Məhkəmə qərarları › İş №2-1(112)-3228/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3228/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3228/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (atası) Nümayəndə, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixədək əllilyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək İddiaçı xx.xx.2017-ci il tarixdən 1-ci qrup müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu il təvəllüdlü İddiaçı anadangəlmə xəstə olub. Xəstəlik öz əlamətlərini 2005-ci ilin əvvəllərində daha açıq büruzə verməyə başlamışdır. İddiaçı bu xəstəliklə əlaqədar 18 yaşına qədər sosial yardım almışdır. Ancaq 18 yaşına çatdıqdan sonra yəni xx.xx.2017-ci ildən cavabdeh tərəfindən əlillik dərəcəsi təyin olunmamışdır və buna görədə pensiya ala bilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasına edilmiş çox saylı müraciətlərə baxmayaraq, əlillik dərəcəsi verilməmişdir. Sonuncu müraciət əsasmda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, F06.7 Yüngül koqnitiv pozuntu, MSS-nin üzvü xəstəliyi, yaddaş və intelektin enməsi ilə, tez- tez baş verən tonik-klonik qıcolma tutmaları diaqnozu ilə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Sənədlərdən də göründüyü kimi, ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80% pozulmasına görə iki (2) il müddətinə (xx.xx.2026-cı il tarixindək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. İddiaçı cavabdeh tərəfindən əlliliyin təyin edilməməsinin əsas səbəbi dövlət tibbi müəssisəsinin göndərşinin natamam doldurulması və diaqnozu təsdiq edən funksional-dioqnostik müayinələr barədə məlumatın olmaması olmuşdur. Dövlət tibbi müəssisəsinin göndərşinin natamam doldurulması və diaqnozu təsdiq edən funksionaldioqnostik müayinələr barədə məlumatın olmamasına görə vətəndaş məsuliyyət daşımır. X5-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********9 saylı cavab məktubunda qeyd edilir ki, stasionar müalicə müddəti az olduğundan, əlavə stasionar müalicəyə ehtiyac var və buna görədə əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. Göründüyü kimi cavabdehin əsassız səbəblərinə görə İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixədək əlillik müəyyən edilməmiş və bunun əsasında da pensiya ala bilməmişdir. Buna görə də iddiaçı xx.xx.2024-cü il tarixində, xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixədək İddiaçı əlilliyin müəyyən edilməsi ilə bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. İddiaçı cavabdehdən xx.xx.2017-ci ildən xx.xx.2024-cü il tarixədək əllilik müəyyən edilməsini xahiş etsə də, cavabdeh bu müraciəti əlilliyə görə müvafiq ödənişin verilməsi kimi qiymətləndirmişdir və müraciətə mahiyyəti üzrə cavab verilməmişdir.

4. Cavabdeh orqan tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra Agentlik) qarşı “əlilliyin təyin edilməsi” tələbi aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edilir:

1. Belə ki, xx.xx.2007-ci il tarixindən 2 il müddətinə;

2. xx.xx.2015-ci il tarixindən isə 18 yaşı tamam olanadək sağlamlıq imkanları məhdud uşaq kimi müəyyən edilmişdir.

3. İddiaçının sağlamlıq vəziyyəti xx.xx.2018-ci il tarixli Yardımlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş, onun barəsində “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən imtina barədə Qərar qəbul edilmişdir.

4. xx.xx.2018-ci il tarixli Yardımlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş, onun barəsində “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən imtina barədə Qərar qəbul edilmişdir.

5. xx.xx.2019-cu il tarixli Yardımlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş, onun barəsində “əlavə müalicəyə ehtiyacın olması” - Səbəb: Xəstənin 2008-ci ildə 5gün stasionar müalicəsi göstərilib Son 11 ilərzində stasionar müalicə olunmayıb, instrumental müayinələri ətraflı deyil. Xəstənin ixtisaslaşmış müalicə və müayinəyə ehtiyacı vardır” səbəbindən imtina barədə qərar qəbul edilmişdir.

6. xx.xx.2019-cu il tarixli Yardımlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş, onun barəsində “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən imtina barədə qərar qəbul edilmişdir.

7. xx.xx.2020-ci il tarixli Yardımlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş, onun barəsində “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən imtina barədə Qərar qəbul edilmişdir.

8. xx.xx.2023-cü il tarixli Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının göndərişi əsasında xx.xx.2023-ci il tarixində qiymətləndirilmiş, onun barəsində “Göndərişin natamam doldurulması - Səbəb: Əlillik AS-ə səhiyyə müəsisəsi tərəfindən daxil olmuş F88-də, xəstənin hazırkı vəziyyətin, etioloji faktoru, bir aydakı tutmaların sayın dəqiqləşdirmək üçün ixtisaslaşmış stasionarda müayinə müalicə olması tövsiyyə olunur.” səbəbindən imtina barədə Qərar qəbul edilmişdir.

9. xx.xx.2024-cü il tarixli Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının göndərişi əsasında xx.xx.2024-ci il tarixində qiymətləndirilmiş, onun barəsində 2 il müddətinə orqanizm funksiyalarının 80% pozulması barədə Qərar qəbul edilmişdir. İddiaçı ərizəsinin məzmunundan görünür ki, iddiaçı hazırda xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əlilliyin müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin iş materiallarından məlumdur ki, iddiaçı inzibati orqanın imtina barədə Qərarlarını mübahisələndirməmiş, yeni göndərişlərlə müraciət etməklə əlillik vəziyyətinin qiymətləndirilməsini xahiş etmişdir. Nəticədə inzibati orqanın imtina barədə Qərarları qüvvəsini saxlamışdır. Həmçinin inzibati aktların məhkəmə qaydasında mübahisələndirmə müddəti başa çatmışdır. "İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hesab edirik ki, əlilliyin təyin edilməsindən imtina barədə qərarın qüvvədə olduğu halda, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi yuxarıda istinad edilən normaların tələblərinə ziddir.

5. TSEK-Müayinələr: - xx.xx.2007-ci il tarixində pernatal ensefalopatiyanın qalıq əlamətləri tez-tez cəngolma tutmaları psixo-fiziki inkişaf geriliyi diaqnozun mətni ilə 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq kimi müəyyən edilmişdir. - xx.xx.2015-ci il tarixində ensefalopatiya, tez-tez qıcolma tutmaları diaqnozun mətni ilə 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq kimi müəyyən edilmişdir. - xx.xx.2018-ci il tarixində ensefalopatiya, tez-tez qıcolma tutmaları ilə (ayda 6-8 dəfə). inkişaf etaplarının ləngiməsi, yüngül dərəcəli əqli gerilik diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır) imtina edilmişdir. - xx.xx.2019-cu il tarixində kəllədaxili travmaların nəticələri diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (ixtisaslaşdırılmış müalicəsi davam etdirilsin) imtina edilmişdir. - xx.xx.2019-cu il tarixində kəllədaxili travmaların nəticələri, travmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə) inkişaf mərhələlərinin ləngiməsi, inkişaf etaplarının ləngiməsi, yüngül dərəcəli əqli gerilik diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (xəstənin 2008-ci ildə 5 gün stasionar müalicəsi göstərilib, son 11 il ərzində stasionar müalicə olunmayıb, intrumental müayinələri ətraflı deyil, xəstənin ixtisaslaşmış müalicə və müayinəyə ehtiyacı vardır) imtina edilmişdir. - xx.xx.2019-cu il tarixində travmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə) diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (stasionar müalicəsi yetərli deyil) imtina edilmişdir. - xx.xx.2020-ci il tarixində kəllədaxili travmaların nəticələri, travmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə) inkişaf mərhələlərinin ləngiməsi, inkişaf etaplarının ləngiməsi diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (stasionar müalicə müddəti azdır, əlavə stasionar müalicəyə ehtiyacı var) imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində yüngül koqnitiv pozuntu, MSS-nin üzvi xəstəliyi, yaddaş və intellektin enməsi ilə, İQ=50% MMSE-10 Qıcolma və spazm, tez-tez baş verən qıcolmatutmaları ilə (ayda 10-12 dəfə). Özünəxidmət zamanı köməyə ehtiyac, öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır diaqnozun mətni ilə göndərişin natamam doldurulması səbəbi ilə (əlillik AS-ə səhiyyə müəssisəsi tərəfindən daxil olmuş F88-də, xəstənin hazırki vəziyyətin, etioloji faktoru, bir aydakı tutmaların sayın dəqiqləşdirmək üçün ixtisaslaşmış stasionarda müayinə müalicə olması tövsiyə olunur. - xx.xx.2024-cü il tarixində F06.7. Yüngül koqnitiv pozuntu, MSS-nin üzvi xəstəliyi, yaddaş və intellektin enməsi ilə. Tez-tez baş verən tonik-klonik qıcolma tutmaları ilə (ayda 10-12 dəfə) diaqnozun mətni ilə 2 il müddətinə orqanizm funksiyalarının 80% pozulması müəyyən edilmişdir.

6. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz F06.7 Yüngül koqnitiv pozuntu, MSS-nin üzvi xəstəliyi, yaddaş və intellektin enməsi ilə, İQ=50%, MMSE-10 Ağırlaşma R25.2 Qıcolma və spazm. Tez-tez baş verən tonik-klonik qıcolma tutmaları ilə (ayda 10-12 dəfə) Ağırlaşma Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac. Öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. Yanaşı xəstəliklər G40 Epilepsiya. Epilepsiya xəstəliyi

7. Xəstəliyə görə ambulator müraciətlər: F06.7 Yüngül koqnitiv pozğunluq xx.xx.2023 xx.xx.0001 0 F06.7 Yüngül koqnitiv pozğunluq xx.xx.2023 xx.xx.0001 0 F06.7 Yüngül koqnitiv pozğunluq xx.xx.2023 xx.xx.0001 0 F06.7 Yüngül koqnitiv pozğunluq xx.xx.2023 xx.xx.0001 0 F06.7 Yüngül koqnitiv pozğunluq xx.xx.2023 xx.xx.0001 0 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2024 xx.xx.0001 0

8. Stasionar müalicə aldığı müəsisələr: Respublika Psixiatriya xx.xx.2020 xx.xx.2020 2 F06.7 Yüngül koqnitiv pozğunluq Xəstəxanası Yardımlı RMX xx.xx.2018 xx.xx.2018 25 G40 Epilepsiya Yardımlı RMX xx.xx.2019 xx.xx.2019 20 G40 Epilepsiya Respublika Psixiatriya xx.xx.2017 xx.xx.2017 1 F06.7 Yüngül koqnitiv pozğunluq Xəstəxanası Akad. M.Mirqasımov adına xx.xx.2017 xx.xx.2017 1 G40 Epilepsiya RKX Bakı X2 xx.xx.2008 xx.xx.2008 5 G40 Epilepsiya Bakı X2 xx.xx.2007 xx.xx.2017 11 G40 Epilepsiya Akad. M.Mirqasımov adına xx.xx.2023 xx.xx.2023 0 G40 Epilepsiya RKX

9. Həkim müayinələrinin nəticələri: Müayinənin adı Müayinənin tarixi Nəticə Həkim müayinəsi xx.xx.2024 F06.7 Yüngül koqnitiv pozuntu, MSS-nin üzvi xəstəliyi, yaddaş və intellektin enməsi ilə. İQ=50%. MMSE-10. Həkim müayinəsi xx.xx.2024 R25.2 Qıcolma və spazm, Tez-tez baş verən tonik-klonik qıcolma tutmaları ilə (ayda 10-12 dəfə). Həkim müayinəsi xx.xx.2024 Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac, Öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə mühtacdır. Həkim müayinəsi xx.xx.2024 G40 Epilepsiya, Epilepsiya xəstəliyi.

10. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli əyani müayinə Aktına əsasən əlilliyin qiymətləndirilməsindən narazı olan İddiaçı DTSERA-da əyani müayinədə olmuş tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı (FİN-xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin R0Q170989DBA nömrəli göndərişinə əsasən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və "Göndərişin natamam doldurulması“ səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: “Karbamazepın. Dipropilasetat turşusu qanda tərkibi qeyd olunmayıb.“ Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması apartlaraq müəyyən olundu ki. səhiyyə müəssisəsinin RQ0170989DBA nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması" səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz. tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (F06.7 Yungul koqnitiv pozuntu. MSS-nın üzvi xəstəliyi yaddaş və intellektin enməsi ilə Tez-tez baş verən tonik-klonık qıcolma tutmaları ilə (ayda 10-12 dəfə).) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-cı ıl 13 may tarixli 187 nömrəli qərarı itə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin 6.7.3 bəndinə əsasən orqanizmin funksiyalarının 80% pozulmasına görə iki il müddətinə əlillik təyinatı aparılmışdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

13. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilmişdir. Lakin iddiaçı xx.xx.2017-ci il tarixdən sağlamlıq imkanlarının 85-100% pozulmasının müddətsiz müəyyən edilməsini tələb edir.

14. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

16. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

17. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

18. Hazırki iddia məcburetməyə dair iddiadır.

19. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən əlilliyin qiymətləndirilməsi xx.xx.2024-cü il tarixdə aparılmış, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.

20. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

22. TSEK Müayinələrə əsasən - xx.xx.2007-ci il tarixində pernatal ensefalopatiyanın qalıq əlamətləri tez-tez cəngolma tutmaları psixo-fiziki inkişaf geriliyi diaqnozun mətni ilə 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq kimi müəyyən edilmişdir. - xx.xx.2015-ci il tarixində ensefalopatiya, tez-tez qıcolma tutmaları diaqnozun mətni ilə 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq kimi müəyyən edilmişdir. - xx.xx.2018-ci il tarixində ensefalopatiya, tez-tez qıcolma tutmaları ilə (ayda 6-8 dəfə). inkişaf etaplarının ləngiməsi, yüngül dərəcəli əqli gerilik diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır) imtina edilmişdir. - xx.xx.2019-cu il tarixində kəllədaxili travmaların nəticələri diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (ixtisaslaşdırılmış müalicəsi davam etdirilsin) imtina edilmişdir. xx.xx.2019-cu il tarixində kəllədaxili travmaların nəticələri, travmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə) inkişaf mərhələlərinin ləngiməsi, inkişaf etaplarının ləngiməsi, yüngül dərəcəli əqli gerilik diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (xəstənin 2008-ci ildə 5 gün stasionar müalicəsi göstərilib, son 11 il ərzində stasionar müalicə olunmayıb, intrumental müayinələri ətraflı deyil, xəstənin ixtisaslaşmış müalicə və müayinəyə ehtiyacı vardır) imtina edilmişdir. - xx.xx.2019-cu il tarixində travmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə) diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (stasionar müalicəsi yetərli deyil) imtina edilmişdir. - xx.xx.2020-ci il tarixində kəllədaxili travmaların nəticələri, travmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə) inkişaf mərhələlərinin ləngiməsi, inkişaf etaplarının ləngiməsi diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə (stasionar müalicə müddəti azdır, əlavə stasionar müalicəyə ehtiyacı var) imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində yüngül koqnitiv pozuntu, MSS-nin üzvi xəstəliyi, yaddaş və intellektin enməsi ilə, İQ=50% MMSE-10 Qıcolma və spazm, teztez baş verən qıcolmatutmaları ilə (ayda 10-12 dəfə). Özünəxidmət zamanı köməyə ehtiyac, öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır diaqnozun mətni ilə göndərişin natamam doldurulması səbəbi ilə (əlillik AS-ə səhiyyə müəssisəsi tərəfindən daxil olmuş F88-də, xəstənin hazırki vəziyyətin, etioloji faktoru, bir aydakı tutmaların sayın dəqiqləşdirmək üçün ixtisaslaşmış stasionarda müayinə müalicə olması tövsiyyə olunur. - xx.xx.2024-cü il tarixində F06.7. Yüngül koqnitiv pozuntu, MSS-nin üzvi xəstəliyi, yaddaş və intellektin enməsi ilə. Tez-tez baş verən tonikklonik qıcolma tutmaları ilə (ayda 10-12 dəfə) diaqnozun mətni ilə 2 il müddətinə orqanizm funksiyalarının 80% pozulması müəyyən edilmişdir.

23. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən: - (status localis) Kiçik uşaq yaşlarından xəstədir. Xəstəliyi ilə əlaqədar Respublika Psixiatriya Xəstəxanası, X2, Akad.M.Mirqasımov adına RKX-sı və yaşadığı ünvanın nevroloji şöbəsində stasionar və ambulator şəraitdə müalicələr almasına baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Son olaraq xx.xx.2023-cü il tarixində Akademik M.Ə.Mirqasımova adına RKX -da əyani müayinə edilmiş və xəstəliyi 7766 N-li Tibbi rəylə təsdiq edilmişdir.X3, Epinexx, Deploram S, Klonazepam, Cortexin və s. dərmanları işlədilir. İİ qrup əlildir. Əlillik müddəti bitdiyi üçün yenidən müraciət edilir. Son müraciətinə "İmtina" cavabı veilmiş və bundan sonra xəstə DTSERA-da əyani müayinə edilmişdir.Xəstəyə təkrar Nevroloji müayinə məsələhət görülmüşdür.Xəstə xx.xx.2023 -cü il tarixində Akademik M.Ə.Mirqasımova adına RKX -da əyani müayinə edilmiş və xəstəliyi 7766 N-li Tibbi rəylə təsdiq edilmişdir. Xəstəliyi ilə əlaqədar şikayətlərini ifadə edə bilmir. PS.Status: Ümumi vəziyyəti ağırdır. Bələdliyi zaman və məkanda zəifdir. Ünsiyyətə formal daxil olur. Söz ehtiyyatı məhduddur. Nitqi bəsit, primitiv və anlaşılmaz sözlərdən ibarətdir. Analitik qabiliyyəti zəifdir. Xarici görkəmi səliqəsizdir. Verilən sualların bir çoxunun mahiyyətini anlamır, bir çox suallara eyni tərzdə cavablar verir. Yaddaş və intellekt səviyyəsi yaşıdlarından xeyli geri qalır. (İQ səviyyəsi 5-6 yaşa uyğundur). Hərfləri tanımır, adi hesablama əməliyyatlarını icra edə bilmir. Əşyaları bir-birindən fərqləndirməyi bacarmır. Təfəkkürü primitivdir. Emosional kütdür. Müayinənin məqsədini anlamır. Tənqidi yoxdur. İQ=50%. MMSE-10. Öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. Nevroloji Status: Fotoreaksiya saxlanılmışdır, bəbəklər D=S formadadır. Göz almalarının kənarlara hərəkəti az məhtuddur.Hər iki yuxarı ətrafda həyəcan tremoru izlənilir. Hərəki sferada parez və iflic yoxdur.Vətər və sümüküstü refleksləri D = S orta canlıdır. Xəstədə huşun itməsi ilə gedən tonik-klonik qıcolma tutmaları olur. Tutma zamanı bütün bədən əzələləri yığılır. - Əsas diaqnoz. F06.7. Yüngül koqnitiv pozuntu, MSS-nin üzvi xəstəliyi, yaddaş və intellektin enməsi ilə, İQ=50%, MMSE-10. - Ağırlaşma. R25.2. Qıcolma və spazm. Tez-tez baş verən tonik-klonik qıcolma tutmaları ilə (ayda 10-12 dəfə) - Ağırlaşma. Z74.1. Özünə xidmət zamanı köməyə ehtiyac. Öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. - Yanaşı xəstəlik. G40. Epilepsiya. Epilepsiya xəstəliyi - Həkim müayinəsi nəticəsində - F06.7 Yüngül koqnitiv pozuntu, MSS-nin üzvi xəstəliyi, yaddaş və intellektin enməsi ilə. İQ=50%. MMSE-10; - R25.2 Qıcolma və spazm, Tez-tez baş verən tonik-klonik qıcolma tutmaları ilə (ayda 10-12 dəfə); - Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac, Öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə mühtacdır; - G40 Epilepsiya, Epilepsiya xəstəliyi.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: MMSE – psixi sağlamlıq statusunun qısa qiymətləndirilmə şkalası; 6.7. Epilepsiya G40 Qiymətləndirmə 6.7.4. ayda 4 və daha artıq ağır tutma, yaxud 85-100 Müddətsiz 4 və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik)

7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); 7.6.1.3. ağır təzahür dərəcəsi (MMSE – 10-0 85-100 müddətsiz bal): informasiyanın mənimsənilməsinin tamamilə mümkünsüz olması; yaxın qohumları tanıya bilməməsi, məntiqli təfəkkürün olmaması və sadə gigiyenik normalara riayət edilməsinin mümkünsüzlüyü 25.Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının əlillik təyin edən xəstəlikdən (əsas diaqnoz F06.7 və yanaşı xəstəlik G40) əziyyət çəkməsi işin mübahisəsiz halı olmaqla tibbi göndərişdə (forma 88) təsdiqini tapmışdır. Belə ki, tibbi göndərişə (forma 88) əsasən iddiaçının vəziyyətini əks etdirən əsas diaqnoz “F06.7. Yüngül koqnitiv pozuntu, MSS-nin üzvi xəstəliyi, yaddaş və intellektin enməsi ilə, İQ=50%, MMSE-10” olaraq qeyd olunmuş, status localis “ümumi vəziyyəti ağırdır. Bələdliyi zaman və məkanda zəifdir. Ünsiyyətə formal daxil olur. Söz ehtiyyatı məhduddur. Nitqi bəsit, primitiv və anlaşılmaz sözlərdən ibarətdir. Analitik qabiliyyəti zəifdir. Xarici görkəmi səliqəsizdir. Verilən sualların bir çoxunun mahiyyətini anlamır, bir çox suallara eyni tərzdə cavablar verir. Yaddaş və intellekt səviyyəsi yaşıdlarından xeyli geri qalır. (İQ səviyyəsi 5-6 yaşa uyğundur). Hərfləri tanımır, adi hesablama əməliyyatlarını icra edə bilmir. Əşyaları bir-birindən fərqləndirməyi bacarmır. Təfəkkürü primitivdir. Emosional kütdür. Müayinənin məqsədini anlamır. Tənqidi yoxdur. İQ=50%. MMSE-10. Öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır” kimi müəyyən olunmuşdur; yanaşı xəstəlik “G40. Epilepsiya. Epilepsiya xəstəliyi” olaraq qeyd edilmişdir. 26.Məhkəmə nəzərə alır ki, həmin tibbi göndəriş həkim müayinəsinə (xx.xx.2024-cü il tarixli) əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2007-2023) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (Bakı X2, Respublika Psixiatriya Xəstəxanası, Yardımlı RMX, Akad. M.Mirqasımov adına RKX) təsdiqlənmişdir. 27.Məhkəmə müəyyən edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya əlillik təyin edilərkən tibbi göndərişdə əks olunmuş əsas diaqnoz (F06.7) deyil, yanaşı xəstəlik (G40) nəzərə alınmışdır. Əsas diaqnoz (F06.7. Yüngül koqnitiv pozuntu, MSS-nin üzvi xəstəliyi, yaddaş və intellektin enməsi ilə, İQ=50%, MMSE-10) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq əlillik təyinatına əsas verdiyi halda, əlilliyin yanaşı xəstəliklə (G40) əlaqələndirilməsi anlaşılan deyil. 28.Odur ki, məhkəmə hesab edir ki, iddiaçının əziyyət çəkdiyi əsas diaqnoz - “F06.7. Yüngül koqnitiv pozuntu, MSS-nin üzvi xəstəliyi, yaddaş və intellektin enməsi ilə, İQ=50%, MMSE-10” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.1.3-cü bəndinə əsasən əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, iddiaçıda müəyyən edilmiş yanaşı xəstəlik G40 – “Epilepsia. Epilepsiya xəstəliyi” nəzərə alınaraq əlilliyin Həmin Meyarların 6.7.3-cü bəndinə əsasən təyin edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

29. Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.1.3.-cü bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 85-100 faizi ilə müddətsiz əlillik təyin edilməlidir.

30. Məhkəmə müəyyən edir ki, İddiaçı orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik xx.xx.2024-cü il tarixdə təyin edilmişdir. İddiaçı müvafiq əlillik təyinatını mübahisəndirdiyindən, orqanizmin funksiyalarının pozulmasının 85-100 faizi ilə müddətsiz əlillik təyinatı məhz xx.xx.2024-cü tarixdən aparılmalıdır. 31.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

32. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

33. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.

34. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

35. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).

36. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

37. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

38. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.

39. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. İddiaçı eyni zamanda müvafiq təyinatın xx.xx.2017-ci il tarixdən aparılmalı olduğunu hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı vaxtilə 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq olduğu müəyyən edilmiş, sonralar dəfələrlə əlillik təyinatı üçün müraciət etmiş, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2023-cü il tarixlərdə əyani müayinənin nəticələrinə əsasən əlillik təyinatından imtina edilmişdir. İddiaçı qeyd edilən əvvəlki imtinaları mübahisələndirməmiş, növbəti göndərişlə müraciət etmiş, sonuncu göndəriş xx.xx.2024-cü il tarixdə verilmiş və həmin tarixdən iddiaçının əlillik təyinatı aparılmışdır. Odur ki, iddiaçıya əlillik təyinatı sonuncu müayinə tarixindən təyin edildiyindən iddia tələbi daha əvvəlki tarixə əlilliyin təyin olunması hissəsində (xx.xx.2017-ci il tarixdən) təmin edilməməlidir.

42. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı orqanizmin funksiyalarının 85-100% pozulmasının göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən müddətsiz öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. İddiaçı orqanizmin funskiyalarının 85-100% pozulmasının xx.xx.2024-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar