Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-320/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1-nin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı, xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən ünvan 1 onun xüsusi mülkiyyətindədir. Həmin əmlakı uzun illərdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə edir. Sözügedən əmlakın qeyri-yaşayış sahəsi kimi istifadə edilməsinə icazə verilməsi üçün Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhəri İstehlak Bazarı və Xidmət Departamentinə müraciət edilmişdir. Bakı şəhərində Ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin “Qeydiyyat Şəhadətnaməsi” verilmişdir. ünvan 1-nin qeyri-yaşayış sahəsi kimi istifadə olunmasını nəzərə alaraq həmin amlakın sənəd üzərində də qeyriyaşayış sahəsi kimi qeydə alınması üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 noyabr 2021-ci il tarixli məktubunda bildirildi ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bundan sonra o, ünvan 1-nin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etdi. Bakı şəhəri Cavabdehndən aldığı 26 aprel 2022-ci il tarixli imtina məktubunda mənzilin texniki pasportu ilə mövcud mənzilin planlarında uyğunsuzluq olduğuna görə xahişi yerinə yetirilməsinin imkan xaricində olduğu bildirildi. Mövcud mənzilin planında olan dəyişikliyə görə mənzilimin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinanı əsassız hesab edir. Belə ki, Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyriyaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının məyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 22.1. Yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması lahiyəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Onun mənzilində tikinti norma və qaydalarına uyğun olmayan heç bir planlaşdırma işi aparılmamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, ünvan 1-nin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi məhkəmə qərarı ilə cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır.
3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 yerləşən ümumi sahəsi 50.40 kv.m. olan mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.
4. ünvan 1 ünvanında yerləşən mənzilə dair texniki pasport, torpaq sahəsinin və tikilinin planı iş materiallarına əlavə edilmişdir.
5. Bakı şəhərində Ticarət, ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin “Qeydiyyat Şəhadətnaməsi” verilmişdir.
6. İddiaçının müraciətinə cavab olaraq Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı təqdim etdiyiniz texniki pasportu ilə mövcud mənzilin planlarında uyğunsuzluq olduğundan xahişinizin yerinə yetirilməsi imkan xaricindədir.
7. İddiaçı tərəfindən cavabdeh quruma təqdim edilmiş ərizəyə qoşma kimi göstərilən sənədlərə əsasən müvafiq müraciətinə mənzilə dair cıxarışın, texniki pasportun təsdiq olunmuş surəti, eləcə də “Qeydiyyat Şəhadətnaməsi”əlavə edilmişdir.
8. Hazırkı iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir: 1. ünvan 1 ünvanınında hər hansı dəyişiklik edilmişdirmi? Qeyd olunan mənzilin faktiki vəziyyət ilə sənədlərdə (çıxarış, texniki pasport) olan göstəricilər arasında uyğunsuzluq vardırmı? 2. Əgər qeyd olunan mənzildə hər hansı dəyişiklik edilmişdirsə, bu, mənzilin və onun yerləşdiyi binanın təhlükəsizliyinə xələl gətirirmi? 3. Qeyd olunan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi texniki cəhətdən mümkündürmü? 4. Qeyd olunan mənzilə gediş-gəliş həmin ünvanda yerləşən digər yaşayış və qeyri iyaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündürmü?
9. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 23 fevral 2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubunda aşağıdakılar qeyd edilir: 2-1(112)-10538/2022 №-li iş üzrə tərəfinizdən xx.xx.2022-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə xx.xx.2022-ci il tarixdə mübahisə predmeti olan mənzilə iş üzrə tərəflərin iştirakı ilə xx.xx.2023-cü il tarixdə baxış keçirilməsinin təşkil olunması barədə vəsatət verilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olanması barədə Mərkəzə hər hansı bir məlumat daxil olmamışdır.
10. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. ünvan 1 ünvanınında hər hansı dəyişiklik edilmişdirmi? Qeyd olunan mənzilin faktiki vəziyyət ilə sənədlərdə (çıxarış, texniki pasport) olan göstəricilər arasında uyğunsuzluq vardırmı? 2. Əgər qeyd olunan mənzildə hər hansı dəyişiklik edilmişdirsə, bu, mənzilin və onun yerləşdiyi binanın təhlükəsizliyinə xələl gətirirmi? 3. Qeyd olunan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi texniki cəhətdən mümkündürmü? 4. Qeyd olunan mənzilə gediş-gəliş həmin ünvanda yerləşən digər yaşayış və qeyriyaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkündürmü?
11. Məhkəmənin sorğusuna əsasən AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə Respublikanın bütün ərazisi üzrə müxtəlif vaxtlarda inşa olunmuş qeyri-yaşayış binalarının sənədləşdirilməsi ilə bağlı müraciətlərin qəbul edilməsi, həmin binalarda yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından müayinə işlərinin aparılması, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəylərin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi tapşırılmışdır. Həmin işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonların ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə tapşırıldığını və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün hazırda hər hansı mütəxəssisin ayrılması imkan xaricindədir.
12. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş 03 avqust 2023-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubunda aşağıdakılar qeyd edilir: Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi və əlavə materialların təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin iş üzrə tərəflər tədqiqat obyektinə gəlmədiyindən eyni zamanda vəsatətdə qeyd olunan əlavə materiallar Mərkəzə təqdim edilmədiyindən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
13. Məhkəmənin təkrar sorğusuna cavab olaraq AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəii Fərmanı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə Respublikanın bütün ərazisi üzrə müxtəlif vaxtlarda inşa olunmuş qeyri-yaşayış binalarının sənədləşdirilməsi ilə bağlı müraciətlərin qəbul edilməsi, həmin binalarda yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından müayinə işlərinin aparılması, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəylərin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi tapşırılmışdır. Həmin işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonların ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsi birbaşa Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə tapşırıldığını və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün hazırda hər hansı mütəxəssisin ayrılması imkan xaricindədir. Məhkəmə ekspertizasının keçirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzİMETİ-nin və ya bu sahədə ixtisaslaşmış özəl qurumların mütəxəssislərinin cəlb edilməsini Sizdən xahiş edirik.
14. Məhkəmənin sorğusuna cavab olaraq AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir: Ümumi sahəsi 57.8 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 4150 nömrəli xx.xx.2018ci il tarixli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nə əsasən dövlət reyestrində xx.xx.2018-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır. Ümumi sahəsi 188.7 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 3662 nömrəli xx.xx.2017ci il tarixli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nə əsasən dövlət reyestrində xx.xx.2017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. ünvan 2 ünvanı xx.xx.2014-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır. Sonradan Cavabdeh Başçısının 324 nömrəli xx.xx.2014- cü il tarixli sərəncamına və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin mənzilin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsi kimi yeni poçt ünvanı alaraq ünvan 3ltında xx.xx.2014- cü il tarixdə X2 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 16 saylı notariat kontorunun 4Ə-447 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı- satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. ünvan 4 ünvanı xx.xx.2018-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. Sonradan Cavabdeh Başçısının 327 nömrəli xx.xx.2018- ci il tarixli sərəncamına və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin mənzilin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsi kimi yeni poçt ünvanı alaraq ünvan 3ltında xx.xx.2020-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır.
15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zaman iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
16. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
17. Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.
18. İddianın növü məcburemtmə növündə iddiadır. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
20. Beləliklə, məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ********** saylı, xx.xx.2020-ci il tarixli çıxarışına əsasən ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir, həmin mənzil iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Sözügedən əmlaka Bakı şəhərində Ticarət ictimai iaşə və xidmət obyektlərinin yerləşdirilməsinin Qeydiyyat Şəhadətnaməsi verilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən ona xüsusi mülkiyyət hüququ üzrə məxsus mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi üçün mənzil qanunvericiliyində nəzərdə tutulmuş sənədləri təqdim etmiş, lakin cavabdeh qurum buna dair ağlabatan əsaslandırma təqdim etmədən iddiaçının tələbini təmin etməkdən imtina etmişdir.
21. Məhkəmənin sorğusuna cavab olaraq AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair müvafiq sənədlərin surətləri təqdim edilmişdir.
22. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi, ev 2 ünvanında 1-ci mərtəbədə yerləşən mənzillər analoji sənədlər əsasında Cavabdeh sərəncamları ilə qeyri-yaşayış sahələrinə keçirilmişdir. Lakin iddiaçıya münasibətdə cavabdeh qurum fərqli mövqe ifadə etmişdir.
23. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı ilə bərabər və ya müəyyən meyarlara əsasən oxşar vəziyyətdə olan, mənzillərin qeyri-yaşayış sahəsinə keçirən şəxslərin hüquqi vəziyyətinin qiymətləndirilməsi bərabərlik prinsipinin pozulması nöqteyi-nəzərindən əhəmiyyətlidir, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
25. Beləliklə, iddiaçı ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın növü mənzil müəyyən edilmişdir) qeyri-yaşayış sahəsinə keçirilməsini qanunvericiliyin məqsədlərinə uyğundur.
26. Odur ki, cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə, eləcə də qanunun güddüyü məqsədə mütənasib hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilir.
27. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
28. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X9 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X14 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
29. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva