Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3218/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sabunçu rayon Polis İdarəsinə və Cavabdeh qarşı polisin verdiyi qərarı ləğv edib oğlunun adının orderdən silinməsi” barədə tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sabunçu rayon Polis İdarəsinə və Cavabdeh qarşı polisin verdiyi qərarı ləğv edib oğlunun adının orderdən silinməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı mənzilə qeyri-qanuni olaraq oğlunun başqa yerdə qeydiyyatda olmasına baxmayaraq, onu həmin orderə qeydiyyata salmışlar. İddiaçının dəfələrlə müraciətinə baxmayarq, orderdən onu qeydiyyatdan çıxarmırlar. Bu günki gündə də qanunsuz olaraq iddiaçı hələdə onun yerinə pul ödəyir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinlədikdən, iddia ərizəsini nəzərdən keçirdikdən sonra hesab edir ki iddia tələblərii mümkün sayılmasın. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 13-cü maddəsinə görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə tərəfindən 25 oktyabr 2021-ci il tarixli məktub ilə, iddiaçıya iddia ərizəsində iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi təklif edilmiş və formal xətanın aradan qaldırılması üçün 20 gün müddət təyin edilmişdir. İddiaçı 15.11.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbində cavabdeh qismində Sabunçu rayon Polis İdarəsinin və Cavabdeh qismində qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə, məhkəmə İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə əsasən aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə 08 fevral 2022-ci il tarixə saat 15:00-a məhkəmə iclası təyin etmiş, məhkəmə iclasında iştirak edən iddiaçıya iddia tələbinin təkrar olaraq dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı iddia tələbinin düzgün olduğunu bildərək məhkəmənin yardımını qəbul etməmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 22.07.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı cavabdeh polis orqanına Cavabdeh Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, X1- 810, bina 1, mənzil 39 ünvanında qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin iddia ərizəsində iddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin qərarının ləğv edilməsi və Cavabdeh orderdən silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq iddia ərizəsinə əlavə edilmiş arayışlardan görünür ki, iddiaçı və cavabdeh qismində göstərilmiş Cavabdeh məcburi köçkündürlər və sözügedən mənzildə müvəqqəti olaraq məskunlaşmışlar. Həmin mənzilin İddiaçı məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd (order, sərəncam, çıxarış və.s) məhkəməyə təqdim olunmamış, eləcə də məhkəmə araşdırılmasının gedişi zamanı müəyyən olunmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı oğlunun Sabunçu rayon Polis İdarəsinə və Cavabdeh qarşı “polisin verdiyi qərarı ləğv edib oğlunun adının orderdən silinməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3218/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3218/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver