Məhkəmə qərarları › İş №2-1(112)-3230/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3230/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3230/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinə qarşı «ölüm haqqında tibbi şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinə qarşı «ölüm haqqında tibbi şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, mərhum X8 ilə İddiaçı arasında 12 may 2018-ci il tarixdə renta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı renta ödəyicisi olaraq renta alan X6 özgəninkiləşdirilən tam hissə (32,4 kv.m) müqabilində aylıq 200 manat haqq ödəməli, həmin 200 manat məbləğindən iddiaçı X6 ömrünün sonuna qədər hər ay 150 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olam qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə də ona hər ay 50 manat nəğd pul ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq X8 ölən günədək iddiaçı öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. X8 25 yanvar 1948-ci il tarixdə doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 26 oktyabr 2019-cu il tarixdə X3 səhhəti pisləşdiyi üçün iddiaçı Bakı şəhəri Təcili və X9 Stansiyasına müraciət etmişdir. X12 həkimləri həmin tarixdə X3 yaşadığı ünvana gələrək, ona tibbi yardım etdikdən sonra onun səhhəti normallaşmış və müalicəsi üçün müəyyən dərman pereparatlarının alınması ilə bağlı tövsiyyələr vermişlər. Növbəti gün X3 səhhəti daha da pisləşmiş və o, 27 oktyabr 2019-cu ıl tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. X3 ölümü ilə bağlı Bakı şəhəri Təcili və X9 Stansiyasının 01 saylı yardım stansiyasına müraciət edilmiş, lakin stansiyanın nümayəndələri gələndə artıq gec olmuş, mərhum artıq ölmüşdür. Təcili və X9 Stansiyasının 27 oktyabr 2019-cu il tarixli arayışına əsasən həmin tarixdə saat 16:25-də ünvan 3 ünvanına X3 adına çağırış olmuş, çağırışa gələn həkim tərəfindən qadın cinsli meyit aşkar edilmişdir. X3 ölümündən sonra ona ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə müraciət olunmuşdur, lakin onun ölümü barədə tibbi şəhadətnamə olmadığından akt qeydinin aparılmasından imtina edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehnə müraciət olunmuş və Bakı şəhəri, Nərımanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 104 saylı 14 saylı mənzilində qeydiyyatda olmuş, 25 yanvar 1948-ci il təvəllüdlü X3 ölümü haqqında tibbi şəhadətnamə (F106/u) verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh X3 ölümü haqqında tibbi şəhadətnamənin (F106/u) verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı 13 avqust 2021-ci il tarixli 2373 saylı məktubunda qeyd edilmişdir ki, “Sizin 10 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehnə daxil olmuş ərizənizə baxıldı. Ərizədə qaldırdığınız məsələ ilə əlaqədar olaraq bildiririk ki, ərizənizdə özünüzün də göstərdiyiniz kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirinin xx.xx.2015-ci il tarixli, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilmə qaydasına dair Təlimaf’m tələbinə əsasən Cavabdehn şöbələrində ölümün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə” o vaxt verilir ki, həmin şəxsin meyiti şöbələrimizdən birinə daxil olmuş olsun və meyit xarici, daxili olmaqla tam məhkəmə-tibbi müayinədən keçirilsin. Mərhum X3 meyiti isə onun ölümünün baş verdiyi ərazi üzrə, yəni “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin Nərimanov rayon şöbəsinə 27 oktyabr 2019-cu il tarixdən bu günə kimi daxil olmamış və meyitlərin qeydiyyatı kitabından keçməmişdir. Ona görə də mərhum X3 ölümünün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə”nin rəhbərlik etdiyi Birlikdə verilməsi mümkün deyildir. Özünüzün də qeyd etdiyiniz kimi, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilmə qaydasına dair Təlimaf’m 12-ci maddəsində Şəhadətnamə”nin verilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll olunur. Ona görə də X3 ölüm faktının təsdiqi və “Ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün Sizin ölümün baş verdiyi ərazi üzrə Məhkəməyə müraciət etməyiniz qanunauyğun olardı. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh imtinası əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının tələblərindən göründüyü kimi, “Ölüm haqqında tibbi şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar ardıcıllıqla qeyd olunmalı, ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X4 (XBT-10)” üzrə kodlaşdırılmışdır. Lakin hazırki halda X3 adma çağırış olmuş, çağırışa gələn Təcili və X9 Stansiyasının həkimi tərəfindən doldurulmuş Ölüm haqqında xəbərdarlıq vərəqəsində ölümün səbəbi göstərilməmişdir. Qeyd olunan Qaydaların tələblərindən də göründüyü kimi, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5,-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadjğı ərazi üzrə ambulator tibb müəssisəsi.tərəfindən verilir, ölümün baş vermə səbəbi məlum olmayan hallarda isə patalojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Göstərilənlərə və İPM-in 2.2.2, 33-cü maddələrinə əsaslanaraq, məhkəmədən ünvan 1 ünvanında qeydiyyatda olmuş, 25 yanvar 1948-ci il təvəllüdlü X3 ölümü haqqında tibbi şəhadətnamə (F106/u) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibıti məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan RX seriyalı ******* nömrəli “Hüquqarın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 104 saylı evin 14 saylı mənzili X1 mülkiyyəti kimi 17 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, renta alan X8 ilə renta ödəyicisi İddiaçı arasında 12 may 2018-ci il tarixli renta müqaviləsi bağlanmışdır. Müqavilədə nəzərdə tutulmuşdur ki: - (1-ci bənd) renta alan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 104 saylı evin 14 saylı 32,4 kv.m ümumi sahəsi olan mənzilini (tam) renta ödəyicisinin mülkiyyətinə verir; - (4-cü bənd) ömürlük renta üçün özgəninkiləşdirilən əmlakı renta alan renta ödəyicisinin mülkiyyətinə pulsuz verir. Renta müqaviləsi üzrə öhdəliklər aşağıdakı kimi müəyyən edilir: renta ödəyicisi İddiaçı renta alan X6 özgəninkiləşdirilən tam hissə (32,4 kv.m) müqabilində aylıq 200 manat haqq ödəməlidir. Həmin 200 manat məbləğindən İddiaçı X6 ömrünün sonuna qədər hər ay 150 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olan qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə hər ay ona 50 manat nağd ödəməyi öz öhdəsinə götürür. İş materiallarından görünür ki, Bakı şəhəri Təcili Tibbi və X2 tərəfindən ünvan 3 ünvanına 26 oktyabr 2019-cu il tarixli (saat 11:31) çağırış üzrə X6 “sahə həkimi üçün xəbərdarlıq vərəqəsi” verilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 31 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, X8 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Bakı şəhəri üzrə ölün haqqında akt qeydi aşkar olunmamışdır (arxiv məlumatları 27 oktyabr 2019-cu il tarixdən 31 oktyabr 2017-ci il tarixədək yoxlanılmışdır). İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin İddiaçı ünvanlanmış 31 oktyabr 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinin İddiaçı ünvanlanmış 13 avqust 2021-ci il tarixli məktubunda bildirilir ki, 10 avqust 2021-ci il tarixdə Birliyə daxil olmuş ərizədə göstərdiyi kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 3 iyul 2015-ci il tarixli 52 nömrəli əmrilə təsdiq edilmiş «Ölüm haqqında tibbi şəhadətnamənin verilmə qaydasına dair Təlimat»ın tələbinə əsasən Cavabdehn şöbələrində ölümün səbəbinə dair ölüm haqqında tibbi şəhadətnamə o vaxt verilir ki, həmin şəxsin meyiti Birliyin şöbələrindən birinə daxil olmuş olsun və meyit xarici, daxili olmaqla tam məhkəmə-tibbi müayhinədən keçirilsin. Mərhum X7 meyiti isə, onun ölümünün baş verdiyi ərazi üzrə, yəni Birliyin Nərimanov rayon şöbəsinə 27 oktyabr 2019-cu il tarixdən bu günə kimi daxil olmamış və meyitlərin qeydiyyatı kitabından keçməmişdir. Ona görə də mərhum X7 ölümünün səbəbinə dair ölüm haqqında tibbi şəhadətnamənin Birlik tərəfindən verilməsi mümkün deyildir. Ərizədə qeyd edildiyi kimi, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair Təlimatın 12-ci maddəsində “Şəhadətnamə”nin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Ona görə də mərhum X7 ölüm faktının təsdiqi və ölüm haqqında şəhadətnamənin verilməsi üçün ölümün baş verdiyi ərazi üzrə məhkəməyə müraciət edilməsi qanunauyğun olardı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 194-cü maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 nömrəli 1 mart 2001-ci il tarixli qərarı ilə «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları» təsdiq edilmişdir. Həmin qərarın 8 və 15 nömrəli əlavələri müəyyən edilmiş “Ölüm haqqında akt qeydi”nin və “Ölüm haqqında şəhadətnamə”nin formalarında ölümün səbəbi qrafası da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na görə: - (8.1-ci bənd) Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır; - (8.5-ci bənd) Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 05 nömrəli əmri ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin ikinci hissəsinə əsasən insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını müəyyən edir. Həmin Qaydanın 4.1-ci bəndinə görə “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanatorkurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.3-cü bəndinə görə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 4.4-cü bəndinə görə aşağıdakı hallarda tibbi şəhadətnamə patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: - (4.4.1) hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; - (4.4.2) infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; - (4.4.3) tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; - (4.4.4) zorakı ölümə şübhə olduğu hallarda; - (4.4.5) ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; - (4.4.6) ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. Həmin Qaydanın 4.5-ci bəndinə görə ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 5.3-cü bəndinə görə şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqqında» 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 9.1-ci bəndində aşağıdakılar qeyd olunmuşdur: - «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39 və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Göründüyü kimi, mövcud qanunvericilik normaları şəxsə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsini “Xəbərdarlıq vərəqəsi”nin və ya tibbi sənədlərin (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) təqdim edilməsi ilə şərtləndirir və həmin şəhadətnamənin verilməsi səlahiyyətini ayrı-ayrı kateqoriyadan olan tibb müəssisələrinə verir: 1) stasionar tibb müəssisəsi – ölüm hadisəsi vəfat edən şəxsin həmin tibb müəssisəsində müayinə və ya müalicə olunduğu vaxt baş vermişsə; 2) patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi – hamiləlik və doğuşla əlaqədar, infeksion xəstəliklər, zorakı ölümə şübhə olduqda, ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 3) şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi – yuxarıda sadalananlardan başqa digər hallarda. Hazırkı işin hallarına görə 1948-ci il təvəllüdlü X8 tibbi müəssisə kimi hazırkı cavabdeh “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsin şöbələrində deyil, ev şəraitində vəfat etməmişdir və müvafiq “Xəbərdarlıq vərəqəsi”nə əsasən onun ölümünün səbəbi məlum deyil. Belə olan halda, «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 4-cü bəndinin tələblərinə görə həmin şəxsin (X3) ölümü barədə “Ölüm haqqında tibbi şəhadətnamə” müvafiq patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi kimi cavabdeh “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsi tərəfindən verilə bilməz. Odur ki, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 05 nömrəli əmri ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın müddəalarını da rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsi 1948-ci il təvəllüdlü X3 vəfatı ilə əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd sayılmamalıdır. Odur ki, iddia əsaslı qiymətləndirilmir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinə qarşı «ölüm haqqında tibbi şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinə qarşı «ölüm haqqında tibbi şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar