Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3233/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun akademik tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin A00032057 saylı, 09 sentyabr 2024-cü il tarixli imtina məktubunun əsassız sayılması, Rusiya Federasiyasının “Qeyri-kommersiya təyinatlı Milli Biznes İnstitutunda İddiaçı bakalavr diplomu üzrə hüquqşünaslıq ixtisası ali təhsilinin tanınması vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin diplomun akademik tanınması kimi dəyişdirilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi “diplomun akademik tanınması vəzifəsinin cavabdeh Təhsildə Keydiyyət Təminat Agentliyinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya oğlu Federasiyasının Moskva şəhərində Milli Biznes İnstitunda 2019-cu ilin sentyabr ayından 2023-cü ilin iyul ayına qədər “iqtisadiyyat idarəetmə və hüquq” fakültəsinin 40.03.01. kod üzrə “hüquqşünaslıq” ixtisası almışdır. Dövlət İmtahan Komissiyasının xx.xx.2023-cü il tarixli protokolu və əmri əsasında İddiaçı hüquqşünaslıq ixtisası üzrə bakalavr ali təhsil dərəcəsi üzrə qeydiyyat nömrəsi 38142 olan diplom və diploma əlavə verilmişdir. Təhsil forması elektron təhsil və distansion formada həm əyani, həm qiyabi olmuşdur. Qeyri-kommersiya təyinatlı “Milli Biznes İnstitutunun” xx.xx.2024-cü il tarixli arxiv arayışında İddiaçı distansion qaydada xx.xx.2023-cü ildə ali təhsil almışdır. Nizamnamə əsasında fəaliyyət göstərən Milli Biznes İnstitunun Rektorunun şəxsində İddiaçı ilə hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili üzrə pullu təhsil qaydalarına uyğun müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə təhsil müddəti 4 il 6 ay müəyyən edilmişdir. Təhsilin əyani və qiyabi olmasından asılı olmayaraq, tədris müqaviləsində distansion qaydada təhsil alınması müəyyən edilmişdir. Xarici ali təhsilə dair kvalifikasiyanın tanınması ilə bağlı İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizəsinə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyalarınm tanınması QaydalaıT’mn 3.10.1. bəndinə əsasən, imtina verilmişdir. Belə ki, həmin imtina sərhəd xidmətinin məlumatlarına əsaslanmışdır. Belə ki, iddiaçı bu imtinanı əsassız və qanunsuz saymışdır.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı Təhsildə X1rşı Rusiya Federasiyası Milli Biznes İnstitutu tərəfindən verilmiş “Hüquqşünaslıq” (bakalavr/əyani) üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2019/2020-ci tədris ili üzrə - 9 ay, 2020/2021-ci tədris ili üzrə - 5 ay 2 gün, 2021/2022-cu tədris ili üzrə - 8 ay 8 gün, 2022/2023-ci tədris ili üzrə - 7 gün. İddiaçının cavabdeh orqana təqdim etdiyi diplom əlavəsinin 4.1-ci bəndindən məlum olur ki, onun təhsilalma forması əyanidir. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh hesab edir ki, imtina qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır.
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyaları tanınması Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilir. Sözügedən qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.1-ci bəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalan”nın 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramrnın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramrnın 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarf'nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı mülahizədə qeyd edilmişdir ki, iddiaçı Agentliyə elektron ərizə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixində müraciət etdiyindən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması icraatı həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları''na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilmişdir. Bu Qaydaların 4.1.4-cü yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ərzində müvafiq kvalifıkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında əks olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalan"nm 3.2.2-ci yarımbəndinə əsasən əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramımın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Müvafiq iş ilə bağlı xx.xx.2025-ci il tarixli 2-1(102)-111/2025 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X3 Təhsildə X1rşı iş üzrə qurumun lehinə qərar qəbul etmişdir. Həmin qərarın 37 ci bəndinə nəzər yetirdikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati Kollegiyasının oxşar işlər üzrə (əyani təhsilalma formasına nisbətdə) xx.xx.2022-ci il tarixli, 2-1 (102)-144/2022 nömrəli Qərarına istinad edilmişdir. Həmçinin iddiaçı ilə eyni ildə eyni universitetdə tədris almış digər vətəndaş X6 2022 - 2023 cü il tədris prossesi dövründə 22 gün təhsil aldığı ölkənin, Rusiya Federasiyasının ərazisində olmuşdur.
7. “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin “Xarici dövlətin ali təhsilə aid kvalifikasıyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarına əsasən ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan forma! təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023 cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalərınm tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən qərara alınmışdır ki, ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilsin.
8. Rusiya Federasiyası Ali təhsilin muxtar qeyri-kommersiya təşkilatı “Milli Biznes İnstutu” tərəfindən verilmiş 137724 ******* nömrəli (qeydiyyat nömrəsi: 38142), xx.xx.2023-cü il tarixli Bakalavr Diplomuna əsasən İddiaçı 40.03.01. Hüquqşünaslıq hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə Bakalavr 40.03.01. Hüquqşünaslıq ixtisası verilmişdir.
9. Ali Təhsil üzrə Muxtar Qeyri-Kommersiya Təşkilatı “Milli Biznes İnstutu” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 915AS/24 nömrəli Arxiv Arayışına əsasən “Milli Biznes İnstitutu” ANO AT-nin bu arxiv arayışı tələbə İddiaçı (vətəndaşlığı - Azərbaycan Respublikası) 2019cu ilin sentyabr ayından 2023-cü ilin iyul ayınadək İqtisadiyyat, idarəetmə və hüquq fakültəsində 40.03.01 Hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığı keçdiyi faktını təsdiq edir. Dövlət İmtahan Komissiyasının qərarı ilə (Dövlət İmtahan Komitəsinin 29 iyun 2023-cü il tarixli 2 nömrəli protokolu) İddiaçı 03/40/01 Hüquqşünaslıq ixtisası üzrə bakalavr ixtisası verilmişdir. Təlim başa çatdıqdan sonra yuxarıda göstərilən tələbəyə 137724 ******* qeydiyyat nömrəsi 38142 xx/xx/2023-cü il tarixli ali təhsil haqqında diplom və 137724 ******* nömrəli əlavə verilmişdir. Təhsil forması: əyani/qiyabi/tam ştatlı (elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməklə həyata keçirilir). 29 dekabr 2012-ci il tarixli 273-FZ nömrəli “Təhsil haqqında” Rusiya Federasiyası Federal Qanunun 16-cı maddəsinə və Rusiya Təhsil və Elm Nazirliyinin 23 avqust 2017-ci il tarixli, 816 nömrəli "Təhsil fəaliyyəti ilə məşğul olan təşkilatlar tərəfindən elektron təhsildən, təhsil proqramlarının həyata keçirilməsində distant təhsil texnologiyalarından istifadə Qaydasının təsdiq edilməsi haqqında" əmrinə əsasən İddiaçı ali təhsil proqramının 40.03.01 Hüquqşünaslıq ixtisası üzrə distant təhsil texnologiyalarından istifadə etməklə hazırlıq istiqaməti üzrə təhsil alıb. İddiaçı dövlət yekun attestasiyası 26 iyun 2023-cü il tarixindən 29 iyun 2023-cü il tarixədək ANO VO-nun yerləşdiyi yerdə "Milli Biznes İnstitutu": 111395. Moskva, st. Gənclər, 5. əyani formatda keçirilmişdir Akademik məzuniyyət: verilmir Qəbul haqqında əmr: 21 sentyabr 2019-cu il tarixli 221/c-19 (1-ci kurs üçün); Təhsil formasının dəyişdirilməsi haqqında əmr: 27 dekabr 2022-ci il tarixli 295/c-22 (əyani-qiyabi təhsildən əyani təhsilə keçid) Xaric etmə əmri: xx/xx/2023-cü il tarixli 134/<-23 (təhsil müəssisəsini bitdirdikdə).
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, sonuncu tədris ilində Rusiya Federasiyasında olmamasının səbəbi Rusiya-Ukrayna münaqişəsi ilə bağlı olmuşdur. Belə ki, həmin dövrdə Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar bir çox xarici tələbələr universitet tərəfindən ölkəsinə geri qaytarılmışdır.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçı Rusiya Federasiyasında Moskva şəhərində təhsil almışdır və Moskva şəhəri Rusiya-Ukrayna münaqişəsi dövründə münaqişə zonasına daxil olmamışdır.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
13. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
14. Odur ki, hazırki iddia zahirən məcburetməyə dair iddia olsa da, məhkəmə hesab edir ki, tələb şəxsin həyatı boyu onu müşayiət edən hüququn təmin edilməsi ilə bağlı olduğundan öhdəliyin icrasına dair iddiadır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir.
17. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
18. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
19. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.
20. Qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: 1.1. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 21.2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərman ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180- 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
24. Rusiya Federasiyası Ali təhsilin muxtar qeyri-kommersiya təşkilatı “Milli Biznes İnstutu” tərəfindən verilmiş 137724 ******* nömrəli (qeydiyyat nömrəsi: 38142), xx.xx.2023-cü il tarixli Bakalavr Diplomuna əsasən İddiaçı 40.03.01. Hüquqşünaslıq hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə Bakalavr 40.03.01. Hüquqşünaslıq ixtisası verilmişdir.
25. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının son tədris ili ərzində (2022/2023-ci tədris ili üzrə) təhsil aldığı ölkədə (Rusiya Federasiyasının ərazisində) cəmi 7 gün olduğunu qeyd etmiş və bu fakt əsasında tədris normativlərinə uyğun olmayan iştirak səbəbilə diplomun tanınmasından imtina etmişdir.
26. Məhkəmə hesab edir ki, cavabdeh orqanın mövqeyinə uyğun olaraq iddiaçının təhsil prosesindəki ümumi iştirakı nəzərə alınmadan son tədris ilində təhsil aldığı ölkədə qısa müddət olması faktına əsaslanılması hazırki işin hallarına münasibətdə hüquqi və faktiki baxımdan ədalətli və mütənasib deyil.
27. Məhkəmə nəzərə alır ki, ədalətlilik prinsipinin təməlində duran əsas anlayışlardan biri fərdi hallara qiymət verilməsi zərurətidir. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı Rusiya Federasiyasında təhsil aldığı ilk üç tədris ili ərzində (2019/2020-ci tədris ili üzrə, 2020/2021-ci tədris ili üzrə və 2021/2022-ci tədris ili üzrə) təhsil prosesində ardıcıl və uzunmüddətli şəkildə iştirak etmişdir. Eyni zamanda iddiaçının təhsil müəssisəsinin daxili qaydalarına və dövlət standartlarına uyğun olaraq təhsilini uğurla tamamladığı hüquq müəyyənedici sənədlərlə təsdiqlənir. Bu müddət ərzində onun akademik fəaliyyətinin keyfiyyəti və yekun attestasiyanın alınması, onun təhsil proqramını tam mənimsədiyi və müvafiq biliklərə malik olduğunu göstərir. Bu baxımdan yalnız sonuncu tədris ilindəki qısa müddətli iştirakın bütün tədris prosesinin mənimsənilməsi və keyfiyyətinə mənfi təsir göstərməsi ağlabatan deyil.
28. Məhkəmə hesab edir ki, üç tədris ili ərzində təhsil prosesində davamlı iştirak etmiş şəxsin dördüncü ildə qısa müddətli iştirakına görə diplomun akademik tanınmasından imtina edilməsi tələbənin təhsil prosesində uzunmüddətli iştirakının və əldə etdiyi akademik nəticələrin inkar edilməsi ilə nəticələndiyindən iddiaçının konkret fərdi situasiyasına münasibətdə ədalətli deyil.
29. Məhkəmə eyni zamanda nəzərə alır ki, mütənasiblik prinsipi inzibati orqanların tətbiq etdiyi tədbirlərin qanuni məqsədə uyğun, eyni zamanda şəxsin hüquqlarına mümkün olan ən az müdaxilə edən üsulla həyata keçirilməsini tələb edir. Hazırda işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə (kvalifikasiyanın tanınmasında əsas məqsəd şəxsin həmin ixtisas (təhsil proqramı) üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər bilik və bacarıqları mənimsəmiş olduğuna əmin olmaqdır) mütənasib deyil. Belə ki, dörd illik təhsil müddətində 3 il ərzində davamlı iştirak göstərmiş bir tələbənin son tədris ilində qısa müddətli iştirakına görə təhsili mənimsəməməsi ehtimalı ilə ümumi tədris prosesini təsdiqləyən diplomun tanınmasından imtina edilməsi müvafiq tədbirin tətbiqi ilə bağlı ziddiyyət təşkil edir.
30. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil müddətinin əhəmiyyətli hissəsi Covid-19 pandemiyası ilə eyni vaxta təsadüf edir. Qlobal miqyasda olduğu kimi, iddiaçının təhsil aldığı Rusiya Federasiyasında da ali təhsil müəssisələri həmin dövrdə tədris prosesinin elektron və distant formada həyata keçirməyə məcbur olmuşdur. Bu konteksdə tələbənin (iddiaçının) həmin dövrdə təhsil prosesində fasiləsiz iştirakı onun tədris proqramına məsuliyyətli münasibətini, eləcə də təhsil prosesindən yayınma niyyətinin olmadığını sübuta edir.
31. Məhkəmə digər tərəfdən nəzərə alır ki, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, sonuncu tədris ilində Rusiya Federasiyasında olmamasının səbəbi Rusiya- Ukrayna münaqişəsi ilə bağlı olmuşdur. Belə ki, həmin dövrdə Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar bir çox xarici tələbələr universitet tərəfindən ölkəsinə geri qaytarılmışdır.
32. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən qeyd olunan arqumentə münasibət bildirərək izahatında qeyd etmişdir ki, iddiaçı Rusiya Federasiyasında Moskva şəhərində təhsil almışdır və Moskva şəhəri Rusiya-Ukrayna münaqişəsi dövründə münaqişə zonasına daxil olmamışdır.
33. Məhkəmə müvafiq halla bağlı qeyd edir ki, Rusiya-Ukrayna münaqişəsinin nəticələri yalnız döyüş əməliyyatlarının birbaşa baş verdiyi ərazilərlə məhdudlaşmır. Rusiya Federasiyası ilə Ukrayna arasında davam edən hərbi münaqişə beynəlxalq sanksiyalar, hava yollarının bağlanması, logistika və təhlükəsizlik risklərinin artması və diplomatik qeyri-müəyyənliklər xarici vətəndaşlar üçün Rusiya ərazisinə daxilolmasını və orada uzun müddət qalmanı çətinləşdirə biləcəyini inkar etmək mümkün deyil. Tələbənin ölkədə fiziki olaraq uzun müddət qala bilməməsi onun şəxsi iradəsi və təhsildən yayınması deyil, obyektiv şəraitin və beynəlxalq vəziyyətin nəticəsi olmuşdur.
34. Odur ki, məhkəmə hesab edir ki, belə bir şəraitdə tələbənin (iddiaçının) təhsil prosesində iştirak etməməsi onun təhsil prosesindən yayınması kimi deyil, özündən asılı olmayan səbəblərlə iştirak imkanlarının məhdudlaşması kimi qiymətləndirilə bilər.
35. Məhkəmə xüsusilə qeyd edir ki, İddiaçı iddia tələbini dəqiqləşdirərək Rusiya Federasiyası Ali təhsilin muxtar qeyri-kommersiya təşkilatı “Milli Biznes İnstutu” tərəfindən verilmiş 137724 ******* nömrəli (qeydiyyat nömrəsi: 38142), xx.xx.2023-cü il tarixli Bakalavr Diplomunun akademik tanınmasını tələb etmişdir.
36. 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərman ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 5.2. Akademik tanınma üzrə ümumi tələblər nəzərə alınmaqla, kvalifikasiyanın Milli Kvalifikasiyalar Çərçivəsinə uyğunluğu aşağıdakı qaydada müəyyən edilir: 5.2.1. müvafiq kvalifikasiya üzrə təlimin nəticələrinin Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyalar (təhsil proqramları) üzrə nəzərdə tutulmuş təlimin nəticələrinə uyğunluğu; 5.2.2. kvalifikasiyaların Milli Kvalifikasiyalar Çərçivəsindəki səviyyə deskriptorları ilə uyğunluğu. 5.3. Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 4-cü və 5-ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində (əsas (baza ali) tibb təhsilinə) təhsilini davam etdirmək hüququ verilir. 5.4. Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 6-cı və 7-ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasında ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək hüququ verilir.
37. Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə 30 sentyabr 1997-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasının Qanununa əsasən 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir.
38. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1 maddəsinə əsasən, (1) tərəfdaşların hər hansı birinin verdiyi ixtisasların sahibləri həmin ixtisasların qiymətləndirilməsi üçün müvafiq orqana xahişlə müraciət etmək baxımından lazımi buraxılışa malikdirlər. (2) Bu zaman müraciət edənin hər hansı əlamətinə, cinsinə, irqinə, dərisinin rənginə, əlilliyə, dilinə, dininə, siyasi və ya digər inamlarına, milli, etnik, yaxud sosial mənşəyinə, milli azlıqlara mənsub olmasına, mülkiyyət, zümrə və ya digər vəziyyətinə, eləcə də tanınması istənilən ixtisasların dəyərinə aid olmayan hər hansı digər vəziyyətlərlə əlaqədar əlamətlərə görə heç bir diskriminasiyaya yol verilmir. Həmin hüququn yerinə yetirilməsi məqsədilə hər bir tərəfdaş ixtisasların tanınması haqqındakı ərizələrin yalnız qazanılmış bilik və vərdişlər əsasında baxılması üçün uyğun tədbirlər görülməsini təmin edir.
39. “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsi (Qiymətləndirmə Meyarları)
32. Xarici ixtisasların tanınması müxtəlif məqsədlər üçün istənilə bilər. Qiymətləndirmə tanınma tələb olunduğu məqsəd(lər)i lazımi qaydada nəzərə almalı və tanınma bəyannaməsi bəyanatın etibarlı olduğu məqsəd(lər)i aydınlaşdırmalıdır.
36. Təxminən bərabər səviyyəli keyfiyyətlər, məzmun, profil, iş yükü, keyfiyyət və öyrənmə nəticələri baxımından fərqlər göstərə bilər. Xarici ixtisasların qiymətləndirilməsində bu fərqlər əsnək şəkildə nəzərdən keçirilməli və yalnız tanınma tələb olunduğu məqsəd baxımından əhəmiyyətli fərqlər (məsələn, akademik və ya de fakto peşəkar tanınma) xarici ixtisasın qismən tanınmasına və ya tanınmamasına gətirib çıxarmalıdır.
36-cı və 37-ci paraqraflar barədə İzahedici Memorandumdan:
Qismən tanıma və ya tanınmamağa gətirib çıxara biləcək "əhəmiyyətli fərqlər", geniş anlamda tanınma tələb olunduğu məqsəddən, məsələn, əlavə təhsil almaq üçün tanınmaqdan və ya tənzimlənməmiş bir peşə fəaliyyətlə məşğul olmaqdan asılı olacaqdır. Bəzi kontekstlərdə geniş əsaslı təhsil arzu oluna bilər, digər kontekstlərdə isə qənaətbəxş dərəcədə ixtisaslaşma tələb oluna bilər.
Öyrənmənin nəticələrinin nümunələri aşağıdakılardan biri və ya bir neçəsi ola bilər: (a) müəyyən bir mövzu haqqında geniş məlumat; (b) müəyyən bir mövzuda tədqiqat nəticələrinin anlaşılması; (c) problemləri təhlil etmək və həll etmək bacarığı; (d) müxtəlif şəkildə təsirli - şifahi və yazılı ünsiyyət qurma bacarığı mürəkkəb məsələlər üzrə qruplar; (e) tədqiqat nəticələrini müntəzəm bacarıqlarla və sabit bir sahədə tətbiq etmək bacarığı; (f) tədqiqat nəticələrini tətbiq etmək və müntəzəm bacarıqları yeni uyğunlaşdırma bacarığı domenlər; (g) tədqiqat aparmaq bacarığı; (h) ziddiyyətli nəzəriyyələri və ya paradiqmaları ayırd etmək qabiliyyəti; (i) istismar müddətində müəyyən bir peşə və ya peşə ilə məşğul olmaq bacarığı, idarəetmə və ya texnoloji inkişaf səviyyəsi.
37-ci paraqraf qiymətləndirmənin alternativ, qismən və/və ya şərti tanınmanın verilə biləcəyi halları, şərtləri və qaydaları müəyyənləşdirir.
“Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in Vİ hissəsi (Qiymətləndirmənin nəticəsi):
43. Milli qanun və təcrübədən asılı olaraq, xarici ixtisas dərəcəsinin qiymətləndirilməsinin nəticəsi aşağıdakı formada ola bilər: (a) tanınma qərarı; (b) daha sonra tanınma qərarı verəcək başqa bir quruma məsləhət; (c) ərizəçiyə və ya aidiyyəti ola biləcəyi bir şəxsə (məsələn, mövcud və ya gələcək işəgötürənlər, ali təhsil müəssisələri və s.) xarici ixtisasın tanınma tələb olunduğu ölkədə oxşar keyfiyyətlərlə müqayisə edilməsini təmin edən, rəsmi olmadan tanınma qərarı; (d) ərizəçiyə verilən hər hansı digər məsləhət. Ərizəçi aldığı qiymətləndirmənin vəziyyəti barədə məlumatlandırılmalıdır.
44. Ərizəçinin tələbinə uyğun olaraq tanınma mümkün olmadıqda, səlahiyyətli tanınma orqanı ərizəçiyə sonrakı mərhələdə tanınması üçün həyata keçirə biləcəkləri tədbirləri göstərməklə həll yolunun müəyyən edilməsində kömək etməlidir.
43-cü paraqraf barədə İzahedici Memorandumdan:
Bu bənddə göstərilən göstəricilər sonrakı mərhələdə tanınma şanslarını artırmaq üçün əlavə təhsil almaq üçün müraciət edə biləcək şəxslərə aiddir. Səlahiyyətli tanınma orqanları, alınacaq tədbirlər haqqında mümkün qədər dəqiq göstəricilər əldə edərək bu müraciət edənlərə kömək etməli və ya müvafiq olaraq ərizəçiləri aidiyyəti yazılı məlumat və ya ali təhsil müəssisələrindəki və ya digər qurumlardakı əlaqəli şəxslər barədə məlumatlandırmalıdırlar.
40. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.5 maddəsinə əsasən, tanınma haqqında qərar onu (tanınmanı) həyata keçirən səlahiyyətli orqanlar tərəfindən müəyyənləşdirilmiş müvafiq müddətlərdə, bu və ya digər sorğuya dair bütün lazımlı məlumatlar təqdim edildiyi vaxtdan hesablanaraq qəbul edilir. Əgər tanınma rədd olunmuşdursa, onun səbəbləri izah edilir və sonrakı mərhələdə tanınmanın alınması məqsədilə müraciət edənin daha hansı imkanlardan istifadə edə biləcəyi barədə məlumatlar onun nəzərinə çatdırılır. Əgər tanınma rədd edilmişsə, yaxud heç bir qərar verilməmişsə, müraciət edən müvafiq müddətlərdə şikayət edə bilər.
41. Qeyd edilənlərə əsasən məhkəmənin qənaəti ondan ibarətdir ki, tanınma bir prosedur olmaqla bir dəfə rədd qərarı verməklə tamamlanmış hesab edilməməli, tanınmanın sonrakı mərhələdə təmin edilməsi üçün mümkün imkanlar nəzərdən keçirilməli və ərizəçiyə izah edilməlidir. “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”dən gə göründüyü kimi ərizəçinin tələbinə uyğun olaraq tanınma mümkün olmadıqda, səlahiyyətli tanınma orqanı ərizəçiyə sonrakı mərhələdə tanınması üçün həyata keçirə biləcəkləri tədbirləri göstərməklə həll yolunun müəyyən edilməsində kömək etməlidir. Bu, əlavə təhsilə, kurslara cəlb etmək, çatışmazlıq hesab edilən halların aradan qaldırılmasında məsləhət(lər) vermək (və ya hazırkı halda olduğu kimi ərizəçinin diplomunun peşə tanınmasını təmin etməsi üçün sonradan Agentliyin (cavabdeh qurumun) sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması)) şərtində ifadə oluna bilər.
42. Belə ki, Qaydaların (Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları) 6.2-ci bəndinin (Peşə tanınması) 2-ci cümləsinə əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
43. Yəni hazırkı halda iddiaçının diplomunun akademik tanınması nəticəsində iddiaçının növbəti pillədə (magistr) təhsilini davam etdirməsi üçün də, ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olması üçün də imtahanlarda müvəffəqiyyət qazanması tələb olunur.
44. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Rusiya Federasiyası Ali təhsilin muxtar qeyri-kommersiya təşkilatı “Milli Biznes İnstutu” tərəfindən İddiaçı verilmiş 137724 ******* nömrəli (qeydiyyat nömrəsi: 38142), xx.xx.2023-cü il tarixli Bakalavr Diplomu üzrə aldığı ixtisasın (40.03.01. Hüquqşünaslıq) Azərbaycan Respublikasının ərazisində akademik tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməlidir.
45. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
46. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
48. İPM-in 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
49. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Rusiya Federasiyası Ali təhsilin muxtar qeyri-kommersiya təşkilatı “Milli Biznes İnstutu” tərəfindən İddiaçı verilmiş 137724 ******* nömrəli (qeydiyyat nömrəsi: 38142), xx.xx.2023cü il tarixli Bakalavr Diplomu üzrə aldığı ixtisasın (40.03.01. Hüquqşünaslıq) Azərbaycan Respublikasının ərazisində akademik tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva