya 24 fevral 2009-cu il tarixindən vergi orqanlarının əməkdaşı kimi əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edilərkən iddiaçıya hesablanmış 24 fevral 2009-cu il tarixində qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 110,00 manat, qulluq stajına görə əlavə 24,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 103,39 manat olmaqla orta aylıq əmək haqqı 237,39 manat təşkil etmişdir. Belə ki, iddiaçının dövlət qulluğunda ümumi iş stajı 7 il 01 ay 04 gün olmaqla Əsasnamənin 73-cü maddəsinin tələbinə uyğun olaraq xidmət illəri 5 ildən 10 ilədək olduğundan 24 manat miqdarında qulluq stajına əlavə nəzərdə tutulmuşdur. İddiaçının sonrakı pensiya artımları ilə yenidən hesablamalarında (xx.xx.2010, xx.xx.2014, xx.xx.2018, xx.xx.2019-cu il tarixlərdə) cəmi dövlət məvacibinin tərkibində də qulluq stajına görə əlavə 24 manat olmaqla hesablanmışdır. xx.xx.2020-ci il tarixdən Əsasnaməyə edilmiş dəyişikliklə əlaqədar olaraq 5 ildən 10 ilədək olanlara vergi orqanlarında xidmət illərinə görə əlavə 24 manat deyil, vəzifə maaşının 10 faizi məbləğində müəyyən olunduğundan və bu normanın məhz xx.xx.2020ci il tarixdən tətbiqi nəzərdə tutulduğundan iddiaçının xx.xx.2020-ci il tarixindən 880 manat vəzifə maaşının 10%-i, yəni 88 manat qulluq stajına əlavənin hesablanması qanuni olmuşdur. Başqa sözlə, İddiaçı 2009-cu il tarixdən hər ay ödənilmiş əmək pensiyasının tərkibində 24 manat, xx.xx.2020-ci il tarixdən yeni dəyişikliklə əlaqədar pensiyanın yenidən hesablanması zamanı qulluq stajına əlavə kimi 24 manatın yerinə vəzifə maaşının 10%-i, yəni 88 manat hesablanaraq ödənildiyindən, iddiaçıya hazırkı halda əlavə olaraq hər ay 24 manat qulluq stajına əlavənin ödənilməsinin hüquqi əsası yoxdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "qulluq stajına görə əlavənin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar