Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3204/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «təhsil haqqının dövlət hesabına ödənilməsi və ödənilmiş məbləğin qaytarılması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «təhsil haqqının dövlət hesabına ödənilməsi və ödənilmiş məbləğin qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş saylıır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmilş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçının övladı X2 bu il 370 ball toplayaraq Azərbaycan Dövlət İqtisad Universtietinin “biznes və menecment” fakültəsinin beynəlxalq ticarət və loqıstıka ixtisasına qəbul olmuşdur. Bu ixtisas üzrə 370 baldan az olanlar dövlət hesabına ödəmələrlə təmin olunmuşdur. X3 görə hər il 2.100 manat ödəmə tələb olunur. İddiaçı həmin məbləğin 1.050 manatını kreditlə götürdüyü məbləğlə ödəməyə məcbur olmuşdur. Qeyd olanları nəzərə alaraq və özünün "Çernobl qəzasının nəticələrini aradan qaldırarkən" xidməti vəzifənii yerinə yetirən zaman ikinci qrup əlil – Prezident təqaüdçüsü olduğunu əsas tutaraq oğlunun təhsil haqqını dövlət hesabina təmin olunmasını xahiş etmişdir. Lakin cavab olaraq dövlət tərəfindən ödəniş ancaq Azərbaycan Respublikasının torpağlarının azad olunması, Böyük vətən müharibəsi, şəhid ailələrin övladlarına şamil edildiyi bildirilmişdir. Onun (iddiaçının) statusunda olan, yəni xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və Böyük vətən müharibəsi əlilləri ilə bərabər statusda tutulur. Bu statusdan olan əlillərin bütün imtiyazları ona da şamil edilir. Hal-hazırda şüa xəstəliyindən əziyyət çəkir. Orqanizmində şiddətli sinir ağrıları var. Aldığı təqaüd özünün və övladının dərmanlarına xərclənir. Oğlu Elnur özü də dispanserdə, Sosial Təminat İdarəsində uçotddadır. Qeyd olanları nəzərə alaraq, övladı X1 Azərbaycan Dövlət İqtisad Üniversitetinin müvafiq fakültəsində təhlilinin dövlət hesabına ödənilməsi və ödədiyi 1.050 manat vəsaitin ona qaytarılması barədı qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsi İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddiaya qarşı aşağıdakı məzmunda yazılı etiraz təqdim etmişdir: - İddiaçı iddiası əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edilir. Belə ki, iddiaçının oğlu Elnur Şükürov Universitetin "biznes və menecment" fakültəsinin təhsilin 1-ci ili tələbəsidir. Universitetə təqdim edilən sənədlərdən məlum olmuşdur ki, onun valideyni İddiaçı «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların status və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının 6 dekabr 1993-cü il tarixli Qanununun 6-cı maddəsindəki imtiyazlara malikdir, lakin bu Qanunda ali təhsil müəssisəsində təhsil haqqı güzəştinə dair müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən təhsil haqqından azad edilir – 2011/2012-ci tədris ilindən etibarən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları («Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı), Şəhid ailəsi statusunu almış ailənin üzvləri («Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli Qanunu), 2013/2014-cü tədris ilindən etibarən hər iki valideynini itirmiş, hər iki valideyninin himayəsindən məhrum olmuş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni İ və İİ qrup əhl olan uşaqlar («Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu), 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil ş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları (Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı), 2019/2020-ci tədris ilindən etibarən İ və İİ dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar (Azərbaycan Respublikası Prezidentinin 3 may 2009-cu il tarixli Sərəncamı). Beləliklə, İddiaçı övladı təhsil haqqının ödənilməsindən azad olma güzəştinə malik deyil. Göstərilənlərə əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. İPM-in 26.3-cü maddəsinə görə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. MPM-in 49.3-cü maddəsinə görə yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Təhsil haqqında» AR Qanununun 1.0.43-cü maddəsinə görə təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir, 1.0.47-ci maddəsinə görə təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur, 1.0.53-cü maddəsinə görə universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, orta ixtisas və, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir. Həmin Qanunun 14.8-ci maddəsinə görə təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir. Həmin Qanunun 14.8-1-ci maddəsinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların status və sosial müdafiəsi haqqında» AR Qanununun 5-ci maddəsinin 1-ci bəndinə förə bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər, köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər), zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları. Həmin Qanunun 6-cı maddəsinə görə bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslər aşağıdakı hüquqlara malikdirlər: - Təhsil alarkən hökmən yataqxana və təqaüdlə təmin edilmək; - İdarə tabeliyindən asılı olmayaraq, uşaqlarının məktəbə qədər uşaq tərbiyə müəssisələrində, eləcə də musiqi məktəblərində növbədənkənar qaydada yerlə hökmən təmin edilməsi. «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» AR Qanununun 5-ci maddəsinə görə bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli 347 nömrəli Sərəncamı ilə nəzərdə trutulur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Göründüyü kimi, təhsil qanunvericiliyi vətəndaşların təhsil müəssisəsində təhsilini dövlət hesabına və ödənişli əsaslarla həyata keçiriməsini nəzərdə tutur və təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənməli olduğu şəxslərin dairəsini müəyyən etmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin sırasına Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşlar (onların övladları) aid edilməmişdir. Həmçinin, «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların status və sosial müdafiəsi haqqında» AR Qanununun 6-cı maddəsində həmin Qanun şamil olunan şəxslərə verilən güzəşt və imtiyazlar sırasına təhsil haqqından azad olunma daxil deyil. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı Cavabdeh onun ödənişsiz əsaslarla əlavə təhsil almasının təmin olunması ilə bağlı hərəkətləri (imtinası) qanuna zidd qiymətləndirilməməılidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «təhsil haqqının dövlət hesabına ödənilməsi və ödənilmiş məbləğin qaytarılması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1, 52, 58.7, 75, 81, 85-ci maddələrinə əsaslanaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı «təhsil haqqının dövlət hesabına ödənilməsi və ödənilmiş məbləğin qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3204/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3204/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver