Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3217/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 Abusəid qızı, İddiaçı2 cavabdeh ASC “xxxx” Bankına qarşı “kredit müqaviləsinin restrukturizasiya edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 Abusəid qızı, İddiaçı2 cavabdeh ASC “xxxx” Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, cavabdeh ASC “xxxx” Bankının imtinası qeyri-qanuni hesab edilərək xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, “xxxx Bank” ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən onlara 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditə görə onlar bir müddət ödənişlər etsə də, lakin sonradan dolların məzənnəsinin qalxması səbəbindən maddi vəziyyətləri pisləşmiş və onlar qrafik üzrə ödənişlər edə bilməmişlər. Bu səbəbdən də Bank onlara qarşı pul tələbinə dair iddia tələbi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş və Qusar Rayon Məhkəməsi tərəfindən Bankın iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Daha sonra onlar Qusar Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş və işə yenidən Sumqayıt Apelyasiya Məhkəməsində baxılmışdır. Hazırda onların cavabdehə ödənilməmiş kredit borcları qalır. Kreditləri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşsə də, buna baxmayaraq, Bank tərəfindən kreditləri restrukturizasiya olunmamışdır. Məsələ ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, müraciətlərinin heç bir müsbət nəticəsi olmamışdır. Bundan başqa, məsələ ilə bağlı cavabdehə rəsmi müraciət etsələr də, cavabdeh imtina etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Bankla İddiaçı3 Abusəid qızı (Borcalan) arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, **********02715 №-li kredit müqaviləsinə əsasən, ona 48 ay müddətinə, illik 18% hesablanması şərti ilə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı qismində mülkiyyət hüququ əsasında İddiaçı1 məxsus ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 230.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi çıxış edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən Borcalanın krediti üzrə əsas borcdan kompensasiya hesabına 2.782,94 ABŞ dolları silinmiş. 1.184,54 ABŞ dolları məbləğində faiz borcu isə güzəşt edilmişdir. Bundan əlavə olaraq, qalan kredit borcunun Fərmana əsasən restrukturizasiya olunması da nəzərdə tutulmuşdur. Lakin Borcalan tərəfindən lazımi sənədlər (girov qoyulmuş evdə qeydiyyatda olan İddiaçı2 yeni ipoteka müqaviləsinin imzalanmasına dair notarial qaydada təsdiq edilmiş razılığı) təqdim olunmadığından kredit borcu üzrə qalan məbləğin restrukturizasiya olunması mümkün olmamışdır. Hazırki iddia tələbi tərəflər arasında olan müqavilə münasibətlərindən irəli gəlir və həmin iddia ərizəsinə ümumi məhkəmə tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, ASC «xxxx» Bank ilə İddiaçı3 Abusəid qızı (Borcalan) arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 18% hesablanması şərti ilə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı qismində mülkiyyət hüququ əsasında İddiaçı1 məxsus ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 230.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Bundan başqa, iddiaçılar kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiya olunmasını tələb edirlər. Bu isə tərəflər arasında kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə həyata keçirilir. Belə olan halda isə qeyd olunan tələbə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. İddiaçının mövcud iddia tələbi ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etməklə bağlı tələb olmadığına görə mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün deyildir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. X4 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 №-li Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3217/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3217/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver