Məhkəmə qərarları › İş №2-1(112)-323/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-323/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-323/2020 06.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi (vəkili) X3 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı ş, Nəsimi r-nu, Ak. H.Əliyev küçəsi, 1061-ci məhəllə, ev 4, mənzil 108) cavabdeh– Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 X9 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 (bundan sonra – DSMF) Xüsusi X2rşı «əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 1976-cı ildən 1992-ci ilədək Azərbaycan Kommunist Partiyasının Bərdə Rayon Komitəsində şöbə müdiri, 1978-ci ildən etibarən isə, Bərdə Rayon Xalq Nəzarət Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərmişdir. İşlədiyi müddətdə Rayon Partiya Komitəsinin büro üzvü və Rayon Sovetinin deputatı kimi statuslara da malik olmuşdur. 1992-ci ildə Xalq Nəzarət orqanları ləğv edilmişdir. O, 2007ci ildə 63 yaşı yamam olması əsası ilə pensiyaya çıxmışdır. Pensiyanın məbləği 2019-cu ilin sentyabr ayınadək 777 manat olmuşdur. Onun pensiyası düzgün hesablanmayıb, hesablamada ədalətsizliyə yol verilmişdir. Belə ki, pensiya hesablanarkən 14 ilə yaxın işlədiyi Rayon XNK sədri vəzifəsi həmin dövrdəki X11 İcraiyyə Komitəsinin sədrinin birinci müavini (indiki dövrdə RİH başçısının birinci müavini) vəzifəsinə bərabər tutulmalı olduğu halda, düzgün olmayaraq RİH başçısı aparatının bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Halbuki, Xalq Nəzarət Komitəsinin sədri vəzifəsinin həmin dövrdəki X6 İcraiyyə Komitəsi sədrinin birinci müavini vəzifəsi kimi nomenklatur vəzifə olmaqla, həmin vəzifəyə təyinatın respublikanın rəhbəri – Mərkəzi Komitənin İ katibi tərəfindən, büro iclası ilə həyata keçirilməsi ilə hazırkı dövrdə RİH başçısı aparatının bölmə rəhbəri vəzifəsinə uyğun təyinatın müvafiq RİH başçısının sərəncamı ilə həyata keçirilməsi arasındakı fərq Xalq Nəzarət Komitəsi sədrinin rayon ərazisində fəaliyyət göstərən bütün idarə, təşkilat, müəssisələrin, eləcə də icraiyyə komitəsi sədrinin müavini də daxil olmaqla icraiyyə komitəsinin tərkibindəki bütün idarə və şöbələrin fəaliyyətinə nəzarət etməklə üstün hüquqi statusa malik olmasıdır. Həmçinin, onun icraiyyə komitəsinin bölmə müdirindən iki dəfə artıq əmək haqqı almağı (340 manat məbləğin 170 manat məbləğə nistəbi) nəzərdən qaçaraq, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş «1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın 1.8-ci bəndinə əsasən şəhər (rayon) Xalq Nəzarət Komitəsinin sədri vəzifəsi RİH başçısı aparatının bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Bundan əlavə, pensiya məbləği hesablanarkən x xxxx 1976-cı il tarixdən xx xxxxxx 1977-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsinin sənaye və nəqliyyat şöbəsinin müdiri, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxx 1978-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsinin Ümumi şöbəsinin müdiri vəzifələrində çalışdığı 1 ilə yaxın (1 il 10 ay 10 gün) müddət, həmçinin Azərbaycan Respublikası Prezidentinin yanında X4 işlədiyi 4 aya yaxın (xx xxxxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək) müddət pensiya stajına daxil edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin «“Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» xx xxxx 2008-ci il tarixli Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı təsdiq edilmiş və həmin şəxslərin əmək haqqlarına vəzifə maaşının 15 faizi miqdarında əlavə haqqın hesablanması göstərilmiş olsa da, onun işlədiyi müddətdə hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində təyin edilən və ödənilməli olan əlavə haqq, həmçinin dövlət qulluqçularına il ərzində ödənilməli olan 4 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsi pulu pensiya təyin edilərkən, ümumilikdə işləmiş olduğu 16 il üzrə (Rayon Partiya Komitəsində şöbə müdiri və Xalq Nəzarət Komitəsinin sədri 1976 – 1992-ci illərdə) nəzərə alınmamışdır. 1996-cı ildə o (iddiaçı), Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin rəisi tərəfindən ictimai əsaslarla şöbənin işinə cəlb edilmişdir. Ölkə başçısının tapşırığı ilə ona şöbənin əməkdaşları ilə birlikdə həmin idarənin gələcəkdə yaradılması nəzərdə tutulan, 100 nəfərdən artıq əməkdaşın fəaliyyət göstərəcəyi, «Prezident yanında ali nəzarət inspeksiyası»nın əsasnaməsini (Rusiya modelinə uyğun) hazırlamaq, həmçinin müvafiq yoxlamalar aparmaq tapşırılmışdır. Həhz yaradılacaq həmin qurumun əməkdaşı kimi rəsmi işə qəbul olunacaqdı. Verilmiş tapşırığa uyğun olaraq, qeyd olunan əsasnamə hazırlandı, 1996 – 2002-ci illər ərzində ən azı 15 yoxlama aparıldı. Yoxlamalar əməkdaşların adına müvafiq qaydada rəsmiləşdirilmiş mandatlara əsasən aparılmışdır. O (iddiaçı), idarənin əməkdaşı kimi 5 il ərzində iş yerinə gəlmişdir. Onun adı müvafiq yoxlama materiallarında göstərilmişdir. 2002-ci ildə şöbənin işindən kənarlaşmış, lakin əmək kitabçasında həmin iş illəri əksini tapmamışdır. Bu isə, müvafiq pensiya təminatının alınmasına öz təsirini göstərdi. Göstərilənləri nəzərə alaraq, pensiyanın yenidən hesablanması, yəni işlədiyi Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi RİH başçısının birinci müavini vəzifəsinə uyğunlaşdırılmaqla Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli «“Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» Fərmanına əsasən pensiyaya müvafiq əlavələr edilməsi barədə ərizə ilə cavabdeh DSMF X9 İdarəsinə müraciət etmişdir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli cavab məktubunda yuxarıda qeyd olunan məsələlərin heç biri öz müsbət həllini tapmamış, yalnız Azərbaycan Respublikası Prezidentinin «Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında» xx xxxxxxxx 2019-cu il tarixli sərəncamına istinadən qulluq illərinin 25 il olmaması əsası ilə pensiya məbləği təxminən 25 faiz həddində artırılaraq 1.047,51 manat məbləğində müəyyən edilmişdir. Halbuki, o (iddiaçı), pensiyaya çıxdığı dövrdə, yəni 2007ci ildə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.11.3-cü maddəsinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən (dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir) dövlət qulluğunda 15 il staja malik olmaq almış olduğu maaşın 80 faizi miqdarında məbləğlə pensiyaya çıxmağına əsas verir ki, o da məhz həmin əsasla 2007-ci ildə 17 il iş stajı ilə 80 faiz hesablanmaqla pensiyaya çıxmışdır. Həmin maddəyə edilmiş dəyişikliyə əsasən (xx xxxx 2017-cin il tarixdən) dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə, natamam ildəki iş stajı ayların sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Yalnız 25 il qulluq stajı olanların 80 faizlə pensiyaya çıxa bilməsi qeyd edilmişdir. Bununla da, DSMF X9 İdarəsi tərəfindən onun konstitusion hüququ (AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş hüququ) təkrarən pozulmuş, hüquqi vəziyyətini ağırlaşdıran normativ aktın hüquqi qüvvəsi geriyə – 2007-ci ilə şamil edilməklə, pensiyaya əlavə yalnız 25 faiz həddində hesablanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 71, 149-cu maddələrinə, «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 22-ci maddəsinə, «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə, İPM-in 2.2.2, 14.3, 33, 38.2, 45, 46, 58.7, 68, 73.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 9, 14, 77.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsaslanaraq, ona (iddiaçıya) təyin edilmiş əmək pensiyasının vaxtilə işlədiyi Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi hazırkı RİH başçısının birinci müavini vəzifəsinə uyğunlaşdırılmaqla, 1996 – 2002-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin işinə cəlb edildiyi dövr dövlət qulluğu stajına daxil edilməklə, xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1977-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsinin sənaye və nəqliyyat şöbəsinin müdiri, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxx 1978-ci il tarixədək işlədiyi 1 il 10 ay 10 gün dövr və Azərbaycan Respublikası Prezidenti yanında X4 işlədiyi xx xxxxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq, dövlət qulluqçularına il ərzində ödənilməli olan 4 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması, yenidən hesablanmış pensiyanın son məbləğinin «Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında» (xx xxxx 2019-cu il tarixli 1268 nömrəli) Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən pensiya hüququ qazanıldığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları nəzərə alınmaqla müəyyən edilməsi və 50 % artırılmaqla birdəfəlik hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh DSMF X9 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF X9 İdarəsinin nümayəndəsi məhkəməyə iddiaya qarşı aşağıdakı məzmunda yazılı münasibətini təqdim etmişdir: - DSMF X9 İdarəsi belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. İddiaçının 1-ci tələbi ilə bağlı – İddiaçı pensiyaya çıxdığı 2007-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı»nın mətninə əsasən icraiyyə komitəsi sədrinin birinci müavini vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının aparatında aparatın rəhbərinin müavini vəzifəsinə uyğun gəlmişdir. Buna görə də, iddiaçının əmək pensiyası hesablanarkən yerli icra hakimiyyəti orqanlarında aparatın rəhbərinin müavininin maaşı əsas götürülmüşdür. Sonradan xx xxxxxx 2014-cü il tarixli Fərmanla həmin Siyahıya dəyişikliklər edilsə də, bu dəyişikliklər 2007-ci ildən sonra yerli icra hakimiyyəti orqanlarının struktur quruluşunda həyata keçirilən dəyişikliklər, həmçinin şöbə və idarələrin yenidən təşkil edilməsi və vəzifələrin yenidən qruplaşdırılması ilə əlaqədar edilmişdir. Yəni, heç də iddiaçının iddia etdiyi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən təsdiq olunan Siyahının ilkin mətnində həmin vəzifələrin uyğunlaşdırılması səhv nəzərdə tutulmuşdur, sadəcə 2014-cü ildə yeni yerli icra hakimiyyəti orqanlarının strukturundakı yeni dəyişikliklərə uyğunlaşdırılmışdır. İddiaçı 2007-ci il tarixdə pensiyaya çıxdığından, ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Siyahının həmin vaxt qüvvədə olan mətni tətbiq olunmalıdır. İddiaçının 2-ci tələbi ilə bağlı – İddiaçının həmin (2-ci) tələbi tamamilə əsassızdır. 1996 – 2002-ci illərdə iddiaçı özünün də qeyd etdiyi kimi ictimai əsaslarla işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 21.2-ci maddəsində əks olunan sığortaolunanın sığorta stajına aid edilən müddətlər arasında şəxsin ictimai əsaslarla çalışdığı müddətlər yoxdur. Yəni, iddiaçı qeyd etdiyi vaxt ərzində dövlət idarəsinin işinə sadəcə ictimai əsaslarla, hər hansı ödəniş edilmədən cəlb olunmuşdur. Əmək haqqı olmadığı üçün büdcəyə sığorta haqqı da daxil edilməmişdir. İddiaçının 3-cü tələbi ilə bağlı – Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Dövlət qulluqçularının pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 10 – 12-ci bəndlərində müvafiq olaraq qeyd edilir: (10) Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibinə ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onu qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. (11) Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. (12) Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. İddiaçı tərəfindən nə ona ixtisas dərəcəsinin verilməsinə dair, nə hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqqın verilməsinə dair, nə də dövlət məvacibinin tərkibində mükafatlar barədə iddiaçının çalışdığı orqanlar tərəfindən verilən arayışlar cavabdehə təqdim edilməmişdir. Cavabdeh DSMF X9 İdarəsində qeyd edilən əlavələr və mükafatlarla bağlı heç bir məlumat olmadığı halda ondan bu əlavə və mükafatların dövlət məvacibinin tərkib hissəsi kimi pensiya hesablanması zamanı nəzərə alınmasını İdarədən tələb etmək və onun üzərinə öhdəlik qoymaq qanunsuzdur. Digər tərəfdən vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavələrin və mükafatların pensiya təyini zamanı nəzərə alınıb-alınmaması məsələsinə hüquqi yanaşma ilə bağlı məhkəmə praktikasında Ali Məhkəmənin bəzi qərarlarında da eyni mövqe göstərilmişdir. Dövlət orqanının mülahizəsindən asılı olaraq alınan əlavələrə, o cümlədən ixtisas dərəcəsi ilə əlaqədar olan əlavələrə münasibətdə nəzərə alınmalıdır ki, dövlət qulluqçusunun həmin əlavələrə layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Ali Məhkəmənin qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 10-cu bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Bu müddəadan aydın olur ki, əgər pensiya hüququnun əldə olunmasını iddia edən şəxs bunun üçün müraciət edirsə, müvafiq sənədləri təqdim etməlidir. İddiaçı tərəfindən isə, yalnız əmək kitabçasının kserosurəti əlavə edilmişdir. İxtisas dərəcəsinə görə əlavənin pensiya təyinində nəzərə alınması ilə bağlı Ali Məhkəmənin qərarında qəbul edilənlər hazırkı iş üzrə iddiaçıya da şamil edilir. Həmçinin, iddiaçı, ixtisas dərəcəsinə görə dövlət məvacibinə əlavələri təsdiq edəcək hər hansı sənədi də cavabdehə təqdim etməmişdir. İddiaçının 4-cü tələbi ilə bağlı – İddiaçının əmək stajının düzgün hesablanmamasına dair iddiası ilə bağlı qeyd edilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin olunarkən onun sığorta stajı təqdim etdiyi əmək kitabçasında göstərilən məlumatlara tam uyğun şəkildə hesablanmışdır. Bununla bağlı iddiaçının tələbi əsassızdır. İddiaçının 5-ci tələbi ilə bağlı – İddiaçının bu tələbi əmək pensiyasının dövlət qulluqçularının vəzifə maaşındakı sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması ilə əlaqədardır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2019-cu il tarixli «Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında» Sərəncamı cavabdeh DSMF X9 İdarəsi tərəfindən pensiyanın yenidən hesablanması zamanı hər bir halda qanunvericiliklə hüququ nəzərdə tutulmuş şəxslər üçün nəzərə alınaraq tətbiq edilir. Göstərilənlərə əsaslanaaraq, İddiaçı iddiasının təmin olunmaması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçı iddia ərizəsində x xxxxxxxx 2019-cu il tarixli «Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamına istinad edərək onun iddia tələblərinin təmin edildikdən sonra müəyyən ediləcək pensiyasının məbləğinin 50 faiz artırılmasını da təıləb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, iddiaçı belə tələblə İdarəyə müraciət etməmişdir. Həmçinin onun iddia ərizəsində qeyd etdiyi digər tələbləri əsassız olduğundan, pensiya yenidən hesablana bilməz. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” xx xxxx 2019-cu il tarixli 1268 nömrəli Sərəncamında sövlət qulluqçularının vəzifə maaşlarının hər hansı bir faiz tətbiq edilməklə artırılması qeyd edilməmişdir. Həmin sərəncamda hal-hazırda dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının və inzibati vəzifələr üzrə vəzifə maaşının minimum məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxx 2020-ci il tarixdə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərar qəbul etmişdir. Həm də həmin qərara əsasən iddiaçının hazırkı tələbləri təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin X14 Sənədlər Arxivinin xx xxxx 2019-cu il tarixli 186 nömrəli “arxiv arayışı”nda aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası Prezidentinin X14 Sənədlər Arxivində saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin xx xxxx 1978-ci il tarixli 15 saylı qərarına əsasən Bərdə Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə təsdiq edilmişdir. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx xxxxxx 2019-cu il tarixli 3/740 nömrəli arayışında aşağıdakılar bildirilmişdir: - İddiaçı xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1977-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsində sənaye və nəqliyyat şöbəsinin müdiri, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxx 1978-ci il tarixədək ümumi şöbə müdiri vəzifəsində işləmişdir. İş materiallarında olan DSMF X9 İdarəsinin İddiaçı ünvanlanmış xx xxxxxxxx 2019cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - DSMF Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən Sizə (ərizəçi İddiaçı) xx xxxxxx 2006-cı il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizə əsasən Sizə aid pensiya işinə dair sənədlər həmin şöbədən İdarəyə gətirilərək əmək pensiyanızın hesablanmasının düzgün olub-olmaması İdarə tərəfindən araşdırılmışdır. Nəticədə əmək pensiyanız x xxxx 2018-ci il tarixdən etibarən 781,56 manat müəyyən edilmiş və keçmiş dövr üzrə yenidən hesablanmışdır. x xxxxxxxx 2019-cu il tarixdən «Dövlət qulluqçularının vəzifə maaşının müəyyən edilməsi haqqında» Azərbaycan Respoublikası Prezidentinin Sərəncamı ilə əlaqədar İdarəyə daxil olmuş aylıq vəzifə maaşlarına əsasən əmək pensiyanız yenidən hesablanaraq 1.047,51 manat məbləğində müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, inzibati və yardımçı vəzifələr tutan, habelə xx xxxxxxx 1991-ci il tarixdən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə xx xxxxxxx 1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavə hesablanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq siyahısının 1.8-ci bəndinə əsasən şəhər (rayon) xalq nəzarəti komitəsinin aparatında komitənin sədri vəzifəsi rayon, şəhər icra hakimiyyəti başçısı aparatının bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən həmin qanun icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Sözügedən Qanunun 2.5-ci maddəsinə uyğun olaraq «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Məhkəmə aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.7-ci maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla)qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - (20.11.2-ci maddə, xx xxxx 2017-ci il tarixədən qüvvədə olan redaksiyada) dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. - (20.11.2-ci maddə, xx xxxx 2017-ci il tarixədək qüvvədə olan redaksiyada)dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla. - (20.11.3-cü maddə, xx xxxx 2017-ci il tarixdən ləğv edilmişdir) dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: - (8.1.5) əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları). Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati vəzifələrin aşağıdakı təsnifatları vardır: - (11.1.7) inzibati vəzifələrin altıncı təsnifatı: - (11.1.7.2) 4-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanının bölmə rəhbərinin və onun müavininin vəzifələri. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən inzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir: (16.2.7) inzibati vəzifələrin altıncı təsnifatı üzrə – 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun 17.3-cü maddəsinin üçüncü hissəsinə əsasən bu maddənin birinci və ikinci hissələrində müəyyən edilmiş hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin maddənin dördüncü hissəsinə əsasən ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Həmin maddənin beşinci hissəsinə əsasən bu Qanunun 17.3-cü maddəsinin ikinci hissəsində “müvafiq vəzifə” və “müvafiq vəzifədə” dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə tutulur. Həmin Qanunun 21.1.7-ci maddəsinə əsasən pensiya təminatı və dövlət sosial sığortası dövlət qulluqçuları üçün verilən təminatlar sırasına daxildir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 22.6-cı maddəsinə əsasən dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir. Həmin Qanunun 22.8-ci maddəsinə əsasən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin “«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx xxxxxx 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.8.1-ci bəndinə görə həmin Qanunun 8.1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı» təsdiq edilmiş və hakimiyyət səlahiyyəti verilən dövlət dulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilməsi nəzərdə tutulmuşdur. Həmin Siyahının 3-cü bəndində “3-cü – 5-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti başçılarının yanında olan orqanların rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndələrinin müavinləri” nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Siyahının 1.8-ci bəndində 1991ci il oktyabrın 18-dək “şəhər (rayon) xalq nəzarəti komitəsinin sədri” vəzifəsi «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı ŞİH başçısı istisna olmaqla) aparatında bölmə rəhbəri” vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinə görə dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” xx.xx.2003-cü il tarixli 948 nömrəli Fərmanınına əsasən 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə görə dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qaydaların 12-ci bəndinə görə ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay müvafiq (Qaydaların həmin bəndindəki cədvəllə müəyyən edilmiş) məbləğdə (manatla) vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3 – 12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin Qaydaların 4-cü bəndinə görə əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir. Həmin Qaydaların 6-cı bəndinə görə əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Həmin Qaydaların 9-cu bəndinə görə dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 1-ci bəndinə görə bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir. Həmin Qaydaların 2-ci bəndinə görə fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə, dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq, bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Həmin Qaydaların 3-cü bəndinə görə fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1268 nömrəli (Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə) Sərəncamına əsasən Azərbaycan Respublikasının dövlət orqanlarında (Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün – 410 manat, yardımçı vəzifələr üçün – 300 manat müəyyən edilmişdir. Sərəncam 2019-cu ilin sentyabrın 1-dən qüvvəıyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Göründüyü kimi, iddiaçının tələbləri aşağıdakılardan ibarətdir: - iddiaçıya təyin edilmiş əmək pensiyasının vaxtilə işlədiyi Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi hazırkı RİH başçısının birinci müavini vəzifəsinə uyğunlaşdırılması, - iddiaçının 1996–2002-ci illərdə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin işinə cəlb edildiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi, iddiaçının xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1977-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsinin sənaye və nəqliyyat şöbəsinin müdiri, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxx 1978-ci il tarixədək işlədiyi 1 il 10 ay 10 gün dövr və Azərbaycan Respublikası Prezidenti yanında X4 işlədiyi xx xxxxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi; - Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq, dövlət qulluqçularına il ərzində ödənilməli olan 4 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması; - yenidən hesablanmış pensiyanın son məbləğinin «Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında» (xx xxxx 2019-cu il tarixli 1268 nömrəli) Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən pensiya hüququ qazanıldığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları nəzərə alınmaqla müəyyən edilməsi və 50% artırılmaqla birdəfəlik hesablanaraq ödənilməsi. Məhkəmə iddiaçının 1-ci tələbi ilə bağlı qeyd edir ki, onun xx xxxxxxx 1991-ci il tarixədən əvvəlki dövrdə işlədiyi rayon xalq nəzarəti komitəsinin sərdi vəzifəsi Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Siyahının 1.8-ci bəndinə görə «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı ŞİH başçısı istisna olmaqla) aparatında bölmə rəhbəri” vəzifəsinə uyğunlaşdırılmışdır. Odur ki, iddia həmin hissədə təmin oluna bilməz. İddiaçının ikinci tələbi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasında əksini tapmış bütün vəzifələri ona pensiya təyinatında nəzərə alınır, digər yerlərdə işləməsi öz təsdiqini (əmək ktabçası və ya hər hansı əmr, qərar ilə) tapmadığından, onun pensiya məbləğində əlavə vəzifələr də nəzərə alına bilməz. Bu səbəbdən iddia həmin hissədə əsassızdır. İddiaçının üçüncü tələbinə gəldikdə məhkəmənin qənaəti belədir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə əsasən iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiya təyin edilərkən Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq, dövlət qulluqçularına il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmalıdır. Odur ki, iddia tələbi bu hissədə qismən əsaslı (iddia tələbində vəzifə maaşının 4 misli miqdarında mükafatın nəzərə alınması tələb olunur) hesab edilir. Qeyd olunmalıdır ki, hazırda qüvvədə olan qanunvericilik normaları hər bir dövlət qulluğundakı inzibati vəzifə üçün minimum ixtisas dərəcəsini müəyyən edir və birmənalı onun həmin vəzifədəki şəxsə verilməsini nəzərdə tutur. Dövlət qulluqçularının mükafatlandırılması da şəxslərin yalnız fəaliyyətdə müsbət səciyyələnməsi, habelə iş yeri üzrə müvafiq rəhbərlik tərəfindən qənaətbəxş qiymətləndirilməsi ilə həmişə bağlı olmur. Normativ hüquqi aktın tələbində nəzərdə tutulan mükafatlandırmalar bütün işçilərə (dövlət qulluqçularına) şamil olunduğundan, sözügedən 3 aylıq mükafatın məvacib tərkibi kimi hazırkı iddiaçının pensiya məbləğində nəzərə alınmasını istisna edən norma mövcud deyil. Bir hal da nəzərə alınmalıdır ki, hazırkı iddiaçının tələbi üzrə iş 2019-cu ilin sentyabr ayından məhkəmə icraatrındadır. İddiaçının sonuncu tələbi ilə bağlı məhkəmə vurğulayır ki, pensiya məbləğinin yenidən hesablanıb-hesablanmamasından asılı olmayaraq, «Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1268 nömrəli Sərəncamına əsasən pensiya hüququ qazanıldığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları nəzərə alınmaqla müəyyən edilməsi və 50% artırılması qanuna uyğun sayıla bilməz. Yaranmış fərq məbləğinin ödənilməsi məsələsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddianın təmin olunan hissəsində yenidən hesablama aparılmaqla yaranmış fərq məbləğinin ödənilməsi müqafiq qaydada, yəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31, 37.7-ci maddələrinin həm x xxxx 2017-ci il tarixədək, həm də hazırda qüvvədə olan tələbləri nəzərə alınmaqla aparılmalıdır. Odur ki, iddia həmin hissədə də qismən təmin olunmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 32.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun hazırda qüvvədə olan 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq, il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məbləğinin qanunla müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyi cavabdeh DSMF X9 İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı əmək pensiyasının dövlət qulluqçularına hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq, il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması və yaranmış müvafiq fərq məbləğinin qanunla müəyyənləşdirilmiş qaydada ödənilməsi öhdəliyi cavabdeh DSMF X9 İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar