Məhkəmə qərarları › İş №2-1(112)-3236/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3236/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3236/2020 25.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçılnın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların ləğv edilməsi, müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıl cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların ləğv edilməsi, “müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı, 13 dekabr 2019-cu il tarixdə cavabdeh təşkilata müraciət edərək 07 iyul 1986-cı il təvəllüdlü X4 ilə 28 noyabr 2019-cu il tarixdə nikaha daxil olmağını nəzərə almaqla onun müvəqqəti qeydiyyata alınmağı barədə müraciətinə baxılmış və xidmət rəisinin müavini 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev tərəfindən imtina olunaraq bu barədə ******* №-li 10 yanvar 2020-ci il tarixdə müvafiq qarar qəbul edilməsi ilə imtina olunmuşdur. İmtinanın səbəbi ondan ibarət olmuşdur ki, onunla X5 nikaha daxil olduqdan sonra onu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə dəvət edilməsi və sonradan hədə qorxu gələrək ondan 28 noyabr 2019-cu il tarixli nikahın bağlanılmasının saxta olması barədə müvafiq ərizənin alınması və həmin ərizənin əsasında ona imtinanın formalaşması olmuşdur. Qeyd edir ki, X4 ilə internet vasitəsi ilə tanış olub bir müddət onunla danışıq etdikdən sonra o, iddiaçını Bakı şəhərinə dəvət edərək onunla ailə qurmağı təklif etmişdir. İddiaçı isə bu məqsədlə Bakı şəhərinə gəldikdən sonra onunla münasibətdə olub ailə münasibətlərinə daxil olmuşdur. Əlavə olaraq qeyd edir ki, onunla X4 arasında bağlanan nikah səmimi münasibətlərin nəticəsidir. Bu nikahın müvəqqəti qeydiyyat üçün bağlanılması cavabdeh təşkilat tərəfindən sübuta yetirilən hal ola bilməz və bu səbəbdən də hesab edir ki, 10 yanvar 2019-cu il tarixli, ******* №-li qərar ləğv edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti hesab edir ki, iddia tələbləri əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, iddiaçı X10 ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsin ölkə ərazisində yaşamasını qanuniləşdirmək üçün məqsədli şəkildə Azərbaycan Respublikasının vətəndaşı X6 ilə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olduqları müəyyənləşdirilmişdir. Dövlət Miqrasiya Xidmətinə təqdim edilən izahatdan və etiraza əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.1991 -ci il təvəllüdlü X10 xx.xx.1986cı il təvəllüdlü X4 ilə xx.xx.2019-cu il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuş, 7 gün sonra xx.xx.2019-cu il tarixdə Miqrasiya Məcəlləsinin 45.1.1-ci (Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir) maddəsinə uyğun olaraq müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə DMX-ya müraciət etmiş, şəxsin məqsədli şəkildə nikaha daxil olduğu müəyyən edildiyindən xx.xx.2020-ci il tarixli müraciətlərinə imtina verilmişdir. Hazırlıq icraatı mərhələsində iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, iddiaçı nümayəndəsini şifahi məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin «Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi haqqında» vəsatətin təmin edilməməsinə dair qərarını Azərbaycan Respublikasının vətəndaşı olan X4 adlı şəxslə nikaha daxil olduğu, aralarında səmimi münasbət olmasını əsas gətirərək razılaşmır və qərarın ləğv edilərək, ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı qərarın ləğv edilməsi və müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş ləğv edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat görünür ki, iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatlarda ziddiyətlər olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, - Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında Qərardan görünür ki, İddiaçıl qohumluq münasibəti əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə 13 dekabr 2019-cu il tarixdə müraciət etmiş, təqdim olunmuş sənədlərə əsasən şəxsin Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə alınması məqsədilə nikah bağladığı və Azərbaycan Respublikası ərazisində 19 fevral 2020-ci il tarixədək olduğu yer üzrə qeydiyyata alındığı müəyyən edilmişdir. Buna görə də Əfqanstan İslam Respublikası vətəndaşı P01507483 nömrəli pasporta malik olan İddiaçılının 13 dekabr 2019-cu il tarixli müraciətinin təmin edilməməsi, qərardadn onun hüququi qüvəyə mindiyi gündən 30 gün müddətinə inzibati və ya məhkəmə qaydasında şikayət vermə hüququ izah edilmişdir. - 5 saylı Bakı ASAN xidməti mərkəzinin qeydiyyt şöbəsi tərəfindən 28 noyabr 2019cu il tarixdə verilmiş AZ-İİ № 377163 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçıl arasında 28 noyabr 2019-cu il tarixdə nikah bağlanmışdır. - X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində verdiyi 29 dekabr 2019cu il tarixli izahatından müəyyən olnur ki, X1 vətəndaşı İddiaçıl 28 noyabr 2019-cu il tarixdə nikaha daxil olmuşdur. Lakin münasibətləri yalnız sənədlər üzərində olmuşdur. İddiaçıl onunla birgə dərzi işləyir, onun iş yoldaşıdır. Azərbaycanda müvəqqəti yaşamaq məqsədilə onunla nikaha daxil olmağı xahiş etmişdir. X2 ailəsi həmin nikahdan xəbərdar deyillər. Nikahın ləğv olunması üçün dərhal ASAN xidmət mərkəzinə müraciət edəcəkdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçıl Əfqanstan İslam Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikasında yaşamaq üçün icazə almaq məqsədilə Azərbaycan Respublikası vətəndaşı X4 ilə nikaha daxil olduqdan 7 gün sonra cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən müvafiq araşdırma aparılaraq iddiaçının ölkə ərazisində yaşamasını qanuniləşdirmək üçün məqsədli şəkildə X4 ilə nikaha daxil olduğu müəyyənləşdirilmiş və bu əsasla iddiaçının müraciətinin təmin edilməsindən haqlı olaraq imtina edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.0 və 45.0.1-ci maddələrinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Həmin Məcəllənin 46.1, 46.1.10 və 46.1.11-ci maddələrinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surətini (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla) təqdim etməlidirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Azərbaycan Respublikası ərazisində yaşamağa görə icazə almaq üçün nikaha daxil olduğunu, nikahın məqsədli şəkildə bağlandığını, əslində isə X4 ilə heç bir ər-arvad münasibətində olmadığı, onunla birgə təsərrüfat aparmadığını, ayrı-ayrı üvanlarda yaşadıqlarını nəzərə almayaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı qərarın ləğv edilməsi və ona müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını tələb edir. Lakin məhkəmə araşdırması nəticəsində yuxarda qeyd olunan xüsusatlara əsasən həmin qərarın qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyi və ləğv olunması üçün hər hansı əsasın olmadığı müəyyən edilmişdir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə ləğv edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarın ləğv edilməklə iddiaçıya Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmAlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar