Məhkəmə qərarları › İş №2-1(112)-3234/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3234/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3234/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiаçı X10 oğlunun cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına) qarşı “pensiyadan tutulmaların dayandırılması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 oğlu cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı məhkəməyə müraciət edərək, pensiyasından tutulmaların dayandırılmasının və həmçinin pensiyadan tutulan 1149.38 manat pulun ona qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 03.07.1980-ci ildən-10.02.1981ci il tarixə qədər Saatlı rayon Statistika idarəsində iqtisadçı işləmişdir. 11.02.1981-ci ildən- 16.01.1994-cü il tarixə qədər Saatlı rayonu Qaracalar kəndində olan "Şən həyat” kolxozunda əmək üzrə iqtisadçı işləmişdir. 16.01.1994-cü ildən-29.06.2017-ci il tarixə qədər Saatlı rayonu Qaracalar kənd İƏD-si üzrə İcra Nümayəndəsinin müavini işləmişdir. 19 iyun 2017-ci il tarixdə ona İİ qrup əlillik təyin edildi. Ona görə də işdən çıxmış və 2 il ikinci qrup əlil olaraq pensiya almışdır. 30 iyun 2019-cu ildə əlilliyi əsassız hesab edilərək, pensiyasını dayandırdılar. Bundan sonra 01 yanvar 2020-ci il tarixə qədər pensiya almamışdır. 01 yanvar 2020-ci il tarixdə əmək pensiyasına çıxmış, heç bir məhkəmə qərarı olmadan, xəbərdarlıq edilmədən və həmçinin ona məlumat verilmədən 2020-ci ilin may ayında pensiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial tərəfindən tam tutulmuşdur. 2020-ci ilin dekabr ayına qədər ümumilikdə pensiyasından 1149.38 manat tutulmuşdur. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının 01.07.2020-ci il tarixli müraciəti Mərkəzi Filial tərəfindən **********0 nömrəsi ilə qeydə alınmışdır. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 1 yanvar 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.11.2-ci maddələrinə əsasən 23 il 5 ay dövlət qulluq stajınıza uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (848,58 manat) 75,25 faizi- 638,56 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilir ki, İddiaçı 19 iyun 2017-ci il tarixində təyin edilmiş İİ qrup əlillik 30 iyun 2019-cu il tarixindən etibarsız sayılmışdır. Bu səbəbdən 19.06.2017- 30.06.2019-cu il tarixləri arasındakı dövr ərzində Fondun Saatlı rayon şöbəsi tərəfindən ona 11080,72 manat məbləğində artıq vəsait ödənilmişdir. Həmin məbləğin 896,38 manat hissəsi 2020-ci ilin may, iyun, iyul aylarında əmək pensiyasından tutulmuş, qalan 10184,34 manat hissəsi isə 20.05.2020-ci il tarixində Mərkəzi Filiala daxil olmuş, **********7 nömrəsi ilə qeydə alınmış ərizəsinə əsasən həmin ilin avqust ayından etibarən hər ay 63,25 manat olmaqla əmək pensiyasından tutulur. İddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın nümayəndəsi X7 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. AZE № 0******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu xx.xx.1955-cı il tarixdə Saatlı rayonunda anadan olmuşdur. İddiaçı Saatlı rayonu, Qaracalar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin **********3 nömrəli 27 avqust 2020-ci il tarixli imtina məktubundan görünür ki, ona 19 iyun 2017-ci il tarixində təyin edilmiş İİ qrup əlillik 30 iyun 2019-cu il tarixindən etibarsız sayılmışdır. Bu səbəbdən 19.06.2017-30.06.2019-cu il tarixləri arasındakı dövr ərzində Fondun Saatlı rayon şöbəsi ona 11080,72 manat məbləğində artıq vəsait ödənilmişdir. Həmin məbləğin 896.38 manat hissəsi cari ilin may, iyun, iyul aylarında əmək pensiyasından tutulmuş, qalan 10184,34 manat hissəsi isə ərizəsinə əsasən cari aydan etibarən hər ay 63.25 manat olmaqla əmək pensiyasından tutulur. İşdə olan iddiaçının İT-İ-0630198 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -03.07.1980-ci ildən 10.11.1981-ci ilədək Saatlı rayon Statistika idrəsində iqtisadçı vəzifəsində işləmişdir; -11.02.1981-ci ildən 16.01.1994-ü ilədək Saatlı rayonunun “Şən Həyat” kolxozunda iqtisadçı; -16.01.1994-cü ildən 29.06.2017-ci ildən Saatlı rayonunun İcra Hakimiyyəti Başçısının Qaracalar kənd İ.Ə.Sahəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Saatlı şöbəsinin 320748 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, 30 iyun 2017-ci il tarixdən İddiaçı əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X8 pensiyasının yenidən hesablanması haqqında 03 fevral 2021-ci il tarixli **********9 nömrəli qərarına əsasən İddiaçı yaşa görə 01.01.2020-ci il tarixdən pensiya təyin edilmiş, pensiya məbləği 639.13 manat təşkil etmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 iyun 2021-ci il tarixli **********3 nömrəli cavab məktubundan görünür ki, X3 19 iyun 2017-ci il tarixində təyin edilmiş İİ qrup əlillik 30 iyun 2019-cu il tarixindən etibarsız sayılmışdır. Bu səbəbdən 19.06.2017-30.06.2019-cu il tarixləri arasındakı dövr ərzində Fondun Saatlı rayon şöbəsi ona 11080,72 manat məbləğində artıq vəsait ödənilmişdir. Həmin məbləğin 896.38 manat hissəsi cari ilin may, iyun, iyul aylarında əmək pensiyasından tutulmuş, qalan 10184,34 manat hissəsi isə ərizəsinə əsasən cari aydan etibarən hər ay 63.25 manat olmaqla əmək pensiyasından tutulur. İşin müəyyən edilmiş edilmiş hallarından görünür ki, 19 iyun 2017-ci il tarixdə iddiaçıya İİ qrup əlilliyə görə pensiya təyin edilmiş, sonra isə 30 iyun 2019-cu il tarixdə cavabdeh orqanı tərəfindən dayandırılmış və 11080,72 manat məbləğində artıq ödənilmiş məbləğ tələb edilmişdir. Cavabdeh orqanın əlilliyə görə pensiyanın dayandırılmasının səbəbi odur ki, iddiaçıya ümumiyyətlə əlilliyə görə pensiya təyin olunmamalı idi. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsində İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün mütləq olan iki şərtdən biri - əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərtinin ödənilməməsini təsdiq edir ki, bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. “Əmək pensiyaları haqqında” Qanununun 12.1-ci maddəsinə əsasən əilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin qanunun 13.2-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyasıüçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Həmin qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1.əmək kitabçası; 4.3.1. Əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir. 4.3.2. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 4.3.3. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz. 4.3.4. Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əməkfəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçıya 2017-ci ildə ikinci qrup əlillik təyin edildiyini müəyyən etmişdir. Bu halda iddia tələbinin hüquqi əsasını təşkil edən norma “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasıdır. Həmin normaya əsasən əlilliyə görə pensiya təyin olunması üçün: 1. İddiaçının əlil olması; 2. İddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması zəruridir. Bu şərtlər əsasında işin halları araşdırıldıqda görünür ki, iddiaçının hazırda əlil olması barədə sübut işə əlavə olunmamışdır. Belə ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na «Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavəyə görə, əlilliyə görə pensiya təyin edilməsi üçün şəxsin əlilliyini sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən TSEK qərarı təqdim edilməlidir Qaydaların bu tələbi ondan irəli gəlir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.3-cü maddəsinə görə şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsində deylilr ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. İş materiallarına iddiaçının əlilliyinin təyin edilməsi müəyyən edilmir və məhkəmə iclasında da buna dair heç bir sübut təqdim edilməmişdir. İşin bu halı onu deməyə əsas verir ki, iddia tələbinin təmin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasında nəzərdə tutulan 1-ci dispozisiya şərti - iddiaçının əlil olması müəyyən edilmir. Bu şərtin ödənilməməsi, iddianın rədd olunması üçün müstəqil əsasdır. Odur ki, Məhkəmə hesab edir ki, cavabdeh əsaslı olaraq iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişini dayandırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilə Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar