Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-323/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərə görə əmək pensiyasının təyin olunmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 57 yaşının tamam olduğu xx xxxxxx 2018-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1961-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə ona əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Cavabdeh ərizəsini təmin etməmiş və tələbindən imtina barədə ona xx xxxxxxx 2019-cu il tarixli məktub ünvanlamışdır. Həmin imtina məktubu ilə tələbindən imtina səbəbi kimi guya onun tələbinin təmin olunması üçün qanunla tələb olunan 25 illik iş stajı yoxdur və bundan da əlavə tələb olunan 25 illik iş stajının 12 il altı ayının güzəştli şərtlərlə işləməsinə dair də sübutu yoxdur. Halbuki, onun təqdim etdiyi sənədlərindən görünür ki, onun ümumi iş stajı 25 il beş ay doqquz gün olmaqla həmin staj ilinin də 12 il altı ayından artıq hissəsi də zərərli və ağır olan iş şəraitində işləməsinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısı təsdiq edilmişdir ki, onun işlədiyi peşə sahəsi də həmin siyahıya salınıb. Onun əmək kitabçası tələbində haqlı olduğuna tam cavabdır və həmin əmək kitabçasında bütün işlədiyi dövrlər, hansı yerlərdə işləməsi aşkar göstərilmişdir. İşlədiyi yerlərin bəzilərindən aldığı arxiv sənədləri də var. Lakin cavabdeh orqan onun tələbi ilə əlaqədar müraciətini əsassız şəkildə cavablandırmaqla tələbini təmin etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən və güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İddiaçı xüsusi sığorta stajının tamam olduğunu təsdiq edəcək sübutlar təqdim edə bilməmişdir. İddiaçın məhkəməyə təqdim etdiyi iş materialları arasında onun 1991-1997-ci illər tarixindəki stajını təsdiq edən, həmin tarixdə güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışdığını sübut edən hər hansı sənəd yoxdur. Digər tərəfdən, iddiaçının tədqim etdiyi sənədlərdən xx.xx.1978-ci il və xx.xx.1979-cu illər arasında “xxxx”-də “maşinist köməkçisi” olaraq işlədiyinə dair arayış sadəcə olaraq iddiaçının həmin tarixdəki ümumi əmək stajını təsdiq edir, arayış güzəştli arayış deyildir, həmin vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olduğuna dair arayışda heç bir qeyd yoxdur, həmçinin Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 və 2 nömrəli siyahıların heç birində iddiaçının çalışdığı maşinist köməkçisi vəzifəsi yoxdur. Bu o deməkdir ki, iddiaçının xx.xx.1978-ci il və xx.xx.1979-cu illər arasındakı stajı xüsusi sığorta stajı hesab edilmir. Qeyd edilənlərdən aydın olduğu kimi iddiaçının 12 il 6 aylıq xüsusi sığorta stajı tamam olmamışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi və ödənilməsi Qaydalan"-nin təsdiq edilməsi barədə ƏƏSMN-nin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-ci bəndində göstərilmişdir ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlar əsasında müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən, 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi). Şəxsə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışlarda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsasən olan ilkin şərtlər. Halbuki, iddiaçının təqdim etdiyi arayışlar heç biri bu formaya uyğun tərtib edilməmişdir, bu arayışlar iddiaçının xüsusi sığorta stajını yox, ümumi sığorta stajını təsdiq edən sənəd olaraq qəbul edilə bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən və güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materialarında olan Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli 198 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixədək keçmiş SSRİ SQ-də, xx.xx.1993-cü ildən xx.xx.1995-ci tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissədə xidmət etmişdir. xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək döyüşən ordunun tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının Müharibə Veteranıdır. İş materialarında olan NZ seriyalı ******* nömrəli İddiaçı məxsus hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü ildən xx.xx.1995-ci tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. İş materialarında olan “xxxx” QSC X12 Donanmasının xx.xx.2019-cu il tarixli EN 01/02-186 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci ildə "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə (xx.xx.1997-ci il tarixli 10-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1997-ci ildə t/x “PS-152” gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə (xx.xx.1997-ci il tarixli 71-k nömrəli əmr) keçirilmişdir. xx.xx.1998-ci ildə t/x “PS- 152" gəmisinə 2-ci mexanik (xx.xx.1998-ci il tarixli 129-k nömrəli əmr), xx.xx.2000-ci ildə “SLV-363” gəmisinə böyük mexanik (xx.xx.2000-ci il tarixli 42-k nömrəli əmr), xx.xx.2006-cı ildə isə “PSK-45” gəmisində böyük mexanik (xx.xx.2006-ci il tarixli 204-k nömrəli əmr) vəzifələrində çalışmışdir.xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2012-ci il tarixli 1527-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildə “PSK-45” gəmisinə böyük mexanik (xx.xx.2012-ci il tarixli 1673-k nömrəli əmr) vəzifəsinə işə qəbul edilmişdir. Hal-hazırda "PSK-45” gəmisində böyük mexanik vəzifəsində işləyir. Yuxarıda adı çəkilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 08 il 11 ay 10 gün təşkil edir. Əsas: kadr əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəli, Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X12 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X6 və X12 Donanmasının yenidən təşkili yolu ilə “xxxx” QSC yaradılmışdır. İş materialarında olan “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 01-ZP/710 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü ildə (əmr № 91-ok, xx.xx.1983-cü il) “xxxx”nin İstehsalat-Təmir Müəssisəsinin qazanxan avadalığının təmiri sexində qazan təmiri üzrə 3-cü dərəcəli qaz kəsicisi kimi işə qəbul edilmiş və xx.xx.1984-cü il tarixində (əmr № 119-ok, xx.xx.1984-cü il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. Göstərilən peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci fəsinə əsasən Elektrik Stansiyalarında qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmirini təmin edən qazla kəsicilərin işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 01 il, 01 ay, 25 gün təşkil edir. Məlumat üçün bildirilmişdir ki, “xxxx” ASC-nin xx.xx.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalat- Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxx” MMC yaradılmışdır. “xxxx” ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032№-li əmrinə əsasən “xxxx” MMC “xxxx” MMC adlandırılmışdır. “xxxx” ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040№-li əmrinə əsasən isə “xxxx” MMC adlandırılmışdır. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən “xxxx” ASC adlandırılmışdır. İş materialarında olan “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 16/19 saylı arayışından görünür ki, İddiaçı Ağahüseyin oğlu xx.xx.1978-ci il tarixindən, 393 nömrəli, xx.xx.1978-ci tarixli Əmrə əsasən X11 Fabrikinə maşinist köməkçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1979-cu il tarixdən təhsil ilə əlaqədar olaraq xx.xx.1979-cu il tarixli,756 nömrəli əmr əsasında işdən azad olunmuşdur. Əsas: xx xxxxxx 1979-cu il tarixli, NT-1 N:0495132 nömrəli əmək kitabçası. xx.xx.2008-ci il tarixdə səhmdarların ümumi yığıncağında (xx.xx.2008-ci il tarixli, 08 nömrəli protokolla) qəbul olunmuş qərara əsasən X11 fabrikinin adı dəyışdirilərək, “xxxx” ASC olmuşdur. İş materialarında olan “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli 04/20 saylı arayışından görünür ki, İddiaçı Ağahüseyin oğlu xx.xx.1978-ci il tarixdə 393 nömrəli xx.xx.1978-ci tarixli Əmrə əsasən X11 Fabrikinin kompressor sexinə maşinist şagirdi vəzifəsinə qəbul olunmuş, xx.xx.1979-cu il tarixdən 46a nömrəli əmr əsasında 2-ci dərəcəli maşinist dərəcəsi verilmişdir. xx.xx.1979-cu il tarixdən təhsili ilə əlaqədar olaraq xx.xx.1979-cu il tarixli, 756 nömrəli əmr əsasında işdən azad olunmuşdur. Əsas: 12. Dekabr 1979-cu il tarixli, NT-1 N:0495132 nömrəli əmək kitabçası. xx.xx.2008-ci il tarixdə səhmdarların ümumi yığıncağında (xx.xx.2008-ci il tarixli, 08 nömrəli pratokolla qəbul olunmuş qərara əsasən X11 fabrikinin adı dəyışdirilərək, “xxxx” ASC olmuşdur. Qeyd: xx.xx.2019-cu il tarixli 16/19 nömrəli arayışda texniki səhv olaraq vəzifəsi maşinist şagirdi olduğu halda, maşinist köməkçisi yazılmışdır. İş materialarında olan “Bakı Hövsan X9” ASC-nin xx.xx.2019-cu il tarixli 01/133 saylı güzəştli arayışından görünür ki, İddiaçı Bakı Balıq xxxx İdarəsində işləmişdir – 1) xx.xx.1980-ci il tarixindən RMS “Oka” gəmisində matorçu vəzifəsində işləmişdir (xx.xx.1980-ci il tarixli 95 №-li əmr). 2) xx.xx.1980-ci il tarixindən DBE “Suraxanı” gəmisinə matorçu vəzifəsinə keçirilmişdir (xx.xx.1980-ci il tarixli 254 №-li əmr). 3) xx.xx.1981-ci il tarxindən əsgəri xidmətə çağırışla əlaqədar əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.1981-ci il tarixli 73 №-li əmr). Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx xxxx 2001-ci il tarixli 31 saylı əmrinə əsasən Bakı Balıq xxxx İdarəsi “xxxx” ASC adlandırılmışdır. xx xxx 2005-ci il tarixində keçirilmiş Səhmdarların ümumi iclasının 02 saylı Protokoluna əsasən “xxxx” ASC “xxxx“ ASC-nə birləşdirilmişdir. “xxxx” ASC-nin xx xxxx 2017-ci il tarixli Səhmdarların ümumi iclasının Protokoluna əsasən “xxxx” ASC-i “Bakı Hövsan X9” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Yuxarıda adı çəkilən gəmilər bilavasitə açıq dənizdə balığın tutulması, istehsalı və daşınması ilə məşğul olmuş, balıq sənayesinin balıqçı donanmasını təşkil edir, liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (nəqliyyat) 21.2 b yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. İş materialarında olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixindən X8 Müəssisəsində 3-cü dərəcəli yığıcı çilingər, xx.xx.1989-cu il tarixdə xəzinədar vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdən köçürmə yolu ilə işdən azad edilmişdir. Müəssisənin adı dəyişdirilərək “xxxx” MMC olmuşdur. İş materialarında olan “xxxx” MMC-nin arxiv arayışından (tarix və nömrə göstərilməmişdir) görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixində baş Mexanik bölməsinə 3-cü dərəcəli Metal konstruksiya yığıcı çilingəri peşəsi üzrə işə qəbul edilmiş, xx.xx.1986-cı ildə 4-cü dərəcəli Metal konstruksiyası çilingəri təyin edilmiş, xx.xx.1989-cu il tarixindən BSTM min Anbanna anbardar təyin edilmiş, xx.xx.1989-cu il müvəqqəti olaraq 2 aylığına müəssisənin Baş Mexaniki vəzifəsini də icra etməyə başlamış, xx.xx.1989-cu il tarixində Müəssənin xəzinədar vəzifəsinin müvəqqəti olaraq icra edilməsinə başlamış, xx.xx.1991-ci il tarixində işdən azad edilərək Azərbaycan Dəmir yolları idarəsinin yaşıllaşdırma Distansıyasına köçürülmə yolu işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinə qədər işlədiyi sahə və peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı qərarında zərərli peşələrin siyahısında soyuq metalların doğranması, kəsilməsi, əyilməsi və pres dəzgahlarında işləyən işçilərin zərərli peşələr siyahısına salınmışdır. Metal lahiyəsi yığan çilingərdə bilavasitə soyuq metallarda kəsən doğrayan dəzgahlarda işləyən işçidir. xx.xx.2007-cıi il tarixli 12 nömrəli qərarına əsasən baş mexaniki bölməsində işləyən çilingərlərin peşələri zərərli əmək şəraitində sayılan peşələr hesab edilir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 4 il 3 ay 16 gün təşkil edir. Əsas: Kadr əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəlinə uyğundur. Məlumat üçün bildirilmişdir ki, xx.xx.1988-ci ildə trest Sənaye müəsisələri tikintisi Azerbaşmeliorasiya dəyişdirilərək Azərsutikintisi Nazirliyi adlandırlmlşdır. əmr N:2. xx.xx.1988. əmr N: 514. xx.xx.1988-ci il. Hal-hazırda müəssisə özəlləşdrildikdən sonra adı dəyişdirilərək X2 Məhsuliyyətli Cəmiyyəti olmuşdur və hüquq varis sayılır. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək X11 fabrikində kompressor sexində maşinst şagirdi işləmişdir, xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək Bakı Dənizçilik Məktəbində təhsil almışdır, xx.xx.1980-ci ildən Bakı dəniz sənaye və reftijerator donanması idarəsi Bakı Balıq xxxx «Xəzərbalıq» Baş balıq sənayesi İdarəsində RMS “Oka” gəmisində matorçu, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək DBE “Suraxanı” gəmisində matorçu işləmişdir, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək ordu sıralarında xidmət etmişdir, xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixədək “xxxx” X1xana-təmir sexində 3-cü dərəcəli qazlakəsən işləmişdir, xx.xx.1984-cü ildən Tikinti-sənaye birləşmiş müəssisəsində baş mexanik bölməsinə metal konstruksiyaların yığılması üzrə 3-cü dərəcəli çilingər, xx.xx.1986-cı ildən metal konstruksiyaların yığılması üzrə 4-cü dərəcəli çilingər, xx.xx.1989-cu ildən anbar müdiri işləmişdir, xx.xx.1989-cu ildən 2 ay müddətinə baş mexanik vəzifəsini müvəqqəti icra etmişdir, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək müvəqqəti olaraq kassir vəzifəsini icra etmişdir, xx.xx.1991-ci ildən Azərbaycan Dəmir yolunun qoruyucu meşəliklərinin Azərbaycan Distansiyasında köçürmə yolu ilə distansiyanın istilikxanasına 4-cü dərəcəli çilingər, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək həmin sahənin briqadiri işləmişdir, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək "Azəraqroyoltikinti" LTB-nin MYTİ (meliorasiya-yol tikinti idarəsi)-44-də sahə mexaniki işləmişdir, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək «Bəxtiyar» kommersiya müəssisəsində işləmişdir, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək «Azərqumtikinti» birliyində 4-cü dərəcəli çilingər işləmişdir, xx.xx.1997-ci ildən "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisində 1-ci dərəcəli motorçu, xx.xx.1997-ci ildən t/x “PS-152” gəmisində 1-ci dərəcəli motorçu, xx.xx.1998-ci ildən t/x “PS-152" gəmisinə 2-ci mexanik, xx.xx.2000-ci ildən “SLV-363” gəmisində böyük mexanik, xx.xx.2006-cı ildən “PSK-45” gəmisində böyük mexanik vəzifələrində işləmişdir, xx.xx.2012-ci ildən hal-hazıradək “PSK-45” gəmisində böyük mexanik vəzifəsində işləyir (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X12 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X6 və X12 Donanmasının yenidən təşkili yolu ilə “xxxx” QSC yaradılmışdır). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. O, əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1978-ci ildən xx xxxxxx 1979-cu ilədək X11 fabrikində kompressor sexində maşinst şagirdi işləmişdir, xx.xx.1979cu ildən xx.xx.1980-ci il tarixədək Bakı Dənizçilik Məktəbində təhsil almışdır, xx.xx.1980-ci ildən Bakı dəniz sənaye və reftijerator donanması idarəsi Bakı Balıq xxxx «Xəzərbalıq» Baş balıq sənayesi İdarəsində RMS “Oka” gəmisində matorçu, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək DBE “Suraxanı” gəmisində matorçu işləmişdir, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək ordu sıralarında xidmət etmişdir, xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixədək “xxxx” X1xana-təmir sexində 3-cü dərəcəli qazlakəsən işləmişdir, xx.xx.1984-cü ildən Tikinti-sənaye birləşmiş müəssisəsində baş mexanik bölməsinə metal konstruksiyaların yığılması üzrə 3-cü dərəcəli çilingər, xx.xx.1986-cı ildən metal konstruksiyaların yığılması üzrə 4-cü dərəcəli çilingər, xx.xx.1989-cu ildən anbar müdiri işləmişdir, xx.xx.1989-cu ildən 2 ay müddətinə baş mexanik vəzifəsini müvəqqəti icra etmişdir, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək müvəqqəti olaraq kassir vəzifəsini icra etmişdir, xx.xx.1991-ci ildən Azərbaycan Dəmir yolunun qoruyucu meşəliklərinin Azərbaycan Distansiyasında köçürmə yolu ilə distansiyanın istilikxanasına 4-cü dərəcəli çilingər, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək həmin sahənin briqadiri işləmişdir, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək "Azəraqroyoltikinti" LTB-nin MYTİ (meliorasiya-yol tikinti idarəsi)-44-də sahə mexaniki işləmişdir, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək «Bəxtiyar» kommersiya müəssisəsində işləmişdir, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək «Azərqumtikinti» birliyində 4-cü dərəcəli çilingər işləmişdir, xx.xx.1997-ci ildən "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisində 1-ci dərəcəli motorçu, xx.xx.1997-ci ildən t/x “PS-152” gəmisində 1-ci dərəcəli motorçu, xx.xx.1998-ci ildən t/x “PS-152" gəmisinə 2ci mexanik, xx.xx.2000-ci ildən “SLV-363” gəmisində böyük mexanik, xx.xx.2006-cı ildən “PSK-45” gəmisində böyük mexanik vəzifələrində işləmişdir, xx.xx.2012-ci ildən halhazıradək “PSK-45” gəmisində böyük mexanik vəzifəsində işləyir. Həmçinin Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli 198 saylı arayışına əsasən xx.xx.1993-cü ildən xx.xx.1995-ci tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. İddiaçının təhsil müddəti və ordu sıralarında xidmət illəri nəzərə alınmaqla, o, xx.xx.2006-cı il tarixədək 25 il 8 ay 4 gün ümumi sığorta stajına malikdir. Lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı cəmi 11 il 16 gün güzəştli staja malikdir (iddiaçının işlədiyi Bakı Balıq xxxx İdarəsində xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək RMS “Oka” gəmisində matorçu, DBE “Suraxanı” gəmisində matorçu peşəsi (11 ay 11 gün - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı», XXVİİİ bölmə, kod 23003020-14706), xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “xxxx”nin İstehsalat-Təmir Müəssisəsinin qazanxana avadanlığının təmiri sexində qazan təmiri üzrə 3-cü dərəcəli qazla kəsicisi peşəsi (1 il 1 ay 25 gün - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı», XXXİİİ bölmə, kod 23200000-11618), xx.xx.1997-ci ildən "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisində 1-ci dərəcəli motorçu, xx.xx.1997-ci ildən t/x “PS-152” gəmisində 1-ci dərəcəli motorçu, xx.xx.1998-ci ildən t/x “PS-152" gəmisində 2-ci mexanik, xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək “SLV-363” gəmisində böyük mexanik peşələri (8 il 11 ay 10 gün - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı», XXVİİİ bölmə, kod 23003020- 14706; 23003020-23484). Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı əmək kitabçasına əsasən Bakı Balıq xxxxsında xx.xx.1980-ci ildən işləyir, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək təhsil almışdır, lakin “Bakı Hövsan X9” ASC-nin xx.xx.2019-cu il tarixli 01/133 saylı güzəştli arayışına əsasən iddiaçı Bakı Balıq xxxxsında xx.xx.1980-ci il tarixdən işləyir, həmin dövr isə 6 ay 12 gün təşkil edir. Qeyd olunduğu kimi, əmək kitabçasına əsasən iddiaçı həmin iş yerində xx.xx.1980-ci ildən işləyir, belə olan halda iddiaçının güzəştli stajı 10 il 6 ay 4 gün təşkil edir. Məhkəmə iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək X11 fabrikində kompressor sexində işlədiyi maşinst şagirdi peşəsi ilə əlaqədar qeyd edir ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin dövr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Eyni zamanda məhkəmə iddiaçının işlədiyi xx.xx.1984-cü ildən Tikinti-sənaye birləşmiş müəssisəsində baş mexanik bölməsinə metal konstruksiyaların yığılması üzrə 3-cü dərəcəli çilingər, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ildək metal konstruksiyaların yığılması üzrə 4-cü dərəcəli çilingər peşələri ilə əlaqədar qeyd edir ki, “xxxx” MMC tərəfindən verilmiş arayışda həmin sahə və peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-cıi il tarixli 12 saylı qərarında zərərli peşələrin siyahısında soyuq metalların doğranması, kəsilməsi, əyilməsi və pres dəzgahlarında işləyən işçilərin zərərli əmək şəraitində sayılan peşələr hesab edildiyi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verdiyi göstərilsə də, həmin arayışda arayışın verilməsi tarixi və qeydiyyat nömrəsi göstərilməmişdir, həmçinin qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda metallurgiya istehsalatı (İİİ və Vİİİ bölmələr) sahəsində nəzərdə tutulmuşdur, iddiaçının işlədiyi sahə isə tikinti sahəsidir. Ona görə də məhkəmə hesab edir ki, həmin dövr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-323/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-323/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver