Məhkəmə qərarları › İş №2-1(112)-3203/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3203/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3203/2021 16.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətnun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********5 və **********2 nömrəli qərarların ləğv edilməsi və həmin qərarlara əsasən xx.xx.2020-ci il tarixində şirkətə məxsus olan əmlakın siyahıya alınması haqqında aktın etibarsız hesab edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “aktın ləğv edilməsi” barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş halda xx.xx.2020-ci il tarixli **********5 və **********2 nömrəli qərarların və həmin qərarlara əsasən xx.xx.2020-ci il tarixində şirkətə məxsus olan əmlakın siyahıya alınması haqqında aktın tam qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********5 və **********2 nömrəli qərarların ləğv edilməsi və həmin qərarlara əsasən xx.xx.2020-ci il tarixində şirkətə məxsus olan əmlakın siyahıya alınması haqqında aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli **********162844 nömrəli səyyar vergi yoxlaması aktı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********198945 saylı qərarına əsasən İddiaçı MMC-yə 1234183,59 manat vergi hesablanmış və 272750,24 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla bağlı qeyd edir ki, İddiaçı MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********198945 saylı inzibati qərarın tam qanunsuz və əsassız olduğundan ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və hal-hazırda da 2-1(112)6836/2020 saylı inzibati iş hakim Aytən Oruczadənin icraatındadır. İş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığı halda vergi orqanı heç bir əsas olmadan xx.xx.2020-ci il tarixli **********5 və **********2 nömrəli qərarlar qəbul etmişdir. Həmin qərarlar vergi orqanı tərəfindən vergi ödəyicisi olaraq İddiaçı MMC-yə göndərilməmiş və ya tanış edilməmişdir. Bu səbəbdən həmin qərarlardan iddiaçının heç bir məlumatı olmamışdır. Eyni zamanda vergi orqanı həmin qərarlara əsasən xx.xx.2020-ci il tarixində şirkətə məxsus MMCnin nümayəndəsinin istirakı olmadan guya əmlakları siyahıya alınmışdır. Vergi Məcəlləsinin 15-ci maddəsinə əsasən vergi yoxlamalarının aktları və digər materialları ilə tanış olmaq, vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergilərin hesablanması və ödənilməsi, habelə keçirilən vergi yoxlamalarının aktları üzrə öz rəyini bildirmək vergi ödəyicisinin hüququdur. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bununla bağlı bildirirlər ki, həmin aktın tərtib olunması zamanı ümumiyyətlə müəssisə rəhbəri Bakı şəhərində olmamışdır. Həmçinin İddiaçı MMC-yə məxsus hər hansı səlahiyyətli əməkdaşın iştirakı olmadan akt tərtib edilmişdir. Belə olan halda necə ola bilər ki, aktda göstərilir ki, o imzalamaqdan imtina etmişdir. Halbuki vergi orqanı əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus əmlakların siyahıya alınması üçün heçbir şərait yaradılmamışdır. Göründüyü kimi vergi orqanın əməkdaşı öz vəzifə səlahiyyətlərini kobud şəkildə pozmuşdur. Vergi Məcəlləsinin 89.8-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********2 saylı Əmlakın siyahıya alınması haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən əmlakların siyahıya alınması vergi ödəyicisi tərəfindən təmin edilmədiyindən (şərait yaradılmadığından) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********833400 nömrəli, xx.xx.2020-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilərək icra edilməsi üçün Qaradağ rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Nəzərə almaq lazımdır ki, "xxxx" MMC (VÖEN **********) sement tərkibli məhsulların istehsalı və satışı ilə məşğul olan, yüzlərcə vətəndaşı iş yeri ilə təmin edən, hər il dövlət büdcəsinə yüz minlərcə manat ödəyən qeyri-neft sektoruna aid şirkətdir. İndiki halda şirkətin ticarət fəaliyyətini normal şəkildə həyata keçirə bilməsi, müqavilə və qanunvericiliklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməsi üçün ƏDV depozit və digər cari hesablarının aktiv olması zəruridir. Son olaraq bildirilir ki, yuxanda qeyd edilən hər biri təkbaşına məsuliyyət qərarının ləğv edilməsi əsas ola biləcək dəlillərdən də göründüyü kimi vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması başladılmış, yoxlama fəaliyyəti qanunazidd formada aparılmış, aktda qeyd edilən halların heç biri əsaslandırılmamış və nəticədə qanunsuz bir qərar qəbul edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsinə görə “vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələh, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir”. Qeyd olunanlara əsasən İddiaçı MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş halda xx.xx.2020-ci il tarixli **********5 və **********2 nömrəli qərarların və həmin qərarlara əsasən xx.xx.2020-ci il tarixində şirkətə məxsus olan əmlakın siyahıya alınması haqqında aktın tam qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İddiaçı "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********5 və **********2 nömrəli qərarların və həmin qərarlara əsasən xx.xx.2020-ci il tarixində şirkətə məxsus olan əmlakın siyahıya alınması haqqında aktın tam qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Departament aşağıda göstərilənlərə əsasən iddia tələbi ilə razılaşmır: Vergi Məcəlləsinin 23.1.8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək vergi orqanın hüququdur. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi ödəyicisinə vergi borcunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, **********6 №-li borc bildirişi göndərilmiş, borc məbləğinin Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Borcun göstərilən müddət ərzində ödənilmədiyi təqdirdə borclu vergi ödəyicisinə məxsus olan əmlakın siyahıya alınması da daxil olmaqla, vergi orqanı tərəfindən həyata keçirilə biləcək tədbirlər sadalanmışdır. İddiaçı öz ərizəsində Departament tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********198945 saylı ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın məhkəmə qaydasında mübahisələndirildiyini qeyd etmişdir. Bununla bağlı bildirir ki, məhkəmə tərəfindən inzibati iş araşdırılır və heç bir qərar qəbul edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; (8.1-ci bənd) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; (8.2-ci bənd). Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. (8.3-cü bənd) Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Qərarın həmçinin 15.5-ci bəndində İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğu qeyd olunmuşdur. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.(15.6-cı bənd) Göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir: - İddiaçı MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş halda xx.xx.2020-ci il tarixli **********5 və **********2 nömrəli qərarların ləğv edilməsi; -xx.xx.2020-ci il tarixli vergi ödəyicisinin siyahıya alınmış əmlakın məsul saxlanmaya verilməsi haqqında aktın etibarsız hesab edilməsi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********2 nömrəli Qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəllənin 89-cu maddəsinə əsasən İddiaçı MMC-nin əmlaklarının siyahıya alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli Qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəllənin 89-cu maddəsinə əsasən İddiaçı MMC-nin əmlaklarının siyahıya alınması qərara alınmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı MMC 30 sentyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********198945 saylı inzibati qərarın tam qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-1949/2021 saylı 12 aprel 2021-ci il tarixli Qərarı ilə (hakim A.Oruczadə) iddia qismən təmin edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020ci il tarixli, **********198945 №-li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı qismən, mənfəət vergisi, əlavə dəyər vergisi və ona tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilməsi qərara alınmışdır. Hazırki halda xx.xx.2020-ci il tarixli, **********198945 №-li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı qismən, mənfəət vergisi, əlavə dəyər vergisi və ona tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilməsi qərara alındığından, iddiaçının İddiaçı MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********5 və **********2 nömrəli qərarların və həmin qərarlara əsasən xx.xx.2020-ci il tarixində şirkətə məxsus olan əmlakın siyahıya alınması haqqında aktın etibarsız hesab edilməsi nəticəsində hər hansı hüquqi nəticə əldə olunmayacağı, əhəmiyyətsiz hərəkətlə nəticələnəcəyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.5-ci madəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək (maddə 23.1.5) vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: (maddə 49.1.1) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; (maddə 49.1.2) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; (maddə 49.1.3) əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Sadalanan xüsusatlara əsasən Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********5 və **********2 nömrəli qərarları xx.xx.2020-ci il tarixli, **********198945 №-li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarından irəli gərələk qəbul edildiyindən, beləliklə iddiaçıya münasibətdə müstəqil olaraq hüquqi nəticə yaratmadığından, həmin qərarların inzibati akt kimi inzibati məhkəmə icraatında mübahisələndirilməsi yolverilməzdir. Məhkəmənin qeyd edir ki, iddiaçının etibarsız sayılmasını tələb etdiyi xx.xx.2020-ci il tarixli vergi ödəyicisinin siyahıya alınmış əmlakın məsul saxlanmaya verilməsi haqqında akt qeyd olunan qərarlardan irəli gəldiyindən, həmin akt iddiaçının hər hansı hüquqlarını məhdudlaşdıracaq hərəkətləri özündə ehtiva etmədiyindən, o cümlədən özü-özlüyündə müstəqil olaraq hüquqi nəticə yaratmadığından və beləliklə inzibati akt olmadığından iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.12-ci maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. Nəzərə alınmalıdır ki, müvafiq səyyar vergi yoxlamasının nəticələri aktla rəsmiləşdirilərək, aktda vergi orqanına (orqanın rəhbərinə) vergi ödəyicisinə əlavə vergi borcunun hesablanması və (və ya) müvafiq maliyyə sanksiyasının tətbiq olunması təklif edildikdən sonra vergi orqanının rəhbəri tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsində göstərilən qərarlardan biri qəbul olunur. Qəbul olunan qərardan asılı olaraq vergi ödəyicisi üçün hüquqi nəticə yarana bilər. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətnun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********5 və **********2 nömrəli qərarların ləğv edilməsi və həmin qərarlara əsasən xx.xx.2020-ci il tarixində şirkətə məxsus olan əmlakın siyahıya alınması haqqında aktın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar