Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3238/2021 10.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 oğlunun kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi, iddiaçıya dəyən maddi və mənəvi ziyanına görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair” iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi, iddiaçıya dəyən maddi və mənəvi ziyanına görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin 2.2.3.ci bəndinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7.-ci bəndinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdehdən veteran adının və vəsiqəsinin verilməsini, dəymiş ziyanına görə kompensasiyanın ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, artıq bir dəfə iddiaçı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək veteran adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın təmin edilməsi barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83-1799/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarı Gəncə Apellyasiya Məhkəməsinin X1 2-1(104)-216/2019 nömrəli,xx xxxx 2019cu il tarixli qərarı ilə ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2271/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərilən -dəymiş mənəvi və maddi ziyana görə kompensasiyanın tutulması tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi, iddiaçıya dəyən maddi və mənəvi ziyanına görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi, iddiaçıya dəyən maddi və mənəvi ziyanına görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3238/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3238/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver