Məhkəmə qərarları › İş №2-1(112)-3207/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3207/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3207/2024 22.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə (Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti maraqlı şəxs qismində göstərilməklə) qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 2/7, 74 saylı mənzillə dair kirayə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il tarixli 002770 №-li orderə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 2/7, 74 saylı mənzilin yaşayış sahəsi 11,85 kv.metr olan 1 otaqlı, 1 nəfər ailə üzvü olmaqla istifadəsinə verilmişdir. 34 (otuz dörd) ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 2/7, 74 saylı saylı mənzil onun istifadəsində olsa da qeyd edilən mənzilə dair hüquqmüəyyənedici sənədi (çıxarışı) yoxdur. İstifadəsində olan mənzilə çıxarış almaq məqsədi ilə 002795 nömrəli orderin Dövlət Arxivinin Bakı Filialında saxlanılması barədə müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixli 3-48-2F/2-Ə- 03416/2023№-li məktubla Sabunçu (keçmiş Lenin) rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989-cıı il tarixli qərarın mövcud olması barədə məlumat verilsə də, barəsində qeyd edilən qərarda heç bir məlumatın olmaması barədə məlumat verilmişdir, Dövlət Arxivinin Bakı Filialına müraciətlərlə yanaşı qeyd edilən orderi vermiş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin onlar isə öz növbəsində bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin 347 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, Rayon İcra Hakimiyyəti başçısı aparatlarında sənədlərlə iş barədə Təlimat”ın XİV bölməsinin 127-ci bəndinə əsasən Rayon İcra Hakimiyyəti başçısı aparatlarında olan sənədlər 5 (beş) il müddəti başa çatdıqdan sonra daimi saxlamaq üçün Dövlət Arxivinə təhvil verilməsi barədə ona məlumat verilmişdir. Daha sonra cavabdehə rəsmi müraciət etsə də, cavabdeh müraciətinə xx.xx.2023-cü il tarixli məktubla “yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməməsi” kimi səbəb göstərilməklə cavab verilmişdir. Cavabdehin müraciətinə bu formada cavab verilməsi müraciətinə imtina kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlə arasında kirayə müqaviləsi bağlaya bilmir. Cavabdehin imtina səbəbləri əsassızdır. Belə ki, sözügedən mənzil Sabunçu (əvvəlki adı Lenin rayon XDS-nin) Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1989-cu il tarixli 002770 №-li order əsasında verilmişdir. 002770 saylı orderinin əsli də mövcuddur. 34 (otuz dörd) ildir ki, ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşayır və pasport qeydiyyatındadır. Cavabdeh tərəfindən 002770 nömrəli orderin arxivdə aşkar edilməməsi vətəndaş olaraq onun təqsiri deyil. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 yerləşən 2/7 saylı evin 74-cü mənzili 1 nəfər ailə üzvü ilə xx.xx.1989-cu il tarixli, 002770 nömrəli order əsasında onun istifadəsinə verilmişdir. 30 ildən çox həmin yaşayış sahəsindən istifadə etməsinə baxmayaraq, qeyd edilən mənzil üzərində hüquqlarını qeydiyada aldıra bilməmişdir. Dövlət Arxivinin Bakı Filialına “arxiv arayışı” almaq üçün müraciət etmiş, lakin ona məhz iddiaçı barədə məlumatın olmaması barədə cavab verilmişdir. Bundan sonra iddiaçı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə “kirayə müqaviləsinin bağlanmasına” köməklik göstərilməsi üçün müraciət etmiş və hal-hazırda “sosial kirayə müqaviləsinin” birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməməsi səbəbini əsas götürərək ona ətraflı cavab verilmişdir. İddiaçı verilən cavabı “inzibati orqan”ın imtinası kimi qiymətləndirərək məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, 4090/94 yerləşən 2/7 saylı evin 74-ci mənzili Sabunçu (keçmiş Lenin) rayon X2 İcraiyyə Komitəsi tərəfindən 1 nəfər ailə üzvü ilə xx.xx.1989-cu il tarixli, 002770 nömrəli “xidməti order” əsasında İddiaçı verimişdir. İddiaçı hər hansı bir qurumu cavabdeh kimi göstərərkən ilk növbədə həmin qurumun veilmiş iddiaya cavab verməli olub-olmadığını müəyyən etməlidir. lddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyini cavabdeh kimi göstərməklə qanun pozuntusuna yol vermişdir. Xidməti yaşayış sahəsinin verilməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 103-cü maddəsinin tələbləri əsasında həyata keçirilir. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsndə göstərilən əmək qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqnının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanılır. “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 1.3.8-ci bəndinə əsasən Mənzil Məcəlləsinin 62.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasını təsdiq edilməsi müvafiq icra hakimiyyəti orqanına tapşırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi inzibati mübahisələrin məhkəmə aidiyyətindən bəhs edir: Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən “inzibati orqan” tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin ediməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, o cümlədən hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi “inzibati orqan”ların sıralamasına daxil deyil. Yəni hər hansı bir inzibati akt qəbul etmək səlahiyyətinə malik deyil. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasını təsdiq edilməsi müvafiq icra hakimiyyəti orqanına tapşırılmışdır. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2-ci maddəsi inzibati mübahisələrin məhkəmə aidiyyətindən bəhs edir: Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən “inzibati orqan” tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin ediməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “inzibati orqanların təsnifatı”nda rayon Mənzil -Kommunal Təsərrüfatı Birlikləri, o cümlədən hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi “inzibati orqanlar”ın sıralamasına daxil deyil. Yəni hər hansı bir inzibati akt qəbul etmək səlahiyyətinə malik deyil. 002770 saylı xx.xx.1989-cu il tarixli xidməti orderdən görünür ki, Lenin rayon XDS İK tərərfindən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 2/7, 74 saylı xidməti mənzildə yaşamaq hüququ verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış 3-48-2F/2-Ə-03416/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) arxiv fondu üzrə 1989-cu ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə İddiaçı barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 63/7 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən yaşayış sahəsi Sabunçu (keçmiş Lenin) rayon XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1989-cu il tarixli, 002770 saylı “xidməti” order əsasında verilmişdir. Xidməti yaşayış sahəsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 103-cü maddəsinin tələbləri əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 1.3.8-ci bəndinə əsasən Mənzil Məcəlləsinin 62.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasını təsdiq edilməsi müvafiq icra hakimiyyəti orqanına tapşırılmışdır. Hal-hazırda yaşayış sahəsinin sosial kirayə müqaviəsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədiyindən, xahişinin təmin edilməsi mümkün olmamışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 5- 18/2-3656/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Sabunçu RİHdə mənzil uçotuna alınmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. X3 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 №-li qərarından: 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 56. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. 56.3. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4. Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 56.5. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. 56.6. Sosial kirayə müqaviləsi ilə otaqlar yalnız bu Məcəllənin 58.3-cü maddəsi ilə nəzərdə tutulmuş hallarda verilə bilər. 56.7. Mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. 56.8. Vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. 56.9. Bu Məcəllənin 56.8-ci maddəsində göstərilən hallarda yaşayış sahəsinin ümumi sahəsinin müəyyənləşdirilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Maddə 60. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən istifadə 60.1. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. 60.2. Çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir. Maddə 61. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmeti 61.1. Yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. 61.2. Ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Beləliklə, məhkəmə müəyyən edir ki, hazırkı iddianın qaldırılmasında məqsəd mənzilin mülkiyyətə verilməsidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 35-18/2-3656/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Sabunçu RİH-də mənzil uçotuna alınmamışdır. Belə olan halda, iddiaçı həmin mənzilə münasibətdə mənzil kirayə müqaviləsinin bağlanmasını mülki qaydada iddia qaldırmaqla tələb edə bilər. Belə ki, məhkəmə iddiaçının yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər kateqoriyasına aid olduğunu müəyyən etmir. İddia tələbində nəzərdə tutulan vəzifə Yerli icra hakimiyyəti orqanın (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud yerli icra hakimiyyətinin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi düzgün cavabdehə qarşı qaldırılmamışdır, cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddianın mümkünsüzlüyünü istisna etmir. Odur ki, məhkəmə hüquqi yardım göstərilməsini prosessual qənaət prinsipindən irəli gələrək məqsədəuyğun hesab etmir. Məhkəmənin qənaətinə görə hazırki iş üzrə qəbul ediləcək inzibati mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü haqqında qərarının Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin qanuni maraqlarına toxunma ehtimalı olmadığından onların inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Vəsatət təmin edilməsin. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar