Məhkəmə qərarları › İş №2-1(112)-3220/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3220/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3220/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İcbari Tibbi Sığorta üzrə X11 ərazi bölmələrinin idarəetmə birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, avtomobilin verilməsinə dair tibbi göndəriş verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Ttibbi-Sosial Ekspertiza xidmətlərinin təşkili Departamentinin icraçıları, X5 oğlu və X4, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Yasamal rayon şöbəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qimində göstərilməklə əlillik təyin olunan vaxtdan avtomobil növbəsinə götürülməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, növbəlilik qaydasında pulsuz avtomobil verilməsi ilə əlaqədar, onun xüsusi nəqliyyat almağı üçün avtomobil növbəsinə, əlilliyin təyin olunan vaxtdan “Forma 88 № 0108003AAC1L, 02.10.2017-ci ildən” götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiаçı İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Yasamal rayon 19 saylı şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən göndərilmiş 0108003AAD56 nömrəli göndəriş əsasında avtomobilin verilməsinə dair tibbi göstərişin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-da sonuncu müayinəyə dair məlumat vərəqəsində Forma № 88 № 0108003AAC1L xəstəliyinin hərbi xidmət dövründə alınması ilə əlaqədar ona İİ qrup əlillik 02.10.2017-ci ildən təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasınına № 0108003AAD56 nömrəli göndərişi əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına onlayın sistemdə göndəriş verilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən qeyd olunan göstəriş üzrə heç bir münasibət bildirilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiyindən, məhkəmə İPMnin 62.3-ci maddənin tələblərinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddianı qəbul etməyərək, iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X9 izahatında qeyd etdi ki, cavabdeh inzibati orqan iddiaçıya 08.07.2021-ci il tarixli **********4 saylı məktubla müraciət edərək, əyani müainəyə dəvət etsə də müayinədən keçməkdəm imtiina etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından olan; İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı 02.10.2017-ci il tarixli 0108004AAC1L saylı göndəriş (Forma 88) əsasənda ikinci dərəcəli əlillik təyin olunmuşdur. Əlillik və ya sağlamlıq imkanlarını məhdudluq müddəti 02.10.2022-ci il tarixədək müəyyən olunmuşdur. Bakı şəhər 19 saylı saylı Şəhər poliklinikası tərəfindən İddiaçı barəsində 0108003AAD56 saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda- xəstəliyin başlanma tarixi 21.06.2019-cu il; xəstəliyin gedişi xroniki; əsas diaqnoz; 170-Ateroskleroz Ateroskleroz; ağırlaşma 187.0-postrombotik sindrom aşağı ətraf venalarının postrombotik sindromu; 183.0- aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi Hər iki aşağı ətrafların varikoz xəstəliyi. Aşağı ətrafların İİ-İİİ dərəcəli varikoz çatmamazlığı, hər iki baldırrın hipermepiqmentasiyası, çapıqları trofiki xorası kimi göstərilmişdir. 0108003AAD56 saylı göndəriş İddiaçı maşın alması üçün TSEK göndərilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron hökümət protalından çıxarılmış 0108003AAD56 saylı Forma 88 üzrə məlumatda qeyd olunmuşdur ki, bu göndəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə tədiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi Qaydaları”nın 1.3.6-cı bəndinə uyğun olaraq xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi üçün təqdim edilmişdir. Əlil arabasına göndərişin verilməsi üçün əlilliyi və sağlamlıq imkanının məhdudluğuu müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə xidmət göstərən Tibbi-Sosial ekspert Komissiyasına müraciət etməsi tələb olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (iddiaçının göndərişlə inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyada) aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X7 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3-cü bölməsində göstərilmişdir ki, avtomobillər aşağıdakı hallarda verilir: 5.2.3.1. ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99); 5.2.3.2. ikinci dərəcəli ağciyər çatışmazlığı (J96-J96.9); 5.2.3.3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi (G92.9); 5.2.3.4. hemiplegiya, nəzərəçarpan hemiparez (G81-G81.9); 5.2.3.5. nəzərəçarpan ataksiya, hiperkinetik, amiostatik sindrom (R27.0,F90,E83.0); 5.2.3.6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı; 5.2.3.7. aşağı ətrafların nəzərəçarpan trofik pozuntuları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları); 5.2.3.8. aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatışmazlıqları (İ80.3); 5.2.3.9. hər iki aşağı ətrafın fillik xəstəliyi (İ89.0); 5.2.3.10. hər iki əlin güdülü (S68.0-S68.9, Z89.1); 5.2.3.11. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması) (M24.6); 5.2.3.12. hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü – (S98- S98.4); 5.2.3.13. baldırın güdülü (S88, Z89.7); 5.2.3.14. bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərəçarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı (Q65-Q65.9, S73-S73.0); 5.2.3.15. bud-çanaq və ya diz oynağının laxlaması (M23.5); 5.2.3.16. bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda) (M24.5-M24.6); 5.2.3.17. diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası (M24.5-M24.6); 5.2.3.18. topuq oynağının kəskin nəzərəçarpankontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti (T93.2-T93.3,M21.0-M21.6); 5.2.3.19. hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası (T93.2,M24.5); 5.2.3.20. bir aşağı ətraf və ya ancaq qurşaq sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə) (M86.3); 5.2.3.21. budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru, yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru; 5.2.3.22. bud-çanaq oynağının endoprotezi (Z96.6,T84-84.9); 5.2.3.23. hər iki diz oynaqlarının endoprotezi (Z96.6); 5.2.3.24. bir aşağı ətrafın 10 sm qısa olması (Q72.4-Q72.9,T13.0-13.9); 5.2.3.25. baldırda 20 kv.sm pəncənin üst səthində 10 kv.sm və pəncənin alt səthində ən azı 2 kv.sm ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora, yaxud travmadan sonrakı trofik pozuntular (T93.0-T93.9); 5.2.3.26. onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri; 5.2.3.27. ankilozlaşdıranspondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərəçarpankontrakturası ilə (M45) 5.2.3.28. müharibə əlillərinin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda (H53.0-H54.9); 5.2.3.29. proqramlı hemodializ (Z99.2,Z49.0-Z49.1). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Elçin Aydın oğluna ünvanladığı 08.07.2021-ci il tarixli **********4 saylı məktubda qeyd olunmuşdur ki, onun Bakı İnzibati Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-1(112)-3220/2021 nömrəli məktubuna əsasən tibbi-sosial ekspertizanın keçirilməsi ilə bağlı əyani müainəyə cəlb olunmağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliiyində Dövlət Tibbi-Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Qeyd olunan məhkəmə məktubunun icrası məqsədi ilə əyani müayinənin keçirilməsi üçün tibbi sənədlərlə birlikdə həftənin 2-ci, 4-cü günləri məktubu aldığı vaxtdan 10 gü ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət olunur. İddiaçı əyani müayinənin keçirilməsi üçün tibbi sənədlərlə birlikdə Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət olunsa da Agentliyə getməkdən imtina etmişdir. İPM-nin 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.5-ci maddəsinin tələbinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar