Məhkəmə qərarları › İş №2-1(112)-3200/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3200/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3200/2023 12.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə qarşı «dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün pul vəsaitinin cavabdehdən tutulması» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə qarşı «dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün pul vəsaitinin cavabdehdən tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 2008-ci ildə Xətai rayonu Əhmədli Bələdiyyəsindən fərdi ev tikintisi məqsədilə alqı-satqı yolu ilə 0,01 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi üçün Əhmədli Bələdiyyəsinə 2.000 manat dövlət rüsumu ödəmişdir. Torpaq sahəsi Əhmədli qəsəbəsi, 2315-ci məhəllədə yerləşir. İddiaçı orada tikinti işləri başlamaq istəyərkən məlum olmuşdur ki, bu torpaq sahəsi Əhmədli Bələdiyyəsinin sərəncamı ilə başqa bir şəxsə fərdi ev tikintisi üçün satılmışdır. Bu səbəbdən, o, tikinti işlərini dayandırmalı olmuşdur. Bundan sonra Əhmədli Bələdiyyəsi iddiaçıya başqa bir yerdə – Xətai rayonu, Ramiz Quliyev küçəsi (“Radiozavod” adlanan ərazidə), 4-cü sahədə 0,01 ha torpaq sahəsi ayırmışdır. İddiaçı həmin ərazidə tikinti işləri aparmaq aparadığı zaman isə məlum olmuşdur ki, Əhmədli Bələdiyyəsi tərəfindən yenidən aldadılmışdır. Çünki həmin ərazi də Bələdiyyə tərəfindən fərdi ev tikintisi məqsədilə başqa bir şəxsə satılmışdır. 15 ilə yaxındır ki, iddiaçı Əhmədli Bələdiyyəsi tərəfindən maddi və mənəvi zərbələrə məruz qalmışdır. Ona aldatma yolu ilə təklif edilən hər iki torpaq sahəsində tikinti işlərinə başlamaq üçün küllü miqdarda vəsait sərf etmişdir (bünövrə qazdırmaq və tikinti materiallarını almaq üçün). Əhmədli Bələdiyyəsinin təqsiri səbəbindən özü və ailə üzvlərinin səhhətində problemlər yaranıb. Onlar ailəlikcə maddi və mənəvi zərbələrə məruz qalmışlar. 15 ildə Əhmədli Bələdiyyəsində torpaq almaq üçün sərf etdiyi küllü miqdarda vəsaitin əvəzinə ona qalan bir yığın kağız olmuşdur. Məhkəmədən 15 il cavabdeh Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən iddiaçının ailəsinə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün cavabdehdən 50.000 manat vəsaitin alınaraq iddiaçıya verilməsi barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin iddiaya qarşı məhkəməyə təqdim olunuş yazılı etirazında bildirilir ki, İddiaçı iddia ərizəsi ilə müraciət edərək 2008-ci ildə Xətai rayonu Əhmədli Bələdiyyəsindən fərdi ev tikintisi üçün alqı-satqı yolu ilə 100 kv.m 2.000 manat məbləğə torpaq sahəsinin aldığını sonra həmin torpaq sahəsinin başqa şəxsə satıldığına görə ona başqa torpaq sahəsinin verildiyini və nəticədə hər iki torpaq sahəsinin başqa şəxslərə də satıldığına görə Bələdiyyənin 15 il ərzində maddi və mənəvi ziyan vurulması ilə əlaqədar olaraq 50.000 manat vəsaitin bələdiyyədən alınaraq ona ödənilməsini xahiş etmişdir. Bələdiyyənin arxivində İddiaçı 100 kv.m. torpaq sahəsinin ayrılması barədə 019 saylı 23 aprel 2008-ci il tarixli qərardan çıxarış, kassa mədaxil orderinin surəti, Xətai RİH-in 21 saylı 14 fevral 2008-ci il tarixli və Xətai Rayon Qaz İstismar İdarəsinin 7 fevral 2008-ci it tarixli BA-115/4-5 saylı məktublarının surətləri aşkar edilmişdir. Özü iddia etdiyi kimi İddiaçı ayrılmış torpaq sahələrinin cizgiləri və alqısatqı aktı aşkar edilməmişdir. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 23-cü maddəsinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. İşdən göründüyü kimi, vətəndaşa torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilsə də, torpaq sahəsinin planı və ölçüsü barədə cizgi tərtib edilməmiş və tərəflər arasında alqı-satqı aktı bağlanmamışdır. Bununla da iddiaçı ilə cavabdeh arasında hərhansı alqı-satqı faktı təsdiqini tapmamışdır. Vətəndaşın hər hansı torpaq sahəsində tikinti aparılmasına münasibətdə isə, bələdiyyə tikinti üçün icazə verən qurum deyil. Həmin Əsasnamənin 24-cü maddəsinə görə hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələrində tikinti işlərinə başlanmazdan əvvəl tikiləcək obyektin layihəsi, habelə mühəndiskommunikasiya pasportu hazırlanmalı və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu razılaşdırılmadan tikinti işlərinin başlanmasına (aparılmasına) yol verilmie. Belə olan halda iddiaçının razılaşma olmaya-olmaya hər hansı tikinti işlərinin aparılmasına görə bələdiyyə heç bir məsuliyyət daşımır. Göstərilənlərə və İPM-in 35-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Xətai rayonu Əhməli bələdiyyəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 2 dekabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı maddi və mənəvi ziyanın ödənilməsi barədə bələdiyyətə müraciəti daxil olmamışdır. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iddiaçının iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. O, bildirdi ki, iddia qaldırmamışdan əvvəl müvafiq kompensasiyanın ona ödənilməsi ilə bağlı Əhmədli Bələdiyyəsinə müraciəti olmamışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı iddiası mahiyyətcə İPM-in 2.2.7-ci maddəsində təsbit olunan “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında” iddialara aiddir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qaldırılmasından əvvəl İddiaçı inzibati orqan Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinə müvafiq məzmunda müraciət etməsi nə iddia ərizəsində bildirilmiş, nə də həmin müraciəti təsdiq edən hər hansı sənəd və cavabdeh inzibati orqanın imtinası iddia ərizəsinə əlavə olunmamışdır. Bu hal isə belə nəticə yaradır ki, iddiaçı və cavabdeh arasında inzibati mübahisə yaranmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə iddianın predmeti baxımından cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar