Məhkəmə qərarları › İş №2-1(112)-3219/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3219/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3219/2024 08.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Höküməli oğlunun, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X7 işə cəlb edilməklə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aalınması və reyestrdən çıxarışın verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 07 iyul 2010-cu il tarixli 2(008)-1579/2010 saylı qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, 22 saylı evin, 1 saylı mənzilinin həyətyanı torpaq sahəsi olan və İddiaçı istifadə hüququnun tanınması üçün verilmiş 675.5 kv.m torpaq sahəsində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov pr, 22 saylı fərdi yaşayış evinə dair yaşayış evinə dair məlumat verilməsi barədə müraciətə cavab olaraq 1 saylı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildidirlər ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov pr ev 22 , 1 saylı mənzil Balaxanıneft Neft və Qazçıxarma İdarəsinin xx.xx.1993-cü il tarixli 19 saylı qərarına, Bakı şəhəri 4 saylı DNK-nın 3 D-352 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən ilkin olaraq xx.xx.1993-cü il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil 1 DNK-nın 3 M-563 reyestr nömrəli xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1994-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına xx.xx.1994-cü il tarixli 30/8945 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 675.5 kv.m torpaq sahəsi ilə bağlı AN 257480 nömrəli xx.xx.2010-cu il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmişdir. 2(008)-1579/2010 saylı xx.xx.2010-cu il tarixli Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 22, 1 saylı mənzilin təyinatı dəyişdirilərək Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, 22 saylı fərdi yaşayış evi kimi İddiaçı adına rəsmiləşdirilmişdir. 4 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-483 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçının etibarnamə üzrə nümayəndəsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququnun tanınması ilə bağlı müraciətlərə cavab olaraq hüquqmüəyyənedici sənədlərin olması istisna olunmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçının iddia tələbi əsasında Bakı şəhəri, Sabunçu rayon, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, 22 saylı evin 1 saylı mənzilinin həyətyanı torpaq sahəsi olan İddiaçı fərdi yaşayış evi tikintisi üçün verilmiş 675.5 kv.m torpaq sahəsindən İddiaçı istifadə hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması qət edilmişdir. Buna baxmayaraq, cavabdeh qətnaməni icra etmir və əsas olaraq məhkəmənin tərəfin üzərinə öhdəlik qoymamasını qeyd etməklə iddiaçıya torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina edir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı 07 iyul 2010-cu il tarixli, 2(008)-1579/2010 saylı qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 22 saylı evin 1 saylı mənzilinin həyətyanı torpaq sahəsi olan və İddiaçı istifadə hüququnun tanınması üçün verilmiş 675,5 kv.m torpaq sahəsində İddiaçı hüquqların daşınmaz əmlakda qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********33 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirirlər ki, qeyd olunan ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququ ilkin olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bundan sonra Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(008)-1579/2010 saylı qətnaməsinə əsasən mənzilin təyinatı dəyişdirilərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, 22 saylı fərdi yaşayış evi kimi İddiaçı adına rəsmiləşdirilmiş və daha sonra 4Ə-483 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 xeyrinə özgəninkiləşdirilmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin 20.5 kv.m hissəsi yeraltı su xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da, həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın və “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli 109 saylı Qərarı ilə mühafizə zonaları müəyyən edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3219/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 inzibati iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1579/2010 saylı 07 iyul 2010-cu il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, 22 saylı evin, 1 saylı mənzilinin həyətyanı torpaq sahəsi olan və İddiaçı fərdi yaşayış evi tikintisi üçün verilmiş 675.5 kv.m torpaq sahəsindən İddiaçı istifadə hüququ tanınmış və təsdiq edilmişdir. Qətnamə İddiaçı Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, 22 saylı evin, 1 saylı mənzilin həyətyanı torpaq sahəsi olan İddiaçı fərdi yaşayış evinin tikintisi üçün verilmiş 675.5 kv.m torpaq sahəsindən İddiaçı istifadə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması üçün əsasdır. - Cavabdeh tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 22856/2023 **********56 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 22, 1 saylı mənzil “Balaxanıneft Neft və Qazçıxarma” İdarəsinin xx.xx.1993-cü il tarixli 19 saylı qərarına, Bakı şəhəri 4 saylı DNK- nın 3 “D”-352 reyestr nömrəli alq-satqı müqaviləsinə əsasən ilkin olaraq xx.xx.1993-cü il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzil Bakı şəhəri 1 saylı DNK-nın 3M-563 reyestr nömrəli xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1994-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Məlumat üçün bildirirlər ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına xx.xx.1994-cü il tarixli 30/8945 saylı qeydiyyat vəsiqəsinə əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsində 675.5 kv.m torpaq sahəsi ilə bağlı AN 257480 nömrəli xx.xx.2010-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. 2(008)-1579/2010 saylı xx.xx.2010-cu il tarixli Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 22, 1 saylı mənzilin təyinatı dəyişdirilərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, 22 saylı fərdi yaşayış evi kimi İddiaçı adına rəsmiləşdirilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-483 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 44668/2023 **********68 nömrəli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti 22 saylı fərdi yaşayış evinə dair bütün sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən (texniki pasport və s.) müəyyən edilmişdir ki, hazırda X3 mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin ölçüsü 0.0338 ha, faktiki sahəsi isə 0.06755 ha təşkil edir. Beləliklə iddiaçının tələbinin məzmunundan göründüyü kimi, iddiaçı əvvəllər mülkiyyətində olmuş fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qyeydiyyata alınmasını xahiş edir. Halbuki, ididaçı bu hüquqlarının reallaşdırılması üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı ilə X7 arasında alqı-satqı münasibətləri olmuş, həmin münasibətlər zənnində iddiaçı mülkiyyətində olan mübahisəli ünvanda yerləşən fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə X2, sonuncu isə yaşayış sahəsinin dəyərini ödəmişdir. Göründüyü kimi, mübahisəli ünvanda yerləşən daşınmaz əmlakla bağlı sahiblik, istifadə və sərəncam hüquqları, hazırda X5 məxsusdur. Təbii ki, bu hüquq yaranmasının əsası kimi alqı-satqı müqaviləsi çıxış edir. Həmin hüquq isə ona köhnə mülkiyyətçidən (iddiaçıdan) keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər yaşayış sahəsinə dair ona məxsus olmuş mülkiyyət hüququndan haqq müqabilində imtina edərək onun X1 ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Göründüyü kimi, iddiaçının torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının olubolmamasının müəyyən edilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin mövcudluğunun hüquqi əhəmiyyətinə münasibət bildirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Burada mülkiyyətə vermə özündə əmlaka dair mülkiyyət hüququnun da, verilməsini ehtiva edir ki, mülkiyyət hüququ dedikdə Azərbaycan Respublikası MMC-nin 152.1-ci maddəsində nəzərdə tutulan subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməküzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilir. Nəzərə alınmalıdır ki, şəxs mülkiyyətində olan yaşayış sahəsini mülki əqd əsasında digər şəxsə satılmasını həyata keçirərsə bu zaman yaşayış sahəsinin altında yerləşən torpaq sahəsi üzərində hüquqları itirmiş olur. Başqa sözlə desək şəxs həmin hüquqlarından haqq müqabilində imtina edərək sahiblik, istifadə və sərəncam hüquqlarının yeni mülkiyyətçiyə keçirilməsində iradə ifadəsini nümayiş etdirir. Hazırki mübahisə üzrə iddiaçı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasını xahiş etsə də, o bu hüquqlarını itirmişdir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının yaşayış sahəsinin münasibətdə mülkiyyət hüquqları olmuş, lakin sonradan X7 ilə bağlanmış alqı-satqı müqaviləsi ilə o, bu hüquqlarından müvafiq haqq əvəzində imtina etmişdir ki, bununla da həm yaşayış sahəsinə, həmçinin onun yerləşdiyi torpaq sahəsinə hüquqlarını itirmişdir. Bununla bağlı Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 245-ci maddəsini əsas gətirməyi zəruri hesab edir. Həmin maddəyə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin edən Mülki Məcəllənin müddəalarından görünür ki, torpaq sahəsində yerləşən yaşayış sahəsinin (fərdi yaşayış evinin) mülkiyyət hüquqlarının digər şəxsə keçirilməsi həyata keçirilirkən həmçinin torpaq sahəsinə hüquqlarının keçməsi həyata keçirilir. Beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar