Məhkəmə qərarları › İş №2-1(112)-3240/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3240/2021

04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3240/2021 04.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «əmək pensiyasının sığorta hissəsi və pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməklə əmək pensiyasının yenidən hesablanması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona təyin olunmuş əmək pensiyasının sığorta hissəsi və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının ildə bir dələdən az olmayaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsini nəzərə alaraq pensiyanın yenidən hesablaması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd olunmuşdur ki, iddiaçıya «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4.1-ci maddəsinə əsasən 23 oktyabr 2006-cı il tarixdən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununa uyğun olaraq 25 il qulluq etmiş prokurorluq işçisi kimi 50% pensiya təyin edilmiş və o, prokurorluq orqanlarında qulluğunu davam etdirmişdir. Həmin tarixdən 2017-ci ilin fevral ayının 15-dək işlədiyi dövrdə ona 50% həcmdə pensiya ödənilmişdir. 15 fevral 2017-ci il tarixdə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 32.2-ci maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq onun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Qeyd edilən ödənişdə «Əmək pensiyaları haqqında» AR Qanununun 29-cu maddəsinin tələbləri pozularaq pensiyanın baza hissəsi və sığorta hissəsi nəzərə alınmamış və əmək pensiyasının yığım hissəsi (fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalı) onun pensiyasına hesablanmamışdır. Həmçinin, əmək pensiyasının hesablanmasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmamışdır. Odur ki, əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmayaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsini nəzərə alaraq pensiyası yenidən hesablamaqla və ona ödənilən 50% həcmində ödənişi açıqlamaqla «Əmək pensiyaları haqqında» AR Qanununun 29-cu maddəsinə əsasən ona ödənilməli olan məbləğin ödənilməsinin təmin olunmasına dair 15 sentyabr 2020-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət edərək «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun 10-cu maddəsinə əsasən ərizə ilə əlaqədar görülmüş tədbirlər barədə ünvan 1 ünvanına rəsmi məlumat verilməsini xahiş etmişdir. Ərizənin İdarə tərəfindən 15 sentyabr 2020-ci il tarixdə alınmasına baxmayaraq, bu günə kimi ona hər hansı bir cavab verilməmişdir. Halbuki, İdarə tərəfindən pensiya hüququ qazanmış bir sıra prokurorluq əməkdaşları və pensiyada olan sabiq prokurorluq əməkdaşları üçün onların ərizələrinə əsasən müvafiq indeksləşdirmə aparılmış və indeksləşdirilmiş məbləqlər 3 ilə bölünərək hazırda onların aylıq pensiyalarına əlavə edilməklə ödənilir. Göründüyü kimi, İdarə naməlum səbəblərdən bu sahədə ikili standartlar siyasəti həyata keçirir. İdarənin qanunsuz hərəkətləri barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanmış ərizə də bu günə kimi cavabsız qalmışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 20.8 – 20.8.1-ci maddələrinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 20.8.2-ci maddəsinə əsasən prokurorluq orqanlarındä 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 laizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. «Əmək pensiyaları haqqında» AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.3-cü böəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2, 11.1, 18.6, 21,2.2, 21.2.4, 23.1, 25, 29.3, 30.1 (birinci və ikinci cümlələrində), 30.1-1, 31.1, 31.1-1, 31.2, 32.2 və 41,1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 1 may 2017-ci il tarixli 1352 nömrəli Fərmanı ilə 2.3-cü bəndə “28-ci,” sözlərindən sonra “29.1-ci (ikinci halda), 29.3-cü,” sözləri əlavə edilmişdir. Göründüyü kimi, qanuna və onun fəaliyyətini nizama salan Əsasnaməyə əsasən əmək pensiyaçısının pensiyasının ildə bir dəfə ölkə üzrə indeksləşdirilməşinin həyata keçirilməsi və bu indeksləşdirmənin həyata keçirilməsinin müvafiq icra hakimimyyəti orqanı olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə, qanuna və onun fəaliyyətini nizama salan Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə»yə (o cümlədən 1.1-ci, 3.1.28-4-cü, 3.1.29-cu bəndlərinə) əsaslanaraq, əmək pensiyaçısının pensiyasının ildə bir dəfə ölkə üzrə indeksləşdirilməsinin həyata keçirilməsi və bu indeksİəşdirmənin həyata keçirilməsinin müvafiq icra hakimimyyəti orqanı olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edildiyindən, əmək pensiyasının indeksləşdirilməsinin həyata keçirilməsi qanunla və onun fəaliyyətini tənzimləyən əsasnaməsinə əsasən cavabdehin öhdəliyidir. Lakin, cavabdeh orqan əsassız olaraq öhdəliyin icrasından imtina etmişdir. Buna görə də o (iddiaçı), mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək 23 oktyabr 2006-cı il tarixdən ona təyin edilmiş əmək pensiyasının indeksləşdirilməsinin həyata keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 2, 34, 68, 69-cu maddələrinə əsaslanaraq məhkəmədən 23 oktyabr 2006-cı il tarixdən ona təyin edilmiş əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyamın sığorta hissəsi) və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının ildə bir dələdən az olmayaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə («Əmək pensiyaları haqqında» AR Qanununun 29.1 – 29.3-cü maddələrinə) uyğun indeksləşdirilməsini nəzərə alaraq pensiyanın (pensiyanın təyin olunduğu vaxtdan hal-hazıradək) yenidən hesablaması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın «pensiyanın yenidən hesablanması və ödənilməsi, eyni zamanda pensiya təyin olunduğu vaxtdan hal-hazıradək indeksləşdirilmə tətbiq edilməklə ödənişlərin illər üzrə açıqlanmasına dair rəsmi arayışın verilməsi və bundan sonra da hər il inflyasiya səviyyəsindən asılı olaraq pensiyanın indeksləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazda aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiası tam əsassız hesab edilir və iddia qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bundan əlavə, iddiaçı 15 fevral 2017-ci il tarixində prokurorluq orqanlarından azad olduğu üçün həmin tarixdən əvvəlki müddət Mərkəzi Filiala müraciət edilən 18 sentyabr 2020-ci il tarixindən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə edir. Bu səbəbdən də 15 fevral 2017-ci il tarixindən əvvəlki dövr üzrə əmək pensiyasının yenidən hesablanması, yəni iddiaçının ərizəsində qeyd etdiyi kimi əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddiaçı cavabdeh tərəfin iddiaya qarşı etirazına aşağıdakı məzmunda yazılı münasibət təqdim etmişdir: - Cavabdeh tərəfin iddiaya qarşı etirazına münasibətdə bildirilir ki, nümayəndə etirazında “pensiyanın təyin edilməsi” ilə “pensiyanın indeksləşdirilməsi” anlayışlarının eyniləşdirilməsinə cəhd edilir, halbuki bu tamamilə ayrı anlayışlardır. Belə ki, cavabdeh tərəf əsassız olaraq istinad etdiyi «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1 və 37.7-ci maddələrində vətəndaşın müraciətinə əsasən onun keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin hesablanması və ödənilməsi (çatdırılması) üçün müddətin tədbiq edilməsindən bəyan edilir və həmin müddəanın əmək pensiyasmm indeksləşdirilməsinə heç bir aidiyyəti yoxdur. Əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədar «Əmək pensiyaları haqqında» AR Qanununda hər hansı müddət nəzərdə tutulmamış və tutula da bilməz, çünki, indeksləşdirmə pensiyanın təyin edilməsindən fərqli olaraq vətəndaş müraciəti əsasında aparılmır. İndeksləşdirmənin apaarılması qaydası «Əmək pensiyaları haqqında» AR Qanununun 29.1 və 29.1-1-ci maddələrində nəzərdə tutulmuşdur. Belə ki, həmin Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasmın sığorta hissəsi və fərdi hesabm sığorta hissəsində qeydə alman pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının AR Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinin tələblərinə əsasən sığortaolunanlarm fərdi hesabının sığorta hissəsində qeydə alman pensiya kapitalı ildə bir dəfə AR Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnəmə»nin 3.1.29-cu bəndinə əsasən minimum əməkhaqqı məbləğinin, ehtiyac meyarının həddinin mərhələlərlə ölkə üzrə yaşayış minimumu səviyyəsinə yüksəldilməsi, əmək pensiyalarının, sosial müavinətlərin məbləğlərinin inflyasiya səviyyəsindən asılı olaraq indeksləşdirilməsi Nazirliyin əsas vəzifəsinə aiddir. Göründüyü kimi, qanuna və onun fəaliyyətini nizama salan Əsasnaməyə əsasən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək pensiyasının ildə bir dəfə ölkə üzrə indeksləşdirilməsinin aparılması üzrə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır və bu dövlət siyasətini həyata keçirmək üçün vətəndaşların müraciətlərinin və hər hansı bir müddətin tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdeh tərəfin etirazı qanunsuz və əsassızdır. Cavabdehin nümayəndəsi iddiaya qarşı etiraza aşağıdakı məzmunda əlavə təqdim etmişdir: - Hesab edilir ki, İddiaçı hazırkı iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bundan əlavə, iddiaçı 15 fevral 2017-ci il tarixdə prokurorluq orqanlarından azad olduğu üçün həmin tarixdən əvvəlki müddət Mərkəzi Filiala müraciət edilən 18 sentyabr 2020-ci il tarixindən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə edir. Bu səbəbdən də, 15 fevral 2017-ci il tarixdən əvvəlki dövr üzrə əmək pensiyasının yenidən hesablanması, yəni iddiaçının ərizəsində qeyd etdiyi kimi əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan əlavə, həmin Qanuna əsaəsn əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi 29.1-ci maddəyə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Qanunun sözügedən normalarının təhlilindən görünür ki, prokurorluq orqanlarının əməkdaşlarının əmək pensiyasına əlavələr «Əmək pensiyaları haqqında» AR Qanununun 20-ci maddəsinin tələblərinə uyğun olaraq hesablandığından onların əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ildə bir dəfədən az olmayaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilərək yenidən hesablana bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İddiaçı cavabdeh tərəfin iddiaya qarşı etiraza əlavəsinə aşağıdakı məzmunda yazılı münasibət təqdim etmişdir: - Cavabdehin səlahiyyətli nümayəndəsi iddiaya qarşı etiraza əlavəsində «Əmək pensiyaları haqqında» AR Qanununun 29.1 və 29.2-ci maddələrinə istinad edərək belə nəticəyə gəlir ki, qanunun sözügedən normalarının təhlilindən görünür ki, prokurorluq orqanlarının əməkdaşlarının əmək pensiyasına əlavələr «Əmək pensiyaları haqqında» AR Qanununun 20-ci maddəsinin tələblərinə uyğun olaraq hesablandığından onların əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ildə bir dəfədən az olmayaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilərək yenidən hesablana bilməz, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Qanunun 29.2-ci maddəsindən aydın görünür ki, həmin Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (o cümlədən prokurorluq işçilərinin) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda (yəni, indeksləşdirilmə həyata keçirildikdə), qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Bu o deməkdir ki, prokurorluq işçilərinin əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində yaranan artım məbləği Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş prokurorluq işçilərinin əmək pensiyalarına əlavələrin məbləğindən çıxarılaraq yenidən hesablanmalıdır. Ona görə də, “prokurorluq orqanlarının əməkdaşlarının əmək pensiyasına əlavələr «Əmək pensiyaları haqqında» AR Qanununun 20-ci maddəsinin tələblərinə uyğun olaraq hesablandığından onların əmək pensiyası fərdi hesabm sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ildə bir dəfədən az olmayaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilərək yenidən hesablana bilməz” kimi cavabdehin səlahiyyətli nümayəndəsinin gəldiyi nəticə «Əmək pensiyaları haqqında» AR Qanununun 29-cu maddəsinin mənasının təhrif edilməsi kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdehin səlahiyyətli nümayəndəsinin etiraza əlavəsi həmin Qanunun 29-cu maddəsinin mənasının təhrif edilməsinə yönəldiyindən, qanunsuz və əsassızdır. Eyni zamanda bildirilir ki, sözügedən Qanunun 9.4.1-ci maddəsinə əsasən ona 23 oktyabr 2006-cı il tarixdən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununa uyğun olaraq 25 il qulluq etmiş prokurorluq işçisi kimi yaşa görə pensiya təyin edilmiş və o, prokurorluq orqanlarında qulluğunu davam etdirmişdir. Həmin Qanunun 37.3.4-cü maddəsinə əsasən əmək pensiyama qulluq stajına görə 50% həcmində əlavələr ödənilmişdir. İşlədiyi müddətdə (23 oktyabr 2006-cı il tarixdən 15 fevral 2017-ci il tarixədək) ona təyin olunmuş pensiyanın ödənişi düzgün aparılmamışdır. Tələbi işlədiyi müddətdə pensiyanın yenidən hesablanması ilə deyil, təyin olunmuş pensiyanın ödənişi ilə bağlıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.4-cü maddəsinin tələblərinə uyğun olaraq ona qulluq stajına görə əlavələrin 50%, pensiyanın baza hissəsi, əmək pensiyamın sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alman pensiya kapitalının tam ödənilməlidir. Başqa sözlə desək, 23 oktyabr 2006-cı il tarixinə pensiyasının baza hissəsi, pensiyanın sığorta hissəsi və həmin tarixə fərdi hesabın sığorta hissəsində qeydə alman pensiya kapitalının tam pensiyadan (yəni, təyin olunmuş pensiyadan) ayrılaraq qulluq stajıma görə əlavələrin 50%-nin üzərinə gələrək ödənilməlidir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alman pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İndeksləşdirilmə həyata keçirilərkən pensiyanın baza hissəsindəki dəyişikliklər də nəzərə alınmalıdır. İddiaçı tərəf məhkəməyə yenidən əlavə ərizə təqdim etmiş və iddia tələbinin «iddiaçıya təyin olunmuş əmək pensiyasının sığorta hissəsi və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının ildə bir dələdən az olmayaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsini nəzərə alaraq pensiyanın yenidən hesablaması və ödənilən 50% həcmində pensiya ödənişi açıqlanmaqla «Əmək pensiyaları haqqında» AR Qanununun 29-cu maddəsinə əsasən ödənilməli məbləğin ödənilməsi (pensiya təyin olunduğu tarixdən onun qulluq keşməsinə xitam verilən 15 fevral 2017-ci il tarixədək) öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində və cavabdehin iddiaya qarşı yazılı etiraza və onun əlavəsinə dair məhkəməyə təqdim olunmuş yazılı münasibətlərdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda və ona əlavədə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.14cü maddəsinə görə pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 6-cı maddəsinə görə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (20.1.5) bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik prokurorluq işçilərinin («Əmək pensiyaları haqqında» AR Qanununun 9.4-cü maddəsində göstəriən) əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə artırılması və yenidən hesablanması zamanı qulluq stajına görə əmək pensiyalarının əlavələrinin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanmasını nəzərdə tutur. Yəni, mövcud qanunvericilik normalarına əsasən əmək pensiyaçısı olan prokurorluq işçilərinin əmək pensiyası müvafq qaydada – sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqı müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməklə yenidən hesablanır. İşin hallarına görə isə, məlum olur ki, hazırkı İddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4 və 20-ci maddələrinə aid edilən əmək pensiyaçılarının sırasına aid edilsə də, onun cavabdeh inzibati orqana müraciətində və hazırkı iddiasında əmək pensiyasının yenidən hesablanması zamanı indeksləşdirmənin “pensiyanın sığorta hissəsi və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun” olaraq aparılmasını tələb edir. Hansı ki, «Əmək pensiyaları haqqında» AR Qanunu həmin qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə təyin olunmuş əmək pensiyasının yalnız “sığorta hissəsinin” və “ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq şəkildə müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsini mümkün sayır. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinasını qanuna zidd qiymətləndirmir və hesab edir ki, bu imtina İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «əmək pensiyasının sığorta hissəsi və pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməklə əmək pensiyasının yenidən hesablanması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «əmək pensiyasının sığorta hissəsi və pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməklə əmək pensiyasının yenidən hesablanması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar