Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3236/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı X3 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yaşayış üzrə qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birgə X1 ünvan 3 ünvanda yaşadığı üçün qohumu X2 məxsus evə qeydiyyata düşmək istəyir. Bu məqsədlə o, ərizə ilə 15.07.2021-ci il tarixdə Bakı şəhər Nizami rayon Polis İdarəsinə müraciət edib. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 15.07.2021-ci il tarixli, 087-18861-1221 saylı məktubla imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 13.01.2022-ci il tarixli 2-1(112)- 3236/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və 22.10.2021-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iş üzrə icraat 13 yanvar 2022-ci il tarixə təyin edilmiş və sonuncu dəfə 01.03.2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı 01.03.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanına qeydiyyata alındığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “Asan 2” Xidməti tərəfindən verilmiş 12.02.2022-ci il tarixli AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, 29.01.1952-ci il təvəllüdlü İddiaçı Sergeyevna ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdıraraq və sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı X3 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yaşayış üzrə qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3236/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3236/2022
01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver