Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3223/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ HakimMədətliFərid İlhamoğlununsədrliyi, Məhkəmə iclas katibi X6katibliyiilə İddiaçı Məhəmməd oğlunun (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Agentliyinin nümayəndəsi X1 (Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olan) iştirakları ilə , İddiaçı Məhəmməd oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Agentliyinə qarşı diplom üzrə ixtisasın tanınması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakışəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhəmməd oğlu cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikasında aldığı diplomun, ixtisasın ölkə ərazisində tanınmasına dair öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Agentliyi ilə əvəz edilmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinin tələbi baxımından 02 sentyabr 2020-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq iddianın Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilməsi hüququnu izah edilməklə, mübahisə predmeti olan inzibati aktın məzmunundan nə vaxt məlumatlı olası barədə sübutu məhkəməyə təqdim edilməsi, həmçinin prosessual müddətin ötürüldüyü təqdirdə müddətin bərpa edilməsinə dair müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra növbəti məhkəmə hazırlıq icraatı iclası 12 noyabr 2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatəti əsaslı hesab edilərək ötürülmüş müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2011-2016-cı il tarixlərdə Xarkov Milli Avtomobil və Şose yolu Universitetində təhsil alaraq, tam kursunu bitirib bakalavr təhsil səviyyəsinin ümumi proqramı səviyyəsində “mühasibat uçotu və audit” sahəsi üzrə mühasibat uçotu və audit ixtisasını əldə etmişdir. Diplom işini müdafiə etdikdən sonra 30 iyun 2016-cı il tarixdə Xorkov Milli Avtomobil və Şose yolu Universitetinin rektoru Turenko A.M. tərəfindən imzalanmış, Ukrayna Təhsil və Elm Nazirliyi, Xarkov Milli Avtomobil və Şose Yolu Universitetinin kod: 02071168 №-li möhürü (eyniləşdirmə kodu) ilə təsdiqlənmiş Bİ6 № 046283 bakalavr diplomunu almışdır. Eyni zamanda universitetdə təhsil aldığı müddəti və bütün fənlərdən müvəffəq qiymət almasını təsdiq edən xx.xx.2016-cı il tarixli diploma əlavə də verilmişdir. İddiaçı ixtisası üzrə işləmək niyətindədir. Bu səbəbdən B16 № 046283 diplomun tanınması üçün müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Cavabdeh təşkilat İddiaçı müraciətinə 10 yanvar 2020-ci il tarixli, Ə-847/03- AN23-04312VANJ №-li məktubla cavab verərək bildirmişdir ki, təhsil sənədlərini araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukrayna Respublikası Xarkov Milli Avtomobil-Yolu Universitetinin tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiçının həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirməyi qeyrimümkündür. Eyni zamanda istinad edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 №-li qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifkasiyası) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivavalentlik haqqında Şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Cavabdehin bu imtinası əsassızdır. Çünki İddiaçı oxuduğu təhsil müəsissəsinin bütün kurslarında tələb olunan tədris dərs normativlərini yerinə yetirmişdir. İddiaçının təqdim etdiyi diplom və ona əlavə olunmuş sənədlər Ukrayna Respublikası Xarkov Milli Avtomobil-Yolu Universitetində mühasibat uçotu və audit ixtisası üzrə təhsil almağının sübutudur və cavabdeh tərəfindən də mübahisələndirilmir. Ukrayna Respublikası Xarkov Milli Avtomobil-Yol Universitetində tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olmağı əsası ilə cavabdehin imtinası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalenti iyin müəyyən edilməsi (nostrifkasiyası) Qaydalarına və Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında “elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin müddəalarına uyğun olmamışdır. Cavabdeh imtinasının əsasını təşkil edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi İddiaçı B16№ 046283 bakalavr diplomunun tanınmasından imtina edərkən heç bir əsaslandırmaya söykənməmişdir. Avropa ölkələri də Ukrayna Respublikasının, o cümlədən Xarkov Milli Avtomobil-Yolu Universitetində təhsilin səviyyəsini yüksək qiymətləndirmişlər. Göstərilənlərə əsasən iddiaçı ona Xarkov Milli Avtomobil-Yolu Universiteti tərəfindən verilmiş B16 № 046283 bakalavr diplomunun tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı X5 Təhsildə X3rşı Ukraynanın Xarkov Milli Avtomobil və Yol Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, B16 046283 nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildə Xarkov Milli Avtomobil və Yol Universitetinə daxil olmuşdur. Həmin Universiteti 2016-cı il tarixində bitirmişdir və ona “Mühasibat uçotu və audit” ixtisası üzrə B16 046283 nömrəli bakalavr diplomu təqdim edilmişdir. İddiaçı özünə məxsus diplomun ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdeh hesab edir ki, imtina qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Xarkov Milli Avtomobil və Yol Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Rəydə eyni zamanda qeyd olunur ki, qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür.Göründüyü kimi, Ukraynanın qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Qeyd olunanlar əsasında iddiaçının adına Xarkov Milli Avtomobil və Yol Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, B16 046283 nömrəli bakalavr diplomu üzrə ixtisasının ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”nm 1 6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Məhəmməd oğlu iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Ukrayna Respublikası tərəfindən verilmiş B16№ 046283 saylı, xx.xx.2016-cı il tarixli bakalavr diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2016-cı ildə Ukrayna Respublikası “Xarkov Milli Avtomobil və Şose yolu Universiteti”ndə “mühasibat uçotu və audit” dərəcəsini bitirmiş və bakalavr dərəcəsini əldə etmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindənxx.xx.2016-cı il tarixdə A-36897-16 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. İddiaçıya məxsus Xarkov Milli Avtomobil və Şose yolu Universiteti tərəfindən 30 iyun 2016-cı il tarixdə verilmiş B16 046283 qeydiyyat nömrəli bakalavr diplomdan məlum olur ki, iddiaçı xx.xx.2011-xx.xx.2016-cı illərdə 4 il 10 ay il müddətində (240.00 ECTS krediti) qiyabi təhsil almışdır. Məhkəmə araşdırması dövründə həmçinin İddiaçı Məhəmməd oğlunun 2011-2016cı illər ərzində Azərbaycan Respublikasının sərhədlərinin giriş-çıxış barədə məlumatların məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən sorğu əsasında tələb edilmişdir. Məhkəməyə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti təqdim edilmiş sərhədkeçmə məlumatından görünür ki, İddiaçı Məhəmməd oğlunun 2014-2018-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən 2014-cü il xx.xx.2014 (çıxış Gürcüstan) - xx.xx.2014 (giriş Gürcüstan), xx.xx.2014 (çıxış Ukrayna) - xx.xx.2014 (giriş Ukrayna), xx.xx.2014 (çıxış İran), xx.xx.2014 (giriş İran), xx.xx.2014 (çıxış Gürcüstan), xx.xx.2014 (giriş Gürcüstan), xx.xx.2015 (çıxış Ukrayna) xx.xx.2015 (giriş Ukrayna), xx.xx.2016 (çıxış Ukrayna) -xx.xx.2016 (giriş Ukrayna). Həmin məlumat əsasında müəyyən edilmişdir ki, iddiaçı İ və İİ tədris ilində ümumiyyətlə ölkəni tərk etməmiş, İİİ tədris ilində 16 gün, İV tədris ilində 09 gün, V tədris ilində 13 gün, cəmi 38 gün olmaqla ölkəni tərk etmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış Ə-847/03-ANJ saylı, xx.xx.2020-ci il tarixli məktub əsasında iddiaçıya 12 aprel 2017-ci il tarixli elektron müraciətinin nəticəsi barədə ona 16 iyun 2017-ci il tarixdə müvafiq elektron xidmət vasitəsilə məlumat verildiyi və 12 iyun 2017-ci il tarixli 1515/ANİ saylı məktubun elektron ərizəsində qeyd etdiyi ünvana göndərildiyi bildirilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsin əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra. Elektron üsulla göndərilmiş inzibati akt isə onun göndərildiyi 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayıldığı, həmçinin iddiaçıya Azərbaycan reüspublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati aktın təqdim olunduğu vatdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edimişdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər;b) inzibati sənədlər;c) notarial aktlar;d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Göründüyü kimi, Ukrayna Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçıya Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən 30 iyun 2016-cı ildə verilmiş B16 №046283 saylı bakalavr diplomu verilmiş, həmin diplom Unkrayna Respublikasının səlahiyyətli orqan tərəfindən apostil olunmuşdur. İddiaçı hazırki cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinanı isə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığından həmin ölkədə qısa müddətdə olmuşdur və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Ekvivalentlik haqqında Şəhadətnamə təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu əsasında verilir. Bu əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. (bənd 1.2, 1.6, 3.3, 3.6, 3.7) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilin məzmunu və təşkili Qaydaları”na görə isə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. (bənd 1.5, 1.6, 2.3, 2.8, 2.9) İddiaçıya məxsus Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən 30 iyun 2016-cı ildə verilmiş B16 №046283 saylı bakalavr diplomdan, eyni zamanda həmin diploma əlavədə məlum olur ki, iddiaçı 2011-2016-ci illərdə 4 il 10 ay müddətində təhsil almışdır. Sərhədkeçmə haqqında hesabatdan isə görünür ki, iddiaçı təhsil aldığı müddət qarşılığında təhsil aldığı ölkədə qısa müddət ərzində olmuşdur. Halbuki, iş materiallarına əlavə edilmiş Diploma Əlavənin ixtisasın səviyyəsi barədə məlumat qrafasında təhsil proqramının 4 il 10 ay qiyabi təhsil, 240.00 ECTS olduğu qeyd olunmuşdur. İşin qeyd edilən hallarını və cavabdeh orqanın imtinasını nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən diploma əlavədə qeyd edilən tədris yükünü yerinə yetirməsi, təcrübə keçməsi və dövlət imtahanları verməsi qeyrimümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilin məzmunu və təşkili Qaydaları”na görə isə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. (bənd 1.5, 1.6, 2.3, 2.8, 2.9) Bundan əlavə məhkəmə onu da qeyd edir ki, iddiaçının təhsil forması kimi qəbul edilsə belə, qiyabi təhsil forması ən az 5 il müddətində müəyyən oldunduğu halda, iddiaçı qiyabi formada 2011-2016-cı illərdə cəmi 4 il 10 müddətində təhsil aldığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nda isə bu hal, yəni xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddətinin Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması mənfi ekspert rəyinin verilməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının aldığı təhsilin müddəti qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun olmadığından cavabdeh orqan tərəfindən iddiaçıya düzgün olaraq imtina cavabı verilmişdir. Buna görə də İddiaçı Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən adına verilmiş xx.xx.2018-ci il tarixli, B16 № 046283 nömrəlidiplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllə Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3223/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3223/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver