Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3244/2021 24.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı “28 avqust 1964-cü il təvəllüdlü mərhum əri X1 doğum haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin və ata qrafasında X2 (milliyəti azərbaycanlı), ana qrafasında X4 (milliyəti azərbaycanlı) yazılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı “28 avqust 1964-cü il təvəllüdlü mərhum əri X1 doğum haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin və ata qrafasında X2 (milliyəti azərbaycanlı), ana qrafasında X4 (milliyəti azərbaycanlı) yazılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, 28 avqust 1964-cü il təvəllüdlü mərhum əri X3 27 sentyabr 2018-ci il tarixdə uzun sürən ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Əri Ermənistan SSR Meğri rayonunda anadan olmuş və ona ərazi üzrə qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda mərhum ərinə məxsus doğum haqqında şəhadətnaməni tapa bilmir və müəyyən şəraitdə itmişdir. Bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmaqla doğum haqqında şəhadətnamənin dublikatının verilməsi üçün müraciət etmişdir. Doğum şəhadətnaməsinin yenidən dublikatını çıxarmaq üçün Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etsədə, ona şəhadətnamənin verilməsindən imtina edilmişdir, əsas kimi doğum haqqında şəhadətnamənin mövcud baza sistemində olmamağı qeyd edilərək, məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddiaçının iddia tələbindən göründüyü kimi iddiaçının mərhum ərinin doğum haqqında şəhadətnaməsi itdiyi üçün, 28 avqust 1964-cü il təvəllüdlü mərhum əri X1 doğum haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin və ata qrafasında X2 (milliyəti azərbaycanlı), ana qrafasında X4 (milliyəti azərbaycanlı) yazılması cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğum haqqında məlumat (bir qayda olaraq, uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 15-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Həmin Müddəaların 17-ci bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır. Həmin Müddəaların 18-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.Ərizə sahibinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında aktın qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüququ pozulmamışdır. İddiaçının mərhum ərinin doğum faktı doğulan zaman Ermənistan SSRdə qeydə alınmış, lakin iddiaçı bu faktı təsdiq edən şəhadətnaməni təqdim edə bilmir. Belə olan halda iddiaçı hüquqi əhəmiyyəti оlаn fаktının müəyyən edilməsi üçün qanunvericiliyin məhkəmə aidiyyətinə dair müvafiq müddəalarını nəzərə almaqla məhkəməyə (yаşаdığı yеrin məhkəməsinə) müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prоsеssuаl Məcəlləsinin 305.1-ci mаddəsinə əsаsən, məhkəmə хüsusi icrааt qаydаsındа аşаğıdаkı işlərə bахır: 305.1.1.hüquqi əhəmiyyəti оlаn fаktlаrın müəyyən еdilməsi hаqqındа. Həmin Məcəllənin 25.3-cü mаddəsinə əsаsən ümumi məhkəmələr bu Məcəllənin 305ci mаddəsində göstərilən хüsusi icrааt işlərinə bахırlаr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti оlаn fаktlаrın müəyyən еdilməsi hаqqındа ərizələr ərizəçinin yаşаdığı yеrin məhkəməsinə vеrilir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum ərinin Ermənistanda verilmiş doğum haqqında şəhadətnaməsinin itirilməsi ilə bağlı yenidən doğumun qeydə alınması barədə iddiası iddiaçının mərhum ərinin doğum aktı ilə əlaqədar müəyyən sənəd (Azərbaycan Respublikasında doğum faktın müəyyən edilməsi barədə məhkəmə qətnaməsi) olmadığı üçün cavabdehin imtina hərəkətləri nəticəsində iddiaçının hər hansı bir subyektiv hüququnun pozulması halı müəyyən edilmir. Buna görə də İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı “28 avqust 1964-cü il təvəllüdlü mərhum əri X1 doğum haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin və ata qrafasında X2 (milliyəti azərbaycanlı), ana qrafasında X4 (milliyəti azərbaycanlı) yazılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsin barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə qarşı “28 avqust 1964-cü il təvəllüdlü mərhum əri X1 doğum haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin və ata qrafasında X2 (milliyəti azərbaycanlı), ana qrafasında X4 (milliyəti azərbaycanlı) yazılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə” iddia ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2t Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3244/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3244/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver