Məhkəmə qərarları › İş №2-1(112)-3202/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3202/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3202/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı X8, X15, X9, X20 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı X8, X15, X9, X20 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı X8, X16, X12 və X13 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi, ev 9 (Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən isə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X32 küçəsi, ev 9) ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Məktəbli küçəsi ev 9 (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən isə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X32 küçəsi ev 9) İddiaçı mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər X8, X16, X9, X3 evdə bu günə kimi pasport qeydiyyatında qalmaqdadırlar. Həmin şəxslərin iddiaçının xüsusi mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması barədə xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsinə ərizə ilə müraciət etsə də, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli 055-233082-3222 nömrəli imtina məktubu ilə işlə bağlı məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-13529/2022 saylı qərardadı ilə iş üzrə X8, X16, X9, X20 məhkəmə icraatına zəruri olaraq üçüncü şəxslər qismində cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz ( mülahizəsi ) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2022-ci il tarixli məktublarla məhkəməyə müraciət edərək inzibati iş üzrə məhkəmə iclasının RPİ-nin səlahiyyətl nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döblət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubunda göstərilmişdir ki, X8, X16, X12 və X2 ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar olunmamışdır. - Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli, **********31-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X32 küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Həmin məktuba əlavə edilmiş xx.xx.2017-ci il tarixli 510688 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin təsdiq edilmiş surətində göstərilmişdir ki, xx.xx.1966-cı il tarixdə ölmüş X7 vərəsəsi olan İddiaçı ünvan 3 ünvaında yerləşən miras əmlakdan 1/3 hissədə pay almalıdır, vərəsəsi qızı X10 miras əmlakdan 1/3 hissədə pay almalıdır, vərəsəsi oğlu X17 miras əmlakdan 1/3 hissədə pay almalıdır. - Həmin məktuba əlavə edilmiş xx.xx.2017-ci il tarixli “vərəsəlikdə miras payın bağışlanması” barədə müqavilənin təsdiq edilmiş surətində göstərilmişdir ki, X10, X33 oglu xx.xx.2017-cü il tarixdə verilmiş 2\/\-54 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum ataları X40 Əhmdə oğlundan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X32 küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evindən və mülkiyyətdə oln 0,0967 hektar torpaq sahəsindən onlara düşən 1/3 hissə vərəsəlik paylarını İddiaçı bağışlamışlar. - Həmin məktuba əlavə edilmiş AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Əliyev X35 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X32 küçəsi ev 9 ünvanında yerləşən ümumi sahəsi 0,0967 hektar olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən 0,0452 hektar olan hissəsini X1. - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli mətubuna əlavə edilmiş fərdi uçot kartoçkalarının təsdiq edilmiş surətlərindən görünür ki, X12 xx.xx.1991ci il tarixdə, X20 xx.xx.2005-ci il tarixindən, X16 xx.xx.1991-ci il tarixindən, X8 xx.xx.2008ci il tarixindən ünvan 3 ünvanına pasport qedyiyyatına alınmışlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döblət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanı ilə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X32 küçəsi ev 9 olaraq eynilik təşkil edir. Müraciətdə qeyd olunan fərdi yaşayış evinə “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”ında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 5 ünvan rekviziti təyin edilmişdir. - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayandəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı, X18, X29, X21 ünvan 3 ünvanında qeydiyyatda olmaqla yanaşı həmin ünvanda yaşayırlar. - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayandəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı, X18, X29, X21 ünvan 3 ünvanında qeydiyyatda olmaqla yanaşı həmin ünvanda yaşayırlar. X12, X20, X16, X8, X4, X6 ünvan 3 ünvanında qeydiyyatda olmalarına baxmayaraq həmin ünvanda yaşamırlar. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döblət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi 15 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümyandəliyinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı qəsəbə nümayəndəliyinə dəvət edilmişdir. Söhbət əsnasında o bildirmişdir ki, Bakı şəhəri, Məktəbli (M.C.Bağırzadə) küçəsiev 9 ünvanına dair xx.xx.2017-ci il tarixindən etibarən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyətçi hüququnu almışdır və bunu təsdiq edən çıxarışı nümayəndəliyə təqdim etmişdir. Həmçinin o bildirmişdir ki, həmin ünvanda yalnız özü, yoldaşı - X18, oğlu - X29, qızı - X21 qeydiyyata olaraq yaşayırlar. Mərhum qardaşının yoldaşı X9, qardaşı oğlanları - X16, X20, qardaşı qızı X8 isə həmin ünvanda qeydiyyatda olsalar da, 6 ildən çoxdur ki, qeyd olunan ünvanda yaşamırlar. Adı çəkilən şəxslər ünvan 3 ünvanında yaşamadıqlarından məhkəmə bildirişinin həmin şəxslərə təqdim etməm mümkün olmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ: 4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı tələbin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini istifadə edir və daimi yaşayır. Üçüncü şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda qalmaları sonuncuya həmin evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmalarına nail olmaqdır. Başqa sözlə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslərin faktiki olaraq yaşamadıqları və istifadə hüququnun mövcud olmadığı evdə yaşayış yeri üzrə qeydiyyatda olmaları formal xarakter daşıyır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlıdır. İddiaçı bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X8, X16, X12 və X20 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi, ev 9 (Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən isə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X32 küçəsi, ev 9) ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. X8, X16, X9, X13 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi, ev 9 (Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən isə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X32 küçəsi, ev 9) ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 9

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar