Məhkəmə qərarları › İş №2-1(112)-3227/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3227/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3227/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı əmrin dəyişdirilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin N saylı hərbi hissənin komandirinin üzərinə həmin hərbi hissənin N mart N3-cü il tarixli N saylı əmrin onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması və xidməti uyğunsuzluğu barədə hissənin ləğv edilərək əmrin dəyişdirilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissə komandirinin N mart N3-cü il tarixli, N saylı əmri ilə o hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. Əmrin mətnindən sitat: “Hərbi xidməti keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “e” bəndində (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, X5 müavini - X1 01 mart N3-cü il tarixli, 7 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən azad edilib, Silahlı Qüvvələrə ehtiyata buraxılmış xüsusi təyinatlı dəstənin 2-ci həmlə qrupunda 2-ci yarımqrup komandiri gizir İddiaçı; Təvəllüdü-1984-cü il; Şəxsi işi hərbi qeydiyyata durmaq üçün Naxçıvan MR Naxçıvan şəhər SHXÇDX-nə göndərilsin. 8 il 5 ay 2 gün; xidmət illəri 01.03.N3-cü il tarixə təqvimlə; güzəştlə -11 il 10 ay 29 gün təşkil edir. Əsas: N mart N3-cü il tarixli 1408 nömrəli göndəriş vərəqəsi”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının 19 iyun N3-cü il tarixli, 26 saylı qərarına əsasən SHXÇDX–nın Naxçıvan MR Naxçıvan şəhər şöbəsi tərəfindən 17.04.2006-cı il tarixdə hərbi xidmətə çağırılmış İddiaçı hərbi xidmət dövründə aldığı və DİN DQ hospitalında 01.10.N2-ci ildən 20.10.N2-ci ilədək müayinə və müalicədə olduğu xəstəlik diaqnoz: “Lumboişalgiya Asteno-nevrotik sindrom” (x/t-1587/N2), 03.12.N2-ci ildən 15.12.N2-ci ilədək müayinə və müalicədə olduğu xəstəlik diaqnoz “Lumboişalgiya Asteno-nevrotik sindrom”, depressiya əlamətləri ilə “x/t-1965/N2) (DİN DQ Komandanının R/4631 №li, 10.06.N3-cü il tarixli göndərişi ŞHXÇDX-nın Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən 03.06.N3-cü il tarixli, 1042 №li göndəriş, DİN DQ hospitalından 2 ədəd çıxarış epikrizi). “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” göstərilmişdir. Qərarın qəbul edilməsinə əsas kimi DİN DQ HHK-nın 21 nömrəli, 19.06.N3-cü il tarixli protokolu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi–həkim ekspertizası haqqında Əsasnamənin” 12 maddəsinin “ç” bəndi göstərilmişdir. Yuxarıda göstərilən əmrin dəyişdirilməsi ilə əlaqədar o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına və digər dövlət təşkilatlarına müraciət etmişdir. Şikayətlərinin və ərizələrin əsas məzmunu və məqsədi üzərindən xidməti uyğunsuzluğun götürülməsi və əmrin dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN X3ın müavini–Şəxsi heyət üzrə idarənin rəisi Vidadi Əliyev 02 dekabr 2020-ci il tarixli, 13-14/3649-2438H saylı məktubla cavab vermişdir. Cavab məktubunda göstərilmişdir: “X5 müavini Daxili Qoşunların komandanına ünvanladığınız ərizənizə aidiyyatı üzrə Daxili Qoşunların Baş İdarəsində baxıldı. Müraciət etdiyiniz məsələ ilə əlaqədar bildiririk ki, hərbi xidmətdən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa göə) müvafiq olaraq ehtiyata buraxılmağınızı və qanunla xidməti uyğunsuzluğun ləğv edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, sizin üzərinizdən xidməti uyğunsuzluğun götürülməsi və əmrin dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədi”. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissənin komandiri Vurğun Abbasovun N mart N3-cü il tarixli, N saylı əmrin dəyişdirilməsi, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması və xidməti uyğunsuzluğu barədə hissənin ləğv edilməsi vəzifəsi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı Hərbi Hissənin Komandirinin üzərinə qoyulmalıdır. DİN-in Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının 19 iyun N3-cü il tarixli, 26 saylı Qərarına əsasən o ağır xəsarəti və xəstəliyi hərbi xidmət dövründə almışdır. Yəni xidməti vəzifələrini icra edərkən sağlamlığına bərpaedilməz zərər vurularaq ömürlük iş fəaliyyəti qabiliyyəti əhəmiyyətli şəkildə məhdudlaşdırılmışdır. Hərbi xidmət dövründə müalicə aldığı vaxtda özü də göndərişlə olan müalicə prosesində ona qarşı belə qərəzli va qanunsuz əmr imzalanaraq qanunla nəzərdə tutulan imtiyazlardan məhrum olmuşdur. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Daxili Qoşunlar Baş İdarəsinin onun iddiasına qarşı təqdim etdiyi etirazda mülki prossesual və inzibati prosessual məcəllələrlə bağlı heç bir hüquqi faktlar təsdiqini tapmır. Belə ki, həmin etirazda sadəcə onun xidmət etdiyi dövrlərdə hansı vəzifələrdə təyinatları barədə məlumat verilmişdir. Hansı ki əsas gətirdiyi, onun 30 gün müddətində əmrdən sonra, məhkəməyə iddia vermək hüququ izah edilmişdir. bunun da əsasları onun təqdim etdiyi, iddia ərizəsinin arxasındakı sənədlər, ona əsas verir ki, müddətin keçirilməsi üzürlü hesab olunsun. Həmin vaxtlarda o, stasionar müalicələrdə olmuşdur və sonra da həbs edilmişdir. Həbs edildiyi ilk günlərdə mütəmadi olaraq penitensiar xidmətin və psixatrik dispanserdə stasionar müalicələrdə olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) təqdim olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.1-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət prosess iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Yuxarıda göstərdiyi maddələrə istinad edərək məlumat üçün bildirir ki, o, Daxili Qoşunlardan ehtiyata buraxıldıqdan sonra stasionar və ambulator müayinə və müalicələrdə olmuşdur. 05.07.N3-cü ildən 03.08.N3-cü ilədək 7 saylı poliklinikada ambulator, 18.03.N5-ci ildə yenidən 7 saylı poliklinikada psixatiriya şöbəsində müalicə və müayinə olunmuşdur. Hal-hazırda N4-cü ildən bu günə qədər hərbi xidmət dövründə aldığı xəsarətlərə görə 2-ci qrup əlillik dərəcəsi almışdır. Yazdıqlarını sübut olaraq 88 №-li formanın surətini təqdim etmişdir. Ərizədə qeyd etdiyi müayinə və müalicə olunduğu tarixlərin əyani sübutu həmin arayışda öz təstiqini tapmışdır. Onun hüququnu müdafiə edərək ədalətli qərar qəbul edərək iddianı təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ərizənin mahiyyətinə əsasən həmin ərizəni “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə kimi qəbul etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan kiçik gizir İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “əmrin dəyişdirilməsi” barədə iddiası əsassız və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin komandirinin 29.03.N3-cü il tarixli, N saylı əmri ilə, X5 müavini - X1 01.03.N3-cü il tarixli, 7 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır. İddiaçı həmçinin ərizəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-həkim komissiyasının 19.06.N3-cü il tarixli, 26 saylı Qərarına əsasən SHXÇDX-nin Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər şöbəsi tərəfindən 17.04.2006-cı il tarixdə hərbi xidmətə çağırılmış İddiaçı hərbi xidmət dövründə aldığı və DİN DQ hospitalında 01.10.N2-ci ildən 20.10.N2-ci il tarixədək müayinə və müalicədə olduğu xəstəlik diaqnoz: “Lumboişalgiya. Asteno-nevrotik sindrom” x/t- 1587/N2), 03.12.N2-ci il tarixdən 15.12.N2-ci il tarixədək müayinə və müalicədə olduğu xəstəlik diaqnoz: “Lumboişalgiya. Asteno-nevrotik sindrom, deperessiya əlamətləri ilə”. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmişdir. Bundan başqa iddiaçı ərizəsində bildirmişdir ki, əmrin dəyişdirilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına və digər dövlət təşkilatlarına müraciət etmiş, xidməti uyğunsuzluğun üzərindən götürülməsini və əmrin dəyişdirilməsini xahiş etmiş, X3ın müavini-şəxsi heyət üzrə idarə rəisinin 02.12.2020-ci il tarixli cavab məktubunda “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmasını, qanunla xidmətə uyğunsuzluğun ləğv edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq əmrin dəyişdirilməsinin məqsədəmüvafiq olmadığı qeyd edilmişdir. Həmçinin iddiaçı ərizəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-həkim komissiyasının 19.06.N3-cü il tarixli, 26 saylı Qərarına əsasən ağır xəsarəti və xəstəliyi hərbi xidmət dövründə almış, xidməti vəzifələrini icra edərkən sağlamlığına bərpaedilməz zərər vurularaq ömürlük iş fəaliyyəti qabiliyyəti əhəmiyyətli şəkildə məhdudlaşdırılmış, xidmətdə dövründə müalicədə olduğu müddətdə ona qarşı qərəzli və qanunsuz əmr imzalanaraq qanunla nəzərdə tutulmuş imtiyazlarından məhrum olunmuşdur. Yuxarıda qeyd olunanlarla yanaşı iddiaçı ərizəsində barəsində verilmiş əmrin dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsassız olduğundan aşağıda göstərilən səbəblərə görə təmin olunmamalıdır. Belə ki, İddiaçı 1984cü il təvəllüdlü, orta təhsilli, milliyətcə azərbaycanlıdır. X5 müavini - X1 17.04.2006-cı il tarixli, 11 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin 25.04.2006-cı il tarixli, 97 nömrəli əmrilə Azərbaycan Respublikasının 03.10.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq hərbi xidmət keçmək haqqında öhdəlik vermiş hesab edilərək “kiçik gizir ” hərbi rütbəsi verilməklə 24 aprel 2006-cı il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, xüsusi təyinatlı dəstəsinin avtomobil yarımqrupunda maşın komandiri vəzifəsinə təyin edilmişdir; X5 müavini - X1 06.01.2009-cu il tarixli, 3 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin 28.02.2009-cu il tarixli, 50 nömrəli əmrilə ştat dəyişikliyi ilə əlaqədar olaraq xüsusi təyinatlı dəstədə 3-cü xüsusi həmlə qrupunun 2-ci yarımqrupunda qumbaraatan vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin 20.12.N0-cu il tarixli, 301 nömrəli əmrilə Daxili Qoşunların hospitalına stasionar müalicəyə getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin 29.12.N0-cu il tarixli, 309 nömrəli əmrilə 29.12.N0-cu il tarixdə Daxili Qoşunların hospitalından stasionar müalicədən gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin 30.12.N0-cu il tarixli, 310 nömrəli əmrilə 03.06.N3-cü il tarixdən DİN-nin 1 nömrəli poliklinikasına ambulator müalicəyə getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin 24.03.N1-ci il tarixli, 70 nömrəli əmrilə 24.03.N1-ci il tarixdə DİN-nin 1 nömrəli poliklinikasından ambulator müalicədən gəlmiş hesab edilmişdir. X5 müavini - X1 16.11.N1-ci il tarixli, 34 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin 19.11.N1-ci il tarixli, 277 nömrəli əmrilə xüsusi təyinatlı dəstədə 2ci həmlə qrupunun 2-ci yarımqrup komandiri vəzifəsinə təyin edilmişdir. X5 müavini-X1 01.03.N3-cü il tarixli, 7 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin 29.03.N3cü il tarixli, 74 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq xüsusi təyinatlı dəstədə 2-ci həmlə qrupunun 2-ci yarımqrup komandiri vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaqla hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, hərbi qeydiyyata durmaq üçün Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər SHXÇDX-nə göndərilmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində yol verdiyi intizam pozuntularına görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq 29.03.N3-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi qeydiyyata durmaq üçün Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər SHXÇDX-nə göndərilmiş, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra SHXÇDX-nin Bakı şəhəri Xətai rayon İdarəsinin 03.06.N3-cü il tarixli, 1042 nömrəli göndərişinə əsasən 19.06.N3-cü il tarixdə Daxili Qoşunların Hərbi-həkim komissiyasında şəhadətləndirilmişdir. Həmçinin iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Göstərilənlərə əssən iddia tələlbinin tamamilə əsassız və göstərilən normativ aktların tələblərinə zidd olduğundan təmin edilməməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ünvanladığı ərizədə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 oğlu iddiaçı tərəfindən təqdim edilmiş müddətin bərpasına dair ərizənin təmin edilməsinə etiraz edərək ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissə komandirinin 25.04.2006-ci il tarixli, 97 №-li əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası DİN X3 17 aprel 2006-cı il tarixli, 11 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən hərbi xidmət keçmək haqqında öhdəlik vermiş ehtiyatda olan əsgər İddiaçı “kiçik gizir” hərbi rütbəsi verilməklə 24 aprel 2006-cı il tarixdən xüsusi təyinatlı dəstənin avtomobil yarımqrupunda maşın komandiri vəzifəsinin icrasına başlamış hesab edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissə komandirinin 29.03.N3-cü il tarixli, 74 №-li əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, «Hərbi xidmətikeçmə haqqında» Əsasnamənin 156-cı maddənin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, X5 müavini - X1 01 mart N3-cü il tarixli, 7 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən azad edilib, Silahlı Qüvvələrə ehtiyata buraxılmış, xüsusi təyinatlı dəstənin 2-ci həmlə qrupunda 2-ci yarımqrup komandiri gizir İddiaçı hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının 26 №-li, 19.06.N3-cü il tarixli qərarından surətindən görünür ki, SHXÇDXnın Naxnıvan MR Naxçıvan şəhər şöbəsi tərəfindən 17.04.2006-cı il tarixdə hərbi xidmətə çağırılmış İddiaçı Sübhəudin oğlunun hərbi xidmət dövründə aldığı və DİN DQ hospitalında 01.10.N2-ci ildən 20.10.N2-ci ilədək müayinə və müalicədə olduğu xəstəlik diaqnoz: “Lumboişalgiya. Asteno-nevrotik sindrom” (x/t-1587/N2), 03.12.N2-ci ildən 15.12.N2-ci ilədək müayinə və müalicədə olduğu xəstəlik diaqnoz: "Lumboişalgiya. Asteno-nevrotik sindrom, depressiya əlamətləri ilə” (x/t-1965/N2). (DİN DQ Komandanının R/4631 Ne-li 10.06.N3-cü il tarixli göndərişi SHXÇDX-nın Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən 03.06.N3-cü il tarixli, 1042 №-li göndəriş, DİN DQ hospitalından 2 ədəd çıxarış epikrizi). “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" maddəsinin ç) bəndi DİN DQ HHK-nın 21 nömrəli 19.06.N3-cü il tarixli protokolu. - 7 nömrəli şəhər poliklinkası tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış 0170003AABE8 №-li, 31.03.N5-ci il tarixli göndərişin surətindən görünür ki, İddiaçı 05.07.N3-03.08.N3-cü ildə Psixi Sağlamlıq Mərkəzində, 15.01.N4-17.02.N4-cü il tarixə Bakı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 müavini – şəxsi heyət üzrə İdarənin rəisi tərəfindən iddiaçıya ünvanlanmış 02.12.2020-ci il tarixli, 13-14/3649-2438H №-li məktubun surətindən görünür ki, ərizəsinə aidiyyəti üzrə baxılmışdır. Müraciət etdiy məsələ ilə əlaqədar bildirilir ki, hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmağını və qanunla xidməti uyğunsuzluğun ləğv edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq onun üzərindən xidməti uyğunsuzluğunun götürülməsi və əmrin dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən məhkəməyə ünvanlanmış 09.02.2022-ci il tarixli, 014-850-1222 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q40-001-16 nömrəli, 28.09.N6-cı il tarixli Qərarının 11.2.32-ci bəndinə əsasən əmrlərlə tanış olma siyahıları 1 il saxlanıldlqdan sonra müvafiq qaydada məhv edirlir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, ərizə təmin edilməməli, iddiaçı tərəfindən verilmiş iddia isə mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. - 48.3-ci maddəsinə əsasən müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir. - 48.4-ci maddəsinə əsasən inzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır. - 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinə əsasən hərbi qulluqçulara Əmək Məcəlləsi şamil edilmir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsini və xüsusi ilə hüquqi müəyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, hərbi qulluqçu İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunması barədə əmr həmin tarixdə ona elan edildiyindən mübahisələndirilən qərar üzrə qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddət həmin vaxtdan başlayır və iddiaçı həmin müddəti ötürməklə məhkəməyə müraciət etmişdir (iddia ərizəsi məhkəməyə 19.10.2021-ci il tarixdə daxil olmuşdur). İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Bundan əlavə qanunvericiliyin tələblərinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İş üzrə həmin halların mövcud olması isə ilkin məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Ona görə də qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilə bilməz. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N5-ci il tarixli, 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı oğlunun iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar