Məhkəmə qərarları › İş №2-1(112)-3224/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3224/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3224/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı Camaləddin qızının, Cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X16 X11 üzrə Mərkəzi Filialının nümayəndəsi X8 iştirаkları ilə, İddiаçı İddiaçı Camaləddin qızının cаvаbdеh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X16 X11 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Camaləddin qızı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X16 X11 İdarəsinə (X11 üzrə Mərkəzi Filialına) qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X16 X11 İdarəsinin xx xxxxxx 2020-ci il tarixli pensiyanın yenidən hesablanması təyinatından imtina haqqında cavab məktubunun qanunsuz hesab edilməsi, İddiaçı əmək pensiyasının hesablanması və 80 faizi birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavənin xx xxxx 2017-ci ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 hərbi qulluqçu olmuşdur, 1982-ci ildən 2000-ci N saylı hərbi hissədə baş gizir vəzifəsində işləyib. 2000-ci ildən pensiyaya çıxmışdır. 2014-cü ildə martın 21-də rəhmətə gedib. Ailə başçısını itirməyə görə 35 faizi miqdarında əmək pensiyası təyin olunmuşdur. “Əmək Pensiyaları haqqında Qanununa” edilmiş 2017-ci il 10 mart tarixli dəyişikliyə uyğun olaraq, hərbi qulluqçuların, ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilir. 2017-ci ildən X1 Turizm Universitetində ali təhsil alır. Hazırda 3-cü kurs tələbəsidir. Ailə başçısını itirməyə görə əmək pensiyasına əlavə şərtlərlə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X16 X11 İdarəsinə müraciət etmişdir. Həmin müəssisənin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə İddiaçı pensiyanın yenidən hesablanmasından imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X16 X11 üzrə Mərkəzi Filialının nümayəndəsi X12 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin (sonrakı artımlarda nəzərə alınmaqla) 35 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçının tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş sonuncu dəyişikliklə bağlı olaraq ailə başçısını itirməyə görə pensiyasının 80 faizi məbləğində yeidən təyin edilməsidir ki, bura qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, Qanunun qüvvəyə mindiyi tarix xx.xx.2017-ci ildir. İddiaçının pensiya hüququ qanundan əvvəlki dövrü əhatə etdiyindən və həmçinin Qanunda edilmiş dəyişikliklər qüvvəsini aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1-ci və 20.17.2-ci maddələrinə 2017-ci ilin 01 iyul tarixdən qüvvəyə minmiş dəyişikliklərlə ailə başçısını itirməyə görə əmək pensiyasının təminat xərcliyinin müvafiq olaraq, 50 və ya 35 faiz nisbətindən 80 faizə artırılması nəzərdə tutulmuşdur. Məlum olduğu kimi qanunda edilən dəyişikliklər, əgər həmin qanunda başqa hal nəzərdə tutulmursa qüvvəyə mindiyi tarixdən sonrakı münasibətlərə şamil edilir. Yalnız iki istisna Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə müəyyən edilmiş şəxsin hüquq məsuliyyətinin aradan qaldıran və hüquqi vəziyyətini yaxşılaşdırılan halları əhatə edir. xx.xx.2017-ci il tarixdən əvvəl əmək pensiyası hüququ yaaranmış və (və ya) təyin edilmiş şəxslərə ailə başçısını itirməyə görə əmək pensiyasının müvafiq 35 (50) faizdən 80-ə qaldırılması Konstitusiyada göstərilən hüquqi vəziyyəti yaxşılaşdırılan hal kimi qiymətləndirilə bilməz. Çünki şəxsin müvafiq pensiya almaq hüququ göstərilən tarixdəən əvvəl də mövcud olmuş və bu hüququn reallaşdırılmasında hər hansı dəyişiklik baş verməmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabehin nümayəndəsi X12 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət X14 HQXRŞİD rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanı xx xxxx 2014-cü il tarixli 14/1783 nömrəli qərarına əsasən İddiaçı Camaləddin qızının ərizəsinə baxılmış və ailə başçısının itirilməsinə görə pensiya təyin edilmiş, xx xxxx 2014-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi 214.90 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X16 X11 İdarəsininin xx xxxxxx 2020-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, yenidən hesablanmış pensiya məbləği 303,27 manat təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X16 X11 İdarəsinin **********7 nömrəli xx xxxxxx 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına uyğun olaraq xx xxxx 2014-cü il tarixində İdarə tərəfindən övladı X7 görə mərhum həyat yoldaşının X3 təminat xərcliyinin 35% miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. Sözügedən Qanuna edilmiş 2017-ci il 10 mart tarixli dəyişikliyə uyğun olaraq, hərbi qulluqçıların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilir. Onun pensiya hüququnun qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi x xxxx 2017-ci il tarixindən əvvəl yarandığından sözügedən dəyişikliyin təqdim edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan respublikası Qanunun 14.1.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq təhsil müddətinin davam etməsi ilə bağlı müvafiq sənədlərin İdarəyə təqdim edilməməsi ilə əlaqədar övladı X5 görə ona ödənilən mərhum həyat yoldaşının təminat xərcliyinin 35 faizi miqdarında pensiya ödənişi xx xxxx 2019-cu il tarixinə dayandırlmışdır. Belə ki, Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Camaləddin qızı, xx.xx.1962ci il tarixdə anadan olmuş, iddiaçının əri X4 baş gizir hərbi rütbəsinə malik olmaqla baş mexanik vəzifəsində xidmət etmiş, xx xxxx 2014-cü ildə vəfat etmiş, iddiaçıya xx.xx.2014-cü ildən ailə başçısının itirməyə görə mərhum ərinin təminat xərcliyinin 35 faizi miqdarında pensiya hesablanmış, daha sonra iddiaçı, cavabdeh inzibati orqana müraciət edərək, ona ailə başçısının itirilməsinə görə 80% miqdarında pensiya təyin edilməsi və yığılmış borcun ödənilməsini xahiş etmiş, lakin iddiaçının pensiya almaq hüququ qeyd edilən dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdən əvvəl yarandığından sözügedən dəyişikliyin iddiaçıya tətbiq edilməsi mümkün olmadığını qeyd edərək müraciətinə imtina edilmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, həmin dövrə münasibətdə zamana görə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – Qanun): - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir; - 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; - 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.13. bu qanunun 17.2-ci maddəsinə (ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslər) əsasən əmək pensiyaçısı olan şəxslər; - 20.17-ci maddəsinə əsasən, bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə— ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Maddələrin tələblərinə görə, vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı günə aldığı məbləğin, yəni təminat xərcliyinin 35 faizi miqdarında təyin edilməlidir. Həmin məbləğ hərbi qulluqçunun ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədini daşımalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli Qanunu ilə 20.17.2-ci maddəyə dəyişiklik edilməklə aşağıdakı mətndə verilmişdir: - 20.17-ci maddəsinə əsasən bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Qanununa edilmiş dəyişikliyin mahiyyətinə görə, vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası təminat xərcliyinin 35 faizi miqdarında, lakin ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizi məbləğinə çatdırılmaqla təyin edilməsi müəyyən edilmiş və bu qaydanın xx xxxx 2017-ci il tarixindən qüvvəyə minməsi nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi, iddiaçıya ailə başçısının itirməyə görə vəfat etmiş hərbi qulluqçu olan həyat yoldaşının aldığı təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilmişdir. Qanunda aparılmış dəyişikliyə uyğun olaraq iddiaçı xx xxxx 2017-ci il tarixindən həmin məbləğin təminat xərcliyinin 80 faiz miqdarına çatdırılmaqla ödənilməsini tələb etmişdir. Məhkəmə iddiaçının tələbinin təmini üçün birbaşa olaraq Azərbaycan Respublikası Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinin və 25-ci maddəsinin tələblərini tətbiq edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli qərarında məsələ ilə bağlı bildiirlmişdir ki, Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrı-seçkiliyin tətbiq olunmasını qadağan edir. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Qeyd edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq məhkəmə hesab edir ki, xx xxxx 2017-ci il tarixindən ailə başçısını itirməyə görə hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən əmək pensiyasının məbləği təminat xərcliyinin 80 faizini təşkil etdiyindən, eyni kateqoriyaya aid olan şəxslərə daha əvvəl təyin edilmiş pensiya məbləğinin təminat xərcliyinin 35 faizi miqdarında saxlanılması sonuncuların konstitusiya ilə təminat verilən bərabərlik hüququnun pozulması kimi qiymətləndirilə bilər. Habelə, Qanunun yuxarıda istinad edilmiş 1.0.1-ci maddəsinin mahiyyətinə görə ödənilməli olan pensiya məbləği ailənin itirilmiş gəlirinin kompensasiyası olduğundan, hərbi qulluqçuların təminat xərcliyinin 80 faizi bu gəlirə daha yaxın olan məbləğ kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı Camaləddin qızına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Qanun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanılaraq təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və xx xxxx 2017-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Camaləddin qızının iddiası təmin edilsin. İddiaçı Camaləddin qızına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Qanun, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.17.2-ci maddəsi əsasında təyin olunmuş pensiyanın məbləğinin yenidən hesablanılaraq təminat xərcliyinin 80 faizi miqdarında müəyyən edilməsi və xx xxxx 2017-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X10 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar