Məhkəmə qərarları › İş №2-1(112)-3239/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3239/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3239/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mülkiyyət hüquqlarının qorunması və faktiki pozulmasının qarşısının alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasına əsaslanaraq mülkiyyətçi qismində mülkiyyət hüquqlarının qorunması və faktiki pozulmasının qarşısı alınması üçün qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh inzibati orqan Cavabdeh hərəkətləri onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilərək qanunsuz hesab edilməsi, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətçisi olduğu daşınmaz əmlakın sökülməsi nəticəsində bərpa dəyəri həcmində, yəni 72400 (yetmiş iki min dörd yüz) AZN məbləğində maddi zərərin (daşınmaz əmlakdakı payının dəyəri 38400 (otuz səkkiz min dörd yüz) + qızıl-zinət əşyalarının dəyəri 30000 (otuz min) AZN+ məişət texnikası və cehizlik əşyalarımın minimal dəyəri ən aşağı dəyərləndirmə ilə 4000 (dörd min) AZN və 50000 (əlli min) AZN məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətçisi olduğu daşınmaz əmlakın sökülməsi nəticəsində bərpa dəyəri həcmində, yəni 72400 (yetmiş iki min dörd yüz) AZN məbləğində maddi zərərin (daşınmaz əmlakdakı payının dəyəri 38400 (otuz səkkiz min dörd yüz) + qızıl-zinət əşyalarının dəyəri 30000 (otuz min) AZN+ məişət texnikası və cehizlik əşyalarımın minimal dəyəri ən aşağı dəyərləndirmə ilə 4000 (dörd min) AZN və 50000 (əlli min) AZN məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulsun kimi icraata qəbul edilmişdir . İş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən evin paylı mülkiyyətçilərindən biridir. Həmin daşınmaz əmlakın onunla yanaşı digər mülkiyyətçiləri X6 və X7r. Həmin daşınmaz əmlaka dair Bakı şəhəri icra hakimiyyətinin texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2010-ci il tarixli MA-0063654 nömrəli Qeydiyyat Vəsiqəsi və xx.xx.2010-cu il tarixli **********87-1-3-1 reyestr nömrəli Daşınmaz Əmlakın Texniki Pasportu ilə hər birinin mülkiyyət hüququnu təsdiq edir. Çıxarışa əsasən, ümumi sahəsi 85.1 kv metr olan evin 1/2 hissəsinin 1/6 hissəsi onun mülkiyyətindədir. Həmçinin, həmin sənədə əsasən sözügedən daşınmaz əmlak 1,7 sot torpaq üzərində yerləşir və həmin torpaq onların istifadəsindədir. 2019-cu iliu sonunda Yaşamal İcra Hakimiyyəti 1 saylı Bakı inzibati-iqtisädi məhkəməsinə müraciət edərək, kompensasiya qarşılığında mülkiyyətçilərdən biri olan Yaşar Əliyevin istifadə və mülkiyyət hüququna xitam verilməsi və mənzili boşaldılması barədə qərar verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx xxxxx 2019-cu il tarixli qərarla Cavabdeh iddia ərizəsini təmin etmiş və qərara aldı ki, “ünvan 3 ünvanında yerləşən daşənmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınamsı haqqında” AR qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilsin. Daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh X4 75223 (yetmiş beş min iki yüz iyirmi üç) manat məbləğində kompensasiya ödənilərək mənzil boşaldılsın.” Bu məhkəmə prosesindən və hüquqlarına toxunan məhkəmə qərarından nə onun, nə də digər mülkiyyətçi Orxan Əliyevin məlumatı olmamış və onlar Yasamal İH-nin iddia ərizəsi və onunla bağlı məhkəmə qərarı barədə yalnız may ayının sonunda təsadüf nəticəsində xəbər tutmuşlar. xx xxx 2020ci il tarixdə cavabdeh Yaşar Əliyev Bakı İnzibati Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından apelyasiya şikayəti vermişdir. Həmin şikayətə baxılan zamanı o özü və digər mülkiyyətçi Orxan Əliyev Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək həmin qərarla onların mülkiyyət hüququnun pozulmasını bildirmiş və işə cəlb olunmalarını tələb etmişlər. Bakı Apelyasiya Məhkəməsi onların müraciətini nəzərə almamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsi Yaşar Əliyevin şikayətini rədd edərək birinci instansiya məhkəməsinin qərarını güvvədə saxlamışdır. Yaşar Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti vermiş, onunla yanaşı o və digər paylı mülkiyyətçi Orxan Əliyev də ərizə verərək bildirmişlər ki, onlar da mübahisəli daşınmaz əmlakın mülkiyyətçiləridir və hüquqlarının qorunması məqsədi ilə işə cəlb olunmalrını tələb etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi də onların ərizələrinə məhəl qoymamış, Yaşar Əliyevin kassasiya şikayətini isə xx xxxxxx 2020-ci il tarixli qərarla rədd etmiş və qərar icraya yönəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək mülkiyyət hüquqlarının qorunmasını və bərpaedilməz zərərin dəyməsinin qarşısının alınamsını xahiş etmişdir. Bununla yanaşı, xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəmədən xahiş etmişdir ki, Yasamal RİH-nə qarşı verdiyi həmin iddia ərizəsi üzrə yekun qərar qəbul edilənədək Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının icrası dayandırılsın və əmlakın sökülməsi qadağan edilsin. Məhkəmə həmin ərizəylə bağlı heç bir tədbir görmədi və ona ərizənin baxılıb-baxılmaması barədə ümumiyyətlə heç bir məlumat verilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonu İcra şöbəsinin əməkdaşları Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı icra edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz edərək izahatında qeyd etmişdir ki, aşağıda göstərilən səbəblərdən hesab edilir ki, iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid olmadığından mümkün sayılmamalıdır. Belə ki, Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndiriləmsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 3 ünvanında yerləşən əmlaka yerində baxış keçirilmiş və həmin əmlakın İddiaçı, iddiaçının atası X2 və qardaşı X5 mülkiyyətlərində olmuş sahələrə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2007- ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq ümumi 75 223 manat məbləğində kompensasiya məbləği hesablanmışdır. Kompensasiya məbləğini almaqdan imtina etdikləri üçün Cavabdeh iddiaçının atası X4 qarşı “kompensasiya ödənilərək mənzilin boşaldılması” barədə iddia ərizəsi ilə 1 saylı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)- 1599/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı X13 cğluna 75 233 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti versə də, Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2- 1(103)-1656/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Apelyasiya Məhkəməsinin qeyd olunan qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il 2-1(102)- 3155/2019 saylı qərar ilə kassasiya şikayəti rədd edilmiş, Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-1656 saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Beləliklə, İddiaçı, X6 və X10 ilə Cavabdeh arasında xx xxxx 2020-ci il tarixində AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanaraq ünvan 3 ünvanında yerləşən paylı əmlakın 1/4 hissənin qalan hissəsindən 4/6 hissəsinə görə X4, 14- hissənin qalan hissəsindən 1/6 hissəsinə X8 və 1/2 hissənin qalan hissəsindən 1/6 hissəsinə görə İddiaçı ümumi 60 223 manat kompensasiya məbləği ödənilmişdir. 75 223 manat kompensasiya məbləğindən qalan 15 000 manat kompensasiya məbləği xx xxxx 2020-ci il tarixində Cavabdeh ilə həmin ünvanda qeydiyyatda olmaqla uzun müddət istifadə edən X3 arasında bağlanmış müqaviləyə əsasən həmin şəxsə ödənilmişdir. Bundan başqa, Cavabdeh ilə X6, X10 və İddiaçı arasında bağlanılmış xx xxxx 2020-ci il tarixli maddi yardım haqqında razılaşmaya əsasən mülkiyyətçilərə kompensasiya məbləğindən əlavə olaraq 15469.50 (on beş min dörd yüz altmış doqquz) manat məbləğində pul ödənilmişdir. Bütün bu faktları iddiaçı X11 öz iddia ərizəsində bir daha təsdiq edərək etiraf etmişdir. Bundan əlavə, iddiaçının zinət əşyaları, məişət texnikası və cehizlik əşyaların məhv olunmasına görə zərərin ödənilməsi, eyni zamanda mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi də əsassız hesab edilməlidir, çünki bunu əks etdirən hər-hansı sübut mövcud deyil. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli Qərarının 8ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Belə ki, iddiaçı öz iddia ərizəsində qızıl zinət əşyalarının mənimsənilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Yasamal Rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və digər qrumlara şikayət etdiyini və heç bir nəticə əldə etmədiyini qeyd etmişdir. xx xxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyini etiraf etmişdir. Göründüyü kimi, iddiaçının paylı mülkiyyətində olmuş əmlaka görə iddiaçıya və digər mülkiyyətçilər olan iddiaçının atası X4 və qardaşı X8 qanuna müvafiq ədalətli məbləğdə kompensasiya ödənilmişdir. Lakin, bunlara baxmayaraq iddiaçı və onun ailə üzvü olan Əliyev Orxan Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək əlavə kompensasiya məbləğinin onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Nümayəndə qeyd etmişdir ki, iddiaçılar notarial qaydada verdikləri ərizələrinə əsasən dövlət ehtiyacları üçün alınanadək onların sahib olduqları yaşayış obyektləri ilə əlaqədar hər hansı digər tələblərinin olmayacaqlarını, həmin obyektlərlə bağlı məhkəmədə və digər dövlət qurumları qraşısında hər hansı iddia qaldırmayacaqlarını və bununla bağlı dövlət orqanlarına, mətbu orqanlarında, qeyri-hökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayətlərinin olmayacqlarını və müraciət etməyəcəkləri barədə öhdəlik götürmüşdürlər. Nəticə etibarı ilə, iddiaçılar mübahisəli sahəni alqı-satqı müaqaviləsi əsasında Cavabdeh xeyrinə özgəninkiləşdirmişdir. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Qanunvericiliyin norması onu deməyə tam əsas verir ki, məbləğindən asılı olmayaraq əqdi imzalanmış tərəf özünün iradəsini ifadə etmiş və bununla da onu mübahisələndirmək hüququnu itirmişdir. Digər tərəfdən əgər müqavilə (əqd) üzrə narazılığını ifadə edən şəxs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmin əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahısələndirə bilər. Bu zaman isə hüquqi prosedur kimi əsas məqam Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin aldıqlarını bir-birinə tam qaytarılması prosedurudur. Başqa sözlə, işin bu halında iddiaçı aldığı pulu tam şəkildə geri qaytardıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır. Hazırda isə belə hal baş verməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən dövlət ehtiyacı üçün alınmanın təsirinə düşən ünvanlarda yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan Jıər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. Bakı şəhəri Yasamal jayonu ərazisində yerləşən mübahisə predmeti olan əmlaklar Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-cı il tarixli qərarın təsirinə düşür. İddianın mümkünlük məsələsinə gəldikdə isə, qeyd edirik ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edi məsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.1 -ci maddəsi belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istəlinən iddia izibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Bundan başqa, “İnzibati məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər tərəfin məhkəməyə müraciət etməsinə əsasən verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, iddia ərizəsində qeyd olunan tələblər inzibati icraat qaydalarına müvafiq olan iddia növünə aid olmadığından bu cür iddia tələbi inzibati icraat qaydasında baxıla bilməz. Bundan başqa, etiraza əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin2- 1(102)-209/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. Sonda nümayəndə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Təyin edilmiş məhkəmə iclasında iddiaçı və üçüncü şəxsin nümayəndəsi iştirak etmədiyinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında eyni mübahisəyə məhkəmə müstəvisində əvvəllər baxılması və mahiyyəti üzrə hüquqi qiymət verilməsi halı müəyyən edilmişdir. Belə ki, iş materiallarından məlum olur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1599/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh X4 qarşı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə kompensasiya verilməklə daşınmaz əmlakın boşaldılması tələbinə dair iddiası təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiiqtisadi Kollegiyasının 2-1(103)-1656/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1599/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2- 1(102)3155/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1656/19 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, eyni iddia ilə bağlı əvvəllər mahiyyəti üzrə qərar qəbul edildiyindən, başqa sözlə, mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə mahiyyəti üzrə hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Halbuki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 15.4-cü və 15.6-cı bəndlərinə görə, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2- 1(102)-1532/17 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qərarı da yekun məhkəmə aktı hesab olunur. Bundan əlavə iddiaçının zinət əşyaları, məişət texnikası və cehizlik əşyaların məhv olunmasına görə zərərin ödənilməsi, eyni zamanda mənəvi zərərin ödənilməsi tələbinə gəldikdə Məhkəmə hesab edir ki, bu hissədə iddiaçının iddia tələbi əsassız hesab edilməlidir, Belə ki, bunu əks etdirən hər-hansı sübut məəhkəməyə təqdim edilməmişdir. AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Belə ki, iddiaçı öz iddia ərizəsində qızıl zinət əşyalarının mənimsənilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Yasamal Rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və digər qrumlara şikayət etdiyini və heç bir nəticə əldə etmədiyini qeyd etmişdir. xx xxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən Məhkəmə iddiaçıya izah edir ki, onun hazırkı tələbinə artıq yuxarı instansiya məhkəməsində məhkəmə icraatı qaydasında baxılaraq mahiyyəti üzrə hüquqi qiymət verildiyindən iddia mümkün sayılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar