Məhkəmə qərarları › İş №2-1(112)-3206/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3206/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3206/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMM-yə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixinə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 58488.61 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 65000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması və cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 513960.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 596294.9 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMM-yə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixinə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 58488.61 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 65000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərarın qəbul edilməsi” və “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 513960.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 596294.9 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MMM-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında eyni zamanda iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMM-yə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixinə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 58488.61 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 65000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərarın qəbul edilməsi” barədə iddia ərizəsi üzrə 2-1(112)-3206/2023 saylı iş vardır. Göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi eyni tələblə iki dəfə məhkəməyə müraciət edərək cavabdehin yəni Cavabdeh MMM-nin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 226167.38 manat Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 283997.1 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 89.53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 253000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbləri üzrə mübahisə predmeti və tərəflər eyni olduğu üçün hazırkı mübahisələr işlərin ayrı-ayrılıqda baxılıb obyektiv qərar qəbul edilməsi qeyri mümkündür. Odur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" LTD MMM-yə qarşı “siyahıya alınmış əmlakın satılması” barədə 2-1(112)- 8656/2023 saylı inzibati işi məhkəmənin icraatında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMM-yə qarşı “siyahıya alınmış əmlakın satılması” barədə 2-1(112)- 3203/2023 saylı inzibati işi ilə bir icraatda birləşdirilib baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8656/2023 saylı inzibati iş üzrə qəbul etdiyi 09 avqust 2023-cü il tarixli Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMM-yə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 513960.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 596294.9 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair iddiası üzrə 2-1(112)-8656/23 və 2-1(112)- 3206/2023 nömrəli işlər üzrə icraatı bir icraatda birləşdirilməsi, 2-1(112)-8656/2023 saylı inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3206/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qəradadı ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMM-yə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 513960.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 596294.9 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə və iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMM-yə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixinə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 58488.61 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 65000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərarın qəbul edilməsi” barədə iddia ərizələrinə hazırkı 2-1(112)-3206/2023 saylı iş üzrə icraatda baxılması və vahid məhkəmə aktının qəbul edilməsi qərara alınmışdır. Hal-hazırda Cavabdeh MMM-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 06 oktyabr 2022-ci il tarixdə "siyahıya alınmış əmlakın satılması" barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin, yəni "xxxx" MMM-nin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 226.167,38 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 283997.1 və işsizlikdən sığorta fonduna ödənilməmiş 89.53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 253.000 manat məbləğində siyahıya alınmış əmlakının icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə Qərar çıxarılmasını xahiş etmişdir (işə baxan hakim X3. İş № 2-l(112)- 3203/2023).Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 07 oktyabr 2022-ci il tarixdə "siyahıya alınmış əmlakın satılması" barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin, yəni "xxxx" MMM-nin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 58488.61 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 65000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə Qərar çıxarılmasını xahiş etmişdir, (işə baxan hakim Hacıbəyova Miminat Tacib qızı. İş № 2-l(112)-3206/2023). Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 07 aprel 2023-cü il tarixdə "siyahıya alınmış əmlakın satılması" barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin, yəni "xxxx" MMM-nin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 513960.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 596294.9 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə Qərar çıxarılmasım xahiş etmişdir, (işə baxan hakim Hacıbəyova Miminat Tacib qızı. İş № 2-1(112)-8656/2023). Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 13 dekabr 2022-ci il tarixdə eyni tələblə məhkəməyə müraciət edərək cavabdehin, yəni "xxxx" MMMnin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 73611.73 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 74.000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə Qərar çıxarılmasını xahiş etmişdir. (işə baxan hakim X1. İş № 2-1(112)-4862/2023). Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 04 aprel 2023-cü il tarixdə "siyahıya alınmış əmlakın satılması" barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin, yəni "xxxx" MMM-nin 25 dekabr 2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 91952,40 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 317735.66 və işsizlikdən sığorta fonduna ödənilməmiş 1828.6 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100.000 manat məbləğində siyahıya alınmış əmlakının icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə Qərar çıxarılmasını xahiş etmişdir, (işə baxan hakim X2. İş № 2-l(112)-8448/2023). Göründüyü kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "xxxx" МММ-yə qarşı eyni iddia tələbi üzrə müxtəlif tarixlərdə məhkəməyə müraciət etmişdir. Yəni verilmiş iddia tələbləri üzrə mübahisə predmeti və tərəflər eyni olduğundan hazırki mübahisələr üzrə işlərin ayrı-ayrılıqda baxılıb obyektiv qərar qəbul edilməsi qeyrimümkündür. Çünki tələb olunan ilkin məbləğlər eyni pul tələbidir. İşlərə ayrı-ayrılıqda baxıldıqda bir hakim digər hakimdən xəbərsiz eyni məbləği kəsmiş olacaq ki, bu da "xxxx" MMM-nin hüquqlarını pozmaqla sahibkarlıq fəaliyyətinə ciddi ziyan vuracaqdır. Buna görə də, hesab edir ki, mübahisə predmetləri eyni olan bu işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə məhkəmə qeyd olunan müstəqil işlər üzrə icraat bir icraatda birləşdirməlidir. Bakı İnzibati Məhkəməsinin hakimi Hacıbəyova Miminat Tacib qızının xx.xx.2023-cü il tarixli, 2-1(112)-8656/2023 saylı Qərardadı ilə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" МММ-yə qarşı "cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 513960.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 596294.9 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair iddiası üzrə 2-l(112)-8656/23 və 2-1(112)- 3206/2023 nömrəli işlər üzrə icraat bir icraatda birləşdirilmiş və 2-l(112)-8656/2023 saylı inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmənin icraatında olan eyni iddiaçının eyni cavabdehə qarşı, eyni predmet və hüquqi əsasla qaldırılmış iddialar üzrə inzibati işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin vəsatəti təmin edilməli, bir icraatda baxılması və vahid qərar qəbul edilməsi məqsədilə hazırkı 2-1(112)-3206/2023 nömrəli və 2-1(112)-3203/2023 nömrəli işlər üzrə icraatı bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1, 37, 56.1 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Cavabdeh MMM-nin nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMM-yə qarşı cavabdehin xx.xx.2021-ci il tarixinə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 58488.61 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 65000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması və“cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 513960.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 596294.9 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına dair iddiası üzrə 2-1(112)-3206/2023 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3203/2023 nömrəli işlər üzrə icraatı bir icraatda birləşdirilsin. 2-1(112)-3206/2023 saylı inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar