Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3230/2020 24.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Təhməzov Əli Azər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi X1rşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X11 X7 İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İdarəyə xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmişdir. İdarə tərəfindən xx xxxxxx 2020-ci il tarixli, **********4 nömrəli güzəştli şərtlərlə pensiya təminatından imtina haqqında qərarla pensiya təyin edilməsi mümkün hesab edilməmişdir. İmtinaya səbəb kimi xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi göstərilmişdir. İmtina üçün heç bir əsasın mövcud olmamasına baxmayaraq formal olaraq imtina verilmişdir. Halbuki, tərəfindən təqdim edilmiş “Azərbaycan X15” QSC X5 tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, o, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2016-cı il tarixədək “Azərbaycan Dövlət X6 üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, motorçu, elektrik, kapitanın baş köməkçisi, kapitanın növbə köməkçisi, kapitan vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yükdaşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəalliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti səyahət, şəhərətrafı və şəhərdaxili, su yollarında işləyən gəmilər hesab edilmir. Beləliklə, onun gəmiçiliyin üzücü heyətində nəqliyyat donanması gəmilərində iş stajı 24 il 0 ay 12 gün təşkil etməkdədir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin iş materiallarından göründüyü kimi xx.xx.2006-cı il tarixədək iddiaçının topladığı güzəştli iş stajı da 12 il 6 aydan azdır. İddiaçının xx.xx.1983-cü iİ tarixli HT-İ ******* nömrəli əmək kitabçasında iddiaçının yalnız xx.xx.1983 - xx.xx.1984-cü illərdə üzən heyətə daxil olduğu qeyd edilmişdir. Bu səbəbdən də iddiaçının xx.xx.1984-xx.xx.2002 və xx.xx.2003-xx.xx.2006-cı illər ərzində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 2-ci siyahısına uyğun deyildir. Bundan başqa, “Azərbaycan X15” QSC X5 tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli AM03/02 - 746 nömrəli arayışda qeyd olunmuşdur ki, iddiaçının “gəmiçiliyin üzücü heyətində nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 24 il 12 gün təşkil edir”. Halbuki, nə 2006-cı ilədək, nə də hal-hazırki dövrədək iddiaçının stajı hesablanmış, həmin müddət əmələ gəlmir. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Ona görə də iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Qəbələ rayonu, Sultan-Nuxa kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1980-ci ildən xx xxxxxx 1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikasının Milli X17 Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivinin 149 №-li, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Qəbələ rayon Dövlət Arxivindən saxlanılan “M.F.Axundov” adına kolxozun şəxsi hesab kitablarına əsasən İddiaçı 1977-1979-cü il tarixlərdə müxtəlif qaydada əmək haqqları qazanmışdır. - “Azərbaycan X15” QSC Dəniz Donanmasının ss 01/02-531 №-li, xx.xx.2020-ci il tarixli sığorta olunanın iş (sosial sığorta) stajı barədə məlumatından görünür ki, İddiaçı xx.xx.1983-xx.xx.1984-сü il tarixədək Azərbaycan Dövlət Xəzər Gəmiçiliyində matros, xx.xx.1984-xx.xx.1988-ci il tarixədək “Каспийское-1” gəmisində 1-ci dərəcəli matros, xx.xx.1988-xx.xx.1988-ci il tarixədək «Вецани» gəmisində 2-ci dərəcəli motorist, 2-ci dərəcəli matros və 1-ci dərəcəli elektrik, xx.xx.1990-xx.xx.1992-ci il tarixədək “Апшеронская” gəmisində 2-ci dərəcəli matros, xx.xx.1992-xx.xx.2002-ci il tarixədək “Бакинская-3” və “Бакинская-1” gəmilərində kapitan köməkçisi, kapitan və kapitanın növbə köməkçisi, xx.xx.2003-xx.xx.2004-cü il tarixədək “Müh-B.Məmmədov” gəmisində baş kapitanın 3-cü köməkçisi, xx.xx.2004-xx.xx.2013-cü il tarixədək “Abşeronskaya” gəmisində kapitanın növbə köməkçisinə böyük mexanik, xx.xx.2013-xx.xx.2015-ci il tarixədək “Abşeronskaya-6” gəmisində kapitanın növbə köməkçisi-növbə mexaniki, xx.xx.2015-xx.xx.2016-cı il tarixədək X5 üzücü heyətə nəqliyyat donanmasında kapitan vəzifələrində işləmiş və xx.xx.2016-cı il tarixdən hal-hazıradək “Abşeronsakaya-6” gəmisində kapitan vəzifəsindədir. - “Azərbaycan X15” QSC Dəniz Donanmasının AM 03/02-746 №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1984-d il tarixədək və xx.xx.1984-cu il tarixdən xx.xx.2002-ci il tarixədək xx.xx.2003-ci il tarixdən xx.xx.2016-ci il tarixədək Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, motorçu, elektrik, kapitanın baş köməkçisi, kapitanın növbə köməkçisi, bagermeyster-kapitanın 3-cu köməkçisi, kapitanın növbə köməkçisinövbə mexaniki, kapitan vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti -yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı Sədrəddin oğlunun gəmiçiliyin üzücü heyətində nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 24 il 00 ay 12 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatlann, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod 23003000) 1-ci yarımbəndinə (kod 23003010) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X6 və Azərbaycan Respublikası Dövlət X16 X12 yenidən təşkili yolu ilə "Azərbaycan X15" X13 (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəliklər Cəmiyyətə keçmişdir. - “Azərbaycan X15” QSC Dəniz Donanmasının AM 03/02-438 №-li, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, həqiqətən 07.0.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək xx.xx.2003-cü il tarixdən xx.xx.2016ci il tarixədək Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, motorçu, elektrik, kapitanın baş köməkçisi, kapitanın növbə köməkçisi, bagermeyster-kapitanın 3-cü köməkçisi, kapitanın növbə köməkçisi-növbə mexaniki, kapitan vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı Sədrəddin oğlunun gəmiçiliyin üzücü heyətində nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 32 il 09 ay 03 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin “b” yarımbəndinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod 23003000) 1-ci yarımbəndinə (kod 23003010) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X6 və Azərbaycan Respublikası Dövlət X16 X14 yenidən təşkili yolu ilə "Azərbaycan X15" X8 (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. - “Azərbaycan X15” QSC Dəniz Donanmasının 01/17-304 №-li, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1984-cü ildən (xx.xx.1984-cü il tarixli 84/n nömrəli əmr) xx.xx.2013-cü ilə kimi (xx.xx.2013-cü il) X6 X20 İdarəsinin “Abşeronskaya-4”, “Abşeronskaya-6”, “Bakinskaya-3”, “Bakinskaya-1” gəmilərində matorçu-matros, kapitanın növbə köməkçisi vəzifələrində işləmişdir. Onun 2002-2003-cü illər üzrə orta aylıq əmək haqqı 3.920.471 manat təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X15 Azərbaycan Dövlət X15 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 nömrəli və xx.xx.2014-cü il tarixli, 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X6 və Xəzər X14 yenidən təşkili yolu ilə “Azərbaycan X15” X8 yaradılmışdır. - “Azərbaycan X15” QSC Dəniz Donanmasının arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən “Azərbaycan X15” QSC-nin Xəzər X14 “Salyut” gəmisində kapitan vəzifəsində çalışır. - İdarənin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020ci il tarixli, **********4 saylı məktubdan görünür ki, İdarəyə təqdim etdiyi x xxxxxx 1983-cü il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid olubolmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bu səbəbdən də x xxxxxx 2006cı il tarixinədək güzəştli iş stajın 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ciil 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hissəsində isə qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Azərbaycan X15” QSC-yə məxsus yükdaşıyan gəmilərdə işləmiş və onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li Siyahının XXVİİİ Bölməsinin 23003010 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bölməsinə uyğun olmaqla iddiaçının 26 il 00 ay 12 gün ümumi və 21 il 11 ay 19 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X11 X7 İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova