Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3238/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mülkiyyət hüquqlarının qorunması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyətçi qismində hüquqlarının qorunması və faktiki pozulmasının qarşısının alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhər Cavabdeh hərəkətlərinin onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilərək, qanunsuz hesab edilməsi; ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətçisi olduğu daşınmaz əmlakın sökülməsi nəticəsində bərpa dəyəri həcmində, yəni 39.400 (otuz doqquz min dörd yüz) AZN məbləğində maddi zərərin (daşınmaz əmlakdakı payının dəyəri 38.400 (otuz səkkiz min dörd yüz), məişət texnikası və əşyalarının minimal dəyəri ən aşağı dəyərləndirmə ilə 1.000 (bir min) AZN və 50.000 (əlli min) AZN məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evin paylı mülkiyyətçilərindən biridir. Həmin daşınmaz əmlakın onunla yanaşı digər mülkiyyətçiləri X13 və X9r. Həmin daşınmaz əmlaka dair Bakı şəhəri İcra hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2010-ci il tarixli MA-0063654 nömrəli Qeydiyyat vəsiqəsi və xx.xx.2010-cu il tarixli **********87-1-3-1 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu ilə onların hər birinin mülkiyyət hüququ təsdiq edilir. Çıxarışa əsasən, ümumi sahəsi 85,1 kv. metr olan evin 1/2 hissəsinin 1/6 hissəsi onun mülkiyyətindədir. Həmçinin, həmin sənədə əsasən sözügedən daşınmaz əmlak 1,7 sot torpaq üzərində yerləşir və həmin torpaq onların istifadəsindədir. 2019-cu ilin sonunda Bakı şəhər Cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, kompensasiya qarşılığında mülkiyyətçilərdən biri olan Yaşar Əliyevin istifadə və mülkiyyət hüququna xitam verilməsi və mənzili boşaldılması barədə qərar çıxarılmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx xxxxx 2019-cu il tarixli qərarla Bakı şəhər Cavabdeh iddia ərizəsini təmin etmiş və “ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməsi və daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh X6 75.223 (yetmiş beş min iki yüz iyirmi üç) manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması qərara alınmışdır. Bu məhkəmə prosesindən və hüquqlarına toxunan məhkəmə qərarından nə onun, nə də digər mülkiyyətçi Aydan Əliyevanın məlumatı olmamış və onlar Yasamal RİH-nin iddia ərizəsi və onunla bağlı məhkəmə qərarı barədə yalnız may ayının sonunda təsadüf nəticəsində xəbər tutmuşlar. xx xxx 2020-ci il tarixdə cavabdeh Yaşar Əliyev Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından apelyasiya şikayəti vermiş, həmin şikayətə baxış zamanı o və digər mülkiyyətçi Aydan Əliyeva Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək həmin qərarla onların mülkiyyət hüquqlarının pozulmasını bildirib işə cəlb olunmaqlarını tələb etmişlər. Bakı Apelyasiya Məhkəməsi onların müraciətlərini nəzərə almamış, xx xxxxxxxx 2019-cu il tarixdə Yaşar Əliyevin apellyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını güvvədə saxlamışdır. Yaşar Əliyev AR Ali Məhkəməsinə kasasiya şikayəti vermiş, onunla yanaşı o, və digər paylı mülkiyyətçi Aydan Əliyeva da ərizə verərək onların da mübahisəli daşınmaz əmlakın mülkiyyətçiləri olduqlarını bildirmiş və hüquqlarının qorunması məqəsədi ilə işə cəlb olunmaqlarını tələb etmişlər. AR Ali Məhkəməsi də onların ərizələrini nəzərə almamış, Yaşar Əliyevin kassasiya şikayətini isə xx xxxxxx 2020-ci il tarixli qərarla rədd edib qərarı icraya yönəltmişdir. 10 gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə o, Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək mülkiyyət hüquqlarının qorunmasını və bərpaedilməz zərərin dəyməsinin qarşısının alınmasını xahiş etmişdir. Bununla yanaşı, xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəmədən xahiş etmişdir ki, Yasamal RİH-nə qarşı verdiyi həmin iddia ərizəsi üzrə yekun qərar qəbul edilənədək AR Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının icrası dayandırılsın və əmlakın sökülməsi qadağan edilsin. Məhkəmə həmin ərizəsi ilə bağlı heç bir tədbir görməmiş və ona ərizənin baxılıbbaxılmaması barədə ümumiyyətlə heç bir məlumat verilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonu İcra şöbəsinin əməkdaşları AR Ali Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərarının icrasına başlamışlar. O, icra məmurlarına Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi verilməsini bildirmiş və həmin ərizənin məhkəmə tərəfindən icraata götürülməsinə dair sənəd təqdim etmişdir. Buna baxmayaraq, ağır tikinti texnikası mülkiyyətçisi olduğu daşınmaz əmlakı onun payı hissəsinə dair heç bir məhkəmə qərarı olmadan sökməyə başlamışdır. O, evin sökülməsinə etiraz edərək, bildirmişdir ki, evin bir hissəsinin mülkiyyətçisidir, onun hissəsinə aid heç bir sökülmə ya mənzilin boşaldılması qərarı yoxdur və icraçıların bu hərəkətləri mülkiyyət hüququnun pozulması və onu özbaşına əmlakından məhrumetmədir və s. Həmçinin bildirmişdir ki, evin içində ona və digər mülkiyyətçilərə məxsus qiymətli əşyalar var, o cümlədən vəfat etmiş anasından yadigar qalan əşyaları, məişət texnikası və s. Ev sökülmüş və bütün əmlakları dağıntılar altında qalaraq məhv olmuşdur. Ev sökülən zaman evin içində olan əşyalar siyahıya alınmamışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X10 iddianı qəbul etməyərək, məhkəməyə təqdim etdiyi yazılı etirazda və izahatında göstərmişdir ki, Bakı şəhər Yasamal rayonu İcra hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 1 ünvanında yerləşən əmlaka yerində baxış keçirilmiş və həmin əmlakın İddiaçı, iddiaçının atası X4 və bacısı X7 mülkiyyətlərində olmuş sahələrə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq ümumi 75.223 manat məbləğində kompensasiya məbləği hesablanmışdır. Kompensasiya məbləğini almaqdan imtina etdikləri üçün Bakı şəhər Cavabdeh iddiaçının atası X6 qarşı “kompensasiya ödənilərək mənzilin boşaldılması” barədə iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2- 1(81)-1599/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı X6 75.233 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2-1(103)-1656/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il 2-1(102)-3155/2019 saylı qərar ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1 (103)-1656/2019 saylı qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Beləliklə, X14, X13 və İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2020-ci il tarixində AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanaraq, ünvan 1 ünvanında yerləşən paylı əmlakın 14 hissənin qalan hissəsindən 4/6 hissəsinə görə X6, 14 hissənin qalan hissəsindən 1/6 hissəsinə İddiaçı və 14 hissənin qalan hissəsindən 1/6 hissəsinə görə X11 ümumi 60.223 manat kompensasiya məbləği ödənilmişdir. 75.223 manat kompensasiya məbləğindən qalan 15.000 manat kompensasiya məbləği xx xxxx 2020-ci il tarixində Cavabdeh ilə həmin ünvanda qeydiyyatda olmaqla uzun müddət istifadə edən X5 arasında bağlanmış müqaviləyə əsasən həmin şəxsə ödənilmişdir. Budan başqa, Cavabdeh ilə X13, İddiaçı və X14 arasında bağlanılmış xx xxxx 2020-ci il tarixli maddi yardım haqqında razılaşmaya əsasən mülkiyyətçilərə kompensasiya məbləğindən əlavə olaraq 15.469 (on beş min dörd yüz altmış doqquz) manat 50 (əlli) qəpik məbləğində pul ödənilmişdir. Bütün bu faktları İddiaçı öz iddia ərizəsində bir daha təsdiq edərək etiraf etmişdir. Bundan əlavə, iddiaçının məişət texnikası və əşyaların məhv olunmasına görə zərərin ödənilməsi, eyni zamanda mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi də əsassız hesab edilməlidir, çünki bunu əks etdirən hər-hansı sübut mövcud deyil. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli Qərarının 8ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçının paylı mülkiyyətində olmuş əmlaka görə iddiaçıya və digər mülkiyyətçilər olan iddiaçının atası X6 və bacısı X11 qanuna müvafiq ədalətli məbləğdə kompensasiya ödənilmişdir. Lakin, bunlara baxmayaraq iddiaçı və onun ailə üzvü olan Əliyeva Aydan Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək əlavə kompensasiya məbləğinin onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məlumat üçün bildirilir ki, iddiaçı notarial qaydada verdiyi ərizəyə əsasən dövlət ehtiyacları üçün alınanadək onların sahib olduqları yaşayış obyektləri ilə əlaqədar hər hansı digər tələblərinin olmayacaqlarını, həmin obyektlərlə bağlı məhkəmədə və digər dövlət qurumları qraşısında hər hansı iddia qaldırmayacaqlarını və bununla bağlı dövlət orqanlarına, mətbu orqanlarında, qeyrihökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayətlərinin olmayacaqlarını və müraciət etməyəcəkləri barədə öhdəlik götürmüşdürlər. Nəticə etibarı ilə, iddiaçı mübahisəli sahəni alqı-satqı müaqaviləsi əsasında Cavabdeh xeyrinə özgəninkiləşdirmişdir. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. AR Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Qanunvericiliyin norması onu deməyə tam əsas verir ki, məbləğindən asılı olmayaraq əqdi imzalanmış tərəf özünün iradəsini ifadə etmiş və bununla da onu mübahisələndirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müqavilə (əqd) üzrə narazılığını ifadə edən şəxs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahisələndirə bilər. Bu zaman isə hüquqi prosedur kimi əsas məqam AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin aldıqlarını bir-birinə tam qaytarılması prosedurudur. Başqa sözlə, işin bu halında iddiaçı aldığı pulu tam şəkildə geri qaytardıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır. Hazırda isə belə hal baş verməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən dövlət ehtiyacı üçün alınmanın təsirinə düşən ünvanlarda yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən mübahisə predmeti olan əmlaklar Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarın təsirinə düşür. İddia ərizəsində qeyd olunan tələblər inzibati icraat qaydalarına müvafiq olan iddia növünə aid olmadığından bu cür iddia tələbi inzibati icraat qaydasında baxıla bilməz. Bundan başqa, etiraza əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-209/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1 -ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid olmadığından mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AA******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1994-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MA seriyalı ******* saylı “Çıxarış”ının surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında ½ hissə X2, ½ hissədən 8.2 kv.m olan 1 otaq X8, qalan ½ hissənin 4/6 hissəsi X4, 1/6 hissə İddiaçı, 1/6 hissə X7 adına qeydiyyata alınmış, bu barədə **********87-10301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. AN-İ seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, X1, İddiaçı və X14 özlərinə məxsus ünvan 3 ünvanının ½ hissəsinin müvafiq olaraq 4/6, 1/6 və 1/6 hissələrini ümumilikdə 60.223 (altmış min iki yüz iyirmi üç) manat müqabilində Bakı şəhər Cavabdehnə satmışdır. X1, İddiaçı və X14 həmçinin notarial qaydada təsdiq edilmiş **********878 saylı və **********880 saylı ərizələr (bəyannamə) ilə çıxış edərək Bakı şəhər Cavabdeh tərəfindən onlara 15.469.50 manat məbləğində təklif olunan maddi yardımı da qəbul etdiklərini, ümumilikdə onlara 75.223 manat məbləğində kompensassiya ödənildiyini göstərib gələcəkdə mənzilə dair hər hansı tələblərinin olmayacaqlarını bildirmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə öhdəliyin icrası haqqında iddia onunla xarakterizə olunur ki, ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi məhkəmədən tələb olunur. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissədən qalan hissəsinin mülkiyyətçiləri olan X1, İddiaçı və X14 həmin hissədə əmlaklarını könüllü olaraq cavabdehin xeyrinə özgəninkiləşdirilməsinə dair alqısatqı müqaviləsi bağlamış, həmin müqavilə də onun tərəfindən mülki icraat qaydasında mübahisələndirilməmiş və hal-hazırda qüvvəsindədir, lakin iddiaçı həmin alqı-satqı müqaviləsi qüvvədə ola-ola, artıq özgəninkiləşirdiyi əmlakına görə, təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürmüş, halbuki, hər iki tərəf mübahisələndirilən əmlakın alqı-satqına dair bağlanmış müqavilə ilə və Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olan öhdəliklərini icra etmiş, yəni, satıcı öz əmlakını alıcıya satmış, alıcı isə həmin əmlakın dəyərini ona ödəmiş və satıcı da qəbul etmişdir. Belə olduğu halda Mülki Məcəllənin 527.1-ci və 528-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olur. Bununla da iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Həmin Məcəllənin 247.1.1-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi üsulu ilə hesablana bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə əsasən qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mülkiyyət hüquqlarının qorunması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3238/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3238/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver