Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3209/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yenidən hesablanmış əmək pensiyasının ötən dövr üzrə ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hərbi qulluqçu olaraq müharibə əlili kimi xx.xx.2009-cu il tarixdən 20N-cu ilin noyabr ayınadək müavinətin ödənilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdam rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N83-N85-ci illərdə keçmiş SSSRİ-da həqiqi hərbi xidmət keçmişdir. X6 Azərbaycan Respublikasına qarşı müharibəyə başladıqdan sonra İddiaçı könüllü olaraq Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı N saylı və N saylı hərbi hissələrin tərkibində mübarizə aparmış, bütün döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş İddiaçın hərbi biletində, habelə arxiv arayışlarında aparılmış qeydlərdən görünür ki, o, N saylı hərbi hissə komandirinin xx.xx.N9N-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahılarına daxil edilmişdir. xx.xx.N92-ci il tarixdə 78 saylı əmrlə İddiaçı N saylı hərbi hissənin şəxsi heyətin siyahılarından çıxarılmışdır. V.Hüseyovun adına verilmiş sənədlərdə “həmçinin erməni quldurlarına qarşı mərdliklə vuruşmuşdur. xx.xx.N92-ci il tarixdə yaralanmışdır” barədə qeyd aparılmışdır. Hər iki qeyd N saylı hərbi hissə komandirinin İİ batalyonun qərargah rəisi E.Məhərrəmov tərəfindən təsdiq edilmişdir. Bundan sonra İddiaçı hərbi xidmətinin N saylı hərbi hissədə davam etmişdir. O, N saylı hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, N saylı əmrilə həmin hərbi hissəsinin şəxsi heyətin siyahılarına daxil edilmiş, xx.xx.N93-cü il tarixli əmri ilə hərbi xidmətdən azad edilmişdir. İddiaçı N saylı hərbi hissənin tərkibində xx.xx.N92-ci il tarixdə Ağdam rayonu, Gülablı kəndi uğrunda gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalın xx.xx.20N-cu il tarixli 49N saylı arayışında bildirilir ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı həqiqətən xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz “Baş beyin silkələnməsindən sonrakı vəziyyət”. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv xx.xx.20N-cu il tarixli 9N2-606 saylı arxiv arayışında aşağıdakılar qeyd olunmuşdur: “N №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli 27 №-li əmrində (əsas: sıra - 2, əmrdə atasının adı tam yazılmamışdır) dəstə komandirinin müavini sıravi İddiaçı Z.oğlunun şəxsi heyətin siyahısında adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin N iyul N92-ci il tarixli 79 №-li əmrilə (əsas: sıra - 7) İddiaçı hərbi xidmətdən, şəxsi heyətin siyahısından azad olunması barədə məlumat vardır. Əmrdə Zakir adının üzərindən xətt çəkilərək Zahid yazılmışdır. Düzəliş hərbi hissə komandiri və qərargah rəisi tərəfindən təsdiqlənməmişdir. N №-li hərbi hissə komandirinin N2 fevral N93-cü il tarixli 220 №-li əmrilə (əsas & N, sıra - N4) İddiaçı İİİ bölük komandir müavini vəzifəsindən azad edilərək minatan batareyasının N tağım baş nizamyalıcısı (əsas & 2) vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni icazəsiz tərk etmiş minatan batareyasının N tağım baş nizamlayıcısı XN olaraq əsgər olduğunu nəzərə alaraq N №-li hərbi hissə komandirinin N3 fevral N93-cü il tarixli 22N №-li əmrilə (əsas & 3, soyadı Hüseyinov yazılmışdır) xx.xx.N92-ci il tarixdən hərbi hissədən azad edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar edilməmişdir. Bildiririk ki, N №-li hərbi hissə komandirinin fevral N92-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır”. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 209 №-li arayışının məzmunu da yuxarıda qeyd olunan Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv xx.xx.20N-cu il tarixli 9N2-606 saylı arxiv arayışının məzmunu ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalın xx.xx.20N-cu il tarixli 49N saylı arayışında bildirilir ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı həqiqətən xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz “Baş beyin silkələnməsindən sonrakı vəziyyət”. Azərbaycan Respublikası Mərkəzi Hərbi Klinikasının Hərbi Həkim Komissiyasının N5 aprel N93-cü il tarixli N774 №-li arayışında bildirilir ki, N №-li hərbi hissənin sıravi əsgəri İddiaçı hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və qapalı kəllə beyin xəsarətinin qalıq təsirləri diaqnozu qoyulmuşdur. İddiaçı aldığı həmin xəsarət Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon ƏSMM tərəfindən verilmiş 04233 nömrəli vəsiqədən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən ömürlük İİ qrup müharibə əlilidir. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və travma almışdır. Bu səbəbdən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinikasının Hərbi Həkim Komismiyası tərəfindən 2-ci qrup əlillik dərəcəsi verilmişdir. xx.xx.2009-cu ildən həmin əlilliyin müddəti ömürlük müəyyən edilmişdir. İddiaçı dövlət tərəfindən 2-ci qrup əlil kimi uzun müddət müavinət ödənilmişdir. Daha sonra İddiaçı, əlilliyinin müharibə zamanı aldığına görə, ona müharibə əlili ilə əlaqədar müavinətin verilməsi ilə bağlı Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyində İddiaçı müraciətinə baxılmış və ərizəsi təmin edilmişdir. Bundan sonra İddiaçı 20N-cu ilin noyabr ayından hərbi qulluqçu və 2-ci qrup müharibə veteranı kimi müavinət ödənilməsinə başlanmışdır. Hazırki iddia ərizəsinin irəli sürülməsinə səbəb isə İddiaçı hərbi qulluqçu olaraq müharibə veteranı kimi 20N-cu ilin noyabr ayından aldığı müavinətin həmin vaxtdan, yəni xx.xx.2009-cu il tarixdən 20N-cu ilin noyabr ayınadək hesablanaraq ona ödənilməsidir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, hərbi qulluqçu və müharibə veteranı kimi xx.xx.2009-cu il tarixdən 20N-cu ilin noyabr ayına kimi ona ödənilməmiş müavinətin də ona ödəniləsini xahiş etimişdir. Lakin həmin vaxtdan 3 aydan artıq vaxt keçməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı ilkin müraciətinə cavab verməmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətsizliyi qanunsuzdur.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtinada bildirilmişdir ki, “siz 29 oktyabr 20N-cu il tarixində Mərkəzi Filiala hərbi quluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmisiniz. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin 7 noyabr 20N-cu il tarixli **********6 nömrəli məktubunda sizə əmək pensiyasının xx.xx.20N-cu il tarixinədək ödənildiyi qeyd edilib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 3 oktyabr 20N-cu il tarixli MN-N24N8 nömrəli məlumat vərəqinə uyğun olaraq, Mərkəzi Filial tərəfindən N noyabr 20N-cu il tarixində sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.N6.N-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinizin 80 faizi miqdarında əmək pensiyası təyin edilərək ödənilir (hazırki pensiya məbləği 606,63 manat). Eyni zamanda, Mərkəzi Filiala N4 aprel 2023-cü il tarixdə daxil olmuş müraciətinizə əsasən əmək pensiyanız Mərkəzi Filiala 29 oktyabr 20Ncu il tarixində daxil olmuş müraciətinizdən keçmiş üç il müddət üçün yenidən hesablanıb. Qanunun 32.N-N-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə pensiya məbləğinin ən çoxu üç il üçün ödənilməsi nəzərdə tutulub. Qeyd olunanlara əsasən, əmək pensiyanız üzrə keçmiş üç il müddət üçün hesablanmış 6733,44 manat fərq məbləği carı ilin iyul ayından etibarən həmin Qanunun 32.N-N-ci maddəsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay N05,2N manat) əmək pensiyanızın üzərinə əlavə olunaraq müvafiq kart hesabınıza köçürülür.”
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddiaçının iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı N4 aprel 2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzra mərkəzi filialına müraciət edərək, 0N09.2009-cu il tarixdən xx.xx.20N-cu il tarixədək olan dövr üçün pensiyanın ödənilməsini tələb etmiş, həmin müraciətə əsasən iddiaçının əmək pensiyası Mərkəzi Filiala 29 oktyabr 20N-cu il tarixində daxil olmuş müraciətindən keçmiş üç il müddət üçün yenidən hesablanıb. İddiaçı xx.xx.2009-cı il tarixdən 0N.NN 20N-cu il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya xx.xx.2008-ci il tarixdən xx.xx.20N-cu il tarixədək İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. İddiaçı xx.xx.20N-cu il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş MN-N24N8 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdəfiə Nazirliyi tərəfindən 03 oktyabr 20N-cu il tarixdə təqdim olunmuş müvafiq məlumat vərəqəsinə əsasən Fondun Xüsusi şərtlərlə təyin üzrə mərkəzi filialı tərəfindən Qanunun 20.N6.N-ci maddəsinə uyğun olaraq İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 80 faizi miqdarında əmək pensiyası təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyasının keçmiş üç il müddət üçün hesablanmış ümumilikdə 6733,44 manat fərq məbləği xx.xx.20N6-xx.xx.20N-cu il tarixləri arasındakı dövr ərzində həmin Qanunun 32.N-N-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə (hər ay N05,2N manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. İddiaçı əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla hazırda iddiaçıya təminat xərcliyinin 80 faizi - 606,63 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İddia ərizəsindən göründüyü kimi iddaçı xx.xx.2008-ci il tarixdən xx.xx.20N-cu il tarixədək olan dövr ərzində müraciət etməməsinin səbəblərini qeyd etməmişdir. Nəzərə almaq lazımdır ki, xx.xx.2008-ci il tarixdən xx.xx.20N-cu il tarixədək olan dövr ərzində iddiaçının müraciət edə bilməsi üçün kifayət qədər müddət olmuşdur. Buna baxmayaraq iddiaçı həmin illər ərzində cavabdeh orqana müraciət etməmişdir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər dövlərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
5. “Əmək pensiyasının təyin edilməsi haqqında” **********2 nömrəli xx.xx.20N-cu il tarixli qərara əsasən İddiaçı xx.xx.20N-cu ildən “Əmək pensiyaları haqqında” AR Qanununun 20.N6-cı maddəsi əsas götürülməklə İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlillik səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı, pensiya müddətsizdir.
6. Məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın N2-ci maddəsinin İ hissəsi və N6-cı maddəsinin İ hissəsi).
11. Konstitusiyanın 7N-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
12. İddia mümkündür
III. Məhkəmənin mövqeyi
13. İş materiallarında olan iddiaçının pensiya ödənişlərinə dair sənədlərdən görünür: - xx.xx.2009-cu il tarixdən ikinci dərəcə əlillik təyin edilmiş iddiaçı xx.xx.20N-cu il tarixədək ümumi qaydada əlilliyə görə əmək pensiyası almışdır. - İddiaçının xx.xx.20N-cu il tarixdə cavabdehə müraciəti nəticəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.20N-cu il tarixdə təqdim olunmuş müvafiq məlumat vərəqəsinə əsasən ona xx.xx.20N-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 80 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. - Qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Buna görə də, ən çoxu üç il üçün pensiya fərqi ödənilə bilərdi və həmin məbləğ də iddiaçıya münasibətdə xx.xx.20N6-cı il tarixdən xx.xx.20N-cu il tarixədək müddət üzrə, yəni iddiaçının müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilmişdir. - İddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək, əmək pensiyasının xx.xx.2009-cu ildən ödənilməsini xahiş etmişdir.
14. İddiaçının hazırda tələbi hüququnun yarandığı xx.xx.2009-cu ildən əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq xx.xx.20N-cu ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsidir.
15. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Əvvəlki redaksiyasında deyilirdi (xx.xx.20N7-ci ilə qədər olan redaksiya): 3.N. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. N2.N. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. N2.2. Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi-hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. 20.N. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - 20.N.N2. Bu Qanunun N2.2-ci maddəsində göstərilən hərbi qulluqçular. 20.N6. Bu Qanunun 20.N.N2-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.N6.N. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - N00 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi. 32.N. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir 32.N-N. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: xx.xx.20N7-ci ildən qüvvəyə minmiş redaksiyasında deyilir: 32.N-N. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.N-N-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 32.N-2. Bu Qanunun 22-N.N-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 20N-cu il yanvarın N-dən tez olmamaqla bu Qanunun 32.N-N-ci maddəsinə uyğun ödənilir (xx.xx.20N-cu il tarixdən qüvvədədir).
17. Hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi barədə cavabdehə xx.xx.20N-cu il tarixdən sonra, yəni xx.xx.20N-cu il tarixdə müraciət etdiyini və müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.20N-cu il tarixdə təqdim olunduğu nəzərə alaraq qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu qərarın 2N-ci bəndində istinad edilmiş qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar yaranmış pensiya məbləği ötən dövr üçün “Əmək pensiyaları haqqında” Qanunun 32.N-2-ci maddəsinə əsasən 20N-cu il yanvarın N-dən tez olmamaqla həmin Qanunun 32.N-N-ci maddəsinə uyğun ödənilir. Başqa sözlə, əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar "Əmək pensiyalar haqqında” Qanunun 32.N-2-ci maddəsi ilə üç illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 20N-cu il N yanvar tarixindən əvvəl inzibati orqana müraciət edildikdə, yenidən hesablanmış pensiya məbləği ötən bütün müddət üçün ödənilməli, 20Ncu il N yanvar tarixindən sonra müraciət edildikdə isə yenidən hesablanmış pensiya məbləği müraciət edilən tarixdən əvvəlki üç illik dövr üçün ödənilməlidir.
18. Göründüyü kimi, həmin Qanuna 30 noyabr 20N8-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.N-2-ci maddə inzibati orqana 20N-cu il yanvarın N-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.N-N-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli Qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.N-N-ci maddəsinin N-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə” müddəası pensiya hüququ 20N7-ci il 0N iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
20. Hazırkı mübahisəyə dair işin müəyyən olunmuş hallarından bəllidir ki, iddiaçı cavabdehə xx.xx.20N-cu il tarixdə müraciət etmişdir. Həmin müraciət əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.20N6-xx.xx.20N-cu il tarixləri arasındakı dövrt üzrə, yəni müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il müddət üzrə ödəniş olunmuşdur.
21. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar iddiaçıya xx.xx.2009-cu il tarixdən 20N-cu ilin noyabr ayınadək olan müddət üzrə yaranmış pensiya məbləğinin ödənilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir.
22. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir.
23. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
24. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, N3, 52, 68, 69, 75, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva