Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-323/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı Ucar rayon qeydiyyat şöbəsi tərəfindən barəsində aparılan 169 saylı xx.xx.1991-ci il tarixli doğum akt qeydinin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1991-ci ildə Ucar rayonu, Yuxarı Şilyan kəndində anadan olmuşdur. X2, anası isə Qanuni nümayəndədır. Ucar rayon qeydiyyat şöbəsi tərəfindən barəsində aparılmış 169 saylı xx.xx.1991-ci il tarixli ilkin doğum haqqında şəhadətnamədə doğum tarixi düzgün qeyd edilmədiyindən sonradan həmin qeydiyyat şöbəsi tərəfindən onun barəsində ikinci dəfə 32 saylı xx.xx.1991-ci il tarixli doğum qeydi aparılmış və bu barədə XİV-ЖГ № 482905 saylı xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. Lakin, Ucar rayon qeydiyyat şöbəsi tərəfindən ilkin qeydiyyat ləğv edilmədiyindən hazırda “Vətəndaşlıq vəziyyəti akltarı” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində barəsində yuxarıda qeyd etdiyi hər iki doğum qeydi aşkar edilir. Bu da, ona müəyyən hüquqi hərəkətlər etməsində maneəçilik yaradır. O, da bu barədə qeydiyyatda olduğu yaşayış yeri üzrə Nərimanov rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin, Nərimanov rayon qeydiyyat şöbəsindən ona verilən xx.xx.2022-ci il tarixli 97 saylı cavab məktubunda Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilən 169 saylı xx.xx.1991-ci il tarixli ilkin doğum qeydinin ləğv edilməsinin imkan xaricində olduğu, bununla bağlı məhkəməyə müraciət etməsi qeyd edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir yazılı münasibət (etiraz) təqdim olunmamışdır.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Azərbaycan Respublikası vətəndaşının AA5589996 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1991-ci il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndində anadan olmuş, yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır
7. Notarial qaydada təsdiq edilmiş XİV-ЖГ seriyalı 482905 nömrəli Ucar rayon Yuxarı Şilyan kənd nümayəndəliyi tərəfindən 14 aprel 1991-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1991-ci il tarixdə Ucar rayonu, Yuxarı Şilyan kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 32 nömrə ilə qeyd aparılmışdır. Ata bəndində X8, ata bəndində Qanuni nümayəndə qeyd edilmişdir.
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 07 iyul 2022-ci il tarixli 97 nömrəli məktubla bildirilmişdir ki, doğumları haqqında məlumatların müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aprılmış, Ucar rayon qeydiyyat şöbəsində 169 saylı xx.xx.1991-ci il tarixli X4 adına və Yuxarı Şilyan İcra Nümayəndəliyində 32 saylı xx.xx.1991-ci il tarixli İddiaçı adına doğum haqqında akt qeydləri aparıldığı aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində, dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Ucar rayon qeydiyyat şöbəsində 169 saylı xx.xx.1991-ci il tarixli ilkin aparılmış qeydinin ləğv edilməsi imkanları xaricində olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilir.
9. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 18 avqust 2022-ci il tarixli 1295 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı doğum haqqında akt qeydi şöbənin arxivində aşkar edilmədi, Vəlizadə (Ömərova) Nərgiz Səfxan qızının Ucar rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixində 169 saylı və Ucar rayonu Yuxarı Şilyan İcra Nümayəndəliyi tərəfindən xx.xx.1991-ci il tarixində 32 saylı doğum akt qeydləri tərtib edilmişdir
10. Məhkəmənin sorğusuna əsasən Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 07 dekabr 2022-ci il tarixli 530 nömrəli məktubla X1 adına Ucar rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1991-ci il tarixli 169 saylı doğum haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş doğum haqqında akt qeydinin surətinə əsasən X4 xx xxxx 1991-ci il tarixdə Ucar rayonunda anadan olmuş, ata qrafasında X8, ana qrafasında X5 qeyd edilmişdir. Doğumu təsdiq edən sənəd xx.xx.1991-ci il tarixli həkim arayışı göstərilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 26 yanvar 2024-cü il tarixli 3-16-5/8-xx-xx/2024 nömrəli məktubla İddiaçı Ucar RİHB-nin Yuxarı Şilyan kənd icra nümayəndəliyində xx.xx.1991-ci ildə qeydə alınmış 32 saylı doğum akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş doğum haqqında akt qeydinin surətinə əsasən İddiaçı xx.xx.1991-ci il tarixdə Ucar rayonu Yuxarı Şilyan kəndində anadan olmuş, ata qrafasında X8, ana qrafasında X5 qeyd edilmişdir. Doğumu təsdiq edən sənəd xx.xx.1991-ci il tarixli həkim arayışı göstərilmişdir.
12. İddiaçı Göyçay şəhər S.Vurğun adına İnternat orta məktəbi bitirdiyinə görə 21 iyun 2008-ci il tarixdə Orta Təhsil haqqında şəhadətnamə verilmişdir.
13. İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən “dekorativ sənət” ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilməsi barədə A № 004465 nömrəli, 30 yanvar 2014-cü il tarixli bakalavr diplomu verilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
21. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
22. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçının barəsində Ucar rayon qeydiyyat şöbəsi tərəfindən və Ucar rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd icra nümayəndəliyi tərəfindən müvafiq olaraq xx.xx.1991-ci il tarixli 169 saylı və xx.xx.1991-ci il tarixli 32 saylı doğum akt qeydi tərtib olunmuşdur. Doğum akt qeydlərindəki fərq, tərtib olunma tarixləri və iddiaçının soyadında olmuşdur. Belə ki, Ucar rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1991-ci il tarixli 169 saylı doğum haqqında akt qeydində iddiaçının soyadı “Vəlizadə” əvəzinə “Ömərova” qeyd edilmişdir. Lakin, iddiaçıya Ucar rayon qeydiyyat şöbəsi tərəfindən aparılmış qeyd edilən doğum haqqında akt qeydi əsasında hər hansı bir doğum haqqında şəhadətnamə verilməmiş, iddiaçıya ancaq Yuxarı Şilyan kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1991-ci il tarixdə tərtib edilmiş 32 saylı doğum haqqında akt qeydi əsasında XİV-ЖГ-482905 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir və həmin doğum haqqında şəhadətnamə əsasında iddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş, ona məxsus bütün sənədlərdə şəxsiyyət vəsiqəsi, orta təhsil haqqında attestatda, diplomda və digər vətəndaşlıq vəziyyəti aktları qeydlərində iddiaçının soyadı “Vəlizadə” olaraq göstərilmişdir.
23. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının barəsində Ucar rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1991-ci il tarixli 169 saylı doğum haqqına akt qeydinə əsasən onun adına hər hansı bir doğum haqqında şəhadətnamə tərtib edilmədiyindən, iddiaçıya Yuxarı Şilyan kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1991-ci il tarixdə tərtib edilmiş 32 saylı doğum haqqında akt qeydi əsasında verilmiş XİV-ЖГ- 482905 nömrəli doğum haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etdiyindən və ona məxsus bütün sənədlərdə həmin şəhadətnaməyə müvafiq olaraq tərtib edildiyindən, hazırda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində onun adına iki ədəd doğum haqqında akt qeydinin mövcud olması onun hüquqlarını əhəmiyyətli dərəcədə poza biləcəyindən, iddiaçının tələbinin təmin edilməsindən imtina edilməsi qanunsuz və əsassız olmuşdur.
24. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).
25. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).
26. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Ucar rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında xx.xx.1991-ci il tarixli 169 saylı akt qeydi ləğv edilməli, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
29. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
30. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Ucar rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında xx.xx.1991ci il tarixli 169 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Nərimanov rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva