Məhkəmə qərarları › İş №2-1(112)-3202/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3202/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3202/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Kərimova (Mustafayeva) Nazilə Nuru qızına və Suraxanı Rayon İcra Hakimiyyətinnin yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “qəyyumluğun ləğv olunması” dair işə məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Kərimova (Mustafayeva) Nazilə Nuru qızına və Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “qəyyumluğun ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 10 sentyabr 2020-ci il tarixə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç br məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir. 13 fevral 2020-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanaraq iddia tələbinin Cavabdeh1, Kərimova (Mustafayeva) Nazilə Nuru qızına və Suraxanı Rayon İcra Hakimiyyəti Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı yönəldiyi, həmin cavabdehlərdən Cavabdeh1 və Kərimova (Mustafayeva) Nazilə Nuru qızının fiziki şəxslər olduğundan həmin şəxslərə qarşı iddia tələbinə inzibati icraat qaydasında baxılmasının mümkün olmadığı və həmin şəxslərin prosessual statusunun üçüncü şəxs kimi göstərilməli olduğu iddiaçıya izah edilmiş, lakin bununla bağlı iddiaçı tərəfindən müvafiq hərəkət edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd); İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.3-cü maddəsinə görə valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) işə cəlb edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətləxrinin qəyyumluq və himayə orqanları) mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. Təsnifatın İİİ bölməsində inzbati orqan kimi Azərbaycan Respublikasının rayon və şəhər icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümyəndəlikləri müəyyən edilmişdir. Məhkəmə o cümlədən iddia ərizəsində cavabdehlərin sırasında inzibati orqan kimi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının göstərilməsini formal xəta kimi qiymətləndirərək tələbə cavab verməli olan inzibati orqan olmaması qənaətindədir. Buna görə də inzibati orqan olmayan cavabdehlərlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddiaların 8 növü müəyyən edilmişdir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 25 dekabr 2019-cu il tarixli iclas Protokolundan Çıxarışdan görünür ki, rayon İcra Hakimiyyəti başçısının müavini, RİH yanında Qəyyumluq və Himayə Komissiyasının məsul katibi, Rayon Polis İdarəsinin X1 X2 proflaktik İşin t.kil Bölməsinin rəisi, polis polkovnik-leytenantı, Rayon Gənclər və İdman İdarəsinin rəisi, DSMF Suraxanı rayon Şöbəsinin Müdiri, 3 saylı Doğum Evinin baş həkimi, RİH yanında Qəyyumluq və Himayə Komissiyasının uşaqlarla iş üzrə məsləhətçipsixoloqunun iştirakları ilə Komissiya təşkil edilmiş Cavabdeh1 və İddiaçı iclasda iştirak etmiş, nəticədə Suraxanı rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli 2(010)- 2156/2019 saylı qətnaməsinə istinad olunaraq Cavabdeh1 fəaliyyət qabiliyyətsiz hesab edilmiş X4 üzərində qəyyum təyin edilməsi məqsədəuyğun hesab edilmişdir. Göründüyü kimi qeyd olunan qətnamə üzrə Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X4 üzərində ərizəçilərdən hansının qəyyum təyin edilməsi rayon icra hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına həvalə olmuşdur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Kərimova (Mustafayeva) Nazilə Nuru qızına və Suraxanı Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı “qəyyumluğun ləğv olunması”nadair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar