Məhkəmə qərarları › İş №2-1(112)-3207/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3207/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3207/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qarşı «daşınmaz əmlaka dair məlumatın verilməsi və dəymiş ziyana görə kompensasiyanın ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qarşı «daşınmaz əmlaka dair məlumatın verilməsi və dəymiş ziyana görə kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı digər şəxslərlə birlikdə ünvan 1 ünvanında yerləşən uzun illər qohumlarının, habelə mərhum anasının və xalasının yaşadığı iki mərtəbəli fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədini Cavabdeh Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsindən 3 ildir ala bimir. Həmçinin ona İdarənin arxivində saxlanılan həmin sənədin hansı şəxsin adına olması haqqında məlumat da verilmir. Sözügedən evlə bağlı 2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia üzrə məhkəmə çəkişməsi olmuş və cavabdehin məhkəmə sorğusuna əsasən təqdim etrdiyi yanlış informasiyanın nəticəsi olaraq 8 avqust 2019-cu il tarixli məhkəmə qərarə ilə iddia təmin edilməmişdir. İdarənin 10 aprel 2019-ci il tarixli 1-011-567 nömrəli cavab məktubunda qeyd olunur ki, “ünvan 2 ünvanlarına dair Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinə ünvanlanmış 8 aprel 2019-cu il tarixli müraciətə baxılmışdır. Bildirilir ki, ünvan 3 ünvanı haqqında Xidmətdə heç bir müraciət mövcud deyildir”. Lakin cavabdehin 5 aprel 2020-ci il tarixli 04/11/16/H-4 nömrəli məktubu yuxarıda göstərilən cavabları təkzib etməklə məsələyə dair ziddiyyət yaratmış, qeyd olunduğu kimi, məhkəmə araşdırılmasının nəticəsinə tam təsir göstərməklə həqiqəti əks etdirməyən və düzgün olmayan məhkəmə qərarının qəbuluna səbəb olmuşdur. Belə ki, İdarənin 5 fevral 2020-ci il tarixli məktubunda qeyd olunur ki, ünvan 4 saylı evə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunması barədə 24 yanvar 2020-ci il tarixli (daxilolma tarixi) müraciətə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində baxılmışdır. Qeyd edilən sənədlər konfidensial xarakter daşıdığından və ona (ərizəçiyə) aid olmadığından, təqdim edilməsi qeyri-mümkündür. Məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 mart 2020-ci il tarixli müraciətinə də cavabdeh tərəfindən uyğunsuz cavab verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq cavabdehə ünvanlanmış növbəti müraciətə də 18 fevral 2021-ci il tarixli oxşar məzmunlu cavab verilmişdir. Həmin cavab məktubunda qeyd olunur ki, sözügedən ünvan üzrə 1975-ci il tarixli texniki pasportda göstərilən ad və soyadın Sənubər Abbasova ilə heç bir əlaqəsi yoxdur. İddiaçını məsələ ilə bağlı dəfələrlə qurumun müxtəlif vəzifəli şəxsləri qəbul etsələr də, problemin həllinə nail olmaq mümkün olmamışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış sorğu xarakterli müraciət isə, 10 avqust 2022-ci il taruxə təsadüf etmişdir. Həmin sorğu ilə cavabdehdən xahiş olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin hansı şəxsin (şəxslərin) adına olması haqqında rəsmi məlumat verilsin və bununla da uzun illərdir qüvvədə qalan müəmma və problem aradan qalxmış olsun. Lakin cavabdeh qurum 31 avqust 2022-cu il tarixli 04/11/311/H-42 nömrəli məktubla sözügedən sorğuya tamamilə aidiyyatsız və natamam cavab vermişdir. Həmin cavab məktubu poçt vasitəsilə iddiaçıya vaxtında təqdim edilmədiyindən, uzanan müddət səbəbi ilə o, 30 sentyabr 2022-ci il tarixdə İdarənin qəbul şöbəsindən əldə etmişdir. Bütün qeyd olunanlar onu təsdiq edir ki, cavabdeh orqan uzun illərdir ki, iddiaçıya (və digərlərinə) qarşı tamamilə qanunsuz hərəkət və hərəkətsizliklərə yol verməklə onun təməl hüquqlarını, xüsusilə məlumat almaq azadlığını kobud surətdə pozmuş, bununla da ona mənəvi zərər vurmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 50, 60, 71-ci maddələrinə, «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10, 14, 15.5, 17, 21.3, 24.1, 27-1, 29, 32-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasına, 1, 2.0.4, 15.1, 24-cü maddələrinə, İPM-in 2, 4.1, 14.3, 33.1, 34.1, 58.7, 62, 68, 73.1-ci maddələrinə əsaslanaraq, ünvan 5 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində saxlanılan hüquqmüəyyənedici sənədə əsasən hansı şəxsin (və ya şəxslərin) adına olması barədə tam və dəqiq məlumatın verilməsi öhdəliyinin Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin üzərinə qoyulması, məlum öhdəliyin icrası ilə bağlı cavabdehin qanunsuz hərəkət və hərəkətsizlikləri nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyana görə 1.000 manat kompensasiya məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasəb informasiya sahibinə müraciət edən hər kəs: (2.3.1) sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; (2.3.2) informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarında olan Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İddiaçı ünvanlanmış 31 avqust 2022-ci il tarixli cavab məktubunda aşağıdakılar bildirilir: ünvan 4 ünvanında yerləşən evin Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin arxivində saxlanılan hüquqmüəyyənedici sənədlərinin (texniki pasportunun) kimin və ya kimlərin adlarına olmasına dair müraciətə baxılmışdır. Müraciətlə əlaqədar İdarənin mütəxəssisləri bir daha araşdırma aparmışlar. Həmin evin Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydiyyatında olmadığı müəyyən edilmişdir. Belə ki, İdarənin arxivində saxlanılan sözügedən ünvan üzrə 1975-ci il tarixli texniki pasportda kiril qrafikası ilə rus dilində “Abasov S” yazılmışdır və bu şəxs texniki pasportu tərtib etmiş baş texnikdir. Texniki pasportda qeyd olunan ad və soyadın Sənubər Abbasova ilə heç bir əlaqəsi yoxdur. Təqdim edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 94,9 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Bir daha bildirilir ki, M.Maqomayev küçəsi, ev 89 ünvanına aid hüquq müəyyənedici sənədlərin əldə edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət oluna bilər. Göründüyü kimi, hazırkı iddiaçı cavabdehə qarşı iki tələb irəli sürür: 1) ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair məlumatın verilməsi; 2) cavabdehin hərəkətləri nəticəsində dəymiş ziyana görə kompensasiyanın ödənilməsi. Məhkəmə qeyd edir ki, iddiaçının birinci tələbi üzrə onun müraciətinə onun sorğuda göstərilən ünvandakı evə hər hansı hüququnun olub-olmamasından asılı olmayaraq məhkəmədə iddia qaldırılmamışdan əvvəl cavabdeh tərəfindən müvafiq cavab verilmişdir. Verilmiş cavabın iddiaçını qane etməməsinə gəldikdə isə, cavabdehdə əlavə məlumatların olmasına dair sübutların mövcudluğu, eləcə də qurumun qaldırılan məsələ ilə bağlı iddiaçıya ünvanlanmış fərqli (ziddiyyətli) cavabının olması hazırkı məhkəmə icraatında mümkün deyil. Cavabdehin iddia ərizəsiondə istinad olunad olunan cavabı digər şəxsə ünvanlanmışdır. Bunun nəticəsində ziyan dəydiyinə istinad olunarsa, iddiaçı hərəkətlərinin qanunsuz sayılması barədə müəyyən etmə haqqında və dəymiş ziyana görə kompensasiyanın ödənilməsi barədə iddialarla birlikdə mümkünlük şərtinə əmək etməklə müraciət edə bilər. Lakin iddiaçı hazırda ikinci – dəymiş ziyanın ödənilməsi tələbini də birinci tələblə birlikdə qaldırsa da, hərəkətlərin mübahisələndirilməsi tələbini irəli sürməmişdir. Məhkəmənin İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq yardım etməsinə, daha dəqiq desək iddianın dəyişdirilməsinin iddiaçıya tövsiyə olunmasına gəldikdə isə, qeyd olunmalıdır ki, mövcud qanunvercilik normaları İPM-in 2.2.7-ci maddəsi üzrə “vurulmuş ziyana görə kompensasiya ödənilməsi haqqında” iddialar üzrə iddia ərizələri məhkəməyə təqdim edilməmişdən əvvəl, müvafiq məsələ ilə bağlı inzibati orqana müraciət edilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, iddiaçının tələb etdiyi ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 1.000 manat kompensasiyanın ödənilməsi ilə bağlı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət etməsi müəyyən olunmur. Bu səbəbdən, iddianın dəyişdirilməsi ilə bağlı iddiaçıya müvafiq tövsiyə verilməsini məhkəmə məqsədəuyğun saymamışdır. Beləliklə, məhkəmənin qənaətinə görə tərəflər arasında iddia tələbi üzrə inzibati mübahisə mövcud deyil və Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar