Məhkəmə qərarları › İş №2-1(112)-3219/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3219/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3219/2021 02.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs X2 qarşı «abunə kodununun iddiaçının adına keçirilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” ASC-yə və üçüncü şəxs X2 «abunə kodununun iddiaçının adına keçirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh “xxxx” ASC-yə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 2005-ci ildə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, 2A ünvanında tikdirdiyi evdə qeydiyyatdadır. Həmin il evə “Azəriqaz” İB, “xxxx” ASC və “xxxx” ASC tərəfindən müvafiq kommunal xidmətlər üzrə qaz, su və işıq xətləri çəkilmişdir. “xxxx” ASC tərəfindən həmin ünvana 11920273 saylı müqavilə əsasında iddiaçının adına **********000 abonent su kodu açılmışdır. Lakin “Azəriqaz” İB və “xxxx” ASC tərəfindən onun istehlakçı hüquqları pozularaq həmin ünvanda qeydiyyatda olmayan və heç bir istifadə hüququ olmayan Nizami rayonu, B.Nuriyev küçəsi, ev 4, mənzil 80-də qeydiyyatda olan və yşayn X1 adına 6780005AF3230974 az kodu və **********K0012 işıq kodu verilmişdir. 2010-cu ildə Şəfiqə Sultanova onun (iddiaçının) icazəsi olmadan həyatyanı sahədə özü üçün ev tikdirmişdir. Adıçəkilən şəxs 2010-cu ildə Nizami rayonu, B.Nuriyev küçəsi, 4 saylı evin 80 saylı mənzilini öz oğıuna hədiyyə vermiş və həyətyanı sahədə tikdirdiyi evə köçmüş və orada yaşayır. Şəfiqə Sultanova 2010-cu ildə onun razılığı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, 2A ünvanına qeydiyyata düşmüşdür. Onun yaşadığı ünvana qeyri-qanuni qaz və işıq xətləri çəkilmişdir. İddiaçı məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət etmişdir. “Azəriqaz” İB buraxdığı səhvi düzəldərək xx xxxxxxx 2020-ci il tarixdə iddiaçı ilə müqavilə bağlamış və 6780005AF3230974 qaz kodunu onun adına rəsçmiləşdirmişdir. İddiaçı qeydiyyatda olduğu və yaşadığı evdən qanunsuz olaraq sənədsiz evə çəkilən elektrik naqilinin qaz say\acından ayrılması tələbi ilə “xxxx” ASC-nin Binəqədi qəsəbə üzrə nümayəndəliyinə müraciət etmişdir. Ona işıq sayğacı kodunun X1 adına verildiyi və işıq xəttinin onun iradəsi, istəyi ilə qoşulduğunu bildirmişlər. Bundan sonra iddiaçı Binəqədi qəsəbəsi, Zeynalov küçəsi üzrə sahə rəisinə müraciət etmişdir. Sahə rəsi evə baxış keçirmiş və qanunsuz işıq xəttinin çəkilişindəki özbaşınalığın şahidi olmuşdur. Lakin həmin şəxs tərəfindən heç bir tədbir görülməmişdir. İddaçı evə onun adına işıq sayğacı quraşdırılması ilə bağlı ASAN kommunal xidmətinə müraciət etmək istədikdə, ona şifahi şəkildə həmin ünvanda artıq rtıq sayğac quraşdırıldığı, ikinci sayğacın quraşdırılmasının mümkünsüz olduğu və ərizəsinin qəbul olunmayacağı bildirilmişdir. Bundan sonra iddiaçı məsələ ilə bağlı “xxxx” ASC-yə müraciət etmiş və qurumun əməkdaşlarının ünvanda sayğac quraşdırılmasında səhvə yol verdikllərini və bunun düzəşdirilməsini xahiş etmişdir. Həmin qurumdan bildirilmişdir ki, X5 özü könüllü olaraq saycağın kodununun onun adına dəyişdirilməsinə razılıq verməlidir. Şəfiqə Sultanova isə buna etiraz etmişdir. Çünki, Şəfiqə Sultanova aldığı pensiya məbləğinə uyğun olmayan işıq sərfiyyatını ödəmir. İddiaçı isə işləmir və sosial təminat almır. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, 2A ünvanında quraşdırılmış **********K0012 saylı sayğacın X1 adından çıxarılaraq iddiaçının adına keçirilmısi öhdəliyinin cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın təmin olunmasının mümkün olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.20-ci bəndinə görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Qaydaların 8.35-ci bəndinə görə enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X3 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, 2A ünvanındakı müvafiq tikiliyə hazırkı iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi mövcud olmadığından (bu halı iddiaçının özü də inkar etmir), o, cavabdeh “xxxx” ASC-nin hərkətləri ilə bağlı hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüquqa malik olmur. Bundan başqa, iddiaçının qaldırdığı məsələ tikilidə yaşayan digər fiziki şəxs X5 ilə aralarındakı mübahisədən törəmədir. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odor ki, iddia mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar