Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3214/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş hərbi prokurorluq işçisinə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş hərbi prokurorluq işçisinə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlə 15 ildən artıq olması və xidmət illərinə görə 45% nəzərə alınmaqla əmək pensiyasının pensiya hüququnun yarandığı vaxtdan, yəni 2007-cı ildən yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı əmək pensiyasının prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlə 15 ildən artıq olması və xidmət illərinə görə 45% nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləginin müraciət etdiyi vaxtdan əvvəlki 3 (üç) illik dövrə aid hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsini bitirmişdir. 1982-1992-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsində, xx.xx.1992-xx.xx.1996cı illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda, xx.xx.1996- xx.xx.2020-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləmişdir. 25 illik əmək stajı tamam olduğuna görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.8-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.13-cü maddələrinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq 2007-ci ilin may ayından pensiya almağa başlamışdır. Bu zaman iddiaçının prokurorluğa işə keçənədək ədliyyə orqanlarında rütbəli vəzifələrdə işlədiyi 10 il 7 aylıq əmək stajı nəzərə alınmışdır. 2007-ci ildə pensiyaya çıxarkən əmək fəaliyyətinin əvvəlki dövrünün 60 ayını götürmüşdür ki, bunlardan da 51 ayını hərbi prokurorluqda müxtəlif rütbəli vəzifələrdə (Qarnizon hərbi prokurorluğunun müstəntiqi, Respublika Hərbi Prokurorluğu İstintaq idarəsinin baş və mühüm işlər üzrə müstəntiqi, habelə həmin İdarənin prokuroru), 9 ayını isə Ədliyyə Nazirliyində dövlət notariusu vəzifəsində işləmişdir. Əmək fəaliyyətini davam etdirdiyi üçün əmək fəaliyyətini dayandırdığı 2020-ci ilin sentyabr ayınadək iddiaçıya təyin edilmiş pensiyanın yarısını almışdır. 1 sentyabr 2020-ci il tarixindən ədliyyə orqanlarında qulluğuna xitam verildiyinə görə əmək pensiyası yenidən hesablanmışdır. xx.xx.2022-ci ildə cavabdehə müraciət edərək pensiyasının hesablanarkən prokurorluqda işlədiyi müddətdə ərzaq təminatı kimi aldığı pul məbləğinin, həmçinin baş ədliyyə müşaviri (polkovnik) rütbəsinə görə ödənişin nəzərə alınıb-alınmaması barədə məlumat verilməsini xahiş etmişdir. Bundan təxminən ay yarım keçdikdən sonra ərizəsinə cavab verilməməsi səbəbini aydınlaşdırmaq məqsədilə ayrı-ayrı tarixlərdə iki dəfə “Dost” xidmətinə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. İyun ayının 15-də pensiyanın 530 manat azaldılaraq onun məbləğinin 1954 manat olmasına dair şəxsi kabinetinə (mobil telefonunda) məlumat daxil olmuşdur. Pensiyanın məbləğinin 530 manat azaldılmasının səbəbləri barədə iddiaçıya məlumat verilməsinə dair müraciətinə cavab olaraq cavabdeh 11 avqust 2022-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, “Sizə 3958,63 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin vəsaitin büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı Mərkəzi Filiala göndərməyiniz xahiş olunur”. Cavabdehə ərizə ilə müraciət edərək, pensiyanın hansı səbəblərdən 530 manat azaldılması barədə ətraflı və aydın cavab verilməsini xahiş etmiş, cavabdeh **********7 nömrəli, 28 sentyabr 2022-ci il tarixli məktubu ilə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 1 mart 2007-ci il tarixli 1/80 M nömrəli arayışında qulluq illərinə görə əlavəsinin faiz dərəcəsinin 15 olduğu göstərilib. Buna görə də prokurorluq orqanlarında qulluq keçdiyi dövrə dair orta aylıq əmək haqqısı hesablanarkən sözügedən əlavənin faiz dərəcəsi 15 faiz olaraq müəyyən edilib. Prokurorluq orqanlarındakı qulluq keçdiyi dövr üzrə orta aylıq əmək haqqısı hesablanarkən qulluq illərinə görə əlavəsinin faiz dərəcəsinin müraciətində göstərdiyi kimi 45 olaraq müəyyən edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Əvvəla onu qeyd etməyi zəruri sayır ki, cavabdehin “şəxsin prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra digər qurumlarda fəaliyyətini davam etdirdikdə sonrakı qulluq illərinin onun prokurorluq orqanlarındakı qulluq illərinə aid edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığına dair” imtinasının əsası kimi gəldiyi qənaətini “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin tələblərinə istinad etməklə əsaslandırması düzgün olmamış, cavabdeh bu halda qanun normasını səhv təfsir etmişdir. Belə ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilə qədər Azərbaycan Respublikası Hərbi Prokurorluğunda müxtəlif rütbəli vəzifələrdə işləmiş, prokurorluq işçisi kimi fəaliyyətə başlayanda artıq Ədliyyə Nazirliyində rütbəli vəzifədə işləməyinə dair 10 il 7 ay iş stajı var idi. İddiaçı 2007-ci ildə pensiyaya çıxarkən əmək fəaliyyətinin əvvəlki dövrünün 60 ayını götürmüşdür ki, bunun da 51 ayı hərbi prokurorluqda müxtəlif rütbəli vəzifələrdə işlədiyi müddət (xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilə qədər), qalan 9 ayı isə Ədliyyə Nazirliyində dövlət notariusu vəzifəsində işlədiyi müddətlərdən ibarət olmuşdur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. İddiaçı prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra ədliyyə orqanlarında fəaliyyət göstərdiyi qulluq illərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunda xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilə qədər fəaliyyət göstərdiyi qulluq illərinə aid edilməsini deyil, prokurorluq orqanlarında fəaliyyətə başlayana qədər ədliyyə orqanlarında fəaliyyət göstərdiyi 10 il 7 ayın prokurorluq orqanlarındakı qulluq illərinə aid edilməsini və həmin illərin cəminin 15 ildən artıq olmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 168 nömrəli, 312 oktyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”nın 1.3-cü bəndinə əsasən prokurorluq orqanlarında işlədiyi hər beş ilə görə aylıq vəzifə maaşına 15% (ümumilikdə 45% məbləğində) əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesblanmasını xahiş etmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilə qədər, yəni 11 ay 3 gün Azərbaycan Respublikası Prokurorluğunun Füzuli rayon qarnizonu hərbi prokurorluğunda stajçı müstəntiq vəzifəsində işləmişdir ki, bu müddət də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiyasına görə iddiaçıya pensiya təyin olunması üçün uzun müddət xidmətə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiyasına görə Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddətinin bir ayı iki ay sayılmaqla zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının Azərbaycan Respublikası Prokurorluğunun Füzuli rayon qarnizonu hərbi prokurorluğunda xidmət etdiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilə qədər, yəni 11 ayın bir ayı iki ay sayılmaqla, xidmət müddəti 22 ay, yəni 1 il 10 ay təşkil edir ki, həmin müddət və 3 il 4 ay 23 günü (Prokurorluqda olan ümumi iş stajı 4 il 3 ay 23 gündən 11 ay çıxıldıqdan sonra qalan müddət) də Hərbi Prokurorluqda fəaliyyətə başlayana qədər Ədliyyə Nazirliyində rütbəli vəzifədə işləməyinə dair 10 il 7 ay iş stajı ilə toplandıqda iddiaçının prokurorluq orqanlarında ümumi qulluq keçmə stajı 15 ildən yuxarı olur ki, bu halda da ona pensiya hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 168 nömrəli, 31 oktyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”nın 1.3-cü bəndinə əsasən prokurorluq orqanlarında işlədiyi hər beş ilə görə aylıq vəzifə maaşına 15% (ümumilikdə 45% məbləğində) əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hüququ yaranmışdır. Ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun HP 09/529/89 nömrəli, xx.xx.2016-cı il tarixli və HP-13/1050/11 nömrəli, 15 avqust 2022-ci il tarixli arayışlarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli, 38 saylı və xx.xx.1992-ci il tarixli, 354 saylı əmrlərinə əsasən ona 3 qat əmək haqqı ödənilmişdir. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda işlədiyi müddətin pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiyasına və əmək haqqının üç qat məbləğdə ödənilməsi isə Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli, 38 saylı və xx.xx.1992-ci il tarixli, 354 saylı əmrlərinə əsasən müəyyən olunmuşdur və cavabdehin iddiaçının prokurorluq orqanlarında qulluq müddətinə daxil edilən dövrlər haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyasının qərarının olmamasına görə prokurorluq orqanlarında işlədiyi hər beş ilə görə aylıq vəzifə maaşına 15% (ümumilikdə 45% məbləğində) əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesblanmasından imtina etməsinin hüquqi əsası olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 4.2-ci bəndi iddiaçıya şamil edilə bilməz. Yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 4.2-ci bəndi iddiaçı ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu arasında əmək münasibətləri yarandığı vaxt mövcud olmadığından həmin qərarın qeyd olunan bəndi qüvvəyə mindikdən sonra yaranmış münasibətlərə tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı müxtəlif tarixlərdə cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Sonuncu xx.xx.2022-ci il tarixli müraciətə cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubda təqdim edilmiş Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 28 sentyabr 2022-ci il tarixli HP-13/87 nömrəli arayışına əsasən təyin olunmuş pensiyanın cari ilin oktyabr ayında yenidən hesablanaraq ödənildiyi bildirilmişdir. Bundan sonra narazı qalan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qulluq illərinə görə əlavənin 45 % nəzərə alınmaqla təyin olunmuş pensiyanın hüququnun yarandığı vaxtdan, yəni 2007-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsasən İddiaçı Fondun keçmiş Əzizbəyov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının 22 may 2007-ci il tarixli 2353 nömrəli qərarına əsasən 01 mart 2006-cı il tarixdən ədliyyə orqanlarında xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 01 mart 2007ci il tarixli 1/80M nömrəli arayışında qulluq illərinə görə əlavənin faiz dərəcəsinin 15 olduğu göstərilib. Buna görə də prokurorluq orqanlarında qulluq keçdiyi dövrə dair orta aylıq əməkhaqqı hesablanarkən sözügedən əlavənin faiz dərəcəsi 15 faiz olaraq müəyyən edilib. 01 sentyabr 2020-ci il tarixdən isə ədliyyə orqanlarında qulluğuna xitam verildiyindən əmək pensiyası yenidən hesablanmış və aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 01 sentyabr 2020-ci il tarixdə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1178,08 manat, rütbəyə görə əlavənin orta aylıq məbləği 188,60 manat, qulluq illərinə görə əlavə 219,14 manat, ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 77,87 manat, digər növ əlavələri 911,34 manat olmaqla orta aylıq əməkhaqqı 2575,03 manat təşkil etmişdir. Bununla əlaqədar təyin olunmuş əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.8.2-ci və 20.19.2-ci maddələrinə əsasən orta aylıq əməkhaqqının (2575,03 manat) 80 faizi - 2060,02 manat məbləğində hesablanıb. Daha sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən təqdim edilmiş 28 sentyabr 2022-ci il tarixli HP-13/87 nömrəli arayışı təqdim edilmişdir. Həmin arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2018-ci il tarixli 203-16 saylı Qərarına əsasən ərazi hərbi prokurorluqlarında stajor müstəntiqin vəzifə maaşı 835 manat təşkil edir. Sözügedən arayışa əsasən təyin olunmuş əmək pensiyası Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli Qərarına əsasən yenidən hesablanaraq 2060,02 manatdan 2244,65 manata artırılmış, həmçinin xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan 657,12 manat fərq məbləği hesablanmışdır. Həmin 657,12 manat fərq məbləği hissə-hissə (hər ay 219,04 manat) əmək pensiyasının (2244,65 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin, iddiaçıya 01 yanvar 2022-ci il tarixdən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilmişdir. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilatı təminatı ilə bağlı vəzifələrdən prokurorluq orqanlarına qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Göründüyü kimi, şəxsin prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra digər qurumlarda fəaliyyətini davam etdirdikdə sonrakı qulluq illərinin onun prokurorluq orqanlarındakı qulluq illərinə aid edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 4.2-ci bəndinə əsasən prokurorluq işçisinin iş stajı Azərbaycan Respublikasının Baş Prokurorluğunun müvafiq komissiyası tərəfindən müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı nümayəndəsinin liştirakı ilə Azərbaycan Respublikası Baş prokuroru tərəfindən müəyyən edilir və təsdiq olunur. Həmin əlavənin 4.3-cü bəndinə uyğun olaraq iş stajının müəyyən edilməsi haqqında qərar komssiya tərəfindən protokol formasında rəsmiləşdirilir. Bu səbəbdən də prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisinə pensiya təyinatı aparılarkən prokurorluq orqanlarında qulluq müddətinə daxil edilən dövrlər haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyasının qərarı tələb olunur. Məhz buna görə prokurorluq orqanlarındakı qulluq keçdiyi dövr üzrə orta aylıq əmək haqqısı hesablanarkən qulluq illərinə görə əlavənin faiz dərəcəsinin 45 faiz olaraq müəyyən edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Sonda iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 5 sentyabr 2022-ci il tarixində daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılmışdır. 19 avqust 2022-ci il tarixli **********7 nömrəli məktuba əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 1 mart 2007-ci il tarixli 1/80M nömrəli arayışında qulluq illərinə görə əlavəsinin faiz dərəcəsinin 15 olduğu göstərilib. Buna görə də prokurorluq orqanlarında qulluq keçdiyi dövrə dair orta aylıq əmək haqqısı hesablanarkən sözügedən əlavənin faiz dərəcəsi 15 faiz olaraq müəyyən edilib. Eyni zamanda “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquqmühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluq orqanlarına qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Göründüyü kimi, şəxsin prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra digər qurumlarda fəaliyyətini davam etdirdikdə sonrakı qulluq illərinin onun prokurorluq orqanlarındakı qulluq illərinə aid edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 4.2-ci bəndinə əsasən prokurorluq işçisinin iş stajı Azərbaycan Respublikasının Baş Prokurorluğunun müvafiq komissiyası tərəfindən müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikası Baş prokuroru tərəfindən müəyyən edilir və təsdiq olunur. Həmin əlavənin 4.3-cü bəndinə uyğun olaraq iş stajının müəyyən edilməsi haqqında qərar komssiya tərəfindən protokol formasında rəsmiləşdirilir. Bu səbəbdən də prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisinə pensiya təyinatı aparılarkən prokurorluq orqanlarında qulluq müddətinə daxil edilən dövrlər haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyasının qərarı tələb olunur. Qeyd olunanları nəzərə alaraq, prokurorluq orqanlarındakı qulluq keçdiyi dövr üzrə orta aylıq əmək haqqısı hesablanarkən qulluq illərinə görə əlavənin faiz dərəcəsinin müraciətdə göstərdiyi kimi 45 olaraq müəyyən edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP- 13/1050/71 saylı arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1992-ci tarixli 38 saylı və xx.xx.1992-ci il tarixli 354 saylı əmrləri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun həmin əmrlərdə qeyd olunmuş rayonlarda yerləşən ərazi hərbi prokurorluqlarının əməkdaşlarına 3 qat əmək haqqı ödənilmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1994-cü il tarixli 215-r saylı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələrdə olan hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilən güzəştlər barədə” əmrinə əsasən (Füzuli, Qubadlı, Qarabağ, Qazax və Tərtər qarnizonu hərbi prokurorluqları) əmək haqqı üçqat məbləğdə, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 1998-ci il tarixli 067 saylı “Hərbi qulluqçuların pul təminatının və fəhlə və qulluqçuların əmək haqqlarının artırılması haqqında” əmrinə əsasən döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların əmək haqqısı ikiqat məbləğdə ödənilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2016-ci il tarixli HP- 09/589/89 saylı arayışına bildirilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu Azərbaycan Respublikası Milli Məclisinin 21 may 1992-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin 20 novabr 1992-ci il tarixli 454 №-li əmri ilə yaradılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibinə daxil edilmişdir, Hərbi Prokurorluq və onun struktur bilmələrinin maddi-texniki təminatı Müdafiə Nazirliyinin müvafiq qurumlarına həvalə edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Müdaliə Nazirinin 9 sentyabr 1992-ci il tarixli 354 nömrəli əmrinə əsasən döyüş əməliyyatları aparılan yaşayış mətəqələrində həqiqi hərbi qulluqda olan hərbi qulluqçuların əmək haqqı üç qat məbİəğdə ödəniİmişdir. İddiaçı Füzuli Hərbi Prokurorluğunda xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək həqiqi hərbi xidmətdə olduğu üçün Müdafiə Nazirinin yuxarıda qeyd olunan əmrinə əsasən ona üç qat məbləğdə əmək haqqı ödənilmişdir - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli xx/xx- 3030/3 saylı məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.19-cu maddəsinə əsasən xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçilərinin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlarda nəzərə alınmaqla, müəyyən edilir. Adıçəkilən Qanunun 1.0.19-cu maddəsinə görə əməkhaqqındakı sonrakı artımlar dedikdə, əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqısına daxil olan ödənişlərdəki artımlar nəzərdə tutulur. Qeyd edirik ki, iş stajından asılı olaraq prokurorluq orqanları işçilərinə 2002-ci il noyabrın 1-dək qüvvədə olmuş Nazirlər Kabinetinin 1994-cü il 21 fevral tarixli 73 nömrəli Qərarında 8-42 faiz, həmin tarixdən qüvvəyə minən Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarında isə 15-45 faiz əlavə müəyyən edilmişdir. Həmçinin sonuncu Qərarla təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”nda prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq müddəti ilə yanaşı, digər orqanlarda xidmət müddətləri də iş stajına görə əlavə haqq almaq hüququ verən dövrlər sırasına daxil edilmişdir. Bu isə sözügedən əlavənin daha yüksək faizlə müəyyən edilməsinə imkan yaratmışdır. Göstərilənlərə əsasən 2002-ci il noyabrın 1-dək prokurorluq orqanlarında qulluq keçmiş və əməkhaqqının tərkib hissəsi kimi xidmət illərinə görə əlavə almış şəxslər pensiyaya çıxarkən onların iş stajı Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”na uyğun hesablanmalıdır. Həmçinin Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 3 nömrəli Əlavə - “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayış”a əsasən şəxsin əməkhaqqının tərkibi, o cümlədən qulluq stajına görə əlavələrin məbləği onun işlədiyi dövlət orqanı tərəfindən təqdim olunan məlumatlara əsasən müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq məsələ ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna müraciət etməyi məqsədəmüvafiqdir. - Cavabdehin xx.xx.2022-ci tarixli **********6 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 29 iyul 2022-ci il tarixində daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, ona 1 mart 2006-cı il tarixindən yaşa görə əmək pensiyası təyin edilmiş, 1 sentyabr 2020-ci il tarixindən isə ədliyyə orqanlarında qulluğuna xitam verildiyindən əmək pensiyası yenidən hesablanmışdır. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 1 sentyabr 2020-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1178,08 manat, rütbəyə görə əlavəsinin orta aylıq məbləği 188,60 manat, qulluq illərinə görə əlavə 219,14 manat, ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 77,8 manat, digər növ əlavələr 911,34 manat olmaqla orta aylıq əmək haqqısı 2575,03 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbayca Respublikası Qanununun 20.8.2-ci və 20.19.2-ci maddələrinə əsasən orta aylıq əmək haqqısının (2575,03 manat) 80 faizi-2060,02 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən ona xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 47380,4 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 51339,0 manat ödənilmişdir. Bu səbəbdən də yuxarıda qeyd olunan dövr ərzində 3958,63 manat artı pul vəsaiti ödənilmişdir. Həmin artıq ödənilmiş 3958,63 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. - Cavabdehin xx.xx.2022-ci tarixli **********7 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı hesablanarkən onun xx.xx.1992-xx.xx.1997-ci il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti əsas götürülüb. Bu səbəbdən də əmək pensiyasının həm ədliyyə, həm də prokurorluq orqanlarının sabiq əməkdaşı kimi hesablanmışdır. Belə ki, xx.xx.1992-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində prokurorluq orqanlarında qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq vəzif maaşı 1057,33 manat, rütbəyə görə orta aylıq əlavə 167,90 manat, qulluq illərinə görə orta aylıq əlavə 183,78 manat, ərzaq payı əvəzinə ödənilən orta aylıq pul kompensasiyası 77,87 manat, digər növ əlavələri 852,41 manat təşkil etmişdir. Bundan başqa xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində ədliyyə orqanlarında qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq vəzifə maaşı 120,75 manat, rütbəyə görə orta aylıq əlavə 20,70 manat, qulluq illərinə görə orta aylıq əlavə 35,36 manat, digər növ əlavələri 58,9 manat təşkil edib. Nəticədə vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqısı 2575,03 manat məbləğində müəyyən edilib. - Cavabdehin xx.xx.2022-ci tarixli **********6 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, pensiya işinə aid sənədlərdə ona Fondun Xəzər rayon şöbəsi tərəfindən 1 mart 2006cı il tarixindən yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Təqdim etdiyi Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 28 sentyabr 2022-ci il tarixli HP- 13/87 nömrəli arayışına əsasən əmək pensiyası cari ilin oktyabr ayında yenidən hesablanaraq 2060,02 manatdan 2244,65 manata artırılıb, həmçinin xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan 657,12 manat fərq məbləği hesablanıb. Həmin 657,12 manat fərq məbləğinin cari aydan hissə-hissə (hər ay 219,04 manat) əmək pensiyanın (2244,65 manat) üzərinə əlavə olunmaqla (219,04+2244,65=2463,69 manat) müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(82)- 2741/2016 saylı qərarından görünür ki, iddiaçının iddiası təmin edilərək, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9cu və 21.4-cü maddələrinə əsasən, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, hər il verilən əmək haqqının ikiqat həcmindən az olmayan maddi yardım, həmçinin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanununun 23.2 və 22.3 maddələrinə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət və məzuniyyətə çıxarkən ödənilən iki aylıq əmək haqqı həcmində müavinət nəzərə alınmaqla İddiaçı xx.xx.2006-cı il tarixdən dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyası məbləğinin təyin edildiyi tarixdən etibarən yenidən hesablanaraq yaranmış fərqin bir dəfəyə ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə həvalə edilsin. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********6 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən 2244,65 manat məbləğində pensiya yenidən hesablanaraq təyin edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********3 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən 2575,03 manat məbləğində pensiya yenidən hesablanaraq təyin edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********3 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən 1954,35 manat məbləğində pensiya yenidən hesablanaraq təyin edilmişdir. - Cavabdehin xx.xx.2020-ci il tarixli **********4 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən 2258,59 manat məbləğində pensiya yenidən hesablanaraq təyin edilmişdir. - Cavabdehin xx.xx.2018-ci il tarixli sərəncamından görünür ki, iddiaçıya xx.xx.2018cı il tarixdən 1168,87 manat məbləğində pensiya təyin edilmişdir. - Cavabdehin xx.xx.2016-ci il tarixli sərəncamından görünür ki, iddiaçıya xx.xx.2016cı il tarixdən 864,98 manat məbləğində pensiya təyin edilmişdir. - Cavabdehin xx.xx.2007-ci il tarixli sərəncamından görünür ki, iddiaçıya xx.xx.2006cı il tarixdən 188,70 manat məbləğində pensiya təyin edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbini irəli sürərək Azərbaycan Respublikası prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlərlə 15 ildən artıq olması və xidmət illərinə görə 45% nəzərə alınaraq müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il daxil olmaqla əmək pensiyasının yenidən hesablanması ilə baglı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. İddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 1 mart 2007-ci il tarixli 1/80M nömrəli arayışında qulluq illərinə görə əlavəsinin faiz dərəcəsinin 15 olduğu göstərilib. Buna görə də prokurorluq orqanlarında qulluq keçdiyi dövrə dair orta aylıq əmək haqqısı hesablanarkən sözügedən əlavənin faiz dərəcəsi 15 faiz olaraq müəyyən edilib. Eyni zamanda “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluq orqanlarına qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Göründüyü kimi, şəxsin prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra digər qurumlarda fəaliyyətini davam etdirdikdə sonrakı qulluq illərinin onun prokurorluq orqanlarındakı qulluq illərinə aid edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 4.2-ci bəndinə əsasən prokurorluq işçisinin iş stajı Azərbaycan Respublikasının Baş Prokurorluğunun müvafiq komissiyası tərəfindən müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikası Baş prokuroru tərəfindən müəyyən edilir və təsdiq olunur. Həmin əlavənin 4.3-cü bəndinə uyğun olaraq iş stajının müəyyən edilməsi haqqında qərar komssiya tərəfindən protokol formasında rəsmiləşdirilir. Bu səbəbdən də prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisinə pensiya təyinatı aparılarkən prokurorluq orqanlarında qulluq müddətinə daxil edilən dövrlər haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyasının qərarı tələb olunur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ.Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Əmək pensiyaları haqqında" Qanun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri. 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu 2.4. Hərbi prokurorluq orqanları işçilərinin qulluq keçmə qaydaları və şərtləri "Prokurorluq haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunları, bu Qanun və "Azərbaycan Respublikası Silahlı X1" ilə tənzimlənir. 3.4. Hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların hərbi xidmətlərinin əsasları və şərtləri “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Azərbaycan Respublikası Silahlı X1” və hərbi qulluqçuların fəaliyyətini müəyyən edən digər normativ hüquqi aktlarla tənzimlənir. 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 20.15. Hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir. 32.5. Prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”na əsasən: 1.2. Prokurorluq işçilərinə qulluğun altıncı ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq hər beş ildən bir artırılır. 1.3. Prokurorluq işçilərinə aylıq vəzifə maaşının iş stajının hər beş ilinə görə 15 faizi həcmində 45 faizdən çox olmamaq şərti ilə əlavə haqq verilir. 1.4. Prokurorluq işçilərinə əlavə haqq prokurorluq orqanlarının saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş əməyin ödənişi fondu hesabına ödənilir. 2.1. Əlavə haqq almaq hüququ verən iş stajı şəxsin "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş prokurorluq işçilərinə aid olan vəzifəyə təyin edilməsi barədə əmrin verildiyi tarixdən hesablanır. 2.2. Əlavə haqq almaq hüququ verən iş stajına aşağıdakı dövrlər daxildir: 2.2.1. prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluqda olduqları müddət; 2.2.2. həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən prokurorluq orqanlarına qeyd edilən vəzifələrə təyin edilmiş işçilərin həqiqi hərbi xidmətdə olduqları müddət; 2.2.3. məhkəmələrdə hakim, ədliyyə orqanlarında rütbə dərəcəsi (xüsusi rütbəsi) olan vəzifələrdə, o cümlədən rütbə dərəcəsi (xüsusi rütbəsi) tətbiq olunmayan dövrlərdə uyğun vəzifələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində, eləcə də Azərbaycan Respublikasının Vergilər Nazirliyinin ibtidai istintaq orqanlarında və qanunvericiliklə nəzərdə tutulmuş digər müvafiq qurumlarda zabit vəzifələrində işləmiş (xidmət keçmiş) şəxslərin həmin orqanlarda xidmətdə olduqları müddət; 3.3. Əlavə haqq prokurorluq işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta əmək haqqı hesablanarkən nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddətinin bir ayı iki ay sayılmaqla zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. İş materiallarında iddiaçının məhkəmənin sorğusuna əsasən tələb edilmiş pensiya işindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli 2353 saylı qərarına əsasən, İddiaçı xx.xx.2006-cı ildən başlayaraq 25 illik qulluq stajı nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işindən görünür ki, qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanarkən iddiaçının 02 sentyabr 1992-ci ildən 02 sentyabr 1997-ci ilədək olan dövrdə aldığı əmək haqqı əsas götürülmüşdür. İş materiallarından müəyyən olunur ki, həmin 60 aylıq dövr ərzində 02 sentyabr 1992-ci ildən 25 dekabr 1996-cı ilədək iddiaçı hərbi prokurorluq orqanlarında, qalan müddəti isə ədliyyə orqanlarında qulluq etmişdir. Lakin iş üzrə müəyyən olunur ki, iddiaçının prokurorluq orqanlarında qulluq keçdiyi dövrə dair orta aylıq əməkhaqqı hesablanarkən qulluq illərinə görə əlavənin faiz dərəcəsi 15 faiz olaraq müəyyən edilmişdir. Cavabdeh orqan onu əsas gətirmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 01 mart 2007-ci il tarixli 1/80M nömrəli arayışında qulluq illərinə görə əlavənin faiz dərəcəsinin 15 olduğu göstərilmişdir. İddiaçı hərbi prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlə 15 ildən artıq olması və xidmət illərinə görə 45% nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını cavabdehdən tələb etsə də, ona qeyd olunan əsasla imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanuni və əsaslıdır. Belə ki, iş materiallarından məlum oldugu kimi iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1992ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsində, xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, xx.xx.1996-cı ildən xx.xx.2020-ci ilədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində işləmişdir. Cavabdehin “şəxsin prokurorluq orqanlarında qulluğuna xitam verildikdən sonra digər qurumlarda fəaliyyətini davam etdirdikdə sonrakı qulluq illərinin onun prokurorluq orqanlarındakı qulluq illərinə aid edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığına dair” imtinasının əsası kimi gətirdiyi dəlilləri “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin tələblərinə istinad etməklə əsaslandırmasını məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunda müxtəlif rütbəli vəzifələrdə işləmiş, prokurorluq işçisi kimi fəaliyyətə başlayanda artıq ədliyyə orqanlarında 10 il 7 ay iş stajını toplamışdır. İddiaçı 2007-ci ildə pensiyaya çıxarkən əmək fəaliyyətinin əvvəlki dövrünün 60 ayı götürülmüşdür ki, bunun da 51 ayı hərbi prokurorluqda müxtəlif rütbəli vəzifələrdə işlədiyi müddət (xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək), qalan 9 ayı isə ədliyyə orqanlarında işlədiyi müddətlərdən ibarət olmuşdur. Yuxarıda qeyd olunan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquqmühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü ilədək, yəni 11 ay 3 gün Azərbaycan Respublikası Prokurorluğunun Füzuli rayon qarnizonu hərbi prokurorluğunda stajçı müstəntiq vəzifəsində işlədiyindən bu müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiyasına görə iddiaçıya pensiya təyin olunması üçün uzun müddət xidmətə aid edilməlidir. Belə ki, Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddətinin bir ayı iki ay sayılmaqla zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Normanın məzmunundan göründüyü kimi, burada, şəxsin bilavasitə döyüş bölgələrində xidməti və ya döyüş əməliyyatlarında iştirakı məcburi şərt kimi nəzərdə tutulmur. Həmin normanın tətbiqi Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət etmənin özü ilə şərtlənir. Bu səbəbdəndir ki, həmin normanın (a) yarımbəndində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında alınan yaralar, kontuziya, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti (b) yarımbəndində göstərilənlərdən fərqli olaraq xidmətin bir ayının üç ay sayılması təsbit olunmuşdur. Beləliklə də hərbi prokurorluqda qulluq müddətinin 11 ayın bir ayı iki ay sayılmaqla, xidmət müddəti 22 ay, yəni 1 il 10 ay təşkil edir. Həmin müddət və 3 il 4 ay 23 günü (prokurorluqda olan ümumi iş stajı 4 il 3 ay 23 gündən 11 ay çıxıldıqdan sonra qalan müddət) də Hərbi Prokurorluqda fəaliyyətə başlayanadək Ədliyyə Nazirliyində rütbəli vəzifədə işləməyinə dair 10 il 7 ay iş stajı ilə toplandıqda iddiaçının prokurorluq orqanlarında ümumi qulluq keçmə stajı 15 ildən yuxarı olur. İddiaçının ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun HP 09/529/89 nömrəli, xx.xx.2016-cı il tarixli və HP-13/1050/11 nömrəli, 15 avqust 2022ci il tarixli arayışlarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli, 38 saylı və xx.xx.1992-ci il tarixli, 354 saylı əmrlərinə əsasən ona 3 qat əmək haqqı ödənilmişdir. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda işlədiyi müddətin pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiyasına və əmək haqqının üç qat məbləğdə ödənilməsi isə Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli, 38 saylı və xx.xx.1992-ci il tarixli, 354 saylı əmrlərinə əsasən müəyyən olunmuşdur. Ona görə də cavabdehin iddiaçının prokurorluq orqanlarında qulluq müddətinə daxil edilən dövrlər haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyasının qərarının olmamasına görə prokurorluq orqanlarında işlədiyi hər beş ilə görə aylıq vəzifə maaşına 15% (ümumilikdə 45% məbləğində) əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesblanmasından imtina etməsinin hüquqi əsası olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavənin 4.2-ci bəndi hüquq münasibətləri yarandıgı dövrdə (iddiaçı ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu arasında əmək münasibətləri) mövcud olmadığından iddiaçıya şamil edilməsi barədə dəlilləri əsassızdır. Belə olan halda da iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 168 nömrəli, 31 oktyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”nın 1.3-cü bəndinə əsasən prokurorluq orqanlarında işlədiyi hər beş ilə görə aylıq vəzifə maaşına 15% (ümumilikdə 45% məbləğində) əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Lakin hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, cavabdehin bu imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). İddia tələbinin ikinci hissəsi ilə baglı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməli oldugundan həmin hissədə də iddia tələbi əsaslı oldugundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əmək pensiyasının prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlə 15 ildən artıq olması və xidmət illərinə görə 45% nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləginin müraciət etdiyi vaxtdan əvvəlki 3 (üç) illik dövrə aid hissəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının prokurorluq orqanlarında xidmət müddətinin güzəştli şərtlə 15 ildən artıq olması və xidmət illərinə görə 45% nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləginin müraciət etdiyi vaxtdan əvvəlki 3 (üç) illik dövrə aid hissəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva