Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3221/2023 23.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz və əsassız hesab edilərək Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 233 saylı xx.xx.1997-ci il tarixli sərəncamına və həmin sərəncamla təsdiq edilmiş Əsasnaməyə əsasən “Vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X2 və İstismarı Birliyinin 100 saylı, xx.xx.2005-ci il tarixli Protokolu və həmin protokolun təsdiq edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 187 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlili kimi iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 1251 saylı bağ sahəsinə dair mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 233 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına və həmin sərəncamla təsdiq edilmiş Əsasnaməyə əsasən “Vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X2 və İstismarı Birliyinin 100 saylı,xx.xx.2005-ci il tarixli Protokolu və həmin protokolun təsdiq edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 187 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlili kimi ona Ləhiş bağlarında ümumi sahəsi 0,12 ha olan 1251 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində istifadəsinə ayrılmış 1251 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə iddiaçı tərəfindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir və cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunun imtina sayılmadığı göstərilmişdir, lakin Ləhiş bağ massivində istifadəsinə ayrılmış 1251 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdeh tərəfindən faktiki olaraq imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş bildirişdə hüquqnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinin əsası kimi ümumi ərazidə sxematik xəritəyə uyğun hasarlama işləri aparılmadığı göstərilmişdir, eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 11.1-ci maddəsinə istinad edilərək həmin normaya əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalı olduğu göstərilərək hüququnun qeydiyyata alınmasından imtina edilmişdir, eyni zamanda həmin məktubun imtina sayılmadığı göstərilərək qeyri müəyyən və mücərrəd cavab verilmişdir. Cavabdehin imtinanın əsası kimi ümumi ərazidə sxematik xəritəyə uyğun hasarlama işləri aparılmadığı barədə göstərdikləri ilə bağlı olaraq bildirilir ki, iddiaçı bağ sahəsinin digər şəxs tərəfindən hasara alınmamışdır və bu səbəbdən cavabdehin istinad eldiyi bu hal əsassızdır. Eyni zamanda cavabdehin imtinanın digər əsası kimi hüququ təsdiq edən sənədlərin qanunla müəyyən edilmiş tələblərə uyğun olması barədə göstərdikləri ilə bağlı olaraq bildirilir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02 sentyabr 2022-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 233 saylı, xx.xx.1997-ci il tarixli sərəncamına və həmin sərəncamla təsdiq edilmiş Əsasnaməyə əsasən “Vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X2 və İstismarı Birliyinin 100 saylı, 13.07. 2005-ci il tarixli Protokolu və həmin protokolun təsdiq edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 187 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlili kimi iddiaçıya Ləhiş bağlarında sahəsi 0,12 ha olan 1251 saylı bağ sahəsi ayrılmışdır və həmin sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğundur. Beləliklə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində istifadəsində ayrılmış ümumi sahəsi 0,12 ha olan 1251 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə müraciətinə cavabdeh tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır.
3. İddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina onunla əsaslandırlmışdır ki, şərti göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, ümumi ərazidə sxematik xəritəyə uyğun hasarlanma işləri aparılmamışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. Bakı şəhər İcra Hakimiyyəti başçısının 187 nömrəli xx.xx.2005-ci il tarixli X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında “Vətəndaşlara bağ sahəsinin tədiq edilməsi haqqında” sərəncamda qeyd olunur ki, “Vətəndaşlara bağ sahəsinin ayrılması barədə” X2 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 100 №-li protokolu təsdiq edilmişdir. “Vətəndaşlara bağ sahəsinin ayrılması barədə” X3 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 100 №-li protokolunda isə qeyd edilmişdir ki, “Vətəndaşlara bağ sahəsi ayrılması barədə” Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 №-li sərəncamına əsasən vətəndaşlara bağ sahəsi ayrılması qərara alınmışdır (İddiaçı-Ləhiş bağ № 1251).
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialı sorğuya cavab olaraq qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin arxiv fondu üzrə 1997 və 2005-ci illərə dair arxiv sənədləri, o cümlədən xx.xx.1997-ci il tarixli 233 saylı və xx.xx.2005-ci il tarixli 187 saylı sərəncamları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 233 saylı xx.xx.1997-ci il tarixli sərəncamına və həmin sərəncamla təsdiq edilmiş Əsasnaməyə əsasən “Vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X2 və İstismarı Birliyinin 105 saylı xx.xx.2005-ci il tarixli Protokolu və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 100 saylı xx.xx.2005-ci il tarixli protokolu və həmin protokolun təsdiq edilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 187 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlili kimi istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 1251 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Bildirilir ki, İddiaçı müvafiq torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, şərti olaraq göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, ümumi ərazidə sxematik xəritəyə uyğun hasarlanma işləri aparılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı torpaq sahəsinin yerini dəqiq tanımır, istifadəsində deyil. Bundan əlavə təqdim olunan bağ sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamının arxiv arayışında bağ sahəsinin ölçüsü göstərilməmişir. Həmçinin İdarənin arxivində qeyd olunan bağ sahəsinin ayrılmasına dair order və yaxud müqavilənin arxiv nüsxəsi aşkar edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir.
7. 17.08.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, vətəndaş (iddiaçı) bağ sahəsinin yerini dəqiq tanımır, ümumi ərazini göstərir və sahənin sərhədlərinin idarə tərəfindən müəyyənləşdirilməsi istəyir. Ümumi sahədə digər vətəndaşlar tərəfindən müəyyənləşdirilməsini istəyir. Ümumi sahədə digər vətəndaşlar tərəfindən hasarlanma işləri aparılmışdır. Göstərdiyi sahə X-411374, Y- 4489974, bağ sahəsinə dair sənəd (keçmiş BTİ və İB tərəfindən verilmiş icarə müqaviləsi və ya order) təqdim olunmayıb, bu səbəbdən bağın sahəsi məlum deyil.
8. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
15. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
16. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
17. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
20. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
21. X5 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
22. X5 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
24. Müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 1251 saylı torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci il tarixli 100 nömrəli sərəncamla iddiaçıya ayrılmışdır və həmin torpaq sahəsi iddiaçının istifadəsindədir.
25. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən “Bakı şəhərində icarəyə bağ götürmək və ya bağ-tikinti kooperativlərinə daxil olmaq istəyən vətəndaşların növbəyə qəbul edilməsi, onlara bağ ayrılması və bağ-tikinti kooperativlərinin komplektləşdirilməsi” barədə Bakı şəhər xalq deputatlar sovetinin 24 dekabr 1988-ci il tarixdəki 7-ci sessiyasında təsdiq edilmiş “Qaydalar” öz qüvvəsini itirmiş hesab edilmiş, həmin “Qaydalar” əvəzinə “Bakı şəhərində icarəyə, bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülməsi və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamə təsdiq edilmiş və həmin Əsasnaməyə əsasən vətəndaşa ayrılan bağ sahəsinin ölçüsü 0,12 ha olaraq müəyyən edilmişdir.
26. Beləliklə, sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməsə də, vətəndaşlara ayrılmalı bağ sahəsinin ölçüsü Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən müəyyən edilmişdir.
27. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair sərəncam qüvvədədir, faktiki olaraq iddiaçının istifadəsindədir və torpaq sahəsinin yeri iddiaçı tərəfindən dəqiq göstərilərək cavabdeh qurum tərəfindən koordinatları müəyyən edilmişdir və torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Cavabdeh qurumun Mülki Məcəllənin 176-cı maddəsinə istinad edərək torpaq sahəsinin hasarlanma və mərzçəkmə işlərinin aparılmaması səbəbindən iddiaçının hüquqlarının qeydə alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, həmin maddə torpaq mülkiyyətçiləri arasında hasarlama xərclərinin çəkilməsini tənzimləyir.
28. Qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina AİHM-in presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyətdən dinc istifadə hüququnun (1-ci qayda) pozuntusudur.
29. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 1251 saylı bağın üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva