Məhkəmə qərarları › İş №2-1(112)-3213/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3213/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3213/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakimi Aygün Abdulla qızı Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat olunun katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə qarşı avtomobil üzərində bütün məhdudiyyətlərin götürülməsi barədə iddiasına dair işə ünvan 1 ünvanda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə qarşı 3-cü şəxs Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi işə cəlb edilməklə iddia tələbi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsinin 01657466/2B-3221 saylı, 30.08.2021-ci il tarixli məktubunun dəyişdirilməsi və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin üzərinə “Chevrolet Orlando” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən bütün məhdudiyyətlərin götürülməsi İddiaçı ASC-nin adına rəsmiləşdirilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 ilə Bank “VTB (Azərbaycan) ASC arasında 26.11.2012-ci il tarixdə 108896-1-4516 saylı “Avtomobil kredit müqaviləsi” bağlanılmışdır. Lakin, borclu şəxs T. M. Əşrəfov öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka borcu yarandığı üçün məhkəməyə müraciət olunmuşdur. Bununla bağlı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-6701 /2015 saylı 14.10.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 16067.03 ABŞ dolları məbləğində əsas borc, 836.96 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 16903.99 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumu tutulmuş, eləcə də, cavabdehə məxsus olan və 26.11.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Chevrolet Orlando” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına cavabdehin Banka olan borcu ödənilməsi qət edilmişdir. Daha sonra qətnamənin icrası ilə əlaqədar hərrac keçirilmiş və hərracda alıcı olmadığı üçün 66/03 saylı 07.10.2019-cu il tarixli Hərracın yekunları barədə protokola əsasən X4 məxsus “X14” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı Bank tərəfindən alınmışdır. 18.01.2019-cu il tarixdə Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru Vüqar Qasımov tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış məktubda “Chevrolet Orlando” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən bütün məhduduyyətlərin götürülməsinə və “Bank'VTB (Azərbaycan)" ASC-nin adına rəsmiləşdirilməsinə dair müvafiq göstərişin verilməsi xahiş olunmuşdur. Lakin, 30.08.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol X13 daxil olmuş məktubda, “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanuna edilmiş dəyişikliklərə görə həmin Qanunun 35-ci maddəsinin Vİİİ hissəsinə əsasən şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan, yəni cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətləri həyata keçirilir, yəni yol hərəkəti sahəsində inzibati xətanın törədilməsinə görə tərtib edilmiş protokol üzrə ödənilməmiş cərimə öhdəliyinin olmaması barədə sənəd təqdim edilir" kimi göstərilmişdir. Bununla bağlı qeyd edək ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin məktubunda istinad olunan maddə tamamilə başqa məna daşıyır. Buradan sual əmələ gəlir ki, istinad edilən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 35- ci maddəsi onların ünvanladıqları müraciət məktubu ilə nə ələqəsi var. Çünki, həmin maddənin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin İddiaçı ASC-nin adına rəsmiləşdirilməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, 30.08.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsindən Banka daxil olmuş məktubda, istinad edilən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 35-ci maddəsi sürücülük vəsiqəsinin dəyişdirilməsi barədə tələbləri müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinin Vİİİ hissəsinə əsasən Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi) 2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla); 3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd: 4) bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2-4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir. Bu isə o deməkdir ki, cavabdehin imtinası əsassızdır və qanunvericiliyə əsasən Bankın qanunla qorunan hüquqları təmin etməlidir. Digər tərəfdən 18.01.2019-cu il tarixdə Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüqar Qasımov tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş məktubdakı göstərişlər adıçəkilən qurum üçün məcburidir. Bundan əlavə 30.08.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin cavabı Bankın hüququnun qanuna zidd olaraq rəsmiləşdirməsindən imtina edən inzibati aktdır. Bakı İnzibati Məhkəməsinn 2-1(112)-3213/2022 saylı, 01.02.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi cavabdehlər sırasından çıxarılmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin, cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 30 avqust 2021-ci il tarixli, 016-57466/2B-3221 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6701/2015 saylı, 14 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X2 16067,03 ABŞ dolları məbləğində əsas borc, 836,96 ABŞ dolları məbləğində faiz borcu, cəmi 16903,99 (on altı min doqquz yüz üç dollar doxsan doqquz sent) ABŞ dolları ödəniş gününə qüvvədə olan manata məzənnə ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb cavabdeh X4 məxsus olan və 26.11.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Chevrolet Orlando-minik” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait heabına cavabdeh X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi qət edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 66/3 nömrəli, 07 oktyabr 2019-cu il tarixli “X9 saxlayana X12 edilməsi üçün Hərracın Yekunları barədə Protokolu”-dan görünür ki, Xətai rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6701/2015 saylı, 14 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar hərrac keçirilmiş və hərracda alıcı olmadığı üçün 66/03 saylı, 07.10.2019-cu il tarixli “Hərracın yekunları barədə protokola əsasən X4 məxsus “X14” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən bütün məhdudiyyətlərin götürülməsinə və İddiaçı ASC-nin adına rəsmiləşdirilməsinə dair müvafiq göstərişin verilməsi xahiş olunmuşdur. İşdə olan Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə ünvanlanmış 18.11.2019-cu il tarixli, 17/74740Ə7/15 nömrəli məktubdan görünür ki, Xətai rayon İcra və Probasiya Şöbəsinin icraatında olan, Xətai Rayon Məhkəməsinin 2(011)-6701 saylı, 14.10.2015-ci il tarixli icra sənədinə əsasən borclu X4 məxsus “Chevrolet Orlando” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişalı avtomobil 07.10.2019-cu il tarixdə keçirilmiş açıq hərracda ("xxxx"nin 66/03 saylı, 07.10.2019-cu il tarixli protokoluna əsasən) qalib alıcı X1. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Chevrolet Orlando” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən bütün məhdudiyyətlərin götürülməsinə və "xxxx" Azərbaycan ASC-nin adına rəsmiləşdirilməsinə dair müvafiq göstərişin verilməsi xahiş edilmişdir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 21.05.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı tərəfindən müvafiq ərizə ilə müraciət edilərək “Chevrolet Orlando” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətinə keçirilməsi və adına texniki şəhadətnamənin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 30.08.2021-ci il tarixli, 016-57466/2B-3221 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə həmin Qanunun 35-ci maddəsinin Vİİİ hissəsinə əsasən şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan, yəni cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkələri həyata keçirilir, yəni yol hərəkəti sahəsində inzibati xətanın törədilməsinə görə tətbiq edilmiş protokol üzrə ödənilməmiş cərimə öhdəliyinin olmaması barədə sənəd təqdim edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC mübahisəli avtomobili 2019-cu il tarixdə hərracda əldə etmiş, həmin avtomobilə dair cərimələr isə avtomobilin əvvəlki sahibi X6 tərəfindən törədilmiş inzibati xətalara görə tətbiq edilən cərimələrdir. Belə olan halda, iddiaçı avtomobilin əvvəlki sahibi tərəfindən törədilmiş, yəni özü törətmədiyi inzibati xətaya görə təqsirli hesab edilə bilməz və odur ki, bu inzibati xətaya görə onuun məsuliyyəti istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Odur ki, iddiaçı törətmədiyi inzibati xətaya görə inzibati məsuliyyət daşıya bilməz. Digər tərəfdən, cavabdeh imtina məktubunda şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə aşkar edildikdə ərizəçiyə məlumat verilməsinə və bunlar aradan qaldırıldıqdan, yəni cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin həyata keçirilməsinə, yeni yol hərəkəti sahəsində inzibati xətanın törədilməsinə görə tərtib edilmiş protokol üzrə ödənilməmiş cərimə öhdəliyinin olmaması barədə sənəd təqdim edilməli olmasına istinad etmişdir. Bu dəlilə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı barəsində avtomobillə bağlı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş mövcud olmamışdır. O, məhkəmə qərarının icrası qaydasında təşkil olunmuş hərracın nəticələrinə görə həmin hərracı udan və avtomobili əldə edən şəxsdir. Göründüyü kimi, cavabdeh tərəfinədn maddi hüquq normaları düzgün təfsir olunmur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqanın avtomobilin iddiaçının adına qeydiyyatının aparılmasından və ona qeydiyyat barədə şəhadətnamə verilməsindən imtinası qanunsuzdur. Belə olan halda, həmin imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Chevrolet Orlando” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən bütün məhdudiyyətlərin götürülərək, İddiaçı ASC-nin adına rəsmiləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası DİN Baş X17 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar