Məhkəmə qərarları › İş №2-1(112)-3218/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3218/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3218/2023 01.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialının üzərinə ona 60 yaşından etibarən güzəştli şərtlərlə əmək pensiyası təyin etmək öhdəliyi qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılaraq ərizəsi təmin edilməmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddiaçının əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Belə ki, xx.xx.1984-xx.xx.1986-cı illərdə Balakov VEM trestinin qurşadırma sahəsində, xx.xx.1986-xx.xx.1992-ci illərdə Ulduz Elm-İstehsalat Birliyində, xx.xx.1994- xx.xx.1999-cu illərdə Sabunçu EİM ASC-də, xx.xx.2006-xx.xx.2007-ci illərdə və xx.xx.2012- xx.xx.2013cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə müəyyən olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” ilə əmək pensiyası hüququ yaranmışdır. Lakin bununla bağlı müraciətinə ƏƏSMN tabeliyində DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəz filialı tərəfindən xx.xx.2022-ci il tarixdə cavab verilmiş və məhkəməyə müraciət etmək hüququ nəzərinə çatdırılmışdır. İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən öhdəliyini icrası haqqında iddialar üçün iddia müddəti müəyyən edilməmişdir. 3.Cavabdeh orqanın iddiaçıya təqdim etdiyi imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 6 ay 27 gün (xx.xx.1987-xx.xx.1990- ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1994-xx.xx.1999-cu il, xx.xx.2006-xx.xx.2007-ci il və xx.xx.2012-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 48960,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23649,34 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. 4.Bakı Hövsan Beynəlxalq Dəniz Limanı tərəfindən iddiaçıya təqdim edilən 03/21 nömrəli xx.xx.2021-ci il tarixli güzəştli arayışa əsasən: -xx.xx.2005-ci il tarixindən "xxxx" ASC-i texniki təhcizat üzrə əmtəəşünas vəzifəsinə işə qəbul edilib (xx.xx.2006-cı il trixli 129k №-li əmr) -xx.xx.2006-ci il tarixindən qaynaqçı vəzifəsinə keçirilib (xx.xx.2006-ci il tarixli 33k №-li əmr) -xx.xx.2007-ci il tarixindən Soyuducu kamera üzrə yükləyici vəzifəsinə keçirilib (xx.xx.2007-ci il tarixli 34 k №-li əmr) -xx.xx.2011 -ci il tarixindən İstehsalat və təsərrüfat şöbəsinə fəhlə vəzifəsinə keçirilib (xx.xx.2011 -ci il tarixli 16k №-li əmr) -xx.xx.2012-cı il tarixindən qaynaqçı vəzifəsinə keçirilib (xx.xx.2012-ci il tarixli 04k №-li əmr) - xx.xx.2013-cü il tarixindən Azərbaycan Respublikası ƏM-nin 68 maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilib (xx.xx.2013-cü il tarixii 22k-li əmr) “Bakı Dəniz Balıq Limanı İdarəsi” Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 43 saylı xx.xx.2001-ci il tarixli Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir. "xxxx" ASC-niıı 14 iyun 2017-ci il tarixli Səhmdarların ümumi iclasının Protokoluna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Yuxanda adı çəkilən gəmi və sahil avadanlıqları təmiri üzrə qaynaqçı və qaz qaynaqçısı peşələri “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir.

5. Azərbaycan Respublikası "xxxx" ASC 01/01 nömrəli xx.xx.2021-ci il tarixli arayışına əsasən "xxxx" ASC-nin arxiv sənədlərinə əsasən (keçmişdə “Sabunçu Maşınqayırma zavodu) 1962-cı il təvəllüdlü İddiaçı xx.xx.1994-cü il tarixdən 3№-İi MYS-nə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilib. (Əmr№-109/K. xx.xx.1994-cü il) və xx.xx.1999-cu il tarixinə kimi (Əmr№ 82/K. xx.xx.1999-cu il) həmin müəssisədə zərərli əmək şəraitində işləyib. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-cı il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə, vəzifələrin siyahısına əsasən 35-ci bölüm, güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanır.

6. “Ulduz” Elm–İstehsalat birliyinin 04 nömrəli xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən -xx.xx.1986-ci il tarixində Bakı “Ulduz” zavoduna 3-cü dərəcə burğulayıcı işinə qəbul edilib. Əmr № 299/k xx.xx.1986-ci il tarixində. -xx.xx.1987-ci il tarixində 5-ci dərəcə elektrik qaynaqçısı işinə keçirilib. Əmr № 129/k xx.xx.1987-ci il tarixində. -xx.xx.1990-ci il tarixində Azərbaycan Respublikasının Ə.Q.M-nın 36-ci maddəsinin 5-ci bəndinə əsasən “Şəfəq” KM-nə köçürülməsi ilə əlaqədar olaraq işdən çıxarılıb. Əmr № 650/k xx.xx.1990-ci il tarixində. -xx.xx.1990-ci il tarixində Şəfəq KM-nə 5-ci dərəcə elektrik qaz qaynaqçısı işinə qəbul edilib. Əmr № 178/k xx.xx.1990-ci il tarixində. -01.02.1 991-ci il tarixində “Ulduz” EİB-nə köçürmə yolu ilə 6-cı dərəcə elektrik qaz qaynaqçısı işinə keçirilib. Əmr № 16/k xx.xx.1991-ci il tarixində. -xx.xx.1991-ci il tarixində Mexanikə KM-nə köçürülmə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının ƏQM-nın 5-ci bəndinə əsasən işdən çıxarılıb. Əmr №97 xx.xx.1991-ci il tarixində. -xx.xx.1991-ci il tarixində “Şəfəq” KM-dən köçürmə yolu ilə 'Mexanikə” KM-nə 6-cı dərəcə təmirçi çilingər işinə qəbul edilib. Əmr № 28/k xx.xx.1991-ci il tarixində. -xx.xx.1991-ci il tarixində 6-cı dərəcə elektrik qaynaqçısı işinə keçirilib. Əmr №29/k xx.xx.1991-ci il tarixində. -xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikasının Ə.Q.M- nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə Az “Ulduz” EİB-nə keçirilib. Əmr № 9/k xx.xx.1992-ci il tarixində. -xx.xx.1992-ci il tarixində Nəzarət buraxılış məntəqəsinə köçürmə yolu nəzarətçi işinə qəbul edilib. Əmr № 96/k xx.xx.1992-ci il tarixində. -xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikasının Ə.Q.M-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən İxtisaslaşmış aqrar tikinti trestinə köçürülməsi ilə əlaqədar işdən çıxarılıb. Əmr № 9/k xx.xx.1992-ci il tarixində. Əmr № 202/k xx.xx.1992-ci il tarixində. Yuxarıda qeyd olunan müddətdə yəni xx.xx.1986-ci ildən xx.xx.1992-ci il tarixinədək İddiaçı elektrik qaynaqçısı kimi çalışmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli” şərtlərlə yaşa görə əmək pensiyası verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir.

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X3 və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təqdim etdiyi 6 nömrəli 14 yanvar 2022-ci il tarixli arayışa əsasən xx.xx.1977-ci il tarixində (əmr № 49 K) 22№-li Texniki Peşə Məktəbinə təhsil müddəti 2 il olan “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə (əyani) qəbul olmuş, xx.xx.1979-cu il tarixində (əmr №30k) 22 №-li Texniki Peşə Məktəbini “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə bitirmiş və ona № 5044 diplom verilmişdir.

8. İddiaçı 01.06.203-cü il tarixində təqdim etdiyi ərizəyə əsasən iddia tələbi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya xx.xx.2022-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiyanın təyin etmək öhdəliyi qoyulması kimi dəyişdirilmişdir.

9. Məhkəmə tərəfindən bir neçə dəfə iddiaçının qaynaqçı vəzifəsi üzrə yerinə yetirdiyi işlər barədə ətraflı məlumat verilməklə qaz qaynaqçıları və ya əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifələri üzrə eynilik təşkil etməsi barədə Bakı Hövsan Beynəlxalq Dəniz Limanına sorğu göndərilməsinə baxmayaraq sorğu cavablandırılmamışdır.

10. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asili olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 av çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sərtlər daxilində yas həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, İddiaçı pensiya hüququnun yaranıb-yaranmaması məsələsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi ilə tənzimlənir. Bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nm 4.1.20-ci maddəsinə əsasən, əmək pensiyasının təyin ediiməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə is müddəti- bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən isdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayışı (güzəştli is arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan, işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməmək iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifəiərin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik Qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə İddiaçı 29,09.1986- xx.xx.1987-ci illər ərzində “Ulduz” zavodunda burğulayıcı vəzifəsində, xx.xx.2008- xx.xx.2007-ci və xx.xx.2012-xx.xx.2013-cü illər ərzində isə ‘‘Bakı Dəniz Balıq Limanı” ASC-də qaynaqçı vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, İddiaçı işlədiyi burğulayıcı vəzifəsi ‘‘Ulduz’’ Elm-İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 04 №li arayışda istinad edilən yuxarıda qeyd olunan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik laynaqçıları vəzifələrinə uyğun deyil. Bundan başqa "xxxx" ASC-nin 18 yanvar 2021-ci il tarixli 03/21 №li arayışında qaynaqçı vəzifəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmamaqı barədə hər hansı məlumat göstərilməmişdir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq leyd edilməlidir, İddiaçı qanunla tələb edilən güzəştli sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir.

11. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

12. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

16. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

11. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022ci il tarixədək müraciət etmişdir.

12. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə stajı iddiaçının ümumi stajı ən azı 25 ildir.

13. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki: -“Ulduz” Elm-İstehsalat Birliyinin arxiv arayışından məlum olur ki, xx.xx.1986-cı ildən xx.xx.1992-ci il tarixinədək İddiaçı elektrik qaynaqçısı kimi çalışmışdır. 23200000 XXXİİİ Ümumi peşələr bölməsində 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur. -"xxxx" ASC-nin xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixinə kimi elektrik qaz qaynayçısı peşəsində işləmişdir. 23200000 XXXİİİ Ümumi peşələr bölməsində 23200000—19756 kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları peşəsinə uyğun gəlir. -iş yeri (Bakı Hövsan Beynəlxalq Dəniz Limanı) tərəfindən verilən arayışda iddiaçının xx.xx.2006-xx.xx.2007-ci il və xx.xx.2012-xx.xx.2013-cü il tarixlərdə qaynaqçı peşəsi üzrə işlədiyi və adı çəkilən gəmi və sahil avadanlıqları təmiri üzrə qaynaqçı və qaz qaynaqçısı peşələrinin “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndi ilə müəyyən edilmiş əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verdiyi qeyd edilmişdir.

14. Məhkəmə qeyd edir ki, qeyd edilən qərarın 35-ci bəndində (ümumi peşələr): - rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; -rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları; - qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur.

15. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

16. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi qaynaqçı peşəsinin gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçısı peşəsinə və ya gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçı peşəsinə və ya qaz qaynaqçıları peşəsinə uyğun olması işlədiyi qurumun adından da görünür (Bakı Hövsan Beynəlxalq Dəniz Limanı) və iş yeri tərəfindən verilən arayışla təsdiq olunur.

17. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək cəmi 13 il 1 ay 17 gün əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur.

18. 29 iyun 2022-ci il tarixində qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixindən təyin olunmalıdır. Cavabdeh qurum iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə stajını mübahisələndirdiyindən iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyini məsələsinə münasibət bildirilməsi üçün əlavə müraciətin olmasını mütləq hesab etmir.

19. İddiaçının əmək şəraiti zərərli işlərdə stajı cavabdeh qurum tərəfindən mübahisələndirildiyindən məhkəmə əlavə olaraq xx.xx.2022-ci il tarixdən pensiya təyini ilə bağlı müraciətin olunmasını zərurəti hesab etmir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

21. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranmış, hüququnun yarandığı vaxtdan 3 illik müddət ərzində müraciət etdiyi üçün əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirməmişdir.

22. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

23. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

24. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar