Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-32/2021 11.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı üçüncü şəxs X7 olmaqla “iddiaçının mərhum ərinin xidməti zamanı istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi” barədə inzibati işə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının mərhum ərinin xidməti zamanı istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X10 xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Onun vəfatından sonra iddiaçı Bakı şəhəri 46 saylı notariat kontoruna müraciət etmişdir. Müraciəti əsasənda Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən vərəsəlik işi açılmışdır. Açılmış vərəsəlik işinə əsasən verilmiş xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı, birgə nikahdan olan qızı X8 və oğlu X9 mərhum əri X5 vərəsəsi kimi tanınmışdır və ondan qalmış miras əmlakdan onlara tam hissədə irs verilmişdir. Miras əmlak 11000 (on bir min) manat məbləğində sığorta ödənişi olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 18 mart 2015-ci il tarixli 15 nömrəli qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq edildikdən sonra iddiaçının əri X5 həmin illərdə isfıfadə etmədiyi növbəti məzuniyyətlərə görə kompensasiya almaq üçün iddiaçı müvafiq sənədləri toplayaraq cavabdehə təqdim etmişdir. Lakin üzərindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı bir addımın atılmadığını görərək yenidən cavabdehə müraciət etmişdir. Cavabdeh istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamə təqdim etməyini istəmişdir. Bundan sonra iddiaçı yenidən vərəsəlik işinin açıldığı Bakı şəhəri 46 saylı notariat kontoruna müraciət etmişdir. Müraciəti əsasında Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən yenidən vərəsəlik işi açılmışdır. Açılmış vərəsəlik işinə əsasən verilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı, birgə nikahdan olan qızı X8 və oğlu X9 mərhum əri X5 vərəsəsi kimi tanınmışdır və ondan qalmış miras əmlakdan onlara tam hissədə irs verilmişdir. Miras əmlak 12683,1 (on iki min altı yüz səksən üç manat on qəpik) manat məbləğində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyadır. Bundan sonra iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni cavabdehə təqdim etməyinə baxmayaraq cavabdeh bu günə qədər miras əmlak kimi istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı ödəməmişdir. İddiaçı dəfələrə qəbul günləri qəbula düşərək miras əmlak kimi istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödəməsini xahiş etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə kompensasiyanın verilməsindən imtina etmişdir. İddiaçı bununla bağlı yazılı şəkildə ərizə ilə cavabdehə müraciət etsə də müraciətinə heç bir cavab verilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh bu hərəkətləri ilə onun hüquqlarını kobud şəkildə pozur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-714/2018 nömrəli, 14 mart 2018ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı mərhum əri X6 xidməti zamanı istifadə olunmamış məzuniyyət günlərinə görə 4.227,10 manat pul kompensasiyasının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması, qalan hissədə təmin edilməməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-714/2018 nömrəli, 26 iyul 2019cu il tarixli qərardadı ilə X2 ərizəsi təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-714/2018 saylı iş üzrə 14 mart 2018-ci il tarixli qərarı ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması təzələnməsi və X7 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-714/2018 nömrəli, 13 noyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və üçüncü şəxs X4 qarşı “iddiaçının mərhum ərinin xidməti zamanı istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-11326/2018 saylı (iddiaçı X2 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-15752018 saylı 7 may 2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üzrə) iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək qayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-32/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə dayandırılmış icraatın təzələnməsi barədə qərara alınmışdır. İddiaçı 07 oktyabr 2021-ci il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianı geri götürmək, iddiadan imtina etmək qərarına gəlmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə uyğun olaraq, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsindən imtinası qanunvericiliyə zidd omadığından, 3-cü şəxslərin maraqlarına və hüquqlarına toxunmadığından iddiadan imtina barədə vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı üçüncü şəxs X7 olmaqla “iddiaçının mərhum ərinin xidməti zamanı istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi” tələbindən imtina edilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı üçüncü şəxs X7 olmaqla “iddiaçının mərhum ərinin xidməti zamanı istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-32/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-32/2021
11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver