Məhkəmə qərarları › İş №2-1(112)-3208/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3208/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3208/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) “şəhid adının birdəfəlik ödəmənin verilməsinə dair siyahıya salınması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş zamanı ölmüş (həlak olmuş) elan edilmiş xx.xx.1955-ci il təvəllüdlü X6nun adının Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun siyahıya əlavə edilib, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun X6 xx.xx.1955-ci ildə Laçın rayonunun Bülüldüz kəndində anadan olmuşdur. Məlum hadisələrlə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsi tərəfindən Milli Ordu sıralarına göndərilmişdir. N saylı hərbi hissədə xidmət edərək hərbi əməliyyatlarda iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş bölgəsində itkin düşmüşdür. Döyüşdən sonra döyüş mövqeləri ermənilər tərəfindən alındığı üçün onun öldürüldüyü və ya əsir düşdüyü barədə heç bir xəbər olmamışdır. Mərhum anasının ərizəsi əsasında Laçın Rayon Məhkəməsinin 2-10 saylı, xx xxxxxxxx 1994-cü il tarixli qətnaməsi ilə atası məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Bundan sonra mərhum anasının ərizəsi əsasında Laçın Rayon Məhkəməsinin 2-16/2007 saylı, xx xxxxxx 2007-ci il tarixli qətnaməsi ilə atası Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı hərbi əməliyyatlar zamanı ölmüş (həlak olmuş) elan edilmişdir. Atasının ölüm günü xx xxx 1992-ci il hesab edilmişdir. Bu barədə 251332 nömrəli xx xxxxx 2007-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Bundan sonra o, atasının vərəsəsi kimi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və ona oradan bildirilmişdir ki, atasının hərbi hissədə şəxsi heyətin üzvü olması barədə məlumat yoxdur. Bundan sonra, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun Laçın Rayon Bölməsinə müraciət etmişdir. Oradan bildirilmişdir ki, uçot qeydiyyat sənədləri və səfərbərliklə hərbi hissələrə göndərilən vətəndaşların adlı siyahıları işğal zonasında qaldığına görə mərhum atasının N saylı hərbi hissəyə təhvil verilməsi barədə məlumat yoxdur. Anoloji cavab Müdafiə Nazirliyi İşlər X9 xx.xx.2019-cu il tarixli məktubu ilə də verilmişdir. X6 çağırış vərəqəsi əsasında N saylı hərbi hissənin tərkibində hərbiçi kimi vuruşmuşdur. Laçın rayon ərazisinin müxtəlif yerlərində döyüşmüşdür. Lakin onun axırıncı döyüşdüyü yer Malxələf kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə atası ya öldürülmüş, ya əsir düşmüşdür. Bu hal ona görə dəqiq bilinməmişdir ki, ermənilər döyüş gedən ərazini tamamilə ələ keçirmişlər. Bunun nəticəsində də döyüşdə ölən insanların cəsədlərini götürmək mümkün olmamışdır. Həmin vaxtlar orduda pərakəndlik olduğu üçün atasının həmin hərbi hissədə olması, onun siyahıya alınması barədə heç bir arxiv material olmamışdır. Qeyd edilən faktları ancaq atası ilə birlikdə erməni silahlı dəstələrinə qarşı vuruşan şahid ifadələri ilə təsdiq etmək mümkündür. Bu ərizəni verməkdə onun məqsədi atasının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş şəraitində ölməsi faktını doğrultmaqdır. Atasının erməni silahlı birləşmələrinə qarşı mərd oğullar kimi döyüşərək şəhid olmasını hər kəs bildiyi halda, sənədlərdən elə görünsün ki, atası hər hansı bir təsadüf nəticəsində həlak olmuşdur. Bundan əlavə iddianın təmin edilməsi barədə qəbul edilən qərar əsasında birdəfəlik ödəməni almağı da mümkün olsun. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının siyahısında X10 xx.xx.1992-cı il tarixdə Laçın rayonunda mülki şəxs kimi itkin düşdüyü qeyd edilmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.1992-ci ildə erməni silahlı dəstələrinin Laçın rayonuna təcavüzü nəticəsində həmin rayonun ərazisində xəbərsiz itkin düşən xx.xx.1955-ci il təvəllüdlü Bülüldüz kənd sakini X15 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı ölmüş (həlak olmuş) elan edilmişdir. Mövcud sənədlərdən məlum olur ki, X15 hərbi qulluqçu yox, mülki şəxs kimi xx.xx.1992-ci il tarixdə xəbərsiz itkin düşmüş və məhkəmə qətnaməsinə əsasən ölmüş (həlak olmuş) elan edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib edilmiş "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”na mərhum X10 əlavə olunması mümkün deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-550 saylı arayışından görünür ki, X3 daxil olmuş "Qayıtmaz itkilərin siyahıları” qovluqunda (əsas: xx.xx.1992-xx.xx.1993, səh-30, sıra-208, məlumatda hərbi hissənin nömrəsi göstərilməmişdir, ünvan-ünvan 1 mənzil-44) qeyd edilmiş “Dağlıq Qarabağda və sərhədboyu rayonlarda torpaqların azad edilməsi uğurunda gedən döyüşlər zamanı itkin düşmüş hərbi və mülki şəxslərin siyahısında" 1955ci il təvəllüdlü X10 xx.xx.1992-ci il tarixində Laçında itkin düşməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində X10 həlak olması və yaxud itkin düşməsi barədə məlumat aşkar olunmadığı qeyd edilmişdir. İş materiallarında olan Laçın Rayon Məhkəməsinin 2-10/1994 saylı, xx xxxxxxxx 1994-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X5 həyat yoldaşının itkin düşmə faktının müəyyən edilməsinə dair ərizəsinə baxaraq məhkəmə xx.xx.1955-ci ildə anadan olmuş X10 itkin düşmüş faktının müəyyən edilməsini qət etmişdir. İş materiallarında olan Laçın rayon Məhkəməsinin2-16/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X5 əri X10 ölmüş elan edilməsi barədə ərizəsi təmin edilmiş, xx xxx 1992-ci ildə erməni silahlı dəstələrinin Laçın rayonuna təcavüzü nəticəsində həmin rayonun ərazisində xəbərsiz itkin düşən xx.xx.1955-ci il təvəllüdlü Laçın rayonunun Bülüldüz kənd sakini X10 Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı hərbi əməliyyatlar zamanı ölmüş (həlak olmuş) elan edilməsi, X10 ölüm gününün xx xxx 1992-ci il hesab edilməsi, ölümün qeydə alınması və ərizəçi İ.B.Məmmədovaya əri X10 ölümü haqqında şəhadətnamənin verilməsinin Laçın rayon VVADQ şöbəsinə tapşırılması qət edilmişdir. İş materiallarında olan Laçın rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 251332 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1992-ci il tarixdə Laçın rayonu Malxələf kəndində ölmüşdür (məhkəmə qətnaməsinə əsasən ölmüş elan edilmişdir). İş materiallarında olan Laçın rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 727588 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Xətai rayonunda ölmüşdür. İş materiallarında olan Vİİİ-JQ seriyalı 261204 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə doğulmuşdur, X6, anası X8r. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli Ə/1639 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Ədliyyə Nazirliyindən daxil olmuş, mərhum atanız - X12 dair təkrar müraciətinizə yenidən baxılmışdır. Bir daha bildiririk ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-550 nömrəli məktubuna əsasən, N saylı hərbi hissə komandirinin may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində X10 həlak olması və yaxud itkin düşməsi barədə məlumat aşkar olunmamışdır. Həmçinin, Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən daxil olmuş «1997-ci il avqustun 2dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahısı»nda X10 adı keçmir. Əlavə olaraq, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının siyahısında (s/s 1123), X10 xx.xx.1992-ci ıl tarixdə Laçın rayonunda mülki şəxs kimi itkin düşdüyü qeyd edilmişdir. Laçın rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.1992-ci ildə erməni silahlı dəstələrinin Laçın rayonuna təcavüzü nəticəsində həmin rayonun ərazisində xəbərsiz itkin düşən xx.xx.1955-ci il təvəllüdlü Bülüldüz kənd sakini X15 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı ölmüş (həlak olmuş) elan edilmişdir. Mövçud sənədlərdən məlum olur ki, X15 hərbi qulluqçu yox, mülki şəxs kimi xx.xx.1992-ci il tarixdə xəbərsiz itkin düşmüş və məhkəmə qətnaməsinə əsasən ölmüş (həlak olmuş) elan edilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib edilmiş "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”na mərhum X10 əlavə olunması hazırda mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli məktublarda qeyd edilir: X7 1992-ci ildə itkin düşmüş, sonradan ölmüş elan edilmişdir. X12 şəhid statusu rayon İcra hakimiyyəti tərəfindən verilmiş və adıçəkilən şəxs hər hansı bir hissədə şəxsi heyətin üzvü olmamışdır. Bildiririk ki, İddiaçı mülki vətəndaş kimi şəhid olduğuna görə, «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının əhatə dairəsinə daxil olmadığı üçün, Nazirlik tərəfindən adıçəkilən şəxsin vərəsəsinə (vərəsələrinə) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsinin 503 saylı xx.xx.2019-cu il tarixli İddiaçı verilmiş arayışından görünür ki, SHXÇDX-nin Laçın rayon bölməsinin uçot qeydiyyat sənədləri və səfərbərliklə hərbi hissələrə göndərilən vətəndaşların adlı siyahıları işğal zonasında qaldığına görə onun mərhum atası 1955-ci il təvəllüdlü Laçın rayon sakini X10 N saylı hərbi hissəyə təhvil verilməsi barədə məlumat yoxdur. Əlavə olaraq bildirilmişdir ki, Laçın rayon İcra Hakimiyyətinin Laçın rayonu üzrə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan mülki şəxslərin adlı siyahısında X10 (sıra sayı 23) 1992-ci ildə itkin düşdüyü qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 9/2-5071 saylı məktubda qeyd edilir: Sizin xx.xx.2020-ci il tarixli 2-1(112)-3208/2020 №-li sorğunuza cavab olaraq bildiririk ki, X3 daxil olmuş “Qayıtmaz itkilərin siyahıları” qovluğunda (əsas: xx.xx.1992-xx.xx.1993, səh- 30, sıra-208, məlumatda hərbi hissənin nömrəsi göstərilməmişdir, ünvan-ünvan 1 mənzil- 44) qeyd edilmiş “Dağlıq Qarabağda və sərhədboyu rayonlarda torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı itkin düşmüş hərbi və mülki şəxslərin siyahısında” 1955ci il təvəllüdlü X10 xx.xx.1992-ci il tarixində Laçında itkin düşməsi barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində X10 həlak olması və yaxud itkin düşməsi barədə məlumat aşkar olunmamışdır. X1 barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər; 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər; 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər; 3-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır; 4-cü maddəsinin 1-ci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir; 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz. «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən birdəfəlik ödəmənin bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməsi qərara alınmışdır. Həmin Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməsi və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi qərara alınmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 1-ci hissəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir; 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın: 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir; 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının X6 xx.xx.1992-ci ıl tarixdə Laçın rayonunda mülki şəxs kimi itkin düşmüşdür. Laçın Rayon Məhkəməsinin 2-10/1994 saylı, xx xxxxxxxx 1994-cü il tarixli qətnaməsi ilə xx.xx.1955-ci ildə anadan olmuş X10 itkin düşmüş faktının müəyyən edilməsi qət edilmişdir, həmçinin Laçın rayon Məhkəməsinin2- 16/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə xx xxx 1992-ci ildə erməni silahlı dəstələrinin Laçın rayonuna təcavüzü nəticəsində həmin rayonun ərazisində xəbərsiz itkin düşən xx.xx.1955-ci il təvəllüdlü Laçın rayonunun Bülüldüz kənd sakini X10 Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı hərbi əməliyyatlar zamanı ölmüş (həlak olmuş) elan edilməsi, X10 ölüm gününün xx xxx 1992-ci il hesab edilməsi qət edilmişdir. Göründüyü kimi, X15 mülki şəxs kimi itkin düşmüş, məhkəmənin qətnaməsinə əsasən itkin düşmə faktı müəyyən edilmiş, daha sonra isə məhkəmə qətnaməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı hərbi əməliyyatlar zamanı ölmüş (həlak olmuş) elan edilmişdir. X15 mülki vətəndaş kimi şəhid olduğuna görə ona şəhid statusu rayon icra hakimiyyəti tərəfindən verilmişdir. «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını müəyyən etməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanla “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqindən əvvəl (xx.xx.1997-ci ildən əvvəl) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə birdəfəlik ödəmənin verilməsi müəyyən edilmişdir. İddiaçının atası isə hərbi qulluqçu olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının atası qeyd olunan Fərmanda nəzərdə tutulmuş siyahıya daxil edilə bilməz. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) “şəhid adının birdəfəlik ödəmənin verilməsinə dair siyahıya salınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar