Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3205/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mənzilə mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 52, 46 A saylı mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixə qədər Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil-Kommunal İstismar Sahəsində fəhlə vəzifəsində işlədiyinə görə ona Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 2006-cı ildə Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 52, 46 A saylı mənzil istifadəsinə verilərək ailə üzvlərində birlikdə həmin mənzilə köçüb orada yaşayıb ümumi təsərrüfat aparmışlar. Həmin vaxtdan o, oz ailə üzvləri ilə həmin mənzildə yaşayır, daimi pasport qeydiyyatındadır, mənzil haqqını və kommunal xidmətlər üzrə bütün xərcləri ödəyir. Buna görə də həmin mənzilə onunla kirayə müqaviləsinin bağlanması üşün Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısına müraciət etmişdir. Həmin müraciətinə əsasən 2006-cı ildən həmin mənzildə yaşadığını nəzərə alaraq Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2016cı il tarixli, 288 saylı Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 52 saylı evin 46 A saylı mənzilinin kirayə müaviləsinin onun adına bağlanması haqqında sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ. Dadaşov küçəsi, 52 saylı evin ümumi sahəsi 23,0 kv.m., yaşayış sahəsi 16,5 kv.m. olan 1 otaqlı 46 A saylı mənzilə dair adına icarə müqaviləsi bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Həmin sərəncamın 4-cü bəndinə əsaslanaraq ünvan 1 A ünvanda yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini cavabdehdən xahiş etsə də, xx xxxxxx 2020-ci il tarixli məktubu ilə müraciətinə imtina etmişdir. Həmin məktubu poçt vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixdə almışdır. Hesab edir ki, həmin imtina əsassız və qərəzli olmaqla onun mülkiyyət hüquqlarını pozmuş olur. Belə ki, xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixə qədər Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil-Kommunal İstismar Sahəsində fəhlə vəzifəsində işlədiyinə görə ona Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 2006-cı ildə Bakı şəhəri, Nərimanov rayonu, İ Dadaşov küçəsi, ev 52, 46 A saylı mənzil istifadəsinə verilərək ailə üzvləri ilə birlikdə həmin mənzilə köçüb orada yaşayıb ümumi təsərrüfat aparmışlar. Hal-hazırda o, oz ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır, daimi pasport qeydiyyatındadır, mənzil haqqını və kommunal xidmətlər üzrə bütün xərcləri ödəyir. Sözügedən mənzilə dair müvafiq müqavilə "sosial kirayə müqaviləsi" deyil, "kirayə müqaviləsi"dir. Bundan başqa ünvan 1 A ünvanda yerləşən mənzilinə dair kirayə müqaviləsinin bağlanması haqqında Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 288 saylı sərəncamı xx xxxxxxxx 2016-cı il tarixdə verilsə də belə mənzil münasibətləri xx xxxxxxx 2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, yəni 2006-cı ildən istifadəsinə verildiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı xx.xx.2019-cu il tarixində ünvan 1 A ünvanında yerləşən daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı idarəyə müraciət etmiş və onun adına Bakı şəhəri, Nərimanov rayonu icra Hakimiyyətinin “İ.Dadaşov küçəsindəki 52 nömrəli evin 46 A nömrəli mənzilinin kirayə müqaviləsinin vət. İddiaçı adına bağlanması haqqında” xx.xx.2016-cu il tarixli, 288 saylı sərəncamın və qeyd olunan mənzilin plan-sxeminin kserosurətini mənzilin kirayə müqaviləsini bağlamadan idarəyə təqdim etmişdir. İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu İcra Hakimiyyətinin xx.xx.2016-cu il tarixli 288 saylı sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra (2009-cu il oktyabrın 1-dək) verildiyi müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı müraciətinə cavab olaraq İdarə tərəfindən 2009-cu ilin 1 oktyabr tarixindən qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən qeyd olunan mənzilin yalnız istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli, **********22 saylı məktub ünvanlanmışdır. Nəbiyev X3 müraciət edərkən ərizəyə yalnız Nərimanov rayonu İcra Hakimiyyətinin xx.xx.2016-cu il tarixli 288 saylı sərəncamını və mənzilin plan sxemini əlavə etmişdir. İddiaçı İdarəyə müraciət edərkən ərizəyə Nərimanov rayonu İcra Hakimiyyətinin xx.xx.2016-cu il tarixli, 288 saylı sərəncamı və mənzilin planından əlavə vətəndaşla icra hakimiyyəti arasında bağlanmış kirayə müqaviləsini əlavə etməmişdir. Həmçinin sözügedən məsələ ilə əlaqədar müvafiq icra hakimiyyətinin məktubu İdarəyə daxil olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh və üçüncü şəxsin səlahiyyətli nümayəndələri isə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Füzuli şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 1 A ünvanıdır. -ASAN 1 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE 16581733 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1981-ci ildə Füzuli rayonu, Şükürbəyli kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Şükürbəyli kəndidir. - Füzuli rayon VVAQ Şöbəsinin İİ-AZ 038718 №-li, xx.xx.2002-ci il tarixli nikahin bağlanması haqqında şəhadətnamənin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X2 ilə xx.xx.2002-ci il tarixdə nikah bağlamışlar. - İddiaçıya məxsus 083194 №-li, xx.xx.1998-ci il tarixli əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1998-xx.xx.2006, xx.xx.2006xx.xx.2009 və xx.xx.2010-xx.xx.2013-cü il tarixlərədək Bakı şəhəri Nərimanov rayonu 35 saylı MKİS-də fəhlə, çilingər vəzifələrində işləmişdir. - Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanmış x/0-197 №-li, xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, İddiaçı 1998-2013-cü illər ərzində tabeçiliklərindəki 35 saylı Mənzil-Kommunal İstismar Sahəsində çilingər işləmiş və həmin tarixdən etibarən İ.Dadaşov küçəsi, ev 52, mənzil 46a ünvanında ailə üzvləri ilə birlikdə qeydıyyatsız yaşayır. İşlədiyi müddət ərzində o, özünü müsbət tərəfdən göstərmiş və verilmiş tapşırıqların öhdəsindən vaxtında gəlmişdir. İşlədiyi dövr ərzində onun nümunəvi işçi olduğunu və uzun illərdir həmin ünvanda yaşadığını nəzərə alaraq O.C.Nəbıyevin yaşadığı mənzilə kirayə müqaviləsinin bağlanılmasına köməklik göstərilməsi xahiş edilmişdir. - Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının “İ.Dadaşov küçəsindəki 52 №-li evin 46 A №-li mənzilinin kirayə müqaviləsinin vət. İddiaçı adına bağlanması haqqında” 288 №-li, xx.xx.2016-cı il tarixli sərəncamından görünür ki, İ.Dadaşov küçəsindəki 52 №-li evin ümumi sahəsi 23,0 kvm., yaşayış sahəsi 16,5 kv.m. olan 1 otaqlı 46 A №-li mənzilinə alə tərkibi 1 nəfər olmaqla (özü) vət. İddiaçı adına kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi, vətəndaş İddiaçı qeyd edilən ünvana pasport qeydiyyatına alınmasının Nərimanov RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqələri bölməsinə həvalə edilməsi, İddiaçı ilə həmin mənzilə kirayə müqaviləsinin bağlanılması və onun adına şəxsi maliyyə hesabının açılmasının 35 №-li MKİS-ə tapşırılması, sərəncamın 1-ci bəndinə uyğun olaraq İddiaçı adına mövcud vəziyyətdə texniki pasport tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə tövsiyyə olunması qərara alınmışdır. - Kirayədar Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 35 saylı MKİS ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqaviləsindən görünür ki, Nərimanov rayon İcra Başçısının 288 №-li, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 52 nömrəli evin 1 otaqlı, yaşayış sahəsi 16,3 kv.m. (ümumi 23 kv.m.) 46A nömrəli mənzildə ümumi sahəsi 23 kv.m. yaşayış sahəsini müddətsiz istifadə üçün kirayəçi İddiaçı verilmişdir. - Bakı şəhəri, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25/133 №-li, xx.xx.2020-ci il tarixli Forma 2 arayışından görünür ki, 0631Q şəxsi maliyyə haqq-hesabı xx.xx.2016-cı ildə açılmışdır. İddiaçı ünvan 1a ünvanında 2016-cı il tarixdən, həyat yoldaşı X2 2017-ci il tarixdən, oğlu X4 2016-cı il tarixdən, oğlu X5 2016-cı il tarixdən qeydiyyatdadırlar. - Bakı şəhəri, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin 35/132 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 52 №-li evin 46a №-li mənzilində pasport qeydiyyatdadır. 1998-ci ildən 2014-cü ilə gədər Nərimanov rayonu 35 saylı MKİS-də fəhlə işləyib. 2006-cı ildən bu günə kimi göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayırlar və mənzilin kommunal xərclərin özü ödəyib. Hal-hazırda kommunal xidməti borcu yoxdur. - X1 notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, X2 ünvan 1A ünvanında yerləşən mənzilin əri İddiaçı adına sənədləşdirilməsinə, özəlləşdirilməsi və çıxarış almasına etiraz etmir. - Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavininin 1/487 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlanan məktubdan görünür ki, Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli 288 №-li Sərəncamı ilə İddiaçı mübahisə predmeti olan yaşayış sahəsinin kirayəçisi hesab edilmişdir. Sərəncamın 3-cü bəndinə əsasən sözügedən yaşayış sahəsi üzrə mənzil-kirayə müqaviləsinin İddiaçılə bağlanması və onun adına maliyyə-şəxsi hesabının açılması ərazi aidiyyətli 35 №-li MKİS-ə həvalə edilmiş və həmin bəndin icrası 35 №-li MKİS tərəfindən təmin edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan **********22 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 288 saylı sərəncamının xx.xx.2016-cu il tarixdə verildiyi müəyyən edilmişdir. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 59.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 59.4-cü maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. - 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. - 146.2-ci maddəsinə görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. - 146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir - 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraçiət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 9-cu maddəsinin 1-ci hissəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi sadalanan qanunvericilik normalarına, o cümlədən «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 9-cu maddələrinə əsasən xx.xx.2009-cu il tarixədək krayə müqaviləsi əsasında vətəndaşların istifadəsində olan dövlət mənzil fonduna aid mənzillərinin orada yaşayan yetkinlik yaşına çatan şəxslərin razılığı ilə (bu, işin mübahisəli hallarına aid deyil) onların mülkiyyətinə verilməsi imkanını nəzərdə tutur və həmin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması səlahiyyətlərini DƏDRX-ə həvalə etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu xx.xx.2009-cu il tarixdən sonra vətəndaşlara həmin Məcəlləyə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin (qeyd olunan tarixdən sonrakı dövrdə verilən sosial və xüsusi təyinatlı) mənzillərin özəlləşdirilməsi başqa qaydada həyata keçirilə bilər. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı (mənzildə yaşayan şəxslərin razılığı olsa belə)Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 52 №-li evin 46A №-li mənzilinə mülkiyət hüquqlarının qeydiyyata alınması yolverilən deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3205/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3205/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver