Məhkəmə qərarları › İş №2-1(112)-3231/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3231/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3231/2020 23.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «doğum haqqında akt qeydinə düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, xx xxxxx 1985-ci il tarixli 1217 nömrəli doğum haqqında akt qeydinə düzəliş edilərək ad qrafasında Aysən olaraq qeydiyyatın aparılması, eyni zamanda həmin düzəlişə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X15 izahatında bildirdi ki, iddiaçı xx xxxx 1985-ci ildə anadan olmuşdur. Bununla əlaqədar xx xxxxx 1985ci il tarixli 1217 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Həmin akt qeydindən də göründüyü kimi iddiaçının soyadı Bayramova, adı Aysana, ata adı Ədalət olaraq qeyd edilmişdir. Lakin doğum haqqında akt qeydində yanlışlığa yol verilmişdir. Buna baxmayaraq, akt qeydindən başqa bütün digər sənədlərdə ad qrafasında Aysən olaraq qeyd edilmişdir. İddiaçı doğum haqqında şəhadətnamənin verilməsi xahişi ilə Cavabdehnə müraciət etmiş, lakin sənədlərdə ziddiyyət olduğundan doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda bütün sənədlərdə, şəxsiyyət vəsiqəsi, ümmvətəndaş pasportu, nikah haqqında şəhadətnamə, diplom, uşaqların doğum haqqında şəhadətnamələrində iddiaçının adı Aysən olaraq qeyd edilir. Lakin doğum akt qeydində səhvən Aysana yazıldığından zəruri olmasına baxmayaraq, iddiaçı yeni doğum haqqında şəhadətnamə ala bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi X5 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/76-46/15 saylı məktubunda qeyd olunur: Sizin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Cavabdeh tərəfindən tərtib edilmiş 1217 saylı, xx.xx.1985-ci il tarixli doğum haqqında akt qeydində adın “Aysana” yazılmasına baxmayaraq, şəxsiyyəti təsdiq edən sənəddə Aysən olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildiririk ki, sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında şəhadətnamənin verilməsi imkanımız xaricindədir. Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir. İş materiallarında olan ASAN1 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfındən xx xxxxxx 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 429980 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, X1, milliyyəti azərbaycanlı, anası X7, milliyyəti azərbaycanlı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1985-cı il tarixdə 1217 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1985-ci il tarixli 1217 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuşdur. X1, anası X7 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən xx xxx 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 660631 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 ilə X11 xx xxx 2011-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxx 2011-ci il tarixdə 535 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qədirov, arvada Qədirova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının pasportunun surətindən görünür ki, X11 xx.xx.1985-ci ildə doğulmuşdur. İş materiallarında olan X12 məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuşdur, ana qrafasında X11 qeyd olunmuşdur. İş materiallarında olan X14 məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2014-cü ildə Bakı şəhərində doğulmuşdur, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2001-ci ildə verilmiş B 402979 nömrəli Əsas təhsil haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 Bakı şəhəri Yasamal rayonu 53 nömrəli məktəbdə oxumuş və 2001-ci ildə təhsilini bitirmişdir. İş materiallarında olan Azərbaycan Tibb Universiteti tərəfindən xx.xx.2010-cu il tarixli BB-İ seriyalı 012043 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 2003-cü ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2009-cu ildə Pediatriya ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı (Aysana) Ədalət qızının cinayət təqibi və məhkumluğu barədə, habelə DİN tərəfindən «Giriş-çıxış və qeydiyyat» İAMAS-ın məhdudiyyət siyahısında heç bir məlumat yoxdur. Həmin məktubla məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, İddiaçı (Aysana) Ədalət qızının əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Qədirova (Bayramova) Aysən Ədalət qızının şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyindən qanunamüvafiq qaydada məhv edilmişdir. Həmin məktubla məhkəməyə təqdim edilmiş fərdi uçot kartoçkasının təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydiyyatdan keçirilməlidir; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən aparılır; 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər; 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən həyata keçirilir; 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir; 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir; 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı X2 Aqşin Tofiq oğlu ilə xx xxx 2011-ci il tarixdə nikaha daxil olmuşdur və nikah bağlandıqdan sonra ona «Qədirova» soyadı verilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı xx.xx.1985-ci ildə doğulmuşdur və bu barədə Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1985-ci il tarixli 1217 nömrəli doğum haqqında akt qeydində «Adı» qrafasında «Aysana» göstərilmişdir. Lakin iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində, bununula əlaqədar tərtib edilmiş fərdi uçot kartoçkasında, Azərbaycan Respublikası vətəndaşının pasportunda, nikah haqqında şəhadətnamədə, iddiaçının övladlarının doğum haqqında şəhadətnamələrində, iddiaçının orta məktəbi bitirməsi barədə şəhadətnamədə, ali təhsil haqqında diplomda iddiaçının adı «Aysən» qeyd edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, doğum haqqında akt qeydində məlumatlar Rus dilində yazılmışdır, buna uyğun olaraq «Adı» qrafasında da iddiaçının adı «Aysana» yazılmışdır. Cavabdeh orqan sənədlər arasında ziddiyyət olduğu üçün müraciətin təmin edilməsindən imtina etmişdir. Göründüyü kimi, iddiaçının bütün sənədlərində, o cümlədən şəxsiyyəti təsdiq edən sənədlərdə - şəxsiyyət haqqında məlumatlarda adı «Aysən» qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə tərtib edilmiş 1217 saylı iddiaçı X6 doğum haqqında akt qeydində düzəliş edilərək «uşaq haqqında məlumat» bölməsində «adı» qrafasında adının “Aysən” yazılması və həmin düzəlişə əsasən yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar