Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3226/2020 11.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının hazırda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod döngəsi, ev 2 ünvanında yerləşən 15 saylı mənzil 072483 nömrəli orderlə arvadı X2 ayrılmışdır. İddiaçı xx xxxxxx 1990-cı il tarixdən X6 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur və həmin vaxtdan etibarən həmin mənzildə yaşayır. X6 milliyətcə erməni əsilli olduğu üçün 1991-ci ildən çıxıb getmişdir. Həmin vaxtdan harada olması barədə heç bir məlumat yoxdur. İddiaçı həmin mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması üçün bütün hüquqmüəyyənedici sənədləri toplayaraq cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının xahişini təmin etməkdən xx xxxxxx 2019-cu il tarixli, A-319-068 saylı məktubu ilə imtina etmişdir. Həmin məktubda sözügedən mənzilin hazırki icarədarının notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətə yenidən baxılacağı qeyd olunmuşdur. Cavabdehin bu imtinası qanunsuz və əsassızdır. İddiaçı hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 izahatında bildirdi ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod döngəsi ev 2 ünvanda yerləşən 15 saylı mənzilin hazırki icarədarının notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi Suraxanı Rayon İcra Hakimiyyətinə təqdim edilmədiyinə görə kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi mümkün deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod döngəsi, ev 2, mənzil 15 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı poçt vasitəsi ilə göndərilmiş ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına dair müvafiq icra hakimiyyəti tərəfindən verilmiş kirayə müqaviləsinin bağlanması haqqında sərəncam əlavə edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər X14 İcraiyyə Komitəsi tərəfindən xx xxxxxx 1986-cı ildə verilmiş 072483 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Dzerjinski qəsəbəsi, 1-ci Zavod döngəsi küçəsi, ev 2, mənzil 15 X15 yaşamaq üçün verilmişdir, ailə üzvləri – X3 (arvadı), X11 (nənəsi). İş materiallarında olan Suraxanı Rayon X14nin İcraiyyə Komitəsinin xx xxxxxx 1990cı il tarixli 13 nömrəli qərarının tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Dzerjinski qəsəbəsi, İ Zavod döngəsi, ev 2, mənzil 15 ünvanında yerləşən 36.8 kv.m sahəsi olan iki otaqlı mənzilin kirayənişini xx.xx.1990-cı il tarixində Volqoqrad şəhərinə köçmüş X7. Həmin yaşayış sahəsində onun keçmiş arvadı - X6 öz iki yaşlı oğlu ilə birlikdə yaşayır və mənzilin şəxsi hesabını onun adına keçirməyi xahiş edir, buna onun keçmiş ərinin yazılı razılığı vardır. Azərbaycan SSR MM 84 və 85-ci maddələrinə müvafiq olaraq İcraiyyə Komitəsi yaşayış sahəsinin kirayəsi müqaviləsinin vət. X6 ilə bağlamağın MİK-74 tapşırılmasını, Dzerjinski qəsəbəsi, İ Zavod döngəsi, ev 2, mənzil 15 ünvanında yerləşən 36.8 kv.m sahəsi olan mənzilin şəxsi hesabının onun adına keçirilməsini, mənzilin şəxsi hesabına X1 (özü) və X4 (oğlu) daxil edilməsini, İ.Y.Avetovun adına mənzilin maliyyə-şəxsi hesabının bağlanmasını qərara almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1, mənzil 15 ünvanında qeydiyyatdadır, qeydiyyatda başqa şəxslər yoxdur. İş materiallarında olan Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 053767 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X6 xx xxxxxx 1990-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 1990-cı il tarixdə 853 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Qaluşko soyadı verilmişdir. İş materiallarında olan Suraxanı rayon MKTB 74 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 357 nömrəli arayışdan (Forma 2) görünür ki, İddiaçı ünvan 1, mənzil 15 ünvanında xx.xx.1991-ci ildən daimi qeydiyyatdadır. Mənzildə başqa şəxslər qeydiyyatda yoxdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli A-319-068 nömrəli məktubda qeyd olunar: Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod döngəsi ev 2 ünvanda yerləşən 15 saylı mənzilin kirayə müqaviləsinin Sizin adınıza dəyişdirilməsinə köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, qaldırdığınız məsələ ilə bağlı sözügedən mənzilin hazırki icarədarının notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi RİH-ə təqdim edildikdən sonra müraciətinizə yenidən baxılacaqdır. İş materiallarında olan X6 tərəfindən imzalanmış ərizədən görünür ki, o, şəxsi hesab vərəqəsinin onun familiyasından əri Abdullayevin adına keçirilməsini xahiş edir (ərizə xx.xx.1991-ci il tarixdə notarial qaydada təsdiq edilmişdir). İş materiallarında olan Suraxanı MKTB 74 saylı MKİS 521 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod döngəsi ev 2 ünvanda yerləşən 15 saylı mənzilndə xx.xx.1991-ci ildən İddiaçı yaşayır, X6 və oğlu X8 mənzildən çıxmışlar, orada yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, atası X9, anası isə X5 xx.xx.1960-cı il təvəllüdlü Tatyana Qaluşkonun doğumu Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş məlumatlar öyrənilərkən T.Qaluşkonun ölümü haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər X14 İcraiyyə Komitəsi tərəfindən xx xxxxxx 1986-cı ildə verilmiş 072483 nömrəli orderə əsasən Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, 1-ci Zavod döngəsi, ev 2, mənzil 15 X15 yaşamaq üçün verilmişdir, ailə üzvləri – X3 (arvadı), X11 (nənəsi). Daha sonra Suraxanı Rayon X14nin İcraiyyə Komitəsinin xx xxxxxx 1990-cı il tarixli 13 nömrəli qərarına əsasən həmin mənzilin kirayənişini xx.xx.1990cı il tarixində Volqoqrad şəhərinə köçmüş X10 keçmiş arvadı X6 mənzilin şəxsi hesabını onun adına keçirməyi xahiş etmiş və həmin yaşayış sahəsinin kirayəsi müqaviləsi onunla bağlanmışdır. İddiaçı X6 ilə xx xxxxxx 1990-cı il tarixdə nikaha daxil olmuşdur. Hazırda qeyd olunan mənzildə xx.xx.1991-ci ildən İddiaçı yaşayır, X6 və oğlu X8 mənzildən çıxmışlar, orada yaşamırlar. Hazırda həmin mənzildə İddiaçı xx.xx.1991-ci ildən daimi qeydiyyatdadır və orada yaşayır, mənzildə başqa şəxslər qeydiyyatda yoxdur. Göründüyü kimi, iddiaçı Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, 1-ci Zavod döngəsi, ev 2, mənzil 15-də xx.xx.1991-ci ildən qeydiyyata alınmaqla orada yaşayır. İddiaçı həmin mənzilin icarədarı X6 ilə xx xxxxxx 1990-cı il tarixdən rəsmi nikahdadır. X6 və oğlu X8 isə mənzildən qeydiyyatdan çıxmışlar, orada yaşamırlar. Hazırda həmin mənzildə yalnız iddiaçı xx.xx.1991-ci ildən daimi qeydiyyatdadır və orada yaşayır, mənzildə başqa şəxslər qeydiyyatda yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 1-ci Zavod döngəsi, 2 saylı evin 15 saylı mənzilinə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3226/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3226/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver