Məhkəmə qərarları › İş №2-1(112)-321/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-321/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-321/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Məzkəzi Filialına qarşı “65 yaşı tamam olduğuna görə pensiya təyin edilməsi və yığılan pensiya ödənişlərin ödənilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Məzkəzi Filialına qarşı iddia qaldıraraq 65 yaşı tamam olduğuna görə pensiya təyin edilməsi və yığılan pensiya ödənişlərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7919/2021 saylı işi üzrə qəbul etdiyi 28 dekabr 2021-ci il tarixli qərardadı ilə, hazırkı iş üzrə icraat İddiaçı Laçın rayon Kirov (Nağdalı) adına sovxozunda xx.xx.1972-xx.xx.1974-cü ilə qədər və xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilə qədər fəhlə, xx.xx.1980-ci ildən xx.xx.1992-ci ilədək zootexnik vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair Sabunçu rayon Məhkəməsinin 2(008)- 5108/2021 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.

3. Məhkəmənin 21 iyun 2023-cü il tarixli qərardadına əsasən, hazırkı iş üzrə dayandırılmış icraatın təzələnməsi qərara alınmışdır.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Laçın rayonu işğal olunanadək yəni, 1992-ci ilin may ayın 18-nə qədər həmin rayonda ailəsi ilə birlikdə yaşamış və işləmişdir. Laçın rayonu işğal edildiyi zaman ailəsi ilə birlikdə məcburi olaraq Şəki rayonuna köçmüşlər. Həmin zaman bir sıra əhəmiyyət kəsb edən sənədləri, o cümlədən hərbi bileti və əmək kitabçasını itirmişdir. Həmin sənədləri bərpa etmək məqsədillə müvafiq inzibati orqanlara müraciət edilmişdir. Azərbaycan Respublikası Milli Arxivinə edilən müraciət nəticəsində, Laçın Rayon Dövlət Arxivi tərəfindən 25 yanvar 2021-ci il tarixli, 01 saylı arxiv arayışı verilmişdir. Həmən arxiv arayışına əsasən o, 1972-ci ildən 1974-cü ilədək, 1976-cı ildən 1980-ci ilədək Laçın rayon Kirov (Nağdalı) adına sovxozda fəhlə işləmiş, sonra 1977-ci ildən xx.xx.1980-ci ilədək X3 zootexnik ixtisası üzrə təhsil almış və xx.xx.1980-ci ildən 1992-ci ilin may ayın 18-nə qədər zootexnik işləmişdir. Lakin bu faktı təsdiq edən sənədlər rayonun işğalı ilə əlaqədar əldə etmək mümkün deyil. Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozununda 1993-ci ildən işləməyə başlamış, lakin əmək kitabçasını itirdiyinə görə, əmək kitabçasında müvafiq qeydlərin aparılması mümkün olmamışdır. Həmin kolxozda işləməyi ilə bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Respublika X7 Filialına müraciət etmiş, Filialın 27 yanvar 2021-ci il tarixli, 70 saylı arxiv arayışına əsasən 1993-cü ildən 1998-ci ilədək faktiki olaraq Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozununda işləməyi və maaş alınması təsdiq edilmişdir. Yuxarıda qeyd olunan sənədləri əldə etdikdən sonra, arxiv arayışları və xx.xx.1991-ci ildə tərtib edilmiş ******* saylı əmək kitabçası ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına pensiya alınması ilə bağlı müraciət etmişdir. İnzibati orqan iddiaçının müraciətinə baxaraq xx.xx.2021-ci il tarixli, **********4 saylı imtina məktubu vermişdir. İmtina məktubunda yalnız əmək kitabçasında qeyd edilən stajı nəzərə almış, digər əmək stajı arxiv arayışlarda qeyd olunsa belə faktiki olaraq əmək kitabçada qeyd olunmamadığına görə və həmən stajı təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığına görə həmən staj nəzərə alınmamışdır. Faktiki olaraq Laçın rayonu uzun müddət işğal altında olduğuna görə, həmin rayonda işlədiyi müddəti və Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozu ləğv edildiyinə görə həmin kolxozda işlədiyi müddəti məhkəmə qərarından başqa hər hansı bir sənədlə təsdiq edilməsi qeyrimümkündür. Həmin staj müddəti nəzərə ahnıb-alınmaması birbaşa olaraq iddiaçının pensiya hüququna toxunur. İşğal altında olan ərazidə işlədiyi müddət və Şəki rayonunda işlədiyi müddət nəzərə alınsa onun 26 il stajını vardır və bu səbəbə görə pensiya təyin edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı 1972-ci il tarixdən 1974-cü ilədək, 1976-cı il tarixdən 1980ci il tarixədək Laçın rayonu Kirov (Nağdalı) adına sovxozda fəhlə işlədiyini, xx.xx.1980-ci il tarixdən 1992-ci ilin may ayının 18-ə qədər zootexnik işlədiyini iddia edir. Lakin bu faktı təsdiq edən əmək kitabçasını Laçın rayonu işğal olunduğu üçün itirdiyini bildirmişdir. Bununla bağlı İddiaçı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın rayon Dövlət Arxivinə müraciət etmişdir. Laçın Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25.01,2021-ci i! tarixli, 01 nömrəli arayışda iddiaçının işlədiyini iddia etdiyi müəssələrin arxiv sənədləri Dövlət Arxivinə verilmədiyi bildirilmişdir. Yəni İddiaçı işlədiyini təsdiq edən hər hansı bir rəsmi sənəd mövcud deyildir. Vətəndaşa məxsus olan xx.xx.1999-cu il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasında olan qeydlərə əsasən xx.xx.1998-xx.xx.1999-cu illərdə Şəki təsərrüfatlar arası cins mal-qara birliyində zootexnik vəzifəsində işlədiyi göstərilmişdir. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1998-xx.xx.1999-ci illərin əmrləri şübhə doğurur. Belə ki, iddiaçının xx.xx.1998-ci il tarixdə işə daxilolma və xx.xx.1999-cu il tarixdə işdən azad olma əmrləri qeyri-iş günlərinə təsadüf etmişdir. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Qərarda belə qeyd olunurdu: 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin. Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində is günü hesab edilməsin. Bundan əlavə iddiaçı qeyd olunan müəssisəyə xx.xx.1998-ci il tarixdə 22 nömrəli əmrlə işə qəbul olunması inandırıcı deyildir. Eyni zamanda İddiaçı müvafiq müəssisəyə işə daxilolma və işdən azad olunma zamanı səlahiyyətli imzalar eyni olsa da, lakin həmin imza çəkən şəxslər fərqli insanlardır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə aşkar uyğunsuzluqların olması həmin sübutların mötəbər olmadığı qənaətinə gəlməyə əsas verir. Cavabdeh göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. .

İİ. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, səlahiyyətli nümаyəndəsinin iştirakının təmin etməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi G.Cavadova iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİİ. Tədqiq edilmiş sənədlər

AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1956-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. AA 204360 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçı məcburi köçkündür. БТ 595076 nörməli diplomun surətindən görünür ki, İddiaçı 1977-ci ildə Şuşa kənd təsərrüfatı texnikomuna daxil olmuş və 1980-ci ildə bitirmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin 25 yanvar 2021-ci il tarixli, 01 nömrəli arxiv arayışına əsasən bildirilmişdir ki, İddiaçı 1972-1974-cü ilə qədər və 1976-cı ildən 1980-ci ilə qədər Laçın rayon Kirov (Nağdalı) adına Sovxozda fəhlə və 1980-ci ildən 1992-ci ilin may ayının 18-nə qədər həmin Sovxozda Zootexnik işləməyi barədə arxiv sənədləri rayonun işğalı ilə əlaqədar işğalda qalıb. Milli Arxiv İdarəsinin Respublika X4 Filialının 27 yanvar 2021-ci il tarixli, 70 nömrəli arxiv arayışına əsasən Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozunun kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən Zülü Əfqan oğlu kolxozda işləyən zaman əmək haqqısı və günləri aşağıdakı kimi qeyd edilmişdir: 1. il – 1993, vəzifə - kolxozçu, şəxsi hesab 3184, gün 76, pul – 31007; 2. il – 1994, şəxsi hesab 3184, gün 288, pul – 107367; 3. il – 1995, , şəxsi hesab 3184, gün 303, pul – 314601; 4. il – 1996, şəxsi hesab 734, gün 382, pul – 190308; 5. il – 1993, şəxsi hesab 339, gün 292, pul – 174537; 6. il – 1998, şəxsi hesab 153. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 03 iyun 2021-ci il tarixli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubuna əsasən, təqdim edilən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçası, БТ 595076 nörməli diplomun surətinə əsasən sığorta stajı 4 il 5 ay olmaqla, tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X4 Filialının xx.xx.2021-ci il tarixli 70 nömrəli arxiv arayışının surətində qeyd edilən 1993-1998-ci illərə aid əmək fəaliyyəti dövrləri əmək kitabçasında qeyd edilmədiyi və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyi üçün dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1998-ci ildə Şəki təsərrüfatlar arası Cins mal-qara birliyinə zootexnik işinə qəbul edilmiş, xx.xx.1999-cu ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon Bölməsinin xx.xx.2021-ci il tarixli, 243 nömrəli arayışa əsasən göstərilmişdir ki, 1956-cı il təvəllüdlü İddiaçı məlum hadisələrlə əlaqədar olaraq SHXÇDX-nin Laçın rayon bölməsinin sənədləri işğal zonasında qaldığına görə hərbi qeydiyyatda olubolmaması barədə məlumat yoxdur. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X4 Filialının Bakı İnzibati Məhkəməsinə ünvanladığı 20 oktyabr 2021-ci il tarixli, 299 nömrəli məktuba əsasən, Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozunun 1993-1998-ci illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən X2 adına yazılmış stajdan ksero surətlər təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X4 Filialının 22 may 2023-cü il tarixli, 3-48-DA-12F/2-141/2023 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozunun kolxozçuların əmək stajı və qazancının uçotu kitablarına əsasən minimum əmək günü norması barədə qeydiyyatlar aparılmadığı üçün İddiaçı minimum norması barədə arayış təqdim edilə bilmir. Əlavə olaraq Şəki rayonun kolxozlarında minimum norma barədə məlumat verilməsi xahiş olunduğu üçün Şəki rayonu Qoxmuq kənd 1 may kolxozunun kolxozçuların əmək stajı və qazancının uçotu kitablarına əsasən kolxozçunun stajından kserosurət təqdim edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5108/2021 saylı işi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, ərizəçi İddiaçı Laçın rayon Kirov (Nağdalı) adına sovxozunda xx.xx.1972-xx.xx.1974-cü ilə qədər və xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilə qədər fəhlə, xx.xx.1980-ci ildən xx.xx.1992-ci ilədək zootexnik vəzifəsində işləməsi faktının müəyyən edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12263/2021 saylı işi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5108/2021 saylı iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5108/2021 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5108/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Fondu tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutualn prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 5108/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Fondu tərəfindən apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2844/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5108/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizənin təmin edilməməsi qərara alınmışdır.

İV. Məhkəmənin mövqeyi

6. Məhkəmə iddia ərizəsini nəzərə alaraq, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.

7. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 38-ci maddəsinin İ bəndinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, İİİ bəndinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər, 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2.yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; 21.2.5.işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7.zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla);

10. İnzibati işin materiallarından görünür ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq iddiaçının əmək stajı ilə bağlı araşdırma aparmış, və araşdırmalar əsasında iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il əmək stajına malik olmaması nəticəsinə gəlmişdir. Məhkəmə inzibati iş materiallarında olan sənədlərlə (əmək kitabçası, təhsil barədə diplom, X4 filialının arxiv arayışı) iddiaçının 9,5 il sığorta stajının olması sübuta yetirilmişdir. Belə olan halda cavabdeh düzgün olaraq iddiaçının sosial sığorta stajının 25 ildən az olması nəticəsinə gəlmişdir.

11. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

12. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 65 yaşı tamam olduğuna görə pensiya təyin edilməsi və yığılan pensiya ödənişlərin ödənilməsi barədə iddiası təmin edilməməlidir.

13. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.Azərbaycan Respublikasının İPM-nin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Məzkəzi Filialına qarşı “65 yaşı tamam olduğuna görə pensiya təyin edilməsi və yığılan pensiya ödənişlərin ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar