Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3201/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN xidmət” X1 qarşı “İddiaçı soyadının Mahmudova olaraq dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Bakı ASAN xidmət” X1 qarşı İddiaçı soyadının Mahmudova olaraq dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə AR ƏN 1 saylı Bakı “ASAN xidmət” X1 müraciət edərək əvvəllər daşıdığı Məhmudova soyadının Bəhramqızı olaraq dəyişdirilməsini xahiş etmişdir. Buna səbəb həmin dövrdə Azad Azərbaycan Tele- Radio Yayım Şirkətində aparıcı olaraq çalışmağı və efir məkanında İddiaçı olaraq tanınmağı olmuşdur. İddiaçının 2014-cüil tarixdə müraciəti qeydiyyata alınsa da, nəticə ilə bağlı ona heç bir məlumat verilməmişdir. Onun isə işləri ilə bağlı vaxt problemi yaşadığı üçün məsələ ilə maraqlana bilməmişdir. Bundan 6 il sonra, yəni 2020-ci ilin fevral ayında ailə tərkibi haqqında arayış almaq üçün ASAN xidmət mərkəzinə müraciət etdiyi zaman soyadının Mahmudova deyil, Bəhramqızı olaraq dəyişdirildiyini və istədiyi sənədi ala bilməyəcəyini bildirmişlər. İddiaçı 2014-cü ildə soyadını dəyişmək üçün müraciət etdikdən sonra xarici ölkələrə səfər etmiş, hətta 2018-ci ildə yaş həddi ilə bağlı şəxsiyyət vəsiqəsinidə dəyişmişdir. Lakin nə sərhəd buraxılış məntəqələrində, nə də şəxsiyyət vəsiqəsi alarkən soyadla bağlı heç bir problem yaşamamış və ona şəxsiyyət vəsiqəsi əvvəlki soyadı ilə, yəni Mahmudova soyadı ilə verilmişdir. İddiaçı soyadının dəyişdiyi üçün hal-hazırda sənədləşmə işlərində bir sıra problemlər yaşayır və bu vaxta qədər adına olan bütün sənədləri dəyişdirmək məcburiyyətində qalmışdır. Bu isə hazırda işlərinin çoxluğu və vaxt məhdudiyyətləri ilə əlaqədar onun üçün ciddi problemlər yaradır. Məsələ ilə bağlı 2020-ci ilin fevral ayında məlumat aldıqdan sonra COVİD-19 pandemiyası ilə əlaqədar bir müddət aidiyyatı qurumlara müraciət edə bilməmişdir. O, 2020-ci ilin oktyabr ayında Bəhramqızı soyadı ilə yeni şəxsiyyət vəsiqəsi aldıqdan sonra isə hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində AR ƏN 1 saylı Bakı ASAN xidmət X1 müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilmiş və bu barədə ona 26.11.2020-ci il tarixli, 05/a-1398/15 saylı cavab məktubu göndərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir Məhkəmə iddiaçıya iddia ərizəsində yol verilən formal xətanın aradan qaldırılması (iddia ərizəsi imzalanmamışdır) üçün 17 dekabr 2020-ci il tarixli məktubu ilə ona 20 gün müddət təyin etmişdir. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək, yol verilən formal xətanın aradan qaldırılmasında iddiaçıya yardım etmək məqsədi ilə 01 mart 2021-ci il tarixində keçirilmiş baxış iclasında, məhkəmə iddiaçıya formal xətanın aradan qaldırılmasının zəruri olduğunu bir daha izah etmiş, müddət təyin etmişdir. İddiaçı hal-hazırkı məhkəmə iclasında iştirak etməmiş, 30 gündən artıq bir müddət keçməsinə baxmayaraq iddia ərizəsini imzalamamışdır. İş materiallarından görünür ki, iddiaçıya formal xətanın aradan qaldırılması üçün təyin edilmiş müddətin keçməsinə və məhkəmə iclasında ona formal xətanın aradan qaldırılmasının zəruri olduğu bildirilsə də, iddiaçı məhkəmənin tələbini icra etməmişdir. İşin gedişatından göründüyü kimi iddiaçı məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmənin tələblərini yerinə yetirməmişdir. Göstərilənlər məhkəməyə belə nəticəyə gəlmək əsas verir ki, iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəməmiş və məhkəmə icraatından yayınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab ki, İddiaçı cavabdeh 1 saylı Bakı ASAN xidmət” X1 qarşı İddiaçı soyadının Mahmudova olaraq dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 1 saylı Bakı ASAN xidmət” X1 qarşı İddiaçı soyadının Mahmudova olaraq dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin və 2 -1(112)-3201/2021 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3201/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3201/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver